Allergik xəstəliklər hansı səbəbdən baş verir? | Əlirzayeva Fidan (həkim pediatr)

  Рет қаралды 49,576

Bioloji Tebabet Klinikası

Bioloji Tebabet Klinikası

5 жыл бұрын

- Sizdə bəzən səhərə yaxın və ya gecə, yaxud, günün müxtəlif vaxtlarında, müxtəlif fəsillərdə, mühitinizi, yaşayış yerinizi dəyişəndə asqırma, öskürmə, gözün, qulağın, burunun, boğazın qaşınması, övrə tipli səpkilər, dəri qaşınması əlamətləri olurmu?
- Bunlardan hər hansı biri sizdə varsa, mütləq həkimə müraciət edin!!!
Çünki bunlar ağır fəsadlara gətirən, müalicəyə çətin tabe olan allergik xəstəliklərin əlaməti ola bilər!
Allergik xəstəliklər - orqanizmin hər hansı bir faktora, xəstəlik törətmək xüsusiyyəti olmayan faktorlara; yaşayış və iş yerlərindəki mikrofloraya, bitki tozcuqlarına, heyvan yunu və tükünə, qida maddələrinə qarşı yaranan həssaslıqdır. Keçən yüzillikdə allergik xəstəliklər epidemiya şəklini alıb, böyüklər və uşaqlar arasında artmaqda davam edir.
Allergik xəstəliklər bu gün dünyada insan patologiyaları arasında 3-4 cü yeri tutur. Daha çox uşaqlarda rast gəlinir, bu da onların immun sisteminin zəifliyi ilə bağlıdır.
Allergik xəstəliklər zamanı patoloji prosesin inkişafının əsasında antigenə qarşı orqanizmin toxumalarında əmələ gələn antitel arasında baş verən antigen - antitel reaksiyası durur. Bunun hesabına kiçik damarların keçiriciliyi artır, ödem əmələ gəlir, bu, allergik xəstəliyin əsas əlamətidir.
Allergik xəstəliklər arasında daha çox rast gəlinir:
- allergik rinit, allergik bronxit
- allergik konyuktivit
- bronxial astma
- övrə
- atopik dermatit
Allergik xəstəliklərin müxtəlif simptomları ümumi patogenetik mexanizm-lərlə əlaqədardır; toxumalarda və qanda tosqun və bazofil hüceyrə mediator-larının toplanması xarakterik damar və sayaəzələ reaksiyası törədir: ödem, hiperemiya, qaşınma, hipotoniya, tənəffüsün çətinləşməsi.
Bu vaxt allergiyanın konkret forması allergenin hansı orqan və toxumada hüceyrə səthində fiksasiya olunmuş İg E ilə kontakta girməsindən asılıdır.
Müalicə
Allergik xəstəliklər hiperimmun reaksiya ilə xarakterizə olunur. Klassik təbabətdə allergik xəstəlikləri müalicə etmək üçün əsasən antihistamin və hormonal preparatlardan istifadə edilir: antihistamin preparatlar allergik reak-siyada mühüm rolu olan mediatorun (histamin) ifrazını blokada edir. Hormonlar isə immun reaksiyaları zəiflədir. Beləliklə allergiyanın simptomları aradan qaldırılır, lakin immun hiperhəssaslığa və allergik reaksiyada iştirak edən mediatorların artıq ifrazına şərait yaradan amillər nəzərə alınmır.
Bioloji Təbabət bu xəstəliklərə fərqli yanaşır; insan orqanizminə təsir edən adi faktorlara qarşı immun sistemin qeyri-düzgün cavab verməsinə və allergiyanın yaranmasında iştirak edən mediatorların artıq ifrazına səbəb olan aşağıdakı faktorları aradan qaldırır:
1. Psixi yüklənmə
2. Yanlış qidalanma
3. Disbioz
4. Kandidoz
5. Asidoz
6. Ağır metallarla yüklənmə
Beləliklə, allergik xəstəliklərin sağalmasını təmin edir.
Bioloji Təbabətdə Almaniya istehsal olan təbii və zəngin tərkibli preparat-lardan istifadə olunur; bu preparatlar nanodozalarda olduğu üçün yaxşı mənimsənilir, etiopatogenetik təsir göstərir, heç bir əlavə təsir vermir.
Müalicədə müxtəlif ixtisaslı həkimlər iştirak edir: terapevt, allerqoloq, nutrisioloq-dietoloq.
Bioloji Tebabet Klinikası
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
Ünvan: Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında
KZbin Kanalımız ► / @bioloji.tebabet
Web səhifəmiz ► www.btk.az
Facebook ► / bioloji.tababat
Instagram ► / biolojitababat
Twitter ► / btababat

Пікірлер: 109
@nicatcebiyev2168
@nicatcebiyev2168 2 жыл бұрын
Çox gözel Xanım Hehim iki qızımın hekimi hem Alarqoloq hemde pediyatir Allah sizi qorusun
@sevinctagiyeva9804
@sevinctagiyeva9804 10 ай бұрын
Çox savadlı həkimdir.Mənim qızımı müalicə edib...alletgiyadan əziyyət çəkirdi
@rzayezulfiyw44
@rzayezulfiyw44 5 ай бұрын
Duzdur
@elmeddinqurbanov2127
@elmeddinqurbanov2127 4 жыл бұрын
Salam hekim menim yoldasimin uzunde sepgiler emele gelib oda alergiyadan ola bilermi xais edirem cavablandirasiniz
@bioloji.tebabet
@bioloji.tebabet 4 жыл бұрын
Salam dəyərli izləyicimiz. Dəridə olan ən kiçik əlamətlər belə daxili orqanların problemləri ilə bağlı ola bilər. Səpkilər həmçinin qida allergiyası nəticəsində də yarana bilər. Yoldaşınızın həkim müayinəsindən keçməsi tövsiyə olunur. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. whatsapp nöm: 0557397272
@user-cv3le2vk7u
@user-cv3le2vk7u 3 жыл бұрын
Salam hekim mende bogazimda allerqiya kimi öskurek olur arada olur gece olmur yayanda.biraz da seherler xirda xirda belgem cixir bu ne ola biler xaiş edirem cavab vererdiz
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Lor həkiminin müayinəsindən keçməyiniz tövsiyə olunur. Sadaladığınız simptomlar haymoritin əlaməti ola bilər.
@arzumusayeva1608
@arzumusayeva1608 2 жыл бұрын
Fidan xanım mənim nəvələrimin həkimir. Biz onun apardığı müalicələrdən cox razıyıq. Minnətdarıq.
@resahsdhsf1611
@resahsdhsf1611 Жыл бұрын
Hardadir bu hekimin işlədiyi yer
@salamaleykum1793
@salamaleykum1793 2 жыл бұрын
Salam doktor menimde toza qarwl kimyavi dermanalara qarwl hetda una qarwl undan istifade edende uz gozum alergiya olur bide bezi derman iynelere qarwlda alegiyam var mayineden kecmek isderdim adresi yazardlz zehmet olmasa
@bioloji.tebabet
@bioloji.tebabet 2 жыл бұрын
Salam dəyərli izləyicimiz. Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında yerləşir. Tel.: (+99412) / (+99450) / (+99455) / (+99470) 430 89 89
@eliqasimzade3644
@eliqasimzade3644 10 ай бұрын
Salam həkim.14 yaşlı uşağın qolu səpir və qaşınır ona lorenden c dermanı kömek edermi ve ya başqa ne meslehet görersiz birde allergiya zamanı şirin şey yemək olarmı?
@bioloji.tebabet
@bioloji.tebabet 10 ай бұрын
Salam. Konsultasiya üçün pediatr- allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel:+994 55 739 72 72
@vtnim3058
@vtnim3058 4 жыл бұрын
Salam həkim mən qırmızı meyvə tərəvəz yeyəndə üzümdə əsasən cənə hissədə qızartı qabıq verir bunun müalicəsi necədir xaiş edirəm deyərdiz
@bioloji.tebabet
@bioloji.tebabet 4 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. whatsapp nöm: 0557397272
@sekineselimli263
@sekineselimli263 3 жыл бұрын
Salam hekim men 3ayliq hamileyem qolumda ayagimda(daha cox bud nahiyemde)balaca sepgiler emele gelib ozude qawinir dehweg doze bilmjrem neden olar sizce?
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Hamiləlik zamanı qadın orqanizmində baş verən hormonal dəyişikliklər bir çox xəstəliklər kimi allergik xəstəliklərin də kəskinləşməsinə səbəb ola bilər. Bununla yanaşı əgər allergen növü hər hansı həşəratdırsa, təbii tərkibli kremlərdən istifadə olunmalıdır. Allergiya mənbəyi qida olduqda yeganə yol həmin qida növündən uzaq olmaqdan ibarətdir. Hamiləlik zamanı təbii allergiya əleyhinə preparatlardan istifadə etmək üçün səpginin xarakteri, səbəbi araşdırılmalıdır. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel:+994 55 739 72 72
@rzayezulfiyw44
@rzayezulfiyw44 5 ай бұрын
Cox eziyyet cekirem mende ne edim bilmirem boquluram tez tez
@3a-aytacmuellime303
@3a-aytacmuellime303 2 жыл бұрын
Salam,hekim.menim oglum 3cu ayindadir. Oskurur 1ayindan yaranib evvel hekimler antibiotikler bawqa sirop verdikde kecib gedirdi. Sonuncu defe yeni 3cu defesinde bawqa hekime muraciet etdik o antibiotik yazmadi. Werbet,inqolyasiya yazib. 1heftedir gunde 2defe edirik,amma hele de kecib getmeyib En cox da seher yuxudan durdugu anda velgemli oskurek olur sine doludur sanki belgemle cixara bilmir arada cox oskurur bir az qaytariri sanki rahatlayir. Amma gun erzinde o qeder de cox oskurmur,lakin sinesinde xirilti olur. Cooox xahiw edirem mene komek ederdiniz
@bioloji.tebabet
@bioloji.tebabet 2 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün pediatr-allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: +994 55 739 72 72
@aytenhesenzade2214
@aytenhesenzade2214 3 жыл бұрын
Salam. Dırnağı manikurdan, lakdan sonra şişməsinın qaşınmasının qarşısını nə iləsə almaq olar?
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. İstifadə etdiyiniz dırnaq boyaları kimyəvi maddə kimi dırnağınızda allergiya yaradır. Həkim-dermatoloqun müayinəsindən keçməyiniz tövsiyə olunur. Prosesə infeksiya və dırnaq göbələyi qoşulubsa onu yalnız müayinə nəticəsində təyin etmək mümkündür.
@ilhamenamazova8990
@ilhamenamazova8990 Жыл бұрын
Salam Aytən xanım. Hansısa firma boyası sizə düşmür. Məndə də elə olurdu. Çox əziyyət çəkirdim. Hər dəfə dırnaqlarımı düzəltdirəndə siz deyən kimi olurdu. Hətda bədənimdə qızarti qaşınma olurdu. Sonra özüm öyrəndim manikür özüm üçün edirdim. Hansı firma düşmədisə başqa məhsul aldım. Hətda dırnaq ustası oldum😊. Şükür hələ ki qaşınma şişmə olmur. Bir də mənə həkim deksamitazon iynəsi yazmışdı. O çox kömək oldu. Ancaq qaramanalniy iynə olduğunu sonradan bildim. Özüm çox əziyyət çəkdiyim üçün sizinlə paylaşmaq istədim.Bəlkə az da olsa xeyirim dəyər😊
@gulsnhmidova5333
@gulsnhmidova5333 11 ай бұрын
Salam ,doktor, mənim anamda bərk qaşınti olur, b🎉ədənin hər yerində, dəridə də qırmızı qan topaları olur.O qədər qaşıyır ki qanı çıxır,Yaş 86.Nədən olar?Suprastin iynəsi də taç köməj etmir.Xahiş edirəm fikir bildirin
@bioloji.tebabet
@bioloji.tebabet 11 ай бұрын
Salam. Suprastin pteparatı simptomatik təsir göstərir. Əsas səbəb bilinməlidi. Konsultasiya üçün doktor Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel:+994 55 739 72 72
@pirnsesamula9256
@pirnsesamula9256 3 жыл бұрын
salam həkim mənim əllərim geyişir qaşııyan kimi səpir həmdə su yığılır bəzilərində bu nədən ola bilər ? cavab verərdiniz xaiş
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: +994 55 739 72 72
@huseyineliyev5937
@huseyineliyev5937 3 жыл бұрын
Gozel doktorum allah size uzun omur can sagligi versin.sizi tapdiqma cox şadam
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Təşəkkür edirəm
@vusalabdullayev9092
@vusalabdullayev9092 4 жыл бұрын
Salam hekim menim uwaqimin4 yawi var elinde sepkiler emele gelib ve qawinir derman istifade eledim kecib getmedi amma uzu qurudu indi izi qalib helede qawinir
@bioloji.tebabet
@bioloji.tebabet 4 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. whatsapp nöm: 0557397272
@ahmdahmdv1171
@ahmdahmdv1171 Жыл бұрын
Salam hekim nemisliye ve yastiq a alergiya var ne qeder muddet erzinde siqaret olmaz?
@bioloji.tebabet
@bioloji.tebabet Жыл бұрын
Salam dəyərli izləyicimiz. Allergiyanı törədən faktorları aradan qaldırmaq lazımdı. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel:+994 55 739 72 72
@nerimanaliyev3259
@nerimanaliyev3259 4 жыл бұрын
Salam hekim, men gűnew vannasi aldiqda hemin gűn mende cűzi qawinma olur gűn hansi nahiyeni vurubsa orda ,seheri gũn hemin qawinmadan esee elamet qalmir
@nerimanaliyev3259
@nerimanaliyev3259 4 жыл бұрын
Eser elamet qalmir,bu normaldimi
@bioloji.tebabet
@bioloji.tebabet 4 жыл бұрын
@@nerimanaliyev3259 Salam dəyərli izləyicimiz. Günəş dermatiti dərinin günəş şüalarına qarşı allergik-iltihabi reaksiyasıdır. Xəstəliyin ağırlıq dərəcəsi günəşin intensivliyindən başqa həm də orqanizmin fərdi reaktivliyindən asılıdır. Daha çox anamnezində kontakt dermatiti, pollinoz, allergik rinit kimi xəstəliklər və irsi meyilli xəstələrdə müşahidə olunur, dərinin qızarması, ödemləşməsi və məxmərək tipli səpgilərlə özünü göstərir. Xəstəlik tez-tez residivləşə, xroniki hal ala və ya ekzemaya çevrilə bilər. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. whatsapp nöm:+994557397272
@destroyermaqa36
@destroyermaqa36 2 жыл бұрын
Salam Aleykum Məndə soyuqdan isti mühitə keçdiyim zaman allergiya yaranır qaşıntıdan qızarmadan əziyyət çəkirəm Nə etməliyəm? Ölümcül ola bilər bu? Yaşım 17'di birinci kurs tələbəsiyəm və son 1 ildi belə birşeylə qarşılaşdım
@bioloji.tebabet
@bioloji.tebabet 2 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün pediatr-allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. Tel: +994 55 739 72 72
@xan_musti.o6826
@xan_musti.o6826 4 жыл бұрын
Salam həkim.mənim alergiyam var .bədənimdə qırmızı səpkilər əmələ gəlib.bəzən bu səpkilər qaşınır.nə məsləhət görərdiniz?
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. Tel: +994 55 739 72 72
@azimofstyle5389
@azimofstyle5389 3 жыл бұрын
Salam hekim mendede sepgi var. Adeten birinci qasinma geldi sonra yavas yavas sepgiler oluwdu. Indi bilmirem alerjiyadan olub yoxsa milcekler edib. Ve yaxud men vu sepginin getmesine ne edim hemde qawinmani dayandirmaq ucun
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Həkim müayinəsindən keçməyiniz. tövsiyə olunur. Allergiyanın səbəbi araşdırılmalıdır. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. +994 55 739 72 72
@aynurmahmudova9599
@aynurmahmudova9599 Ай бұрын
Salam six uwaq allerqoluqusunuz yoxsa bőyűkleride műayine edirsiniz?
@seyfddinqasmov1227
@seyfddinqasmov1227 3 жыл бұрын
salam həkim oğlumun 7yaşı var 2ildir boğazı və qulağı dayanmadan qaşınır müalicənin də xeyri yoxdur.bunun səbəbi nə ola bilər
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün pediatr-allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. whatsapp nöm: +994 55 739 72 72
@nuranesemedova4263
@nuranesemedova4263 2 жыл бұрын
Salam qizimin 11 yasi var burnu tutulur gozderi qasinir asqirir. Allergiyadi amma Bilmirem neyedi. derman icir yaxsi olur. Ne vaxta qeder derman icmey olar?
@bioloji.tebabet
@bioloji.tebabet 2 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: +994 55 739 72 72
@laurarzayeva3025
@laurarzayeva3025 Жыл бұрын
Salam doktorun nomresi lazimdi mene
@vuqaramirov9611
@vuqaramirov9611 2 жыл бұрын
Salam həkim qızımın 18 yaşı var alerqiyadan əziyyət çəkir səbir burun axması test efilib toza güllərə ev gənələrinə alerqiyası var bunun çarəsi nədi
@bioloji.tebabet
@bioloji.tebabet 2 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: +994 55 739 72 72
@zaminaga8697
@zaminaga8697 Жыл бұрын
Salam doxdor mənim bir yaş yarmlıq oğlum var onun ələrində yanıq kimi suluqlu səpgilər olur zəhmət olmasa cavab yazardız
@bioloji.tebabet
@bioloji.tebabet Жыл бұрын
Salam dəyərli izəyicimiz. Konsultasiya üçün pediatr-allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: +994 55 739 72 72
@Tunarfootball135
@Tunarfootball135 3 жыл бұрын
Salam hekim dayanmadan səbir gətirirem burnum axır tutulur nəfəs ala bilmirəm bu nədir?
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Asqırma - toz və allergik xəstəlikdən və hətta günəş işığına qədər müxtəlif səbəblərdən qaynaqlana bilər. Həkim müayinəsindən keçməyiniz tövsiyə olunur. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. Tel: +994 55 739 72 72
@arzusultanovam2934
@arzusultanovam2934 2 жыл бұрын
Alergik rinitdi mende eleyem
@aybenizcabbarova4651
@aybenizcabbarova4651 Жыл бұрын
Yeni ne dedin ki?Bunu her kes bilir.
@eeeeee7023
@eeeeee7023 3 жыл бұрын
Alergiyadan eziyyet cekirem.hec bir hekim komek ede bilmir.bilirem ki bu alergiyanin mualicesi yoxdu.ozumu kankret öldurmek isteyirem.sadece olaraq bilmirem ki nece òldurum
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Klassik təbabətdə allergik xəstəlikləri müalicə etmək üçün əsasən antihistamin və hormonal preparatlardan istifadə edilir. Müalicə nəticəsində müvəqqəti yaxşılaşma müşahidə edilsə də, allergik reaksiyada mühüm olan mediatorun ifrazını blokada edir, hormonlar immun sistemi zəiflədir. Bioloji Təbabət allergik xəstəliklərə fərqli yanaşır. Allergiyanın yaranmasında iştirak edən mediatorların artıq ifrazına səbəb olan aşağıdakı faktorları aradan qaldırır: psixi yüklənmə, yanlış qidalanma, disbioz, kandidoz, asidoz, ağır metallarla yüklənmə. Bioloji Təbabətdə Almaniya istehsalı olan təbii və zəngin tərkibli preparatlardan istifadə olunur; bu preparatlar nanodozalarda olduğu üçün yaxşı mənimsənilir, heç bir əlavə təsir vermir. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz: +994 55 739 72 72
@menimsinfim2023
@menimsinfim2023 2 жыл бұрын
Fidan xanıma müraciət etməyinizi məsləhət görərdim.
@kizeyvazl6944
@kizeyvazl6944 2 жыл бұрын
Mən həmişə şirin yeyən birisiyəm olmurdu. Amma son günlərdə var özdə fikir vermişəm şirin yeyəndı olur xahiş cavab yazın
@bioloji.tebabet
@bioloji.tebabet 2 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: +994 55 739 72 72
@rovsenibrahimov3732
@rovsenibrahimov3732 Жыл бұрын
Salam alergiyam başlayıb.Gözlerim qaşınır burnum axır 10-15 defe asqırıram.ne etmeliyem?
@bioloji.tebabet
@bioloji.tebabet Жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq-osteopat Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. Tel: +994 55 739 72 72
@sefeqmesimzade8859
@sefeqmesimzade8859 Жыл бұрын
Salam doktor mənim bogazımda alergiya var nə edə bilərəm
@bioloji.tebabet
@bioloji.tebabet Жыл бұрын
Salam dəyərli izləyicimiz. Həkim müayinəsindən keçməyiniz tövsiyə olunur. Konsultasiya üçün allerqoloq-osteopat Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: +994 55 739 72 72
@lemanhesenova
@lemanhesenova 4 жыл бұрын
Salam həkim mənim oğlumun 9 yaşı var 6 gündür gecələr boğulur daha doğrusu yatanda öskürək tutur az qalır boğulsun mən nə edə bilərəm skoro çağırdıq deyir allergiyadır nə edə bilərəm imkanı bilirsiz indiki durumu zəhmət olmasa mənə kömək edəsiz ev şəraitində nə edim?
@bioloji.tebabet
@bioloji.tebabet 4 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. whatsapp nöm: 0557397272
@ilhamenamazova8990
@ilhamenamazova8990 Жыл бұрын
Salam Ləman xanım . Uşaq olan otaqda yun heç nə saxlamayın.Yorğan döşək yastıq hamısını sintifon edin.İmkan olsa Naxçıvana duz dağına aparın əla nəticəsi olur
@sovketquliyeva4631
@sovketquliyeva4631 3 жыл бұрын
Salam həkim mənim oğlum alergiya verib ama qızdırmasıda olur
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Adətən allergik xəstəliklərdə qızdırma olmur. Əgər səpki və qızdırma varsa, bu infeksion mənşəli xəstəliyin olduğunu göstərə bilər. Allergiya əleyhinə 2-3 gün ərzində preparat verə bilərsiniz. Əlamətlər keçməzsə allerqoloqa müraciət etməyiniz tövsiyə olunur. Konsultasiya üçün həkim pediatr Fidan Əlirzayevanın mob.nöm: +994 55 739 72 72
@rzayezulfiyw44
@rzayezulfiyw44 5 ай бұрын
Bunun hamisi mende var
@tnsiskndr3669
@tnsiskndr3669 3 жыл бұрын
Salam həkim məndə 2 iıə yaxəndıku alergiya əmələ həlib nə qədər həkim maıcə yazsada ötmür ümumi analizlərdə vermişəm heçnə çxmayb sadecə alergiyadı ancaq dərim qaşınır qanadanan sora dəri nəfəs alır sanki bulcuq kimi olur dərinin qaşınan yeri .səbəbi nə olarki onun
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Həkim müayinəsindən keçməyiniz tövsiyə olunur. Xroniki böyrək və qaraciyər xəstəlikləri, diabet, hiper və ya hipotireoidizm, padaqra kimi metabolik xəstəliklər, dəmir çatışmazlığı və s. xəstəliklər, qurd invaziyası, nevroloji və ya psixiatrik xəstəliklərində də şiddətli qaşınma hissi yarana bilər. Xəstəliyin səbəbi araşdırılmalı və müvafiq müalicə təyin edilməlidir. Konsultasiya üçün doktor Fidan Əlirzayevanın müraciət edə bilərsiniz.Tel: +994 55 739 72 72
@herseyyalanherseyyalan5295
@herseyyalanherseyyalan5295 3 жыл бұрын
@@bioloji.tebabet Unvaniniz haradi zehmet olmasa deyerdiniz.eyni haldan mende eziyet cekirem
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
@@herseyyalanherseyyalan5295 Salam dəyərli izləyicimiz.Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında yerləşir. Tel.: (+99412) / (+99450) / (+99455) / (+99470) 430 89 89
@hesretmemmedov1283
@hesretmemmedov1283 3 жыл бұрын
Hekim menim oglum 5 yawi var analiz vermiwik allergiyasini faizi 98 cixib.Elleri barmaqlari quru olur ayaginlarinin alti soyulur buda sebebdimi
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: 012 430 89 89; +994 55 739 72 72
@tunarnovruzov2768
@tunarnovruzov2768 Жыл бұрын
Salam mənimdə oglumda elə olur quruyur sonra soyulur siz neynədiz,nədir səbəbi?
@huseynbagirov2037
@huseynbagirov2037 4 жыл бұрын
Salam həkim mənim 57 yaşım var birdən mən allergiya oldum qasiniram .başımda şişlər əmələ gəlir dodaqimda şişir indi qulaqima aqriyir qulaq aqrisi allergiyadan ola bilər
@bioloji.tebabet
@bioloji.tebabet 4 жыл бұрын
Salam dəyərli izləyicimiz. Ətraflı məlumat almaq üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. whatsapp nöm: 0557397272
@farkhadnovruzov3321
@farkhadnovruzov3321 3 жыл бұрын
Salam. Artıq 10 aydır övrədən əziyyət çəmirəm müaliəc müayinə heçnə etmədi. Sadəcə hekim mesleheti ile libertus dermani atiram iki gun saxlayır. Hicama eletdirmeye bashlamisham xeyri var 5 senasa kececek deyirler. Peyğəmbər sünnəsidi xeyirdi. Birin eletdirdim artıq səngiyib qaşınma 4 seansdan sonra inanıram ki heçnə qalmıyacaq. Allah şəfamızı versin.
@NuranBayramov-pt8si
@NuranBayramov-pt8si Жыл бұрын
Indi necesz besz
@gultekinismayilova6937
@gultekinismayilova6937 11 ай бұрын
Salam kecdimi sizde .ende 5 aydi bawliyib cox analizler ver.iwem antihistamin dermanlar atiram kecmir nece saqaldiz hicama ile kecdimi
@nrminliyeva6632
@nrminliyeva6632 9 ай бұрын
Salam Hicama nedir ?
@a.mustafa2376
@a.mustafa2376 2 жыл бұрын
Salam həkim. Mənim allargiyam var. Göstərici 694 çıxıb. Mən bu allargik göstərici ilə vaksin oluna bilərəm ? Zəhmət olmasa, sualımı cavablandırın
@Ummu_Aksa
@Ummu_Aksa 2 жыл бұрын
Eşitdiyime göre 200 den yuxarı olsa peyvend etdirmek olmaz, mende keskin allergiyadan eziyet çekirem amma hekime gedib deqiq yoxlatmamışam derecesin :evde dermanlar qebul edirem , derman kesilen kimi pis hala düşürem.
@bioloji.tebabet
@bioloji.tebabet 2 жыл бұрын
Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayeva ilə əlaqə saxlaya bilərsiniz. Tel: +994 55 739 72 72
@davudalisoy7701
@davudalisoy7701 Жыл бұрын
Salam.Konsultasiya neciyedir?
@bioloji.tebabet
@bioloji.tebabet Жыл бұрын
Salam. Konsultasiya 50 azn.
@huseynbagirov2037
@huseynbagirov2037 4 жыл бұрын
O həkim salam qulaqa allergiyanın təsiri olur mənim alerqiyam var başım qaşınır sepirəm hərdən dodaqim şişir neçə vaxtdır qulaqlarim aqriyir
@zaminosman0v457
@zaminosman0v457 4 жыл бұрын
Menim gulaglm gawlnlr axwamlar bedende koprume ve gawlnma olur
@vusaleasirova9462
@vusaleasirova9462 4 жыл бұрын
Allah sizdən razı olsun
@laurarzayeva4764
@laurarzayeva4764 Жыл бұрын
Salam hekimin nomresini bilen varsa yazsin
@bioloji.tebabet
@bioloji.tebabet Жыл бұрын
Salam dəyərli izləyicimiz. Allerqoloq-osteopat Fidan Əlirzayeva ilə əlaqə nöm: +994 55 739 72 72
@naibamirzoyeva4177
@naibamirzoyeva4177 7 ай бұрын
Kim övladını aparıb bu həkimin yanında yaza bilərsiniz ?
@oqtaycavadov1117
@oqtaycavadov1117 7 ай бұрын
Hansı problem ile ona müraciət eləmişik se razı qalmışıq, çox savadlıdır
@rzayezulfiyw44
@rzayezulfiyw44 5 ай бұрын
Qasinma teneffus cetinlesr
@nerminhayat
@nerminhayat 4 жыл бұрын
Kaski yediklerime allaergiya olardim o weyleri yemezdim. Ancaq yediklerime qarwi deyil mende
@bioloji.tebabet
@bioloji.tebabet 4 жыл бұрын
Salam dəyərli izləyicimiz. Allergiya - ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır. Ən çox yayılmış allergenlər - qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Təbii tərkibli preparatlardan istifadə olunaraq orqanizmin detoksikasiya - drenajı, homeosiniatriya, osteopatiya üsulu ilə müalicəsi, ciddi pəhriz qısa zamanda bu xəstəlikdən qurtulmağa imkan verir. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. whatsapp nöm: 0557397272
@terapiyababa473
@terapiyababa473 3 жыл бұрын
@@bioloji.tebabet Salam gözəl insan . Məndədə qaşınmalar var deyivlər ki stressdən olur. Çox stress yaşamışam. Mənim əsl problemim güləndə və azca mahnı oxuyanda nəfəsim kəsilir halım pisləşir bu nədən olar? deyirlərki ağ ciyərlərin həssaslığından irəli gəlir. Bu nədi? HƏKIM
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
@@terapiyababa473 Salam dəyərli izləyicimiz. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. Tel: +994 557397272
@terapiyababa473
@terapiyababa473 3 жыл бұрын
@@bioloji.tebabet Çox sağoln. Əlaqə saxlayacam.
@ezizyarehmedov637
@ezizyarehmedov637 3 жыл бұрын
Salam hekim.men son 3 ildir ki guneshden alergiya oluram.evvel bele deyildi.indi guneshli havaya cixmagimla alergiya oluram ellerim ayaqlarim qashinir yara olana kimi.ne ede bilerem.onceden teshekkur edirem.
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
Salam dəyərli izləyicimiz.Günəş dermatiti və ya fotodermatit dərinin günəş şüalarına qarşı allergik-iltihabi reaksiyasıdır. Xəstəliyin ağırlıq dərəcəsi günəşin intensivliyindən başqa həm də orqanizmin fərdi reaktivliyindən asılıdır. Daha çox anamnezində kontakt dermatiti, pollinoz, allergik rinit kimi xəstəliklər və irsi meyilli xəstələrdə müşahidə olunur, dərinin qızarması, ödemləşməsi və məxmərək tipli səpgilərlə özünü göstərir. Xəstəlik tez-tez residivləşə, xroniki hal ala və ya ekzemaya çevrilə bilər.Müalicənin əsasını xəstənin günəş şüaları ilə kontaktını aradan qaldırmaq təşkil etsə də (günəşdən qoruyucu kremlər), təbii tərkibli allergiya və iltihab əleyhinə preparatlardan istifadə etmək və drenaj-detoksikasiya üsulu ilə orqanizmdə toplanmış allergenlərdən azad olmaq mümkündür. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. Tel: +994 55 739 72 72
@alimebabayeva2404
@alimebabayeva2404 3 жыл бұрын
@@bioloji.tebabet Salam necesiz mən alergiya oldum indi diyazalin dermaninin parasını içdim yemeyi haçan yeye bilerem
@bioloji.tebabet
@bioloji.tebabet 3 жыл бұрын
@@alimebabayeva2404 Salam dəyərli izləyicimiz. Diazolin preparatı yeməkdən sonra daxilə qəbul olunur. Konsultasiya üçün allerqoloq Fidan Əlirzayevaya müraciət edə bilərsiniz. Tel: +994 55 739 72 72
@nicatveliyev8328
@nicatveliyev8328 3 жыл бұрын
@@alimebabayeva2404 Salam Alime xanim mendede alergiya var qanimi yudurdum hec xeyri ollmadi kim ne dese etdim hec faydasi olmadi .İndi diozalin tabletkasi icirem bes ildirki onunla yasayiram .Men doxdordan meslehetsiz icirem .Ozumde bilmirem ne edim cox cetindir .Allah komeyimizde olsun insAllah .
Allergik xəstəliklər və Övrə xəstəliyi - Dr.Gülnar Quliyeva
26:55
ModernHospitalBaku
Рет қаралды 24 М.
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
ALLERJİ'DEN KURTULDUM! DEMEK İSTER MİSİNİZ?
6:00
Eczacı Veysel
Рет қаралды 698 М.
Allergik Rinit
5:45
Allerqoloq Gülnar Quliyeva
Рет қаралды 2,4 М.
Allergik rinit nədir? Hansı Əlamətləri var?
36:28
Uzman Dr. Elnur Əkbərov
Рет қаралды 60 М.
Şiddətli Qaşıntınız Varsa DİQQƏT! - QOTUR Xəstəliyi Necə Yaranır?
5:41
ALLERGİK BRONXİTİN YARANMA SƏBƏBLƏRİ NƏDİR❓
2:45
İstanbul Genetics Klinika / Gəncə
Рет қаралды 24 М.
Uşaqlarda allergiya əlamətləri - Dəridəki bu ləkə...
5:19
Dr. Günay Rəsulova
Рет қаралды 14 М.
Собери ПК и Получи 10,000₽
1:00
build monsters
Рет қаралды 2,1 МЛН
Урна с айфонами!
0:30
По ту сторону Гугла
Рет қаралды 8 МЛН