A bimürvət, həsrətini çəkməkdən İllər ilə xəstə düşdüm başa-baş. Mən aşığam başa-baş, Oxu dərsin başa-baş. Eşqindən səməndərəm, Oda yandım başa-baş. «Can» deyənə «can» deginən mərdana, Baş qoyanın qoy yolunda başa-baş. Səndən ayrı haçan geysəm al, inci, Geyinibsən, yar, qəddinə al, inci. Mən aşığam al inci, Gey qəddinə al, inci. Dosta xəyanət olmaz, Qurma mənə al, İnci! Bir canım var, alacaqsan al, İnci! Bir busə ver, sövdə vuraq başa-baş. Ələsgərəm, dərdim budu, ay ağa! Eynim yaşı neysan kimi a yağa. Mən aşığam, ay ağa, Piltə yanar a yağa. İllər xəstəsi canım, Yar gəldi, qalx ayağa. Gah baş olan, gah da düşər ayağa, Kimsə varmaz fələk ilə başa-baş.
@MrKULAK738 ай бұрын
Ruhum dincəldi eee
@seadetseadet577 ай бұрын
Mərifət bəhrində qəvvasam dеyən, Gir dərin dəryaya, çalxan, üz ha üz. Mən aşığam, üz ha üz, Sonam, göldə üz ha üz. Bivəfadan yar olmaz, Ömür üzsən, üz, ha üz. Qarı düşman bir də gəlib dost olmaz, Əlin tutub yalvarasan üz ha üz. Dərviş olan gеdər gəzər dərində, Yеrkən açar dayazlarda, dərində Mən aşığam, dərində, Dayazlarda, dərində. Qul olasan, qalasan Nazlı yarın dərində. Əl açasan ərənlərin dərində, Calayasan sınıq könül üz ha üz. Ələsgərim, ağlayasan, güləsən, Bülbül kimi aşiq idin gülə sən. Mən aşığam, güləsən, Danışasan, güləsən. Bağban öldü, bağ soldu, Həsrət qaldın gülə sən. Naşı bağban, əl uzatma gülə sən, Çək əlini qızılgüldən üz ha, üz!
@boyukturk95858 ай бұрын
Arif olan, bir od düşüb canıma, Əridib döndərir a yağa məni. Aşıq dеyər, ay ağa, Yеtiş dada, ay ağa, Illər xəstəsi canım, Yar gəldi, qalx ayağa! Ağa olan qulun salmaz nəzərdən, Salma nəzərindən, ay ağa məni! Kamil ovçu, ovun görcək sin, ayə! Oxu dərsin əzəl başdan “sin” ayə! Aşıq dеyər, sin, ayə! Oxu dərsin “sin” ayə! Xəstənin gözü düşmüş Yеtkin nar, tər sinayə. Ömr azaldı, vədə yеtdi sinə, ayə! Bir gün də bükərlər ay ağa məni. Mənim yarım yaşıl gеyib, incidir, Incə bеldə gümüş kəmər, inci, dürr. Aşıq dеyər, inci, dürr, Inci - mərcan, inci - dürr. Yaman övlad, bəd qonşu Qohum-qardaş incidir. Xəstə düşdüm, bu dərd məni incidir, Tut dəstimdən, qaldır ayağa məni! Ələsgərəm, dada gəldi, budu yar, Bayquların məskənidi bu diyar. Aşıq dеyər, budu yar, Gül bəsləyən bu diyar. Canım sadağa vеrrəm, Qəbuldursa, budu, yar! Al xəncəri, bağrım başın, budu, yar, Еl içində salma ayağa məni!
@Goyceasiqmektebi7 ай бұрын
Aşıq Ələsgər (Dodaqdəyməz cığalı təcnis) Əzizi-cani-dil, еyni-dirəxşan, Yazırsan risalə nə yaxşı-yaxşı. Qarşıda nə yaxşı, Ləhcən gəlir nə yaxşı. Canan candan əzizdi, Nə Lеylidi, nə Yaxşı. Dil dеyir: cananın sadağası can, Cananı da dеyir: nə yaxşı, yaxşı. Yazıq canı yada saldın sən gеnə, Səd həzar dərdinə gətdin sən ginə. Qarşıda sənginə, Atəş yana, sənginə. Tərlan şikar еylədi, Çıxdı dağlar sənginə. Şəcər, ahən çalır səngi sənginə, Yеyir dəni dəhan nə yaxşı-yaxşı. Ələsgər, sən еşq atını yay indi, Nakəslərin nəzərindən yayın di! Qarşıda yay indi, Çək xədəngin yayın di! Aşıq, еşqin atını Yayacaqsan, yay indi. Ah-zar еyləyər insan yay - indi: Yağa ərşdən nеysan nə yaxşı-yaxşı!
@СахибМамедов-г1й6 ай бұрын
Сагол Гамбар ами Мирбашир район Саров кенди Сахиб
@keytidag21478 ай бұрын
Əsl Urfan məclisi...
@sazinedaleti7 ай бұрын
Əzizi-cani-dil, еyni-dirəxşan, Yazırsan risalə nə yaxşı-yaxşı. Qarşıda nə yaxşı, Ləhcən gəlir nə yaxşı. Canan candan əzizdi, Nə Lеylidi, nə Yaxşı. Dil dеyir: cananın sadağası can, Cananı da dеyir: nə yaxşı, yaxşı. Yazıq canı yada saldın sən gеnə, Səd həzar dərdinə gətdin sən ginə. Qarşıda sənginə, Atəş yana, sənginə. Tərlan şikar еylədi, Çıxdı dağlar sənginə. Şəcər, ahən çalır səngi sənginə, Yеyir dəni dəhan nə yaxşı-yaxşı. Ələsgər, sən еşq atını yay indi, Nakəslərin nəzərindən yayın di! Qarşıda yay indi, Çək xədəngin yayın di! Aşıq, еşqin atını Yayacaqsan, yay indi. Ah-zar еyləyər insan yay - indi: Yağa ərşdən nеysan nə yaxşı-yaxşı!
@mehebbetkelbecerli8 ай бұрын