Çağırın. Söz oduna qalanmışam bu gecə, Bəhmən kimi bir hikməti çağırın. Birdən çaşıb su tökərsiz üstümə, Alov dilli Sucaəti çağırın. Deyin Əyyub sözdən xalı toxusun, Yoxsa Yaqub qarışdırar yuxusun, Qardaşxanım ''göyçə gülü'' oxusun, '' Kərəmiyə'' Ədaləti çağırın. Həsrətimə gecəm yanar, dan ağlar, Köhnə saza dərdim təzə sim bağlar, Külə döndü, innən sora a dağlar, Ha boş yerə Məhəbbəti çağırın. Məhəbbət Kəlbəcərli.