Ali Baş Komandanın sarsılmaz qətiyyəti döyüşdə bizə güc verirdi - XTD komandiri

  Рет қаралды 5,980

Trend TV

Trend TV

2 жыл бұрын

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Vətən müharibəsinin birinci ildönümüdür.
Vətən müharibəsində qəhrəmanlıqları ilə yaddaşlarda qalan igidlərimizdən biri, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin komandiri Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zəfər Yusubov Trend-ə verdiyi müsahibədə müharibə zamanı yaşananlardan bəhs edib:
Polkovnik bildirib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin döyüş əmri verdiyi gün bütün Azərbaycanlıların qürur günü,həmrəy olduqları gün idi: "Biz bu günü səbrsizliklə gözləyirdik. Xüsusi Təyinatlı Qüvvələrin Murovdağ istiqamətində yüksəkliklərin ələ keçirilməsində, oradakı düşmən xəttinin yarılmasında, düşmənin xüsusilə canlı qüvvəsinin, uzaq mənzilli artileriyya qurğularının məhv edilib, bizim qüvvələr tərəfindən ələ keçirilməsində çox böyük rolu oldu. Cəbrayıl və Füzuli rayonlarının kəndlərini cəbhə boyunca azad edərək irəliləyirdik. Hədəfimiz növbəti rayonu, işğal altında olan torpaqlarımızı azad etmək idi. Geri çəkilən düşmənin yenidən güc toplamasına macal vermədən onları dəmir yumruq olaraq məhv edirdik".
Zəfər Yusubov bildirib ki, sözügedən istiqamətdə Murovdağda olduğu kimi yüksəliklər olmasa da, hava şəraiti çox soyuq və küləkli idi. Buna baxmayaraq, düşməndən alacağımız qisas hissi və iman gücü bizə mənəvi dəstək olurdu:
"Düşmən stratejik mövqelərdə yerləşmişdi. Müşahidələr apararaq gördüyü hədəfi dərhal məhv etmək niyyətində idik: "Uzun illər təlimlərdən qazandığımız təcrübələr bizə imkan verirdi ki, düşmənin müşahidəsindən yayınaq və onları gözləmədikləri anda darmadağın edək”.
Hadrutun azad edilməsi uğurunda gedən döyüşlərdən bəhs edən komandir oranın yüksək dağlarla və sıx meşələrlə əhatələnmiş stratejik məntəqə olduğunu qeyd etdi:
“Rəhbərimiz tərəfindən tapşırıq verildi və Hadruta daxil olduq. Döyüşlər bir neçə gün davam etdi. Hadrutu, ətraf yüksəklikləri, kəndləri azad edərək düşmən qüvvələrindən təmizlədik.
Daha sonra Tuğ kəndi istiqamətində irəlilədik və orada yaralandım. Şəxsi heyətə psixoloji təsir etməməsi üçün heç kəsə bildirmədim. Taborla birlikdə pusquya düşdük. Lakin digər komandir heyətinin qorxmazlığı, gücü, bacarığı eyni zamanda şəxsi heytəin öz hazırılığı ilə pusqudan azad olduq. Mənlə bərabər bir hərbi qulluqçumuz da sinə nahiyəsindən qəlpə yarası almışdı.
Səhhətimdə problem yarandığı üçün məcburiyyyətdən geri qayıtmalı oldum. Buna baxmayaraq, fəxr edirəm ki, Hadrut qəsəbəsində döyüşlərin qızğın olduğu bir vaxtda Azərbaycan bayrağını dalğalandırmaq mənə qismət oldu.
Dağlarda, yaşayış məntəqələrində, soyuq hava şəraitində, sərt ərazi relyefində döyüş, ən çətin döyüş növlərindəndir. Lakin Azərbaycan ordusu bütün bunlara hazır idi.
Düşmən uzaq mənzilli artileriyya qurğuları, zirehli texnikalarla təchiz olunmuşdu. Qarşısına çıxan Azərbaycan Xüsusi Təyinatlı əsgərinin isə əlində sadəcə avtomat olurdu. Düşmən tərəfi mərmini atırdı, lakin görürdü ki, qarşısındakı Azərbaycan əsgəri dayanmır, yenidən onun üzərinə irəliləyir. Bu vəziyyətin şahidi olan birinin qorxuya, vahiməyə düşməməsi mümkün deyildi.
Qarşı tərəfdən qaçanlar, geri çəkilənlər olurdu. Lakin bütün döyüşlər zamanı, qarşıladığımız istənilən çətin vəziyyətdə bir tək azərbaycan əsgəri addım geri çəkilmədi.
Azərbaycan xalqının, ordusunun gücünü düşmənin üzərində nümayiş etdirmək tarixi qələbəmizdir.”

Пікірлер
Sənədli film: "Görünməyən qəhrəmanlar - Şərəf yolu"
43:47
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 64 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
“Komando ATV” Xüsusi Təyinatlıların qonağı oldu
32:39
Şirin Serialı - 1.Bölüm
1:02:00
EmiLab Media
Рет қаралды 322 М.
Məzar Daşı | Komedixana  351-ci bölümdən
19:14
Komedixana
Рет қаралды 795 М.
Aşıq Muşqulat - Parodiya (27.12.2018)
9:05
Xəzər Media
Рет қаралды 4 МЛН
5də5 - Aşıq Muşqulat  (17.10.2018)
6:49
Xəzər Media
Рет қаралды 1,2 МЛН
Aşıq Muşqulad & Dıbır - (Parodiya 5də5)
6:17
Xəzər Media
Рет қаралды 1,5 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН