Рет қаралды 130,980
Bu gün Azərbaycanın hər bir bölgəsində olduğu kimi Xəzər rayonu N.Yaqubov adına 120 nömrəli tam orta məktəbində də "Son zəng" tədbiri həyata keçirildi. Tədbirdə müəllim kollektivi və başda məktəbin direktoru Kamran İsalı və təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Əzizova, fəxri qonaq kürsüsündə məktəbin qocaman müəllimləri və müəllim kollektivi əyləşmişdi. Tədbir məktəbin direktoru Kamran müəllimin çıxışı ilə başladı. 11 a və 11 b sinif şagirdlərinin rəngarəng çıxışları hamı tərəfindən rəğbətlə qarşılandı. İbtidai sinif müəllimləri, fənn müəllimləri, sinif rəhbərləri şagirdlərə gənc həyatlarında uğurlar dilədilər.