Рет қаралды 625
Kitab: Peyğəmbərə ﷺ tabeçilik tövhidinin gerçəkləşdirilməsi
Müəllif: Şeyx Valid ibn Seyf ən-Nasr
Şərh edən: Adil Rəcəbov
Birinci Fəsil
Tabeçiliyin Böyük Əhəmiyyəti
Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız. (əl-Ənfal surəsi, 24-cü ayə)
Əbu Səid ibn əl-Mualla (Allah ondan razı olsun) rəvayət edir:
"Bir dəfə namaz qılırdım, Rəsulullah ﷺ məni çağırdı, lakin mən namazımı qurtarana qədər onun çağırışına cavab vermədim. Sonra Peyğəmbər ﷺ mənə dedi:
'Nə üçün mənim yanıma gəlmədin?'
Mən dedim: 'Ey Allahın Rəsulu! Mən namazda idim.'
Peyğəmbər ﷺ dedi: 'Allah-Təala buyurmadımı: Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin?'
Başqa bir rəvayətdə isə belə deyilir: Mən dedim: 'Bəli, ey Allahın Rəsulu, bundan sonra belə etmərəm.' "
(Buxari, hədis 4647).
Əbu Hüreyrə dedi ki, Peyğəmbər ﷺ belə buyurmuşdur:
"Kim bir müsəlman qul azad edərsə, Allah onun hər bir əzasına görə onu cəhənnəmdən xilas edər."
Səid ibn Mərjanə deyir:
"Bu hədisi Əli ibn Hüseynin yanında dedim. O, Abdullah ibn Cəfərdən on min dirhəm və ya min dinara aldığı bir qulu azad etdi."
(Buxari, hədis 2517).
Müstəh (Aişə anamıza qarşı böhtan söyləyənlərdən biri) Aişəyə iftira atmışdı. Bunun ardından Əbu Bəkr (Allah ondan razı olsun) and içdi ki, Müstəhə heç vaxt bir yardım göstərməyəcək. Sonra Allah-Təala bu ayəni nazil etdi:
"SQoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç)(bir)(şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir." (ən-Nur surəsi, 22-ci ayə).
Bu ayəni eşidən Əbu Bəkr dedi:
"Bəli, Allahım, Sənin bizi bağışlamağını istəyirik."
Sonra Müstəhə əvvəlki kimi yardım etməyə davam etdi.
(Buxari, Muslim)
Heç bir əməli və heç bir sözü Kitab və Sünnənin önünə keçirməmək
Ey iman gətirənlər! (Heç bir şeydə) Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir. (əl-Hucurat surəsi, 1-ci ayə)
İbn Abbas (Allah ondan razı olsun) demişdir:
"Kitab və Sünnəyə zidd bir söz deməyin."
(Təbəri təfsiri, 16/116)
Mücahid demişdir:
"Allahın dilindən Rəsulullah (s.ə.s) bir hökm verməmişdən əvvəl heç bir işdə onu qabaqlamayın."
(Zəmm əl-Kəlam, 564; Təbəri, 26/116; Beyhəqi, Şuab əl-İman, 1516).
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
"Yəni, o danışmayınca siz danışmayın, o əmr etməyincə əmr verməyin, o fətva verməyincə fətva verməyin, o bir işi hökm edib təsdiqləməyincə hökm etməyin. Ayənin ümumi mənası budur: Peyğəmbər ﷺ danışmayınca və ya etməyincə nə söz deyin, nə də bir iş görün."
(İlam əl-Muvaqqin, 1/51)
"Bu hökm Qiyamət gününə qədər qüvvədədir və nəsx edilməmişdir. Onun sünnəsinin qarşısında ölümündən sonra önə keçmək, həyatı boyunca onun qarşısında önə keçmək kimidir. Sağlam düşüncəli biri üçün bu ikisi arasında heç bir fərq yoxdur."
(Mədaric əs-Salikin, 2/389).
Əhli Sünnənin metod və inancı budur ki, əvvəlcə dəlil gətirirlər, sonra etiqad edirlər. Lakin bidət əhli öz istək və nəfsani arzularını irəli çəkir, sonra da həmin istəklərinə uyğun gələn dəlillər axtarırlar.
Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə demişdir:
"Peyğəmbərin sözünün üstünə öz sözlərini qoyan birinə nə demək olar? İman edənlər isə Peyğəmbərin gətirdiyi şeylərdən başqa bir şeyi önə keçirməzlər. Allah onları bu ayə ilə tərbiyə etmişdir: Ey iman gətirənlər! (Heç bir şeydə )Allahı və Onun Elçisini qabaqlamayın. (əl-Hucurat surəsi, 1-ci ayə)
(Dəru Təarud əl-Əql vən-Nəql, 3/3).
(Mələklər) Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. (əl-Ənbiya surəsi, 27-ci ayə)
İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
"Allah-Təala buyurur:
'Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.'
(əl-Hucurat surəsi, 2-ci ayə).
Əgər səslərini onun səsindən yuxarı qaldırmaq əməllərin puç olmasına səbəb olursa, o zaman öz fikirlərini, ağıllarını, istəklərini, siyasətlərini və biliklərini onun gətirdiklərinin önünə keçirmək əməllərin puç olması üçün daha böyük bir səbəb deyilmi?"
Sosial şəbəkələrdə bizi izləməyi unutmayın:
Saytımız: ixlasla.com
KZbin: / ixlasla
Instagram: / ixlaslacom
Telegram: telegram.me/ix...
Twitter: / ixlaslacom
Facebook: / ixlasla
Facebook: / ixlaslacom
#ixlasla #islam #quran