Çox gözəl təhlildir. Mən də razıyam dediklərinizlə. Maraqlı qarşılaşma oldu.
@RUFATHAJIYEV936 ай бұрын
Təşəkkür edirəm 🙂 Məncə son illərin ən yaxşı döyüşlərindən biri idi
@azadceb6 ай бұрын
Burada mənə ən maraqlı gələn Usyk-ın qısa zaman kəsiyində əsl heavyweight-ə çevrilməsi oldu. Usyk-in yeni çəkidə olan ilk 2 çıxışı Witherspoon və Chisora ilə olan döyüşü yaxşı yadımdadır. Onda nə zərbəsi nə də zərbəni qəbul edə bilməsi belə bir səviyyədə idi. Onsuz Ukraynalıların boks dərsliklərinə düşə biləcək komanda işləri həmişə olub, amma bu başqa səviyyə idi. Bir digər maraqlı məqam da Usyk-in gələcək planlarının necə olması ilə bağlıdır. Görəsən yenə bu motivasiyada olacaq ya yox Mən AJ-in son çıxışlarına əsasən Usyk ilə 3-cü döyüşlərini maraqla gözləyirəm. Və ya Parkerin son zamanlarda yüksəlişi və hər döyüşdə rəqibə uyğun olaraq fərqli stili və inanılmaz dayanıqlılığını göz önünə gətirərək bu versiyanı da maraqlı qiymətləndirirəm. P.S. Kabayel vs Sanchez döyüşü də maraqlı alındı, daha doğrusu Sanchezin bu qədər zəif olduğu çox qəribə göründü.
@RUFATHAJIYEV936 ай бұрын
Zənnimcə Usik Fyuri ilə revanş eləyəcək və ondan sonra uzağı 1-2 döyüş və karyerasını bitirəcək. Belə baxanda rəqiblərdən uzağı Kabayel və Hrqoviç ola bilər
@azadceb6 ай бұрын
@@RUFATHAJIYEV93 Mənə elə gəlir ki, Usyk onlarla vaxt itirməz, o döyüşlər çox da pullu olmayan və skills cəhətdən aralarında uçurum olan idmançıların döyüşləri olarlar. Usyk siz dediyiniz kimi uzağı 3 döyüşə bitirər karyerasını, ona görə də inanmıram ki, yarım saata yumruq ata bilən Hrgovich-lə vaxt itirə. Mənə elə gəlir ki, Eddie Hearn vasitəsi ilə AJ-la yenidən mega fight təşkil olunsun. Bu arada mənə elə gəlir ki, Usyk məğlub olmadan karyerasını bitirməyəcək :)