Bax bu mahnı ən çətin mahnıdır amma Almaz Xanım bu mahnını rahat oxuyur.
@ferdikaraca21305 жыл бұрын
Söz: Bəhram Nəsibov Müzik: Əhsən Dadaşov Peyman etdik ilk baharda, vəfa-etibar dedik, Şahid olsun qoy bu eşqə ilk bahar dedik. Bəs o düz ilqar hanı, unudubmu peymanı? Gəl gəzək goşa yenə, bu çölü bu çəməni Gəl, mənim, mələyim, sənsən arzu-diləyim Göy yamaçlar, gül çiçəklər, don geyinib lalələr, Yenə bahar gəldi, söylə hardasan ey yar Könlüm arzular səni, sən könlümün gülşəni Gəl gəzək goşa yenə, bu çölü bu çəməni Gəl, mənim, mələyim, sənsən arzu-diləyim ****** Əliağa Vahid/Küsmüsən Məndən Eşitdim, sevgilim, küsmüsən məndən? Qaçırma bülbülü öz çəmənindən. Mənimlə düz dolan, küsərəm səndən, Məndə dostluq da var, biganəlik də. Bir sənsən bu məcnun könlümə uyğun, Sənin camalına olmuşam vurğun, Hər Leyli eşqinə deyiləm Məcnun, Məndə kamal da var, divanəlik də. Bütün bu dünyanı gəzdim, dolandım, Bir səni özümə vəfalı sandım, Sən gəzdin özgəylə, od tutub yandım, Məndə atəş də var, pərvanəlik də. Əzəldən demişəm səninlə yaram, Yolunda ölsəm də, bil, bəxtiyaram, Dediyim sözümdə mən yenə varam, Məndə kəclik də var, mərdanəlik də. Vahid, bu bir sözün min lələ dəyər, Mənə gərək deyil nə sərvət, nə zər! Təbim xəzinədir, sözlərim gövhər, Məndə gənclik də var, piranəlik də.