Azərbaycan Respublikası Hüquqi Demokratik Dövlətdir. Azərbaycan Respublikasında keçirilən seçkilər hər zaman demokratik yolla keçirilir. 1 sentyabr seçkiləri yüksək standartlara uyğun keçiriləcək və səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcək Azərbaycan şəffaf və ədalətli parlament seçkilərinə hazırdır • Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır. • Demokratik və şəffaf seçkilərin təşkili sözsüz ki, hər bir ölkədə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasından, təşəkkülündən xəbər verir. Elə buna görə də azad və ədalətli seçkiləri hüquqi dövlət quruculuğunun əsas elementi hesab edirlər. Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində işlər uğurla davam etdirilir. Məlumdur ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Azərbaycanda seçkilərin normal keçirilməsi üçün seçki komissiyalarının hərtərəfli fəaliyyət göstərmələrinə də əlverişli şərait yaradılmışdır. Mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ən müasir tələblər səviyyəsində inzibati bina və yüksək texniki avadanlıqlarla təchiz edilməsi bu istiqamətdə görülən işlərə əyani misaldır. Respublikamızın inkişaf edən seçki sistemində də demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzindədir. Azərbaycan hakimiyyətinin seçkilərdə aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi bütün dünyada təqdir olunur. Regionda və dünyada ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Azərbaycan demokratik və şəffaf seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir. Son prezident, parlament və bələdiyyə seçkilərində tətbiq olunan bir sıra yeniliklər - müxtəlif təşkilatlar tərəfindən "exit-poll"un keçirilməsi, səsvermə məntəqələrində veb-kameraların quraşdırılması, barmaqların mürəkkəblə işarələnməsi təsdiq edir ki, Azərbaycan Respublikası seçkilərin şəffaflığının təmin olunması üçün istənilən mütərəqqi və ən yeni üsulları tətbiq etməyə hazırdır. Hər zaman olduğu kimi, bu seçkilərin də şəffaf, demokratik və ədalətli keçirilməsi üçün zəruri imkan yaradılıb. Vətəndaşlar əmindir ki, 1 sentyabr seçkiləri yüksək standartlara uyğun keçiriləcək və səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcək. Dövlətin hər zaman olduğu kimi qətiyyətli mövqeyi də qarşıdakı parlament seçkilərinin ədalətli keçiriləcəyinə, xalqın iradəsini əks etdirəcəyinə və ölkədə demokratiyanın inkişafı prosesində mühüm addım atılacağına inamı daha da gücləndirir. Azərbaycan demokratik inkişaf yolunu seçən və bu yolda inamla irəliləyən bir dövlətdir. Biz sivil dünyanın mütərəqqi, cəmiyyətin yüksəlişinə xidmət edən, demokratik prinsiplərə söykənən inkişaf modellərini rəhbər tuturuq. . Demokratik seçkilərin keçirilməsi vətəndaşın öz seçiminə inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir. Bu gün Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Eyni zamanda seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi üçün hər bir şərait mövcuddur. Bütün bunlar 2024- cuüilin parlament seçkilərinin yüksək səviyyədə təşkil olunacağını və keçiriləcəyini qətiyyətlə söyləməyə tam əsas verir. Odur ki, vətəndaşların hər biri sentyabr ayının 1-də baş tutacaq parlament seçkilərinin hüquqi dövlət quruculuğu prosesinə öz töhfəsini verəcəyinə inanır. ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ : BEYNƏLXALQ HÜQUQ EKSPERTİ : İSMAYIL ZALOV
@feqanqasimov15623 ай бұрын
Super Zalov
@NicatMusaev-i3x3 ай бұрын
Bunların hamısının yaşı qocalar evine düşür, ve ya keçib...
@inceyasemen3 ай бұрын
Ne gederkı bu rejım var AZERBAYCANDA seckı şousu olacag secki yox ancag baykot