Almaniyanın küçələri niyə tər-təmiz olur? - QƏRİBƏ SƏBƏB

  Рет қаралды 191,592

Demədi Demə

Demədi Demə

5 жыл бұрын

Yəqin ki, hər birimiz nə zamansa alman dəqiqliyi, alman təmizliyi kimi ifadələr eşitmişik. Bəlkə marağımızı da çəkib ki, görəsən, qaydalara intizamla riayət edərək yaşamaq necə olur?
Bu gün alman təmizliyi ifadəsinin alt qatından danışacağam. Gecə yağan qar, tökülən yarpaqlar Almaniya küçələrindən elə möcüzəvi şəkildə “yoxa çıxır” ki, vətəndaş yuxudan oyananda hər tərəf tər-təmiz olur. Təbii ki, təmiz küçəyə baxan pəncərələrdə də günəş şüaları bərq vurur və bir barmaq ləkəsi də tapılmır. Həyətlərdəki nizam-intizamdan, səliqədən, təmizlikdən danışmaq isə artıqdır. Bir sözlə, Almaniyada təmizlik sosial qaydadır.
Çoxları elə düşünür ki, təmizlik almanların qanındadır. Onların dəqiqliyə, qanunpərəstliyə və təmizliyə olan sevgisini əcdadlarının mirası kimi dəyərləndirənlər də az deyil.
Amma tarixi vərəqlədikcə görürük ki, bu təmizlik öz başlanğıcını 1492-ci ildən götürür. XV əsrin son onilliyinədək alman küçələrində nəinki zibildən yerimək olmurdu, dəhşətli üfunət nəfəs almağa imkan vermirdi. Alman xalqı qida artıqlarından tutmuş ölü heyvanlaradək, hətta öz nəcislərini belə hasardan o tərəfə atmaqla kifayətlənirdi; hara düşər-düşər... Nəticədə, bütün qədim şəhərlərdə olduğu kimi alman şəhərlərində də küçələrdən çirkab axır, natəmizlikdən qaynaqlanan xəstəliklər tüğyan edirdi.
Nəhayət, XV əsrin sonunda Vürtenberq qrafı bu natəmizliyə son qoymaq qərarına gəlir. Bu məqsədlə dalbadal bir neçə fərman imzalayır. Fərmanlarda göstərilir ki, qida artıqlarını və peyini lazımi yerlərə daşımaq lazımdır. Heç olmasa, gecə vaxtı yaxınlıqdakı çaya atmaq olar.
Təbii ki, fərmanlara yerli-yerində riayət edilmir. Həm insanlar adət etdikləri zibilatma üsulundan əl çəkmək istəmir, həm də faktiki olaraq polisin hər bir insana nəzarət etmək imkanı yoxdur. Bundan əlavə, polisin rüşvət alaraq natəmizliyə göz yumması da istisna deyildi.
Vəziyyəti belə görən qraf tendensiyanı dəyişmək üçün yeni fərman imzalayır. Bu fərmana görə, o, ciddi tənqid atəşinə tutulsa da, dediyindən dönmür. Məhz həmin fərmanın nəticəsində qəfildən qraflığın şəhərləri təmizliklə tanış olmağa başladı. Fərmanın mahiyyəti bundan ibarət idi: “Əgər kimsə qonşusunun həftə ərzində küçəyə zibil atdığını, bu zibilləri təmizləmədiyini görsə, bunu tez şəhər hakiminə xəbər verməlidir. Vaxtında xəbər versə, həmin qonşunun torpağından bir hissə pay alacaq. Yox, xəbər verməsə, zibil tökən qonşuyla bərabər cəzalanacaq”.
Fərman o qədər təsirli oldu ki, hər şənbə günü hamı qonşulara göstərə-göstərə və çox dəqiqliklə öz həyətini, evinin yanından keçən səkini təmizləməyə başladı. Təmizlik üçün dəridən-qabıqdan çıxan almanları həmin anlarda yalnız bir şey düşündürürdü: “Birdən kimsə torpağımdan pay alar!”
Beləcə, deyə bilərəm ki, Almaniya bugünkü təmizliyi üçün Vürtenberq qrafına minnətdardır. Şənbə iməciliklərinin keçirilməsinin də məhz onun fərmanından sonra dəbə mindiyini əlavə etməsəm, Vürtenberq qrafına haqsızlıq edərəm.

Пікірлер: 314
@qumrusuleymanli6201
@qumrusuleymanli6201 Жыл бұрын
Bir gun Almaniyada yaşamaq dileyi ile...Xeyallarimin olkesi.
@eminmuradov461
@eminmuradov461 5 жыл бұрын
Super alınıb vidiyo.Qısa və kankıret nə olardı bizim Bakı şəhəridə belə təmiz olsaydı.
@vusaleeliyeva8227
@vusaleeliyeva8227 2 жыл бұрын
kzbin.info/www/bejne/pIPXioR5drNkd6s
@zafer22
@zafer22 2 жыл бұрын
Vidiyo yox=video Kankıret yox=konkret Bakının təmiz olmağını istəyirsənsə, ilk öncə düşüncənin sağlamlığına və təmizliyinə fikir vermək lazımdır. Daha sonra özümüzü tərbiyə edib gələcək nəsillərə də bu tərbiyəni aşılamaq lazımdır. Hər kəs belə ola idi, elə ola idi deyir, ancaq heç kəs icraata keçmir. Məhz elə bu da inkişafın dayanmağına tək səbəbdir. Hörmətlər.
@cavidanmmmdov6509
@cavidanmmmdov6509 5 жыл бұрын
Təmizlik qanun işi deyil insan işidir insan kökündən təmiz gəlməlidir.
@AREMUP
@AREMUP 3 жыл бұрын
Əslində lap doğru deyil bizim ulu atalarımız həmişə doğru hərəkətlər ediblər amma bu sovet,bu dövr bizi tənbəl,güçsüz,rahatımızı özümüzü düşünən etdi.
@aeeeseemq8098
@aeeeseemq8098 5 жыл бұрын
Cox sag ki bele vidilari belə olan hadisələri bizə təqdim edirsiz.Sizə təşəkkürlər.
@vusaleeliyeva8227
@vusaleeliyeva8227 2 жыл бұрын
kzbin.info/www/bejne/pIPXioR5drNkd6s
@pevinvelixanov9959
@pevinvelixanov9959 5 жыл бұрын
Kaşki bizde de bu temiizluk bu dürüstlük işlerinde deqiqlik olaydı.
@nrgizhkim4135
@nrgizhkim4135 5 жыл бұрын
Hacıbalanın məsulyətli işinin nəticəsidir.😂😂
@arancell1737
@arancell1737 5 жыл бұрын
Nərgiz Neft kimya mühəndisi vəHəkim heee 😁 planet parni iz baku yadima düşdü yene
@nrgizhkim4135
@nrgizhkim4135 5 жыл бұрын
Aran Cell Salam. 😂😂
@arancell1737
@arancell1737 5 жыл бұрын
Nərgiz Neft kimya mühəndisi vəHəkim Salam he 😊
@ulviulvi4321
@ulviulvi4321 5 жыл бұрын
Çox gözəlsiz Nərgiz xanın
@nikoceferli1646
@nikoceferli1646 5 жыл бұрын
Salam necesen
@islamsafarov5126
@islamsafarov5126 5 жыл бұрын
Hemiweki kimi gozel video alinib.sizin kanala tewekkurler.wou biznesdeki pozgunluglara baxmagdansa bele videolar yaxwidi ,ardi gelsin.size ugurlar.
@mm.mamedova2257
@mm.mamedova2257 5 жыл бұрын
Uşaqlıqdan istəyim bütün insanlar, bütün Dünya təmiz olsun 👐 hələ də arzuma çatmamışam 😔😴 -----təmizlik deyə-deyə öləcəm 😓
@turalkeremov5058
@turalkeremov5058 5 жыл бұрын
Cox cetin olan bir isdi bu
@AREMUP
@AREMUP 3 жыл бұрын
Dünyanın sonuna qədər belə olacaq bizə təmiz olmayana 10000000 manat cəza kəsilsədə xeyri yoxdu görüsən 15 ci əsrdə adamlara cəzasız örgədiblər hələdə təmizkardılar
@mm.mamedova2257
@mm.mamedova2257 3 жыл бұрын
@@AREMUP 😔😔
@AREMUP
@AREMUP 3 жыл бұрын
@@mm.mamedova2257 nə yazıq ki.
@anarhemzeyev8638
@anarhemzeyev8638 5 жыл бұрын
Bizde bu qrafin temasi kecmiyecek. Weherin 70% zi kirede qalir.tak wto dozmeliyuk😂😂😂😂
@gunayhasanov1965
@gunayhasanov1965 5 жыл бұрын
Anar Hemzeyev 😂😂👍👍
@baronpatriot3065
@baronpatriot3065 5 жыл бұрын
Qardaş Almaniyanın 80% xalqı kirədə qalır...
@aynurostgul4873
@aynurostgul4873 Жыл бұрын
@@baronpatriot3065 salam buna səbəb?
@baronpatriot3065
@baronpatriot3065 Жыл бұрын
@@aynurostgul4873 Salam, orada sistem elə qurulub və ya həyat tərzi elədir.
@aynurostgul4873
@aynurostgul4873 Жыл бұрын
@@baronpatriot3065 sebebi kasıblıqdır yoxsa necə onlar öyreşiblər?heçmi şəxsi evi olan yoxdur?
@qeyrthuseynov1628
@qeyrthuseynov1628 5 жыл бұрын
Bizdə şəhər üçün bu qanunu belə vermək olar . Əgər səhər saat 7 dən sora kimin binasının yaxınlıgında zibil olsa həmin binanın sakinlərinin hər birini 10 manat miqdarında cərimə ediləcək
@asifmamedov2952
@asifmamedov2952 5 жыл бұрын
Bravo
@aygunaliyeva7174
@aygunaliyeva7174 5 жыл бұрын
Əla məlumat idi
@axmedaxmed8310
@axmedaxmed8310 5 жыл бұрын
ИБРАТАМИС ХЕКАЙЭТДИР.ЧОХ ДЭРИН МЭНАСЫ ВАР. АММА БИЗДЭ ЧЭТИН КИ, БУ УСУЛ БАШ ТУТСУН. ЙЕНИ РУШВЭТ ЙЕРИ ЯРАНАЧАГ ВЭ ГОНШУЛАР ДА КИМИН КИМДЭН ХОШУТГЭЛМИРСЭ БАШЛЫЯЧАГ ГУЮСУНУ ГАЗМАГА.
@naileelesgerova963
@naileelesgerova963 5 жыл бұрын
O qanunu yaradan, kiminse bohtan atmaginin qarshisini almagin da yollarini dushune bilir.
@h.f.1601
@h.f.1601 5 жыл бұрын
axmed, sen chox axmag ve bashdanxarab bir varliqsan.
@axmedaxmed8310
@axmedaxmed8310 5 жыл бұрын
@@h.f.1601 ЧОХ САГ ОЛУН НЭЗАКЭТЛИ СОЗЛЭРИНМЗЭ ГЁРЭ.ЗЭХМЭТ ОЛМАСА МЭНЭ ИЗАХ ЕДЭ БИЛЭРСИНИЗМИ МЭН БУ ЮУКСЭЕ ШЭРЭФЭ НЕЧЭ НАИЛ ОЛА БИЛМИШЭМ. ЧОХ ХАИШ ЕДИРЭМ ЭТРАФЛЫ ИЗАХ ЕДЭЗИНИЗ.ЧАВАБ ГЁЗЛЭЙИРЭМ.
@gunelm-ova8656
@gunelm-ova8656 5 жыл бұрын
Bizde kasibkilidan yaziq milletin temizıik yadindan cixir.ne qeder olubki kuce supurende qadini çasin vurub öldurub.qanun yoxdu bizde .
@refiqequrbanova4263
@refiqequrbanova4263 5 жыл бұрын
Bu bax qanundu.bizde de bela qanun cixsa gozal olar.
@skiliqz2306
@skiliqz2306 5 жыл бұрын
Salam.faydalı vidyodu👍
@skiliqaqas4858
@skiliqaqas4858 5 жыл бұрын
@NasilBalakisiyev
@NasilBalakisiyev 5 жыл бұрын
salam elbete duzdu
@h.f.1601
@h.f.1601 5 жыл бұрын
faydasi nedir ki bu axmaq videonun? (yeqin ki "vidyo" yazanda video sözünü anlatmaq istemisen.)
@skiliqz2306
@skiliqz2306 5 жыл бұрын
@@h.f.1601 faydasi odur ki ay insanlar şeherinizi temiz saxlayin.görün ders göturün
@haticenabiyeva2278
@haticenabiyeva2278 2 жыл бұрын
Cox maragli məlumat idi👍
@ilhamqurbanov7436
@ilhamqurbanov7436 5 жыл бұрын
Əlaaaa
@SamsungJ-or7gl
@SamsungJ-or7gl 5 жыл бұрын
Bu aparici ela maraqli verlisler hazirliyr
@melekbabazade8046
@melekbabazade8046 5 жыл бұрын
Almanlar qanunlarina riaet edirler.Yoxsa hec de temizkar deyiller
@nikoceferli1646
@nikoceferli1646 5 жыл бұрын
Salam necesen duzdu
@aydinaslanov6450
@aydinaslanov6450 5 жыл бұрын
Salam bizim her birimizin qanindadi biz düzələn deyilik
@sbuhimustafayev6140
@sbuhimustafayev6140 3 жыл бұрын
Almanlar dünyanın ən təmizkar millətdir.
@AREMUP
@AREMUP 3 жыл бұрын
Qanunlara riayet edirlər elə?bə niyə evlərindədə təmizlik var evdə qanundu?bə niyə bu qədər qanuna önəm veriblər almanlar qanunu millətdi amma sən qısqançlığından bunu süi istifadə edirsən.Kommunistsən yoxsa?
@BaldiyariSalam
@BaldiyariSalam 11 ай бұрын
Daha azərbaycan kimi pinti ölkə deyilki. Almanlar bizi sevən bir millətdirlər. 🇩🇪💙🇦🇿
@haticenabiyeva2278
@haticenabiyeva2278 2 жыл бұрын
Tesekkurleer 🥰
@onewolf385
@onewolf385 5 жыл бұрын
Eger ele bir qanun bizdede olsaydi qonsu xelvetce qonsunun heyetine zibil atib tez de melimat vererdiki qonsunun torpaqindan pay alsin.
@mexfi6509
@mexfi6509 5 жыл бұрын
Deyir Azerbaycanda olduğu kimi 😂😂😂😂
@liyevevez4288
@liyevevez4288 3 жыл бұрын
Zarafatca deyir😂
@mexfi6509
@mexfi6509 3 жыл бұрын
@@liyevevez4288 bilirəm. 😂😂
@liyevevez4288
@liyevevez4288 3 жыл бұрын
@@mexfi6509 ay da 1 ildən sora cavab verdiz😳🤗
@mexfi6509
@mexfi6509 3 жыл бұрын
@@liyevevez4288 inanin and olsun Ki mənə on deqiqə əvvəl gəldi yazdığıniz 😳 məndə oxuyan kimi cavabladim🤗 özümə də təəcüblü gəldi bir il əvvəl mən bu şərhi yazdığım yadima gəlmədi 🙄
@liyevevez4288
@liyevevez4288 3 жыл бұрын
@@mexfi6509 hə olan işdi ama menim çox xəyalım var Almaniyada olmaq İnşallah universete qəbul olduqda belkede alına bilər oda bəlkəəəə😊
@turanturkiyeazerbaycan1315
@turanturkiyeazerbaycan1315 5 жыл бұрын
👍
@statusvideolar7908
@statusvideolar7908 5 жыл бұрын
155 like uğurlar çox gözəl
@aygunabdullayeva9855
@aygunabdullayeva9855 5 жыл бұрын
chox maraqlidi.Amma hardansa oxumushdum ki Hitlerle baglidi.tesekkur edirem
@selaleibrahimzade6647
@selaleibrahimzade6647 5 жыл бұрын
Salam .yoo hitlerle elaqesi yoxdu .hitler sadece sert qanunlar qoymuwdu .ama indi oraninda zibili cixib .salafan kloklar artiq orda da aqacdan sallanir bezi yerlerde
@eldenizzor4651
@eldenizzor4651 5 жыл бұрын
@@selaleibrahimzade6647 ексер олкелерин зибили чыкыб , анчаг Бакыда биабырчылыгды, отурур паркда семечка габыгын етрафына атыр , сигарет чекир астафын хара гелди атыр .
@karolinaamnell8448
@karolinaamnell8448 5 жыл бұрын
Temizdik insanin oz caninda olmalidi alman xalqi temiz xalqdi.insan gerek her seyde numuna olmalidi temuzdikde bir emeldi muselmanlar bele konularda dahada diqqtku olmalidilar bir yeri zibillemek kiminse hakkini taptalanmak demekti
@selimcelilov8019
@selimcelilov8019 5 жыл бұрын
Bizdə o üsul keçməz.rüşvətlə pullular kənarda qalacaq pulsuzların başında sınacaq çanaq
@rafaelmuradov7198
@rafaelmuradov7198 5 жыл бұрын
Salamlar men ozum 20 ildi almanyada yasayiram 28 yasim var bu il ilk defe Azerbaycana getdim, cox qesengdi cunki o Vetenmizdi, almanyada robot heyatidi is-ev Bazar gunleri her teref qapali, prosto Azerbaycanda Burda verilen maaslar olsaydi ve sistem, inanin hec kes Vetenini terk etmezdi
@day_3139
@day_3139 5 жыл бұрын
👍😎
@zeynal8380
@zeynal8380 5 жыл бұрын
Qisa ama cox muekkemmel vidyo kas bizim olkedede bele olardi.
@Altay.kazimov
@Altay.kazimov 5 жыл бұрын
Bəs niyə üz qabığı məs Tayland qızları?
@malikomermamedov4355
@malikomermamedov4355 5 жыл бұрын
Bizde statkada 1000 dene süpürgeci yeri var isleyir 200 dene qalanin pulun yuxarda oturan yeyir 200 dene yaziq süpürgeci ne qeder islesin
@fazilmehdiyev9406
@fazilmehdiyev9406 5 жыл бұрын
Maraqlidir👍
@_sunset900
@_sunset900 Жыл бұрын
Alman dilimi bilmək lazımdır yoxsa ingilis dilini bilsək kifayət edər?kim bilirsə ətraflı məlumat verərdi zəhmət olmasa
@elmarorucov6526
@elmarorucov6526 5 жыл бұрын
Bilmirem coxdan paylawim elemirdiz yoxsa mene bildiriw gelmirdi ancaq sonuncu defe qripiydiz canli yayim qurmuwduz onda izlemiwdim. Tebrikler 1 gune bu qeder baxiw 66 min👍👍
@Yadiigar
@Yadiigar 5 жыл бұрын
Azərbaycan küçələridə təmizdir,,, kim deyirsə pisdi,,, pis o adam özüdür,,, lap əladır 👉🇦🇿🇦🇿🇦🇿
@audi363
@audi363 5 жыл бұрын
Yadigar ay zzzzzıııırrrtt
@Yadiigar
@Yadiigar 5 жыл бұрын
@@audi363 sən üçün zırt ola bilər,,mənə görə lap əladır
@Karabakh.AZE.2020
@Karabakh.AZE.2020 5 жыл бұрын
Amma həmin dövrlərdə müsəlmanlar hamam və tualet nə olduğunu bilirdi və təmiz yaşayırdı
@Avtoboya
@Avtoboya 5 жыл бұрын
Bəli.
@aslanelizade203
@aslanelizade203 5 жыл бұрын
qardaşım guya almanların evinin içi təmizdiki xuy atam getmişdidə ora deyir it pişiynən yatıb durur poxludular evin içində götünü yumayan xalqdıda eşitmiş olarsız fransız ətirlərinin mənbəyini aylarnan çimmirdilər pox iyi gəlirdi üstünü örtmək üçün ətir vururdular bunlarda qalıb o tema
@elsadmemmedov2318
@elsadmemmedov2318 5 жыл бұрын
Bizdede yeri süpürürler sadece olara bizim kimiler zibilleyirik her yere zibil qutusu qoyublar ne menası var ki el öryenib yere atmağa ona göre de Azerbaycanda temizlik bilinmir bizede gerek ele qanun qoyula onda ela olar küçeler tez temiz olar elada nefes alarıq ve xsdelikde olmaz 👍👍👍teşekkürler bele vidyo üçün 🤗🤗
@eldenizzor4651
@eldenizzor4651 5 жыл бұрын
Бу о демекдир ки гайда - ганун менден - сенден башламалыдыр .
@aeeeseemq8098
@aeeeseemq8098 5 жыл бұрын
İndi bizim Bakimiz belədir.zir zibil natəmizlik.
@zabilagayev2166
@zabilagayev2166 Жыл бұрын
Əla
@user-rv8zt7wy1z
@user-rv8zt7wy1z 5 жыл бұрын
Halal olsin almannarada
@audi363
@audi363 5 жыл бұрын
Bizdədə onlarda olduğu kimi Azad Və Şəffaf seçkılər olsa, bizdə onlardanda təmizlik olar!!!
@lifeisbeatiful6160
@lifeisbeatiful6160 5 жыл бұрын
Almanyada wohnung tapmasam mümkün deyil 90 faiz kiradə qalir yada hostelde
@parvanakazimova8810
@parvanakazimova8810 5 жыл бұрын
Avropa cərimə və qadağaların hesabına, necə deyərlər, ZORƏN mədəni olub. Bizdə də cərimələr tətbiq olunmalıdır. Yoxsa, illər keçsə də, heç nə dəyişməyəcək.
@salonsimsim1737
@salonsimsim1737 5 жыл бұрын
Naxcivanda olan temizliy almanyada yoxdu
@AREMUP
@AREMUP 3 жыл бұрын
Elə?onda hamı qoyundu sən alim.
@AREMUP
@AREMUP 3 жыл бұрын
Necə pis millət olmuşuq örnək yerinə paxıllığımız var
@furqanhaqqbatildnayran7365
@furqanhaqqbatildnayran7365 5 жыл бұрын
biz hele dalda qalmisiq geriden gelirik)))))
@user-xo7wm2oh7p
@user-xo7wm2oh7p 5 жыл бұрын
cunku medenidiler
@cingizbesirov2012
@cingizbesirov2012 5 жыл бұрын
Superdi gardas 👍eyni bizim olke kimi
@AREMUP
@AREMUP 3 жыл бұрын
Bizim ölkə kimi? Azərbaycan:ya bu rüşvəddə az qazandırır,daha çox zibil atıb xalq xalqa cəza verək. Almaniya: o o millət təmizkar,opel maşın,tank,silah o nə desən var bizdə.xaricilər alman üsulu yemək yeyir gör necə tanınırıq və Hitler bəlasını az qaldı atmağa bir 40 il daha sonra 9 may günü televizorlar normal olacaq
@sidbilalov3310
@sidbilalov3310 2 жыл бұрын
@@AREMUP ironiya edir
@user-de6nu4po4c
@user-de6nu4po4c 5 жыл бұрын
15-ci əsri 21- əsrlə müqaisə etmək cox gülməlidir. ( Xırdalamaq istəmirəm.) Almaniyada sistem işləyir. Rüşvət yoxdur. Bizdə isə rüşvət elə bir həddə çatıb ki, elə adam yoxdur tüşvət verməsin və elə bir kiçik məmurcuq yoxdur ki, rüşvət almasın.Lap başdan başlamaq lazımdır.Kreslopərvələrdən sistem dəyişməli və qanuna tabe olan yeni sistem yaratmaq lazımdır.Rüşvət mədəniyyətsizlik deməkdir . Rüşvət olan ölkədə heç vaxt mədəniyyət olmur.
@elvinagalarov4829
@elvinagalarov4829 5 жыл бұрын
Vaxtı ilə Mingəçevirimizində küçələri təmiz olardı...
@jdjsbf
@jdjsbf Жыл бұрын
#Almaniya🇦🇿
@mewedikiyam3914
@mewedikiyam3914 5 жыл бұрын
Bizde Aylix pulda verirsen gelif zibli yiqlmaq isdemirler bizde ne gezir ey bele weyler ancax getir yeyim ort yatim di
@aeeeseemq8098
@aeeeseemq8098 5 жыл бұрын
Dogrudur
@kerimagazade3845
@kerimagazade3845 2 жыл бұрын
Ohhha aha göreeee adam kimi adam imiş bu alman xalqı bizəsə nıç nıç zibilik ki zibilik
@ismayilebdulov8653
@ismayilebdulov8653 5 жыл бұрын
Qizdarin sekillerini. Niye qoyulubki. Guya
@donjuandemarco2431
@donjuandemarco2431 5 жыл бұрын
Tässüflär olsunki Azerbaycanin Almanyaya catmaga hälä 100 IL lazimdi🖐️🖐️
@ruslanabdullayev8571
@ruslanabdullayev8571 5 жыл бұрын
catmaz hec 100 ilde
@vuqarquliyev6469
@vuqarquliyev6469 5 жыл бұрын
Men fakt Almanyada yasayiram ,Burada temizlik qanundur ve hami ücundur. Zibil tullantilari bele hamsi eyni qaba yigila bilmez ve heftenin gunleri var hansi nov tullantilar hansi gun cixarlib yol kenarina qoyulmalidi.Eger hansisa zibil qutusunun qapagi aciq sekilde kuceye cixarilarsa hemin qutunu goturmurler yeni ki her sey nöktesine qeder dusunulub
@elnureliyev1084
@elnureliyev1084 4 жыл бұрын
Salam qaqas temizlik almanların qanında var yoxsa qanuna gore qorxularinan edirler?
@xeberler9574
@xeberler9574 3 жыл бұрын
@@elnureliyev1084 qanlarında var olar temizliyə çox sevirler mən burdam əladı yaşamalı yerdi əsil😉
@elnureliyev1084
@elnureliyev1084 3 жыл бұрын
@@xeberler9574 mende orada yaşamak isdiyorum
@teymureliyev2935
@teymureliyev2935 5 жыл бұрын
O qanun azerbaycanda olsada emele gelmiycek
@user-pe7wg6ne2i
@user-pe7wg6ne2i 5 жыл бұрын
Bızdə belə qanun olsa ,cammat qonşularinin boynuna şər atib bələdıyədən torpaq lstəyəcəkdılır...
@i.vliyev6078
@i.vliyev6078 2 жыл бұрын
Azərbaycan'da da belə olsa yaxşı olardı. Burda zibil qabları ağzınacan dolur, camaat yer olmadığı üçün zibilləri məcburi zibil qablarının yanına düzməli olurlar. Bu da olur şəkildə göstərildiyi kimi... Zibil yığanlar vaxtı-vaxtında gəlib adam balası kimi təmizliklə məşğul olmurlar. Bilmirsən bələdiyyələr hara baxır. Uzunqulaq yığınları...
@stefanoricci8037
@stefanoricci8037 5 жыл бұрын
eybi yox bizden biri gedib onlara heyati basha salar . 😂
@sbuhimustafayev6140
@sbuhimustafayev6140 3 жыл бұрын
Almanlarda bizimkiyə həyatı başa salar. 😂😂
@MY-gy9lp
@MY-gy9lp 3 жыл бұрын
Almaniyada Yasayan birikimi deyim Burda Mesenin Ortasinda bele zibil qabi var ve Qoca yasli biri uzag yol gelir ve ziblin ora atir yol uatu
@davudisayev6157
@davudisayev6157 5 жыл бұрын
Onlar donuz kimi mundar olublar. Döyülə döyülə mədəniləşiblər.
@cinareheyderli6994
@cinareheyderli6994 5 жыл бұрын
Azerbaycan lılar küçədə hec olmasa pisi yə baxın pisi belə xəlvət yer axtarır tullantısı atmaga
@h.f.1601
@h.f.1601 5 жыл бұрын
?
@AREMUP
@AREMUP 3 жыл бұрын
Nə deyir a?nə deyirsən bizim qadınlar yeni nəsil olmayanlar şərh yazmasın məncə ya deyirlər yox biz təmizkarıq yada sizin kimi gic gic yazırlar
@AREMUP
@AREMUP 3 жыл бұрын
Oxuma yazman yoxdu heç
@azerbaycanliqizi3498
@azerbaycanliqizi3498 5 жыл бұрын
2019 cu ilde paytaxt Bakida neinki gonsu,basgalarida evdeki insanin hansi geyimleri geydiyini bilir,cunku paltarlar helede kucelerde asilir
@bakubaku8427
@bakubaku8427 5 жыл бұрын
Baki seherinde olduğu kimi 😆😆😆😆😆😆😆😃😃😃 haci bala sizden inciyer 😃😃
@Mata_1987
@Mata_1987 5 жыл бұрын
Demedi deme👍
@angelgirl6513
@angelgirl6513 5 жыл бұрын
Almanları təmizliklərinə göre sevirem
@_______28.03.
@_______28.03. 9 ай бұрын
Almanların Qəlbi əməli, vicadında Şəhərləri küçələri kimi təmizdir, haq ədalət ruzi bərəkət hər şey avropada mümkündür
@cafb3492
@cafb3492 5 жыл бұрын
15 ci əsrdə yaşamış Vürtenberd qrafı öz şəxsiyyətinə hörmət etdiyinə görə qarşısına doyduğu bu çətin missiyanın öhdəsindən gəlmiş və adını tarixin qürur səhifəsinə yazdıra bilmişdi.
@azeriqizi4524
@azeriqizi4524 5 жыл бұрын
👍👍👍
@aeeeseemq8098
@aeeeseemq8098 5 жыл бұрын
Rəhbərlik hərə öz işini bilir amma biz öz işimizi bilmirik az işləyən cox yeyən millətik
@r.qadirli7667
@r.qadirli7667 2 жыл бұрын
men de ele bilirdim temuz olur,gelib bezi kuceleri gorende gozlerime inanmadim.Kicik 1 yerde ki 80milletin numayendesi var,orda ele temizlik mumkun deyil.
@samxalibrahimov8225
@samxalibrahimov8225 5 жыл бұрын
Bu-videonun-basdigindaki-sekil-nedi-e-qoyufsuz-bu-lut-qiz-sekillerini-nieynisiz-e
@valehsadiqov2138
@valehsadiqov2138 5 жыл бұрын
Avropada 19 cu esre qeder tualet sistemi yox idi ve kuceye atirdilar. 16ci esrde fransada tikilen versal sarayinda 1 dene de bele hamam tualet yoxdu. Lakin 11ci esrde derbendde muassir dovrdeki kimi kanalizasiya sistemi vardi. Avropa serqe dogru teskil etdikleri selib yuruslerinde bizlerden cox sey oyrendi.
@aydin0873
@aydin0873 5 жыл бұрын
Baki ordan temizdi bos sohbetdi ordada arxa kuceler var olmamisuz yegin
@selaleibrahimzade6647
@selaleibrahimzade6647 5 жыл бұрын
Tamamile raziyam
@BAKUWSWORLD
@BAKUWSWORLD 5 жыл бұрын
bizim millətin ağzına bir söz düşübki oda təmizliyə riaət et bura zibil atma dediyimizde çıxış yolunu bura avropa deyil bura Azərbaycandı deyə vəziyyətdən çıxırlar 😐
@ruslanquliyev2538
@ruslanquliyev2538 5 жыл бұрын
Ele bu vessalam ele bawliq yazmisanki dedim goren nedi bu sirr
@gozumunnuru1955
@gozumunnuru1955 5 жыл бұрын
ele bizim baki kimi😂😂😂
@xeberler9574
@xeberler9574 2 жыл бұрын
VALLAH kaş o ölkede doğulardım 😪
@user-md1rg8ph5b
@user-md1rg8ph5b 6 ай бұрын
Niyyət edirəm 2025 də Almaniyada xəyallarımda ki yerlərə gedmək ümidi ilə 16.01.2024 .
@zahirovismayil8381
@zahirovismayil8381 5 жыл бұрын
2500-ci ilde bizdede bele olacaq...
@AREMUP
@AREMUP 3 жыл бұрын
Elə?gözlə ona kimi dünya qalacaq ki?
@akifaqcabedi4807
@akifaqcabedi4807 5 жыл бұрын
Bu tək almaniyada deyil avropanın çox ölkəsi belədir. Elə qanunun işləməsi üçün millətdə şərtdi. Bu gün almanıyada ya başqa ölkələrdə zibilə görə heç kəsin torpağın əlindən almırlar. Amma onlar yenədə zibili yerə atmırlar. Hətta qutu görməsələr salfeti sumkaya ya cibinə qoyacaq. Və bizə turist kimi gələn avropalılara və ərəblərədə baxın.
@seadetfeyzullayeva2046
@seadetfeyzullayeva2046 5 жыл бұрын
Cox vacib meseleye toxumdunuz. Indi bwtwn denya tullantıların burulqanında boqulur. Ehaliden 5 defe cox swretle artır . Bizde ekomedeniyyet ?? Biz dé nese etméliyik.
@selaleibrahimzade6647
@selaleibrahimzade6647 5 жыл бұрын
Beli ekomedeniyyet olmalidi .hemde tekrar istehsal
@ramineliyev7309
@ramineliyev7309 5 жыл бұрын
Bizde use ancaq hele bawqa weyler duwunuruk. Yaxwiki, bizde ele qanun yoxdur. Yoxsa zibillikde boqulardiq. Cunki biz torpaq vermeye aliwmiwiq.
@elnarebabayeva5737
@elnarebabayeva5737 2 жыл бұрын
Keşki bizdede bele olsaydi
@elmiraaliyeva5866
@elmiraaliyeva5866 Жыл бұрын
İndi Almaniyada hər bir zibilin öz qabı var. Çörəyi bir qaba, digər zibilləri başqa bir qaba yıgırlar. 2-3 gündən bir də o qabı təmizləyirlər. Çox təmiz ölkədir.
@nicatquliyev1613
@nicatquliyev1613 Жыл бұрын
insallah bu il gedecem
@insandavefayoxdu1245
@insandavefayoxdu1245 5 жыл бұрын
Her yer duzelecey inkiwaf etdiyce,tek bizden bawqa...
@nqabil
@nqabil 5 жыл бұрын
Toçni bizdeki kimi)))
@veliyevameleyke1658
@veliyevameleyke1658 Жыл бұрын
Kaski bizdede bele qanun cix ve emel edile
@redshine546
@redshine546 5 жыл бұрын
Alman təmizliyi ifadəsi yoxdur, alman dəqiqliyi ifadəsi var
@naileelesgerova963
@naileelesgerova963 5 жыл бұрын
Almaniyada bag evleri haqda qanunlar var. Riayet etmeyenler bag evinden mehrum edilir. Bizde o qanunlarin qoyulmasi mumkun deyil
@khanimradjabova7875
@khanimradjabova7875 5 жыл бұрын
Avropada insanlar temizkar deyil , sadece olaraq dovlet kucelerin temizliyine yaxwi baxir , bele iwlere dovlet nezaret etmelidi . Sakinler harani temizlesinn, kuceni , yoxsa oz evini, axi buna vaxt lazimdi . Temizkarliqa gelince , elimde ne olur olsun , yere atmaram , buna gore her addimda indi zibil qutulari varb, wukur allaha
@fuadbabayev78
@fuadbabayev78 2 жыл бұрын
Hərə öz qapısını süpürsə dünya təmiz olar. Bunu Alman şairi deyib
@Ruxa533
@Ruxa533 5 жыл бұрын
Bakinin polisderinin qulaqindan iraq olsun. Gunahsizlarida basacaq turmeye
@dhsshs2293
@dhsshs2293 5 жыл бұрын
Qanunlar clxsa zibil atanl straf Etsələr zibil qablarl olsa Hər sey yaxsl olar
@feridhacrehimli9649
@feridhacrehimli9649 3 жыл бұрын
Zibil.qabini qoymaq agillarina batmazda wtraf etmek agila batar bizde cunki ucunda cib dolur pul gelir
@gizemlises5219
@gizemlises5219 9 ай бұрын
Burda qanun qoyanda here bir miz qoyur. Biz de millet olaraq oz uzerimize duseni etsek qaydaya gerek qalmaz
@VasifHidayetov-zj6mw
@VasifHidayetov-zj6mw 12 күн бұрын
Elə bizim Bakı şəhərinde olduğu kimi😂
@bextiyar_7355
@bextiyar_7355 5 жыл бұрын
insanda temzilik basqa bir seydi
NYU YORKDA BAKI MƏHLƏSİ
13:04
Amerika Gündəliyi
Рет қаралды 451 М.
Hadisədən sonra Xalq Artisti Ağadadaş Ağayevin Xalqa ilk müraciəti
14:40
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 42 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Almaniya Dortmund - Bu şəhər niyə belədir ?
11:45
Peleng
Рет қаралды 39 М.
BİR GÜN BOYUNCA ALMANYA'DA ALMAN YEMEKLERİ YEDİM
25:35
Selina Pangal
Рет қаралды 148 М.
Bu Qida ÜRƏYƏ Gedən Damarları 5 Dəqiqəyə Təmizləyir
13:10
Demədi Demə
Рет қаралды 24 М.
Biləndə ŞOK olacaqsız - Ağcaqanad olmasaydı nələr olardı?
8:49
Həmyerlilərimizlə Berlin ( Almaniya )
9:03
Röya Rizvan
Рет қаралды 6 М.
Как бесплатно замутить iphone 15 pro max
0:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Хакер взломал компьютер с USB кабеля. Кевин Митник.
0:58
Последний Оплот Безопасности
Рет қаралды 1,1 МЛН
1$ vs 500$ ВИРТУАЛЬНАЯ РЕАЛЬНОСТЬ !
23:20
GoldenBurst
Рет қаралды 1,9 МЛН
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН