Şagirdlərin dərsdə çətirlə oturduğu daha bir məktəb-Masallıda şagirdlər bu vəziyyətdə oxuyur -APA TV

  Рет қаралды 1,949

APA TV

APA TV

Күн бұрын

#APATV #masallı #məktəb #problem #Ərkivan #müəllim #ortaməktəb #şagird #qəzalı #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
Adına məktəb deməyə çətinlik çəkdiyimiz bu binanın problemləri saymaqla bitməz. Dam örtüyü qəzalı vəziyyətdə, pəncərələrinin şüşələri qırıq, tavan və döşəmə deşik-deşik.
Bura Masallı rayonunun Ərkivan qəsəbə 3 saylı tam orta məktəbidir. Bu kəndə uşağını dərsə göndərən valideynin birinci arzusu uşağın sağ-salamat evə qayıtmağıdır. Bu elm ocağında yağışlı günlərdə şagirdlər sinif otağında çətirlə oturmağa məcbur olurlar.
Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbi 1962 - ci ildə tikilib istifadəyə verilib. O dövrdə məktəbdə 800 - ə yaxın şagird təhsil alıb. Məktəbdəki şəraitsizliyə görə sonradan valideynlər övladlarını bu məktəbdən çıxarıb, şəraiti yaxşı olan digər məktəblərə göndəriblər.
Valideynləri narahat edən digər məsələ məktəbin istilik sistemi ilə bağlıdır. Onlar deyir ki, qarşıdan qış ayları gəlir. Məktəbin istilik sistemi yox səviyyəsindədir. Otaqlar odunla qızdırılır. Buna baxmayaraq, istilik otaqlarda qalmır. Səbəbi də binanın dam örtüyünün bərbad olmasıdır. Məktəbdəki şəraitsizlik, uşaqları da müəllimləri də narahat edir.
Lənkəran - Astara Regional Təhsil idarəsinin Masallı rayonu üzrə təhsil sektorundan bildirdilər ki, məktəb 500 yerlik olmaqla, iki tədris binasından ibarətdir. Bina tikilib istifadəyə verildikdən sonra, cari və əsaslı təmir işləri aparılmamışdır. Buna görə də hazırda məktəb qəzalı vəziyyətdədir.
Qeyd edək ki, hazırda məktəbdə 429 şagirdin təlim - tərbiyəsi ilə 41 nəfər müəllim məşğul olur.
İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 17
@mirzayeva8296
@mirzayeva8296 3 ай бұрын
Tikilsin
@elnurbagiyev5426
@elnurbagiyev5426 11 ай бұрын
Görəsən anti- sanitar vəziyyətdə olan bu məktəbdə təhsil almağa çalışan uşaqların xəstələnməsinə görə məhsuliyyət kimin üzərinə düşür? Pandemiya dövrü yoluxmaların statistikasını aparan səhiyyə nazirliyi , qış aylarında ağciyər və tənəffüs yolları xəstəlikləri üçün bilavasitə patensiyal mənbə olan bu məktəblə niyə maraqlanmır? Halbuki bütün icra strukturları məlumatlıdır.Şəxsən biz valideyinlər imza toplayaraq bütün əlaqədar qrumlara göndərmişik. Bu ögey münasibət haradan qaynaqlanır bizim bölgəmizə?
@MuradMasalli
@MuradMasalli 11 ай бұрын
İnşAllah Yeni bir məktəb tikilər
@PervaneBagiyeva-gh5gp
@PervaneBagiyeva-gh5gp 11 ай бұрын
İnşallah tikilər
@eliquliyev7218
@eliquliyev7218 11 ай бұрын
Bularida. Gundeme devet. Etmey. Lazimdir. Susmaq. Yox
@eliquliyev7218
@eliquliyev7218 11 ай бұрын
Gedib baxmaq. Lazimdir. Ucqar. Rayonlardaki. Berbad. Mekteblerin. Wagirdlerin aldiqi. Tehsile
@ЧингизАгаев
@ЧингизАгаев 7 күн бұрын
Dövlət bu mıktəbin tikilməsi üçün pul ayırmışdı. Pulları yedilər, amma məktəbdən əsər əlamət olmadı. O pulların kimlər tərəfindən yeyildiyini Ərkivanın Bağlaküçə məhəlləsinin sakinləri yaxşı bilirlər.
@eliquliyev7218
@eliquliyev7218 11 ай бұрын
Valideyinleri. Ve uwaqlari bu beladanqurtarmaq. Lazimdir
@cavidazizov8972
@cavidazizov8972 11 ай бұрын
Men bu mektebin sagirdi olmusam. 30 ildirki bu mektebin tikileceyin esdirem amma tesufki her gelen cekir isiqlandirir tikilmeye gelince arada hec bir netice yoxdur. cox tessufki mekteble bereber tehsilde acinacaqli vezyetdedi. valdeynkimi bu mesele menide cox narahat edir. Umid edirikki mekteb binasi tikiler ve tehsilimizde bunla bereber duzeler.
@amidabiyev2249
@amidabiyev2249 11 ай бұрын
İnşallah tikeller
@mehemmedquliyev9848
@mehemmedquliyev9848 11 ай бұрын
Tikerler inşallah 😂
@eliquliyev7218
@eliquliyev7218 11 ай бұрын
Goresen teze mekteb tikilennen. Sonra. Tehsil. Neceolacaq. Yoxsa. Yenede. Dersdensonra. Muellim.tutacaq.valideyinler
@RahidMuxtarov
@RahidMuxtarov 7 ай бұрын
Mafyaların krimnal zonasıı😂 burdan cüceye salam.dd
@eliquliyev7218
@eliquliyev7218 11 ай бұрын
Mektebin. Tezesi. Kohnesi. Qlabal. Problemdeyil. En. Boyuk. Problem. Bezi. Muellimler. Mawi. Alibleyir. Havayyere. Uwaqlarida. Evedevetedir. Mewqeleye
@romarassia4239
@romarassia4239 11 ай бұрын
İcra hakimi bilmirdi beyem yəqinki təze icra hakimi gələndə prabılem həllin tapar
@nazliyasar7037
@nazliyasar7037 11 ай бұрын
Beli beli dewwtdi mecbur bu ill qoymuwam amma gelen il burda oxuturmuyacam cunki tovleden beterdi
@Mudrckham
@Mudrckham 8 ай бұрын
Özüm brda oxyram boba kimdi
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 101 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
Masallıda 17 ailənin həyatı iflic olub. Sakinlər Prezident İlham Əliyevdən kömək istəyir
13:12
Regionaz TV Youtube Azərbaycan Televiziyası
Рет қаралды 58 М.
Real Vətən - MASALLI
44:11
Real Vətən
Рет қаралды 69 М.
"SUALIM VAR" Masallı-2 / 2009
1:06:24
Ulu Seyyah
Рет қаралды 1,6 М.
Masallı Ərkivan kəndi Fəridin toyu 2  Niyam Salami
12:01
Mako Vodemxa
Рет қаралды 4,1 М.