"Abzas Media" direktoru Ülvi Həsənli kimdir? Niyə saxlanılıb?

  Рет қаралды 11,631

Meydan TV

Meydan TV

Күн бұрын

20 noyabr səhər saatlarında Azərbaycan üçün köhnə-tanış xəbərlərdən biri yayıldı. AbzasMedia direktoru Ülvi Həsənli hava limanına gedərkən yoxa çıxıb. Sonradan onu polislərin saxladığı məlum oldu, AbzasMedia ofisində axtarış aparıldı, 40.000 avro pul tapıldığı iddia edildi. Daha sonra Həsənliyə qarşı 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham elan edildi və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.
Ülvi Həsənli kimdir?

O, 10 avqust 1987-ci ildə Kirovabadda (Gəncə) anadan olub.
Ülvi 2005-ci ildə ADNA-ya daxil olub, lakin siyasi fəaliyyətinə görə 2006-cı ildə oradan uzaqlaşdırılıb. Həsənli 2008-2013-cü illərdə Azərbaycan Turizm ve Menecment Universitetində təhsil alıb.
Ülvi Həsənli 2000-ci illərdə Dalğa Gənclər Hərəkatında fəaliyyət göstərib və təşkilatın sədri olub. O, 2011-ci ildə yaradılmış Azad Gənclik Təşkilatının təsisçisi və sədri olub, 2013-cü ilin noyabr ayında bu vəzifədən istefa verib.
Demokratik Qüvvələrin Milli Şurasının da üzvü olan Həsənli bundan sonra NİDA Vətəndaş Hərəkatına üzv olub. O, sonradan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin də üzvü olub.
Ülvi Həsənli 2016-cı ildə təsis edilən "AbzasMedia" onlayn nəşrinin direktorudur. "AbzasMedia" daha çox hakim ailə və dövlət məmurlarının korrupsiya əməllərini araşdırması ilə tanınır.
Həsənliyə 2017-ci ildə sağlamlıqla bağlı hərbi xidmətdən möhlət verilsə də, oktyabr ayında yeni təyin edilən müayinədən ötrü getdiyi xəstəxanada hərbi polis tərəfindən saxlanılıb. O, buradan ailəsi ilə sağollaşmağa imkan verilmədən birbaşa Bərdə rayonundakı hərbi hissəyə göndərilib
Ülvi Həsənli 2020-ci ildə Azərbaycanda parlament seçkilərində bitərəf namizəd kimi iştirak edib.
Həsənli 2023-cü ilin iyununda Söyüdlü hadisələri haqqında məlumat verdiyinə görə Azərbaycan polisi tərəfindən Binəqədi rayon Polis İdarəsində saxlanılıb. O, həmin il ABŞ səfirliyində bir qrup siyasi fəalın keçirdiyi fleş-mob zamanı da saxlanılmışdı.
20 noyabr 2023-cü ildə Ülvi Həsənli polis tərəfindən saxlandı. O, saxlanandan sonra işgəncəyə məruz qaldığını deyir. Ülvi Həsənli cinayət məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilir.
"Amnesty International", Jurnalistləri Müdafiə Komitəsi, Beynəlxalq Mətbuat İnstitutu kimi qurumlar Ülvi Həsənlinin həbsini qanunsuz adlandırıb və onun azad edilməsini tələb ediblər.
AbzasMedia daha çox hakim ailə və dövlət qurumlarının korrupsiya faktlarını araşdıran fəaliyyəti ilə tanınır. Sayt bugünə qədər İlham Əliyev və ailəüzvləri, keçmiş məmurlar, Bəylər Eyyubov, Əli Nağıyev, Ceyhun Bayramov və başqalarının korrupsiya əməlləri barədə onlarla araşdırma cəlb edib. Media qurumu, həmçinin, Qarabağda həyata keçirilən tikinti-quruculuq işlərindəki qeyri-şəffaflığı da sorğulayır.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Пікірлер: 49
@mehemmedelitehmezov9825
@mehemmedelitehmezov9825 Жыл бұрын
Ən yaxşı kanalardan biri idi
@orxandemokrat942
@orxandemokrat942 Жыл бұрын
Hökumət Allah deyil ki də səhvsiz ola. Orda da sənin mənim kimi insanlar vardır. Hökuməti xalq seçibsə xalq da mühakimə etməlidir. Sadəcə, Azərbaycanda hökumətin adını dövlət qoyub ona Allah kimi səcdə etməyi fərz qoyublar bizim lox toplumun üzərinə. Xalq bir olmayanda bax belə repressiyalar da çox olacaqdır. Nə isə ki, bütün siyasi məhbuslara azadlıq tələb edirik!
@МорскойДьявол-д6щ
@МорскойДьявол-д6щ Жыл бұрын
Kimdən gorxullar tutub salillar icəri, dayi demillər ki hər şeyin vaxdi var.
@zabilagayev2166
@zabilagayev2166 Жыл бұрын
Var ol
@IsmailQehremani
@IsmailQehremani 6 ай бұрын
Qubad. Ibadoglu buraxildisa,bu insanda mence buraxilacaq.Mehmanla bir yerde olurdular evvel
@РоманЮсубов-и2у
@РоманЮсубов-и2у Жыл бұрын
Улви Гасанлыя Азадлыг!!!
@ZabitMemmedov-o6g
@ZabitMemmedov-o6g Жыл бұрын
Sağol LƏLƏ SƏN GƏCƏLİLƏRİN FƏXRİSƏN!
@elvinaliyev180
@elvinaliyev180 Жыл бұрын
Ilhamin da bir gun yeri iceridi
@Jung.kim-
@Jung.kim- Жыл бұрын
Şərhləri oxuyanda anladım ki bu qapalı repressiya heçvaxt bitməyəcək
@QuL2121
@QuL2121 Жыл бұрын
ABZAS medyanı fəaliyyətini dayandırmamağa çağırıram.Heç bir güc sizi dayandırmasın
@ekstrim_muzungu
@ekstrim_muzungu Жыл бұрын
Yəqin Avropadan çağırırsan?!)
@QuL2121
@QuL2121 Жыл бұрын
@@ekstrim_muzungu yo mamanın yanından
@Qabil41
@Qabil41 Жыл бұрын
Bandit polisler iş başında
@salonsvyazifudsiti2035
@salonsvyazifudsiti2035 Жыл бұрын
Allah komeyin olsun......Sene AZADLIQ teleb edirem...amma hec vaxt onlarin adami olma.
@resadhsenli834
@resadhsenli834 Жыл бұрын
Gəncənin adını kirovbad kimi təqdim edən meydan tv sizdə tərəfinizi bəlli edirsiniz..
@zabilagayev2166
@zabilagayev2166 Жыл бұрын
Allah köməyi olsun
@kamalqasmov4206
@kamalqasmov4206 Жыл бұрын
10 Avqust 1987 ci ili bildik Kirovabadda nə idi,Gəncə kifayət edir! Kimlərə subliminal mesaj ötürürsüz😡
@batmaninyoutube8682
@batmaninyoutube8682 Жыл бұрын
🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺 Mən bütün Azərbaycan vətəndaşlarını haqsızlığa susmamağa və razılaşmamağa çağırıram. Hakimiyyət etməy istədiyi dəyişikliylərinə görə və hərəkətlərinə görə cavabdeh olacaq və xalqın sənin mənim hər birimizin səsini dinləyəcək yeni bir prezidentə nail olmalıyıq. Biz seçkilərdə iştirak etməliyik, müxalifəti dəstəkləməliyik, vətəndaş təşkilatları və ya petisiyalar yaratmalıyıq, dinc etiraz aksiyaları keçirməliyik və s.yalnız bu yolla biz həyatımızı və ölkəmizin gələcəyini yaxşılaşdıra bilərik. 🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺
@holymolyohmygod
@holymolyohmygod 8 ай бұрын
Salam. Bunlar xəbər çıxaranda niyə polis bunları tutur?
@shahmaranmahmudov9960
@shahmaranmahmudov9960 Ай бұрын
Bu uşaqların günahı cinayətkarları ifşa etdiklərinə görəmi həps olunublar? O zaman cinayətkarlar niyə azadlıqda gəzirlər?
@OrxanSadiqov-ff2co
@OrxanSadiqov-ff2co Жыл бұрын
Azərbaycanda her kəs qanuni şəkildə öz hüquqlarindan yararlanır ve ozbaşınalıq edenler saxlanılırlar. Kimliyinden asili olmayaraq her kes qanun qarşısında eyni huquqa malikdir.Her kimse bir günah görürsə etdiyi emele gore mesuliyyete celb olunur. Bu həmişə belə olub. Belə də davam edəcək..
@batmaninyoutube8682
@batmaninyoutube8682 Жыл бұрын
🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺 Hökümətin ölkədə söz azadlığına məhdudiyyətlər qoyması, öz xalqına qarşı hədə qorxu qəlməsi, güc tətbiq etməsi bu hökümətin zəif olmasının və öz xalqından qorxmasın aydın nişanlarıdır. 🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺
@bayramyolchuyev3506
@bayramyolchuyev3506 Жыл бұрын
Heç kim günahsız həbs edilmir. 4 aylıq həbs edilibsə ortada nəsə var. İstintaq gedir sonunu gözləyək.
@kesaava9235
@kesaava9235 Жыл бұрын
İndi kanallar döşüyür eeee .amerika agenti axtaririq .dunen iran axtarirdiq.bu telekanalizasiyalar bu deyqe agent axtarir
@kesaava9235
@kesaava9235 Жыл бұрын
Amerikanin sanksiyalari yoldadir deye telekanalizasiyalara əmr verilib.dösüyünnn
@israfilkerimov6833
@israfilkerimov6833 Жыл бұрын
bəs onun xaricə kəşfiyyata işlədiyini niyə demirsiz?
@royalnagiyev9258
@royalnagiyev9258 Жыл бұрын
Bir şəxs həbs olunursa, demək səhv hərəkətləri var. Subutlara və dəlillərə əsasən bu şəxslər həbs edilib. Ölkədə azad jurnalistika həmişə olub. Ancaq jurnalistika adına qara gətirənlər həbs olunmalıdırr
@ШукюрЗаманов
@ШукюрЗаманов Жыл бұрын
Бу дямир юмруг дейир ейирсиз буду(хиярды)емирсиздя будур.
@YasarBirsoy-y5v
@YasarBirsoy-y5v Жыл бұрын
Əəəəəə get yazmağı öyrən əəəəəə, sonra yazarsan əəəəəə
@ШукюрЗаманов
@ШукюрЗаманов Жыл бұрын
@@YasarBirsoy-y5v кет остур
@azerqarayev7654
@azerqarayev7654 Жыл бұрын
Qəhbə sox içinə
@БакуАзербайджан-е6у
@БакуАзербайджан-е6у Жыл бұрын
Ильхам Алиев диктатор...
@tagiyevaaida1725
@tagiyevaaida1725 Жыл бұрын
cavan uşaq qazanc dalınca qaçır. Qınamıram. Yaxşı yaşamaq istəyir. Ancaq hər şey qanun cərcivəsində olmalıdır. Jurnalistsən get öz peşənlə məşğul ol.
@jalesasamedova2421
@jalesasamedova2421 Жыл бұрын
hechkimi bosh yere hebs etmirler, her bir hebsin sebebi var, ve qayda qanunlara riayet etmek lazimdir.
@ГражданинМира-о5ъ
@ГражданинМира-о5ъ Жыл бұрын
İlham Əliyev istefa ver diktator. tələb edirik milli hökumət
@samsungmarket7033
@samsungmarket7033 Жыл бұрын
Toyug ogrusunda tutanda gişgirir ki , sifari.lə tutulub !😂😂😂😂
@gglgfgfgnbc428
@gglgfgfgnbc428 Жыл бұрын
Ar olsun belə hakimiyyətə !
@arifinsan5800
@arifinsan5800 Жыл бұрын
Bu satqının dərisi soyulmalıdır!
@eminnovruzov5298
@eminnovruzov5298 Жыл бұрын
Mene maraqli deyil kimdi nedi.
@Q.Ziya.
@Q.Ziya. Жыл бұрын
Osturum belə gələcək deputata
Mehriban Əliyeva kimdir? [BİOQRAFİYA]
11:02
Meydan TV
Рет қаралды 3,6 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
İlham Əliyev kimdir? - [BİOQRAFİYA]
12:31
Meydan TV
Рет қаралды 480 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН