Ali Aliyev& Amina Shirin - Hec Bilmirem Men Seni (Seir)

  Рет қаралды 5,164

Ali Aliyev

Ali Aliyev

Күн бұрын

#alialiyev #aminashirin #ramizrovshen #itirdim
Sair:Ramiz Rovshen
Instagram:@alialiyevofficial
Heç bilmirəm mən səni
haçan, harda itirdim?
Yağış yudu,
yoxsa ki, külək apardı səni?
Bu sevgi nağılını
mən biryolluq bitirdim,
Axtarmıram -
axtarsam, yəqin, tapardım səni.
Dünyada bircə qorxum
səni itirmək idi,
Sən yoxsan -
bu dünyada daha mənə qorxu yox.
Amma sənsiz elə bil
hər şey şikəstdi indi;
Saatımın əqrəbi,
çaynikimin qulpu yox.
Yel vurduqca yellənir
pencəyimin ətəyi,
Pencəyimin sonuncu
düyməsitək qopmusan.
Barı çoxdan sovulmuş
ağacın üsündəki
Ən sonuncu, ən şirin
meyvəsitək qopmusan.
- Dərdlilər öz dərdini
suya deyər, - deyiblər.
Yaxşı ki, su da gəldi,
dərdimdən azad oldum.
- Armudun yaxşısnı
ayı yeyər, - deyiblər.
Getdin, hansı ayının
damağında dad oldun?!..
Sənsiz, elə bilmə ki,
kefə baxıram, kefə,
Sən yadıma düşəndə
darıxıram hər gecə.
Uşaq vaxtı, haçansa,
ömrümdə bircə dəfə
Pişiyimiz itəndə
darıxmışdım beləcə.
Daha uşaq deyiləm -
hər itənə ağlayam.
Rahat yatıram daha,
yuxum div yuxusudu.
... Kimdi bu gecə yarı
qapımı cırmaqlayan?
Bu nə səsdi?
Deyəsən, pişik miyoltusudu...
Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur.
office@bakucms.com / www.bakucms.com
#AliAliyev #AminaShirin

Пікірлер: 3
@nuraymemmedli9529
@nuraymemmedli9529 4 жыл бұрын
ÇOX SUPER ŞEİR. SƏSLƏNDİRMƏDƏ ƏLAAAA. AĞZINIZA, ÜRƏYİNİZƏ SAĞLIQ.
@amandasilva32144
@amandasilva32144 4 жыл бұрын
I HEAR USING MY ESTAR eu ouço usando meus ouvindo só estou muito bem 👍🕊🙏🙏😊
@ElnurAliyev-s4c
@ElnurAliyev-s4c Жыл бұрын
Super❤
Amina ft. Xəzər Süleymanlı-MƏŞHUR SEVGİ ŞEİRLƏRİ
4:54
Xəzər Süleymanlı
Рет қаралды 800 М.
Amina Şirin - İlk Məhəbbətim
7:08
Xəzər Music
Рет қаралды 19 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Amina Shirin - Vicdan Aynasi
1:53
JwD Group
Рет қаралды 2,4 М.
Ali Aliyev-Sus (Official Music Video) (2021)
3:52
Ali Aliyev
Рет қаралды 3,8 М.
Nüsrət Kəsəmənli - Sen deme tezeden sevmek olarmıs
2:55
Seir Dunyasi
Рет қаралды 99 М.
Ali Aliyev & Dado - Hesret
3:39
Ali Aliyev
Рет қаралды 247 М.
Muxtar Abseynov ft. Amina - Bir Daha
3:38
Muxtar Abseynov
Рет қаралды 36 М.
XƏZƏR SÜLEYMANLIDAN 5 GÖZƏL ŞEİR
8:52
Xəzər Süleymanlı
Рет қаралды 241 М.
Amina - İstəyirəm
3:30
Amina Şirinqızı
Рет қаралды 392 М.