🔴 2 ASAN üsulla Qaynadılmadan 5 DƏQİQƏYƏ hazırlanan 🔴Qışlıq XİYAR TURŞUSU

  Рет қаралды 56,784

Ağababa Ağababa

Ağababa Ağababa

9 ай бұрын

İnstagram hesabımız 👉 / reels
XİYAR TURŞUSU:
Tikanlı xiyar......5,3kq
1-ci Bağlı üsulla:
6 ədəd 1litrlik banka ümumi 3,3kq Xiyar tutdu
Hər 1litrlik bankaya:
Dəfnə yarpağı.....1 ədəd
Albalı yarpağı....5-6 ədəd
Sarımsaq...... 2 ədəd
Şüyüd......1 tel
Şüyüd çətiri....1 tel
Kərəviz göyərtisi.....3 tel
Qara istiot toxumu.....4-5 ədəd
Keşniş toxumu...1 çay aşığı
Razyana........ 1/2 çay qaşığı
Duz....1 xğrək qaşığı
Şəkər tozu......1 dolu çay qaşığı
Limon duzu...1 qəhvə qaşığı vəya yarım çay qaşığı
Üzüm sirkəsi.....1 armudu stəkanın başı 1 barmaq əskik
Qaynar su.....banka dolana qədər
HAZIRLAYANLARA NUŞ OLSUN 🥰
2-ci Açıq üsulla:
1 ədəd 2,5 litrlik balon 1,5kq xiyar tutdu
Sarımsaq......5-6diş
Dəfnə yarpağı....2 ədəd
Kərəviz
Şüyüd çətiri
Şüyüd
Albalı yarpağı
Qara istiot toxumu
Keşniş toxumu
Razyana toxumu
Bütün bunları və xiyarları balona yığdıqdan sonra balona əlavə etmək üçün TURŞU SUYUNU hazırlayırıq
TURŞU SUYUNUN resepti:
Təmiz soyuq su......1 litr
Duz....3 dolu xörək qaşığı
Şəkər tozu....1 xörək qaşığı
Lİmon duzu....1 dolu çay qaşığı
Üzüm sirkəsi......200 ml-lik stəkanla başı 1 barmaq əskik
HAZIRLAYANLARA NUŞ OLSUN 😊

Пікірлер: 102
@memmedelinovruzov205
@memmedelinovruzov205 9 ай бұрын
Cox xos danisiginiz var duzgun izahiniz 😊
@ulviyyepashayeva821
@ulviyyepashayeva821 9 ай бұрын
Salam bacı. Dünən turşunun siftəsi açdıq.Çoox bəyəndik.Ailəmiz adından sizə minnətdaram.Allah razı olsun.
@MsMusa73
@MsMusa73 9 ай бұрын
Siz Azərbaycan dilində cox düzgün qrammatik şəkildə izah edirsiniz 👍🇦🇿⚘️
@letifehuseynova1762
@letifehuseynova1762 9 ай бұрын
Salam mende illerdir bele edirem cox gözel alinir iki ildir ki doqranmiş (dilim - dilim ) icine kökude doqrayiram şirin biberde zövqe görede aci biber vururam cox dadli ve gözel alinir sizin izahiniz xoşuma gelir hemde biz bakililarin elinde ele bilki dad var cox dadli alinir nuş olsun hamiya
@user-uu9qg6zu9o
@user-uu9qg6zu9o 9 ай бұрын
Çox sağ olun ğözəl izah üçün. Təşəkkür edirəm.
@cickhacyeva2846
@cickhacyeva2846 9 ай бұрын
Salam xeyirli olsun məndə belə hazırlayıram mən keşneş toxumu da atıram bu da dad verir sağ olun gözəl və dəqiq resept paylaşmısınız
@user-oo6pd6bb7j
@user-oo6pd6bb7j 9 ай бұрын
Sızın əlinizdə hər şey gözéldi
@user-xb6lg7yb8f
@user-xb6lg7yb8f 9 ай бұрын
Ellerinize saģlıq.❤
@ruqiyeruqiye3991
@ruqiyeruqiye3991 9 ай бұрын
Çox bəyəndim sağ olun
@minacetgulmetova1707
@minacetgulmetova1707 9 ай бұрын
Çox aydın izah edirsıniz
@lalalalcka6742
@lalalalcka6742 9 ай бұрын
Ellerinize saqliq 🌹
@ruhengizhamzaeva5683
@ruhengizhamzaeva5683 9 ай бұрын
Salam.çəkiliş üçün minnətdaram.
@ilahiyaahmadova8441
@ilahiyaahmadova8441 9 ай бұрын
Əla İzah da çox gözəldi.👍👍👍👍👍👍👍👍👍👍Əllərinizə sağlıq.
@memmedelinovruzov205
@memmedelinovruzov205 9 ай бұрын
Sizin kimi tursu tutan gormemisem curbe cur edvalar indi dadi bir alemdi o tursunun
9 ай бұрын
Bəli bacı,çox ləzzətli turşu alınır.
@KonulMemmedova-cg5oh
@KonulMemmedova-cg5oh 9 ай бұрын
Çox sağ olun
@user-hy6sk3bq5q
@user-hy6sk3bq5q 9 ай бұрын
Qizim ellerine sagliq.Ela.Sirin agizla yeyesiz. Cox beyendim.
@rustamgurbanli864
@rustamgurbanli864 9 ай бұрын
ÇOX SEVDİYİM GÖZƏL XANIM. BİR DƏFƏ ÜZÜNÜZÜ GÖRƏ BİLİRMİYİK? ZÜMRÜD MEƏLLİMƏ❤❤❤
@mamedovaterlan3720
@mamedovaterlan3720 9 ай бұрын
Cox sağ ol xanım gözəl izah edirsiz
@hokumecavadova6108
@hokumecavadova6108 9 ай бұрын
Ellerinize sağlıq mən sirkə evezinə esensiya 1cay qaşığı qatıram sizin etdiyiniz xoşuma gəldi mən də belə edəcəm Allah sizdən razı olsun
@nuridesadqova3799
@nuridesadqova3799 9 ай бұрын
Salam ezizim canım gözel üsuldu beh beh maşallah
@saidebayramova2629
@saidebayramova2629 9 ай бұрын
Elleriniz var olsun. Ne yaxsi ki, sizin kimi evdar, seliqeli, bacariqli, isguzar xanimlarimiz var. Her zaman ailenizle birlikde xosbext ve saglam olun!!!👌👌👌👍👍👍👍💖💖💖💖
@user-zn6ei4cu5s
@user-zn6ei4cu5s 9 ай бұрын
Саг ол чаным,,суперди❤
@aynureimanova8307
@aynureimanova8307 9 ай бұрын
Salam nuş olsun məndə baxladim çox qəşəkdə olur ançaq mən istiot vurmram istotlu yeyə bilmrik .
@vusalehuseynova3115
@vusalehuseynova3115 8 ай бұрын
möhtəşəm
@ramilseferov6212
@ramilseferov6212 9 ай бұрын
Nə gözəl xanımsız
@mlkxanim7340
@mlkxanim7340 9 ай бұрын
Mən 2 ci usulla etmişdim bu gun baxdımki yaxşı gəlib turşu ətridə gözəldi özudə xırçıtılı ama içləri boru kimi olub boş qalıb elə bil xiyarların içərisin çıxarrtmısan 🤦‍♂️
@ltiflnkran4636
@ltiflnkran4636 9 ай бұрын
Əllərinə sağlıq canım
@sfrovaulkr3308
@sfrovaulkr3308 9 ай бұрын
👍👍👍👍👍 . Agız şirinliyi ilə istifadə edəsiz xoş günlərdə 🤲🤲🤲 .
@sayalabbaszad6387
@sayalabbaszad6387 9 ай бұрын
Sirkə yerinə ukssuz olarmi? Qaynatmadan?
@maestro10152
@maestro10152 9 ай бұрын
Əlləriniz dərd görməsin
@sayalabbaszad6387
@sayalabbaszad6387 9 ай бұрын
Bir de alma sirkəsi olarmi?
@sevincasadov3271
@sevincasadov3271 9 ай бұрын
Əladı bakılı qız
@huseyinhsn8278
@huseyinhsn8278 9 ай бұрын
Salam xiyari neceden almsnz
@user-si4pm7sb8j
@user-si4pm7sb8j 9 ай бұрын
Ай ханым биразда сахламлыгы душун сонра пайлашым еле лимон човхери сирке керовуз бу не демекди билирсен меде учун ? Янлыш мелумат верме инсанлара
@memmedelinovruzov205
@memmedelinovruzov205 9 ай бұрын
Nar sirsin bu gun hazirladim qisda acanda insaAllah serhi yazacam nece oldugunu 😊
9 ай бұрын
Əllərinizə sağlı şirin ağızla istifadə edin. Amma hələ tezdir nar şirəsi üçün. Hələ nar şirinləşməyib., tam qızarmayıb.
@taranahuseynzade2909
@taranahuseynzade2909 9 ай бұрын
Əlinə sağlıq Bakılı qız 🌺
@user-pe8wg8wp8t
@user-pe8wg8wp8t 9 ай бұрын
Salam, necəsən? 😊Əla 👍🏻Nə gözəl 😍
@user-tm8vs9kh7o
@user-tm8vs9kh7o 9 ай бұрын
Salamlar canimsiz❤❤❤
@SevincVahabova-uo4mp
@SevincVahabova-uo4mp 3 ай бұрын
Salam Aleykum.Elkerinize sağllq.Bacı bu turşunu qışa saxlamaq olar? Ve eyer ki,qış üçün hazırlasam da kapron qapaqla bağlamalıyam.Önceden teşekkür edirem.
@user-bi4be2jr3k
@user-bi4be2jr3k 9 ай бұрын
Evde hazırlanan alma sirkəsi əlavə etmək olar?
@residsafarov9233
@residsafarov9233 9 ай бұрын
Xeyirli olsun..
@ulviyyepashayeva821
@ulviyyepashayeva821 9 ай бұрын
Əllərinə sağlıq. Mən bu il sizin reseptlə elədim.Görünüşü əladır.İnşəAllah dadı da əla olar.😊
9 ай бұрын
Əllərinizə sağlıq, şirin ağızla yeyin. İnşaallah nəticəni də paylaşarsınız.
@ulviyyepashayeva821
@ulviyyepashayeva821 9 ай бұрын
@ İNŞALLAH. Dünən hazırladım ,yəqin 10 günə hazır olar.Hər 2 üsulla da hazırlamışam.
@mehdik.6946
@mehdik.6946 9 ай бұрын
Salam.Mən sirkə əlavə etmədim.İnşallah xarab olmaz.
@Huseyn-j5
@Huseyn-j5 8 ай бұрын
Salam. Əgər suyu bulansa qorxusu var? Xahis edirəm deyərsizdə
@memmedelinovruzov205
@memmedelinovruzov205 9 ай бұрын
Men de sizin nar siresi reseptinize baxirdim ilk defe edecem gorum nece olur ❤
@ramiloruvov7947
@ramiloruvov7947 9 ай бұрын
Salam xanim sirin agizla yiyesiz
@sevabagirli8243
@sevabagirli8243 8 ай бұрын
Salam məndə xıyar turşusu bulaniqdi cixartdim yudum sonra tezden içinin ədviyyatlarin suyun tokdum zeherlenme verər yoxsa yoxe?Xiyardan heçnə dad gelmir
@memmedelinovruzov205
@memmedelinovruzov205 9 ай бұрын
Asan usuldu heqiqeten
@iradenovr7325
@iradenovr7325 9 ай бұрын
Mətbəx bələdçim oldunuz, xüsusi təşəkkürlər❤️ Rayon xiyarı ilə bu resept keçərlimi? aydınlıq gətirsəz, çox minnətdar olaram.🙌
9 ай бұрын
rayon xiyarı nədir onu bilmirəm. Tikanlı xiyatla tuturam mən.
@gulbutaheyderova3885
@gulbutaheyderova3885 9 ай бұрын
Əllərinizə sağlıq nuş olsun
@yeganaabbasova1124
@yeganaabbasova1124 9 ай бұрын
Aaa birinci üsul,atmırlar😮?
@lezzetoykusu3434
@lezzetoykusu3434 9 ай бұрын
👏👍👍👍👌👌🤲🤲🌹
@gulyaagiyeva8575
@gulyaagiyeva8575 9 ай бұрын
Mox sağ olun. Təşəkkürlər. Amma mən sizin bu videonu görməmişdən əvvəl, köhnə videonuza baxdım və o usulla hazırladım. Siz orada sirkəni hər bankaya 1 xörək qaşığı əlavə etmisiniz. Onlar necə olacaq? Xahiş edirəm məlumat verərdiniz.
9 ай бұрын
Əlləriniə sağlı, şirin ağızla yeyin. Bacı, onlar əla olacaq. O başqa, bu başqa reseptdir. Biz müxtəlif üsullarla xiyar turşusu bağlamışıq hərənin dadı, tamı başqadır. Hamısı əladır.
@gulyaagiyeva8575
@gulyaagiyeva8575 9 ай бұрын
​@Cavablandırdığınız üçün təşəkjürlər. Sizi çox sevirik. Var olasız 👏👍🥰🌹
@arzuhuseynova7311
@arzuhuseynova7311 9 ай бұрын
Ele belede etmiwem suyu bulandi.bilinmedi.niye.kimede yazdim derdi tapilmadi.axri yeniden duya verib vedrede qoydum.oldu ela
9 ай бұрын
Bacı, mən bunu indi paylaşmışam axı, necə ola bilər ki, siz eyni ilə mənim kimi edə biləsiniz? Bir də bizim videonu diqqətlə izləyin, özünüz də görəcəksiniz ki mənim kimi etməmisiniz. Cüzi bir dəyişiklik də nəticəni müəyyən edir. Mümkünatı yoxdur ki, mənim kimi hazırlayasınız bulansın. Mən bu resepti 2 ay bundan qabaq sınaqdan keçirib sonra sizinlə paylaşmışam. Heç vaxt sınamadığım bir resepti izləyicilərimlə paylaşmaram. Bizə etibar edə bilərsiniz. Yetər ki, siz videonu diqqətlə izləyib , eyni dediyim kimi edəsiniz. Nəticə möhtəşəm olacaq, Sizə söz verirəm.😊
@arzuhuseynova7311
@arzuhuseynova7311 9 ай бұрын
@men sizi qeyd etmedim umumiyyetle yazdim.uksusla bawqa kanaldan baxib etmiwdim.Siz etdiyiniz ag kelem ve qirmizi turwinizu etmiwem super olub.ola biler men duzgun ifade etmedim
9 ай бұрын
@@arzuhuseynova7311 Bacı biz lap əvvəllər bir tək göy pomidor turşusunu uksusla qoyurduq. İndi onu da üzüm sirkə si ilə qoyuruq. Mən uksusdan ehtiyat edirəm.Bir halda ki,təbii üzüm sirkəsi ilə etmək olursa niyə kimyəvi yandırıcı maddədən istifadə edək.Şirin-şirin yeyin haırladıqlarınızı.Bizim reeptlərlə hazırladığınız təamların nəticəsini zəhmət olmasa elə həmin videoların şərhlər bölməsində bölüşün
@arzuhuseynova7311
@arzuhuseynova7311 9 ай бұрын
​@baw uste
@sbinqurbanova2251
@sbinqurbanova2251 9 ай бұрын
Əllərnizə sagliq, sirkəni azaltmaq olar?
9 ай бұрын
Bacı necə deyirəmsə elə edin ki,nəticə yaxşı olsun
@sbinqurbanova2251
@sbinqurbanova2251 9 ай бұрын
@ oldu baci 😍
@enes55543
@enes55543 9 ай бұрын
salam xanim bu suyut cetiri dediyiniz qurudulmus cetirdir?
9 ай бұрын
Salam.Hansından olsa ondan da istifadəedin.Mən işlətdiyim təzə yaşıl şüyüd çətiridir
@kamranrehimov9561
@kamranrehimov9561 9 ай бұрын
Zəhmət olmasa deyin bu üsulla bağlamaq qışa saxlamaq olar
9 ай бұрын
olar
@mehdik.6946
@mehdik.6946 9 ай бұрын
Sirkə əlavə etməsək xarab olmaz?
9 ай бұрын
sirkə əlavə edirəm, bacı.
@ehmedovalale3119
@ehmedovalale3119 8 ай бұрын
Xiyar aci olsa neyniyek basligini kesek
@fidanabdullayeva316
@fidanabdullayeva316 9 ай бұрын
Alma sirkesi elave etmek olar bizde alma sirkesi var
9 ай бұрын
olar
@user-bi5tg2bs2t
@user-bi5tg2bs2t 28 күн бұрын
Bu üsulla edib balon bagliyanlada bağlamaq olarmi
28 күн бұрын
OLAR
@sukurle_yasasukurleyasa.2869
@sukurle_yasasukurleyasa.2869 9 ай бұрын
Suyud çətiri nədir
9 ай бұрын
toxumlu şüyüd.
@lalebabayeva5070
@lalebabayeva5070 9 ай бұрын
Salam.sizin birinci üsulunuzla hazırladım.bəzilərinin suyu bulanıb.neyləyim?
9 ай бұрын
Xanım, siz yəqin nəyi isə düzgün etməmisiniz. Neçə banka bağlamışdınız, neçəsinin suyu bulanıb onu da qeyd edin zəhmət olmasa. Bir də o bulanan bankaların hazırlanmasında nə fərqlilik etmisiniz? Bu videonu elə yeni paylaşmışdım ki, bir neçə izləyici yazdı ki, elə bu cür bir başqa kanaldan hazırlayıblar suyu bulanıb.Mən bir neçə gün bundan qabaq öz bağladıqlarımı instagram hekayədə paylaşdım və o izləyiciləri də xəbərdar etdim ki, paylaşacağam bizi izləyin. Sizin bankalarınızın qapağı yaxşı tutmayıb və yaxud xiyarların üzərində az da olsa toz qalıb. Bankaları boşaldıb xiyarları yenidən yuyun və təzədən bağlayın. Təbii ki duzunu bir qədər azaldın. Bir də bankaları hansı qapaqla bağlamışdınız?
@lalebabayeva5070
@lalebabayeva5070 9 ай бұрын
@ 9 banka idi 8- i bulanıb.rezbalı ilə bağlayıram hər şeyi
9 ай бұрын
BACI, YENƏ DƏ VİDEONU İZLƏYİN. YENƏ SİZ BİLƏRSİNİZ HARDA SƏHV ETMİSİNİZ DEDİYİM KİMİ MƏN BİR NEÇƏ GÜN BUNDAN QABAQ QOYDUĞUM TURŞULARI GÖSTƏRMİŞƏM İNŞƏALLAH VİDEOLARDA DA YEMƏKLƏRDƏ İSTİFADƏ EDİB GÖSTƏRƏRƏM.
@Samsung-zg6sc
@Samsung-zg6sc 9 ай бұрын
Eynen bu resetple etdim men 1 hefte evvel hamsi bulandi. Kiloluga 1 armudu st uzum sirkesi Yarim c q limon duzu 1 x q iri duz 1 c q da pesok
9 ай бұрын
Bacı mən bunu hələ 30 dəqiqə deyil ki,paylaşmışam,siz necə olub ki,1həftə əvvəl baxıb hazırlamısınız? 😁 Mən elə 10 gün bundan qabaq hazırlamışam,başqa işlərim var idi montaj edə bilmirdim ki,paylaşım.Sentyabrın 21-i bağlamışıq bu turşuları bağlı üsulla yəni rezbəli qapaqla bağladığımız bankaların suyu dumdurudur göz yaşı kimi.Açıq üsulla hazırladığımızın suyu bir az bulanıb,bu da normaldır.Elə bugün Xalamqızı gəlmişdi bizə açıb süfrəyə qoyduq,yedi çox bəyəndi,1 bankasını da ona pay verdik
@dilbrmuradova2367
@dilbrmuradova2367 9 ай бұрын
​@Xanım 1ci.üsulla hazırlayıb qışa saxlasam (eyvanda) , xarab olmazki?
9 ай бұрын
@@dilbrmuradova2367 Xeyr bacı niyə xarab olsun.Saxlayın eyvanda
@dilbrmuradova2367
@dilbrmuradova2367 9 ай бұрын
@ Çox sag ol bacım)))
@Samsung-zg6sc
@Samsung-zg6sc 9 ай бұрын
​@men demedim ki sizden baxib etdim).tocnu by resepti ayri kanal da paylasir ordan etmisem
@zuleyxayuasifova9027
@zuleyxayuasifova9027 9 ай бұрын
Limon duzunu niye elave edirsiniz tursluq vermez ki
9 ай бұрын
vermir, dadlı olur.
@eliyevaelmira3650
@eliyevaelmira3650 9 ай бұрын
Хем лимон дузу хем сирке бу чох олмады мен сиркели тутмалары хошламырам бирде килолуг банкалар буланыб атачаг лимон дузу варса сиркейе ехтийач йохду гайнанмыш суйу ики дефе текрарласаныз сыгорталанмыш олар
@HuseynHacyev-be5eb
@HuseynHacyev-be5eb 5 ай бұрын
Go, zel
@user-tn2md3ib4u
@user-tn2md3ib4u 9 ай бұрын
Limonoya kislota ne üçündür ki
9 ай бұрын
xiyarların şax qalması üçün.
@lalalalcka6742
@lalalalcka6742 9 ай бұрын
Ellerinize saqliq 🌹
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4,2 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
Qisliq xirt - xirt seffaf sulu  hecvaxt atmayan xiyar tursusu.
3:05
Gunel Ahmedova
Рет қаралды 710 М.
Delicious Pickled Cucumbers
7:45
Zibanın leziz metbexi 2
Рет қаралды 284 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН