Пікірлер
@revanrevanov
@revanrevanov 9 сағат бұрын
Qaynar xet
@Elçinİsmayılov-j7i
@Elçinİsmayılov-j7i 17 сағат бұрын
Salam menm vesiqem sabah alınmalıdı. Sizde asan xidmet bazar günü də işliyir?
@usaq0
@usaq0 22 сағат бұрын
👍🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@raufnecefzade
@raufnecefzade Күн бұрын
Hüquqi şəxs olaraq Asan imza serifikatını online şəkildə vergi saytından necə aktivləşdirmək olar ?
@huseynmizeyev6287
@huseynmizeyev6287 Күн бұрын
Salam,2 ci mərhələ nə vaxt olacaq?yəni praktik mərhələ?zəhmət olmasa deyə bilərsiz
@huseynmizeyev6287
@huseynmizeyev6287 Күн бұрын
Salam,ikinci mərhələ nə vaxt olacaq?
@user-kv2jo5uf4f
@user-kv2jo5uf4f 2 күн бұрын
Salam. Mən şəxsiyyətimi dəyişmişəm sabah 10 günü tamam olur götürməliyəm,amma evdə olmadığıma görə götürə bilmirəm, şəxsiyyəti bir gün gec götürmək olar??zəhmət olmasa cavab verərdiniz❤️
@user-kv2jo5uf4f
@user-kv2jo5uf4f 2 күн бұрын
Və bir sözdə soruşum 7-si bazar gününə düşür asan xidmət bazar günü işləyir?
@asanxidmat
@asanxidmat 2 күн бұрын
Hər vaxtınız xeyir. Qeyd edək ki, sənədlər Mərkəz daxilində saxlanılır. Lakin hansı müddət ərzində saxlanılması barədə dəqiq məlumat qeyd etməyimiz mümkün olmur. Çox vaxt keçmədən ən qısa zamanda hazır sənədin götürülməsi ilə bağlı müraciət etməyiniz xahiş olunur.
@asanxidmat
@asanxidmat 2 күн бұрын
Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri həftənin beş günü saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri saat 09:30-dan 17:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:00-dək, şənbə və bazar günləri saat 09:30-dan 16:00-dək fasiləsiz olaraq həyata keçirilir. Digər xidmətlərlə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:30-dək, şənbə və bazar günləri saat 09:30-dan 16:30-dək fasiləsiz olaraq həyata keçirilir. Sumqayıt, Gəncə və Naxçıvan "ASAN xidmət" mərkəzləri həftənin beş günü saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri 09:00-dan 16:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:00-dək, şənbə və bazar günləri saat 09:00-dan 15:00-dək fasiləsiz olaraq həyata keçirilir. Digər xidmətlərlə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:30-dək, şənbə və bazar günləri saat 09:00-dan 15:30-dək fasiləsiz olaraq həyata keçirilir. Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Balakən, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi , Salyan və Lənkəran “ASAN xidmət” mərkəzləri həftənin beş günü saat 09:00-dan 17:00-dək, şənbə və bazar günləri 09:00-dan 16:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 16:00-dək, şənbə və bazar günləri saat 09:00-dan 15:00-dək fasiləsiz olaraq həyata keçirilir. Digər xidmətlərlə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 16:30-dək, şənbə və bazar günləri saat 09:00-dan 15:30-dək fasiləsiz olaraq həyata keçirilir.
@user-kv2jo5uf4f
@user-kv2jo5uf4f 2 күн бұрын
@@asanxidmat çox sağ olun✨
@BTS46768
@BTS46768 3 күн бұрын
Uşağın pasportu 5 ci aydan vaxtı bitib cerime olunacaq zəhmət olmasa deyerdiz😊
@asanxidmat
@asanxidmat 3 күн бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdən sonra dəyişdirilməsi ilə bağlı hər hansı cərimə nəzərdə tutulmayıb. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@BTS46768
@BTS46768 3 күн бұрын
Bes vaxtı bitenen sonra necə gün ve ya ay cərimə olur
@asanxidmat
@asanxidmat 3 күн бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdən sonra dəyişdirilməsi ilə bağlı hər hansı cərimə nəzərdə tutulmayıb.
@elcinbabayev5384
@elcinbabayev5384 3 күн бұрын
İndaneziyada batdi
@eminqarayev4901
@eminqarayev4901 3 күн бұрын
Men azerbaycan vetandasiyam suruculuk vesiqesini ukraynada almisam ve 2050 ile qeder etibarlidir eger Men azerbaycan suruculuk fesiqesine deyismek istesem hansi muddete verilir
@asanxidmat
@asanxidmat 3 күн бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, digər ölkədən əldə olunan beynəlxalq tipli sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitibsə və ya müddətsiz olaraq verilibsə, sürücülük vəsiqəsinin dəyişdirilməsi mümkün olmayacaq. Nəzərinizə çatdırırıq ki, digər ölkədən alınan sürücülük vəsiqəsinin sahibi Azərbaycan Respublikası vətəndaşıdırsa, müvəqqəti sürücülük vəsiqəsinin etibarlılıq müddəti bir (1) il müəyyən olunur. Bu müddət ərzində Baş Dövlət Yol Polis İdarəsinə sorğu göndərilir və rəy əldə olunduqdan sonra növbəti dəfə etibarlılıq müddəti 10 il olan (60 və daha çox yaşı olan, eləcə də, siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər istisna olmaqla) sürücülük vəsiqəsi təqdim olunur. Müraciətinizlə bağlı ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@pinkleader4249
@pinkleader4249 4 күн бұрын
Deyə bilərsiniz , vəsiqəni asan xidmətə verib yenisini başqa yerdən almaq olar ?
@asanxidmat
@asanxidmat 3 күн бұрын
Hər vaxtınız xeyir. Qeyd edək ki, müraciətiniz digər şərhdə cavablandırılmışdır.
@pinkleader4249
@pinkleader4249 4 күн бұрын
Bilən varsa deyə bilər, məsələn vəsiqəni asan xidmətə verib vaşqa bir yerdən yeni vəsiqə almaq??
@asanxidmat
@asanxidmat 3 күн бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, hazır sənədi yalnız müraciət etdiyiniz "ASAN xidmət" mərkəzindən əldə edə bilərsiniz.
@pinkleader4249
@pinkleader4249 3 күн бұрын
@@asanxidmat Allah razı olsun, minnətdaram cavabınıza görə
@VefaHuseyinova-j4v
@VefaHuseyinova-j4v 4 күн бұрын
Salam gence asand xidmetin nomursi lazmdi kim veee bilər
@asanxidmat
@asanxidmat 3 күн бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, "ASAN xidmət" mərkəzlərinin ayrıca əlaqə nömrəsi mövcud deyil. "ASAN xidmət" mərkəzləri tərəfindən göstərilən xidmətlər barədə məlumat əldə etmək üçün 108 "Çağrı" mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@jalemirzezade583
@jalemirzezade583 5 күн бұрын
Salam, qan analizindən sonra 21 gün vaxt verilir,bu müddət ərzində ərizə yazmaq üçün yenidən çağrılır , ərizədən sonra 1 ay sonra nigah sənədləri verilir?
@asanxidmat
@asanxidmat 5 күн бұрын
Hər vaxtınız xeyir. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
@EluHuseynov
@EluHuseynov 6 күн бұрын
Xanım yaxşı izah elədi,ama 1 yaşdan 3 yaşa qədər olan uşaqları iki dəfə dedi rüsumları da fərqli
@EmilKerimov-zh9hd
@EmilKerimov-zh9hd 8 күн бұрын
Asim Seyfullayev Masallı ASAN təbrik edirəm
@Sahib-c6p
@Sahib-c6p 9 күн бұрын
Salam menim evladimin vəsiqəsi itib necə edim
@asanxidmat
@asanxidmat 9 күн бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı "ASAN xidmət" mərkəzinə müraciət etmək mümkündür. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@Fake___._._.account613
@Fake___._._.account613 10 күн бұрын
Salam. 2008ci iləm hansı sənədlər lazımdı? Və valideynlə getməliyəm?
@asanxidmat
@asanxidmat 9 күн бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, 15 yaşdan sonra ilk dəfə yeni nümunəli şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı uşaq və valideynlərdən biri müraciət etməlidir. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
@user-lz9lg7oz6l
@user-lz9lg7oz6l 11 күн бұрын
Salam her sey asan xidmetde olur yeni bank rusumu tibbi arayis falan yoxsa bankdan goturub asan xifmete gelmeliyik?
@asanxidmat
@asanxidmat 9 күн бұрын
Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Əgər nikah digər VVADQ (ZAQS) şöbəsində qeydə alınacaqsa, öncədən həmin şöbədən "ASAN xidmət" mərkəzi vasitəsi ilə verilən sənədin qəbul edilib-edilməyəcəyinə dair məlumatı dəqiqləşdirməyiniz xahiş olunur. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
@rovsengitar
@rovsengitar 16 күн бұрын
Soyadı dəyişən zaman hərbi bilet və sürücülük vəsiqəsini asan xidmətə təqdim edirik onlar özləri bununla məşğul olur ya ayrıca biz müvafiq orqanlara müraciət etməli oluruq?
@asanxidmat
@asanxidmat 15 күн бұрын
Hər vaxtınız xeyir. Qeyd edək ki, soyadın dəyişdirilməsi ilə bağlı şəhadətnamə, yeni doğum haqqında şəhadətnamə alındıqdan sonra ilk olaraq şəxsiyyət vəsiqəsi dəyişdirilir, daha sonra sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu, çıxarış və s. dəyişdirilə bilər. Hərbi bilet barədə məlumat əldə etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti ilə əlaqə saxlaya bilərsiniz.
@ResmiyyeIslamova-do5nw
@ResmiyyeIslamova-do5nw 17 күн бұрын
SALAM. MEN. PASPORTUN. VAXTINI. YENILEMEY. ISTEYIRDIM. ZEHMET. OLMASA. MELUMAT. VERERDINIZ. DOVLET. RISUMU. NE. QEDER. EDIR.
@asanxidmat
@asanxidmat 16 күн бұрын
Hər vaxtınız xeyir. Zəhmət olmasa müraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsi, yoxsa ümumvətəndaş pasportu (xarici pasport) nəzərdə tutursunuz?
@ResmiyyeIslamova-do5nw
@ResmiyyeIslamova-do5nw 16 күн бұрын
@@asanxidmat XANIM. MENIM. XARICI. PASPORTUMUN. VERILEN. VAXTI. YEKUNLAWIB. VAXTINI. YENILEMEY. ISTEYIREM. XAHIW. EDIREM. MENE. MELUMAT. VERERDINIZ. EVVELCEDEN. SIZE. TEWERKUR. EDIREM. COX. SAQOLUN.
@ResmiyyeIslamova-do5nw
@ResmiyyeIslamova-do5nw 16 күн бұрын
@@asanxidmat XARICI. PASPORTU. NEZERDE. TUTURAM.
@ehmedovadiiiii
@ehmedovadiiiii 18 күн бұрын
Salam. Eyer xanim hamiledirse ve tecili nikaha girilmelidirse yenede arayislara falan ehtiyac var?
@asanxidmat
@asanxidmat 16 күн бұрын
Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Əgər nikah digər VVADQ (ZAQS) şöbəsində qeydə alınacaqsa, öncədən həmin şöbədən "ASAN xidmət" mərkəzi vasitəsi ilə verilən sənədin qəbul edilib-edilməyəcəyinə dair məlumatı dəqiqləşdirməyiniz xahiş olunur. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
@fidanaqamaliyeva3816
@fidanaqamaliyeva3816 20 күн бұрын
Xarici pasportun vaxtı 5 aydan sonra bitdiyi üçün yenisi alınmalıdır. Cünki xaricə çıxmalıdır. Olar?
@asanxidmat
@asanxidmat 16 күн бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, ümumvətəndaş pasportu etibarlılıq müddəti bitmədən də dəyişdirilə bilər.
@Qurban-pn4fw
@Qurban-pn4fw 22 күн бұрын
Asan sözü hansı dildədir. Bilən varsa yazsın. Az. Türkcəsi ilə deyil.
@asanxidmat
@asanxidmat 16 күн бұрын
Hər vaxtınız xeyir. "ASAN xidmət" - Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎).
@user-td2rc9gp2q
@user-td2rc9gp2q 23 күн бұрын
Noldu xanim qadağan olundu 17 yas 🥲
@FaziletMirzeyeva-lo8ct
@FaziletMirzeyeva-lo8ct 24 күн бұрын
Salam nigaha daxil olmaq üçün nə etməlik
@asanxidmat
@asanxidmat 23 күн бұрын
Hər vaxtınız xeyir. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.İlk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Sənədi əldə etdikdən sonra nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Əgər nikah digər VVADQ (ZAQS) şöbəsində qeydə alınacaqsa, öncədən həmin şöbədən "ASAN xidmət" mərkəzi vasitəsi ilə verilən sənədin qəbul edilib-edilməyəcəyinə dair məlumatı dəqiqləşdirməyiniz xahiş olunur.
@FaziletMirzeyeva-lo8ct
@FaziletMirzeyeva-lo8ct 23 күн бұрын
@@asanxidmat Salam birde qohumdularsa dayı oğlu bibi qizi nigaha mane ola bilərmi yeni qərar qüvvəyə minnibmi
@hyatgozldir2715
@hyatgozldir2715 24 күн бұрын
Salam Masalli asan xidmət mərkəzində nigaha daxil olmaq üçün nə qədər pul lazımdır? Yəni nigah haqqında şahədat naməni almaq üçün nə qədər pul çıxır? Çox xahiş edirəm kim bilirse yazsin
@asanxidmat
@asanxidmat 24 күн бұрын
Hər vaxtınız xeyir. İlk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə istənilən "ASAN xidmət" mərkəzinə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/az/service/asan-xidmetler/vetendasliq-veziyyeti-aktlarinin-doevlet-qeydiyyati/nikahin-qeyde-alinmasi
@hyatgozldir2715
@hyatgozldir2715 23 күн бұрын
@@asanxidmat biz iki nətəf gələciy asan xidmətə bir nəfər üçün sənədin verilməsi 16 manat edir biz iki nəfər gələciy hərəmizn sənədin verilməsi ikisi birlikdə 32 manat edir düzdü? Birdə nigahin qeydə alinmasi üçün 10 manat ödəniş olunur düzdü? Hamı biyerdə 42 manat düzdü?
@hyatgozldir2715
@hyatgozldir2715 23 күн бұрын
@@asanxidmat birdə tibbi müayinədən keçmə haqqında sənədi asan xidmətdə almaq olur? Bildiyimə görə asan xidmətdə tibb mayinə olmaq üçün otaq var mayinə olan sora həmin o tibbi müayinədən keçmə haqqında sənədi Asan xidmətdən almaq olur? Həmin sənədi Asan xidmət özü verir? Çox xahiş edirəm deyərdiz
@hyatgozldir2715
@hyatgozldir2715 23 күн бұрын
@@asanxidmat biz iki nətəf gələciy hərəmizn sənədin verilməsi üçün 32 manat ödəniş etməliyik? Dediz bir nəfərin sənədinin verilməsi üçün 16 manat edir ikimizin sənədin verilməsi üçün 32 manat ödəniş etməliyik? Birdə nigahin qeydə alinmasi üçün 10 manat ödəniş etməliyik? Hamisi birlikdə 42 manat edəcək? Çox xahiş edirəm deyərdiz
@hyatgozldir2715
@hyatgozldir2715 23 күн бұрын
@@asanxidmat birdə tibbi müayinədən keçmə haqqında sənədi asan xidmət özü verir? Bildiyimə görə asan xidmətdə tibb mayinə olmaq üçün otaq var mayinə olunduqdan sonra həmin o tibbi müayinədən keçmə haqqında sənədi asan xidmət özü verir? Çox xahiş edirəm deyərdiz
@ElsnBsirov-ty9it
@ElsnBsirov-ty9it 29 күн бұрын
Salam. 2 ay təlimdən sonra aldığımız sertifikatla asan xidmətdə maaşla işləmək olur ?
@asanxidmat
@asanxidmat 26 күн бұрын
Hər vaxtınız xeyir. Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq ki, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Dövlət İmtahan Mərkəzinin internet portalında, Dövlət Agentliyinin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Əlavə məlumat üçün “www.dim.gov.az” saytını izləyə bilərsiniz.
@yusifcabbarov4829
@yusifcabbarov4829 Ай бұрын
BURADADA. BÜROKRATLAR MƏSKƏN SALIBLAR MƏSƏL. ÜÇÜN SABİRABAD R. ON ASAN XİDMƏT MƏRMƏZİN İŞÇİSİ. ADƏMİ. MİSAL GƏTORƏ BİLƏRƏM
@asanxidmat
@asanxidmat Ай бұрын
Əgər müraciətinizin şikayət kimi qeydə alınaraq, Sizə rəsmi cavab göndərilməsini istəyirsinizsə, ad, soyad, ata adı, ünvan və telefon nömrənizi və hansı “ASAN xidmət” mərkəzinə müraciət etdiyinizi “ASAN xidmət” mərkəzinin rəsmi facebook səhifəsinə : facebook.com/asanxidmat/, və ya asan.gov.az/az intenet səhifəsinə daxil olaraq onlayn əlaqə bölməsi vasitəsi ilə ünvanlamağınız xahiş olunur. Həmçinin bununla bağlı 108 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq şikayətinizi rəsmiləşdirə bilərsiniz.
@pantesh7001
@pantesh7001 Ай бұрын
Vaxtı bitmiş Rus sürücülük vəsiqəsi niyə dəyisilmir
@asanxidmat
@asanxidmat Ай бұрын
Nəzərinizə çatdırırıq ki, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidməti "Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa" əsasən tənzimlənir. Müvafiq xidmətin həyata keçirilməsi "ASAN xidmət" mərkəzlərində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilir. Ətraflı məlumat əldə etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərsiniz. Çağrı mərkəzi: 902.
@Oyuncu01247
@Oyuncu01247 Ай бұрын
Mənim senetim zedelenib di ne edim
@asanxidmat
@asanxidmat Ай бұрын
Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə (3 saylı "ASAN xidmət" mərkəzi istisna olmaqla) müraciət edə bilərsiniz. "ASAN xidmət" mərkəzləri tərəfindən göstərilən xidmətlər barədə məlumat əldə etmək üçün 108 "Çağrı" mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@aytacibrhma8100
@aytacibrhma8100 Ай бұрын
Salam nikah üçün gün almaq isteyirem amma online formada.Nece ede bilerem?
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması ilə bağlı Ədliyyə Nazirliyinin internet səhifəsi üzərindən elektron müraciət etmək olar. Bu elektron müraciət barədə məlumat əldə etmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağınız xahiş olunur. Elektron müraciət olunduqda nikahın qeydə alınacağı tarixdən 7-10 gün əvvəl sənədlərin yoxlanılması üçün nikahın qeydə alınacağı orqana təqdim olunması tövsiyə olunur.
@a.e16
@a.e16 Ай бұрын
Salam əgər əsgər gedirsə vaxtı tezləşdirə biləriymi?
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması,hər iki tərəfin yaşının 50-dən çox olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir. Bu halı təsdiq edən sənəd və güzəşt müddəti barədə məlumat sənədi qəbul edən əməkdaş tərəfindən qeyd oluna bilər. Qeyd edək ki, güzəşt müddəti tibbi müayinədən keçmə haqqında sənədin hazırlanma müddətinə şamil edilmir.
@nrminhuseyinzade9522
@nrminhuseyinzade9522 Ай бұрын
SALAM.men sexsiyetim itirmiṣem 18 yaṣim var hansi sened yaxinlaṣmalıyam
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Zəhmət olmasa, daimi qeydiyyatda olduğunuz rayonu bildirin.
@mehribanhuseynova7468
@mehribanhuseynova7468 Ай бұрын
Mən bilmək istəyirdim qizim hem azərbaycan , həm də türk vətəndaşıdir. məsəlçün bu yaşil pasportla türkiyədən gəlirsə azərbaycana o təzədən burda azerbaycandan qeydiyyatdan keçməlidir yəni qeydiyyatdan keçməsə ştraf olunacaq ?o övladlarıynan gəlir o bilmək istəyirdi elə bir qerar var ya yox çünki burdan gedən azərbaycanlılar turkiyede 90 gün qeydiyyatsiz qala bilir mən bilmək istəyirəm türkiyədən də gələndə əgər türk vatandawi kimlikle gelirse qeydiyyat olmalidi yoxsa yox
@asanxidmat
@asanxidmat Ай бұрын
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbi və vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması xidməti ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə (3 saylı "ASAN xidmət" mərkəzi istisna olmaqla) müraciət etmək olar. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/az/service/asan-xidmetler/miqrasiya-xidmetleri/ecnebilerin-ve-vetendasligi-olmayan-sexslerin-oldugu-yer-uezre-qeydiyyata-alinmasi Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 919.
@ayselmursalova8712
@ayselmursalova8712 Ай бұрын
🙏👍
@Tuncay.Quluzade
@Tuncay.Quluzade Ай бұрын
Salam usaga vesiqe cixardirarken metirkadaki soyadina duzelis edtmek olar?
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@Tuncay.Quluzade
@Tuncay.Quluzade Ай бұрын
@@asanxidmat sadece bilmey isdiyirdim vesiqe cixardiranda usaga metirkada qulizade yazilib onu quliyev elemey mumkundur?
@Tuncay.Quluzade
@Tuncay.Quluzade Ай бұрын
@@asanxidmat metirkani teze goturmusuy sadece olarag men getmemisdim qulizade yazdiriblar men quliyev olsun isdiyirdim
@azegitar8472
@azegitar8472 Ай бұрын
Salam , sürücülüy vesiqesinin vaxtını online qaydada ožumuz yenileye bilirik?
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Xeyr, onlayn qaydada xidmət həyata keçirilmir.
@ceyhunhuseynov6416
@ceyhunhuseynov6416 Ай бұрын
Salam. Şəxsiyyət vəsiqəsinin şəklini çəkib hansısa müəssisəyə göndərmək düzgündürmü? Bundan sui istifadə edilə bilərmi?xahiş edirəm bunu cavablandırın.
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, müraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığından, təəssüf ki, Sizə xidmət göstərə bilməyəcəyik.
@islamalxaneto
@islamalxaneto Ай бұрын
Mən getmişəm asan xidmətə deyir saxtadı ağcəbədidən almlşam pravamı necə saxta ola bilər?
@asanxidmat
@asanxidmat Ай бұрын
Qeyd edək ki, xidmət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Məlumat əldə etmək üçün müvafiq qurumla əlaqə saxlaya bilərsiniz.
@ayselmursalova8712
@ayselmursalova8712 Ай бұрын
👏👏👏
@ayselmursalova8712
@ayselmursalova8712 Ай бұрын
👏👏👏
@Vaqifvaqifli-xu2yh
@Vaqifvaqifli-xu2yh Ай бұрын
Salam rusiyada evlidi burda zaqizi yoxdu burda nigah kesdirmey olarmi bir gunun icinde zaqiz edmek olmur xayis melumat verediz
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, “Ailə Məcəlləsi”nə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
@hicranrzayeva7333
@hicranrzayeva7333 Ай бұрын
👍👏
@PoladAdilov-em2vg
@PoladAdilov-em2vg Ай бұрын
Salam me uşağlara səxsyet vəsiqəsi istəyirəm
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Zəhmət olmasa, uşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub? Uşağın neçə yaşı var?
@mhmmdrzayev94
@mhmmdrzayev94 Ай бұрын
Salam mən Şirvan şeherinde pglum ücün asan xidmetden şexsiyyet vəsiqəsi çixardim oglumun qan qrupun səhv yaziblar baxmayaraqki odaki tibb bacısı düzgün təyin etmişdi lakin vəsiqədə səhv yazılıb bu usaq səhər əsgər gedecek mənim şikayətimə isçilər məhəl vermədi.mən hara müraciət etməliyəm
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Müraciətinizlə bağlı 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@muqabilkerimov9876
@muqabilkerimov9876 Ай бұрын
Salam bazar gunleri 5 N li Asanxidmet saat neciye qeder isliyir.
@asanxidmat
@asanxidmat Ай бұрын
Hər vaxtınız xeyir. Qeyd edək ki, Bakı şəhərində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzi həftənin şənbə və bazar günləri saat 09:30-dan 17:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 16:00-dək, digər xidmətlərlə bağlı sənəd qəbulu saat 16:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir.
@elim_zakir
@elim_zakir Ай бұрын
Mən soyad sonluğunu götürmək istəyirəm. Tələb nədir?
@asanxidmat
@asanxidmat Ай бұрын
Soyad sonluğunun dəyişdirilməsi ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə (3 saylı "ASAN xidmət" mərkəzi istisna olmaqla) müraciət edə bilərsiniz. İlkin zəruri sənədlər: müraciət edən şəxsin doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi. Sənədlərə baxıldıqdan sonra əlavə sənəd tələb oluna bilər. Ətraflı məlumat əldə etmək üçün linkə daxil ola bilərsiniz: asan.gov.az/az/service/asan-xidmetler/vetendasliq-veziyyeti-aktlarinin-doevlet-qeydiyyati/vetendasliq-veziyyeti-aktlarinin-qeydindeki-sehvlerin-duezeldilmesi-ve-onlarda-deyisiklik-edilmesi-vetendasliq-veziyyeti-aktlari-qeydlerinin-legvi-vetendasliq-veziyyeti-aktlarinin-itmis-qeydlerinin-berpasi/vetendasliq-veziyyeti-aktlarinin-qeydindeki-sehvlerin-duezeldilmesi-ve-onlarda-deyisiklik-edilmesi Ətraflı: 108.
@elim_zakir
@elim_zakir Ай бұрын
@@asanxidmat Yəni bu qədər bəsit?
@azerhesenov8285
@azerhesenov8285 Ай бұрын
Gözəl, əla