Atıldı dağlardan zəfər topları, Yürüdü iləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qız Bəkliyor bizləri zəfər, bismillah! Ey döyünən ürək, dumanlı şəhər, Bilirmisən bu zır gurultu nədir? Aç sisli qoynunu ordumuz gəlir. Nişanlın qoynuna girər, bismillah! Ey hərbin taleyi bizə yol ver, yol! Sən ey gözəl dəniz, gəl türkə ram ol! Sən ey sağa, sola qılıc vuran qol Qollarına qüvvet gələr, bismillah! Ey Bakı, sən qorxma, geldik, gələli Sənin üçün biz atıldıq iləri, Sağ olan annelərə olur təselli Şəhidlərin ruhu gülər, bismillah! Ey düşmən, alnının yazısı qara, Öldürməz bizlərə vurduğun yara, Yolladığım qurşun ərmağan sənə O kirli alnını öpər, bismillah! Sən mərd olub dursan qarşımda əgər, Qudurğan saçmalı növbətin keçər. Sağlandığım torpaq qanmı içər, Yurdum olmaz sənə sipər, bismillah! Yurdumuzda bizə meydan oxuyan, Murdar cəmdəkləri murdar qoxuyan, Təkbir səslərini uzaqdan duyan Düşmanımız aman istər, bismillah!