Рет қаралды 384,566
Facebook - / www.abbas.az
Twitter- / abbas_bagirov
Sözlər:
Məndən sənə bir ömürlük xatirə,
Səndən mənə nə qalacaq, bilmirəm.
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalacıq, bilmirəm.
Nəqərat:
Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günüm güllərimi qurutdu...
Bu sevgidə kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, bilmirəm.
* * *
Mən Arazam, səsim tutqun Arazdı,
Ha yüyürdüm, ha çağırdım, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bu od-ocaq, bilmirəm.