Ana Arı qışlatmaq üçün hansı qutu daha yaxşıdır?

  Рет қаралды 9,509

Khan Beekeeping

Khan Beekeeping

Күн бұрын

Ana arı kışlatma kutuları.
Payızdan yaza ana arılarımızı necə və harda saxlayaq? Hansı ana arı qışlatma qutuları daha yaxşıdır?
#arıçılıq #arıcılık #beekeeping #пчеловодство #apiculture #養蜂業 #養蜂 #rüşüt

Пікірлер: 50
@pervizdaglaroglupoeziyakanali
@pervizdaglaroglupoeziyakanali Жыл бұрын
Çox dəqiq və lazimli söhbətdir. Yüzdə yüz düz deyirsiz
@ilkinmemmedli1050
@ilkinmemmedli1050 2 жыл бұрын
Allah bereket versin inşallah
@talehabubekirov4340
@talehabubekirov4340 2 жыл бұрын
Allah bereketli olsun
@campaddicts
@campaddicts 2 жыл бұрын
🐝🐝🐝👍👍👍
@Cardakarurunleri1453
@Cardakarurunleri1453 2 жыл бұрын
İstanbul dan selamlar. Bereketli olsun.
@xanusta
@xanusta 2 жыл бұрын
Aleykum salam, qardaş.
@quluhesenov1600
@quluhesenov1600 2 жыл бұрын
Çox sağolun marifləndirirsiz
@xanusta
@xanusta 2 жыл бұрын
Təşəkkürlər, bəy. Var olun.
@elbrusmustafayev9668
@elbrusmustafayev9668 2 жыл бұрын
Muəllim hədəfə düz vurursunuz. Adi Dadan yeçiklərdə mənim auləmimdə ari qiçlamaya daha yaxçi gedir nəinki RUT YEÇİKDƏ izahi Klub böyik olur Havalandirma daha yaxçi olur Bal ehtiyatini düzgun tənzimləmək olur 57 ildir ariçiliq ilə məşgulam ariya qarşi böyük sevgim var bu gun arixanada ari ailələri 4 Mərtəbədld rut yeşiklərdə hələ aprel may aylari yaxşi ari ili olmadi çox təssüv ki bu gun ariçilarin çoxusu ariya şəkər pesok verir saxta qazanc götürür insanlari zəhərləyir 1980 ci ildə Rus ALİMLƏRİ VARORAYA QARŞİ NAFTALIN TOZUNDAN İSTİFADƏ ETMƏYİ TÖVSİYƏ ETDİ YANANDA AG TÜSTÜ VERİR ANCAQ MOSKVA BAZARİNDA BALLARİN İÇİNDƏ NAFTALİN PÇELOVODSTVA JURNALİNNDA ÖXUDUM KATAQARİÇESKİ PİMENYAT NAFTALİN DÖBLƏT TƏCİLİ QƏRAR VERDİ ADİ AZERBAYCANDA QİDA KOMİTƏSİNDƏ BAL ÜZRƏ LABARATORİYA YOXDUR YALANAN YOXLAYİRLAR ARİÇİNİN VİCDANİ OLMALİDİR ALLAHİ OLMALİDİR MƏN LONDONA ÇÖX ÇƏTİNLİKLƏ BAL GÖNDƏRİRƏM 1 KQ 70 8O DOLLARA SATİLİR ÇÜNKİ EKOLOJİ TƏMİZ TƏBBİ ÇİÇƏK BALİ ÇOX DANİŞMAQ OLAR 1 KQ 100 DOLARA SATİLİFR
@ilkinmemmedli1050
@ilkinmemmedli1050 2 жыл бұрын
Eleykim salam
@isayev71
@isayev71 2 жыл бұрын
Ramkalarin başliqlarini nece kəsmisiniz? Hansi alətlə? Videosu var hazirlanmasinin
@xanusta
@xanusta 2 жыл бұрын
Təəssüf ki, videosu yoxdur. Mən bir nümunə mişar, iskənə ilə hazırlayıb ustaya vermişdirm. Usta da bu nümunəyə görə öz dəzgahları ilə düzəldib.
@mahirqulamov4117
@mahirqulamov4117 2 жыл бұрын
Karnika troyznik xetdi saxlıyansızsa ana arı satırsınız elaqə saxlıyaq
@xanusta
@xanusta 2 жыл бұрын
Xeyir, bəy. Mən hələki yerli arılarımızla işləyirəm.
@hmidtapdiqov8685
@hmidtapdiqov8685 2 жыл бұрын
Yeşiyin altı o cür açıq olanda qişlama zamanı soyuqdan ölmürmü arılar?
@xanusta
@xanusta 2 жыл бұрын
Yox, bəy. Heç nə olmur. Əgər arı ailəsi kifayət qədər güclüdürsə, yetrli yemi varsa və yuvanın üstündən hava axını yoxdursa, altının qışda açıq olması daha da yaxşıdır.
@hmidtapdiqov8685
@hmidtapdiqov8685 2 жыл бұрын
@@xanusta çox sağ olun bu bilgilər üçün. Mən və kəndimizdəki hami hər qış arını soyuq vurar deyə çadırla bükürük yazada ən azı bir iki arımız ölü çıxır.
@muradgamesyt4408
@muradgamesyt4408 2 жыл бұрын
Salam aleykum qardaş, o penaplas matrialın hardan ala bilərəm ? Məndə özüm düzəltmək isdiyirəm o yeşikdən
@xanusta
@xanusta 2 жыл бұрын
Tikinti materiallaraı satan mağazalardan soruşun, bəy. Fərqli növləri var. Bu il almamışam. Amma keçən il tapmaq olurdu. Rayonlarda çox da tapılmır. Amma Bakıdan tapmaq olar.
@mahirqulamov4117
@mahirqulamov4117 2 жыл бұрын
Salam Allah bereket versin hansı cins arı besleyirsiz
@xanusta
@xanusta 2 жыл бұрын
Təşəkkürlər, bəy. Mən yerli ekotip arı ilə işləyirəm.
@nicatbayramov4444
@nicatbayramov4444 2 жыл бұрын
Salam Qardaw yewiyin üsdünü parcayla yoxsa klyonka ile örtek.evelceden tewekür edrem
@xanusta
@xanusta 2 жыл бұрын
Mən demək olar ki, bütün örtülərdən istifadə eləmişəm. Son bir ildir 4 fəsil plyonka örtürəm. Plyonkanın heç bir mənfi cəhətini görmədim. Amma bir çox üstün tərəfləri var. Bu barədə ayrı bir video hazırlayacam inşallah.
@nicatbayramov4444
@nicatbayramov4444 2 жыл бұрын
Gözleyecem bu videonu
@edikrustamov4327
@edikrustamov4327 Жыл бұрын
Salam! Martın 25 dir 6 ramkalık qoşunla Ana arı toxumu nədən dayandırsın?
@xanusta
@xanusta Жыл бұрын
Bildiyim qədəri ilə bütün bölgələrimizdə ciddi bir hava dəyişikliyi olmayıb. Yəni arının işləməsi üçün uyğun şərait var. Bunun müxtəlif səbəbi ola bilər. İlkin ağla gələnlər bunlardır. Təbiətdən nektar və polen axını kəsilib. Ya da ana arı yaşlandığı üçün döllü yumurtalarına qənaət etmək niyyətindədir. 2-3 gün yemləmə edin və baxın. Əgər yenidən yumurta atmağa başlasa, deməli təbiətdəki yem qıtlığı ilə bağlı ola bilər. Əgər arınız yerli Qafqaz arısıdırsa, bu normal hal da sayıla bilər. Çünki yerli arılarımız Qafqaz dağlarında olduqda, ilk yeni nəsili yetişdirdikdən sonra yumurta atmağı zəiflədirlər. Bunu da yem ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə edirlər. Bilirlər ki, onlara əsas qoşun iyul ayında lazım olacaq. İndidən boş yerə artıq qoşun yaratmırlar.
@azadismayilov300
@azadismayilov300 2 жыл бұрын
Qardaş salam.arıcılığa yeni başlamışam xahiş edirəm deyərdiz indi arıya şərbəti neçə və nəqədər verilməlidir
@xanusta
@xanusta 2 жыл бұрын
Azad bəy. Arılarınız hansı bölgədədir, bilmirəm. Amma bu günlərdə arınız əgər bölmə deyilsə demək olar ki, heç bir bölgəmizdə yemə ehtiyacı olmamalıdır. Çünki ilin elə bir vaxtıdır ki, indi, təbiətdə arılar üçün kifayət qədər həm nektar, həm də polen var. Siz arılarınızın çərçivələrini diqqətlə analiz edin. Əgər hər iki tərəfdən kənarlardan iki çərçivədə depolanmış bal və çiçək tozu (polen) varsa, demək sizin arıların hansısa yemləməyə ehtiyacı yoxdur. Əgər bu yem ehtiyatları heç yoxdursa yuvanın içində, o zaman yemləməlisiz. İndi yemi xüsusi yemliklərləl verə bilərsiz. Kanalda yemliklərlə bağlı da video var. 2 hissə şəkər tozunu 1 hissə su ilə yaxşıca həll olana qədər qarışdırıb, arının 1 sutkada tam götürə biləcəyi qədər yemlikdə verə bilərsiz.
@xanusta
@xanusta 2 жыл бұрын
Ancaq əgər varsa, yaxınlığnızda arı saxlayan peşəkar arıçılarla da məsləhətləşin.
@emilqurbanzade3489
@emilqurbanzade3489 2 жыл бұрын
Salam mellim, ramkaya penaplas yerleşdirib skuçlamişam sorada penaplasin usdune kardon yapişdirib arakesme kimi qişda isdifade etmey isdiyirem siz ne meslehet görursuz buna?
@xanusta
@xanusta 2 жыл бұрын
Əla. Amma kardona ehtiyac yox idi. Onsuz da arılar kardonu didəcək.
@emilqurbanzade3489
@emilqurbanzade3489 2 жыл бұрын
Mellim men penaplasi didmesinler deye kardon bukdum amma deyirsiz ki kardonu didecekler? Onda kardonu sökum ele usdu skoçlanmiş penaplas qalsin??
@xanusta
@xanusta 2 жыл бұрын
@@emilqurbanzade3489 Hə. Skoçu didə bilmirlər.
@ceyhunquliyev1954
@ceyhunquliyev1954 2 жыл бұрын
salam Xan bey yazda ve yayda heftede nece defe kifayet eder acib baxmaq?önceden teşşekürler.
@xanusta
@xanusta 2 жыл бұрын
Mart ayından Oktyabra qədər 5, uzağı 6 gündən bir arıya baxılmalıdır. Ancaq etiraf edim ki, mən özüm belə bunu edə bilmirəm. Bu gün bir beçəm çıxdı. Halbu ki, vaxtında baxsaydım, zamanında daha sərfəli müdaxilə edərdim.
@ceyhunquliyev1954
@ceyhunquliyev1954 2 жыл бұрын
@@xanusta becenizde cox xeyirli olsun mən sadece heftede 2 defe gedib baxa bilirem.onun ucun sorucdum teşşekur edirem
@xanusta
@xanusta 2 жыл бұрын
@@ceyhunquliyev1954 5 gündə tez də yaxşı deyil. Hansısa bit vacib iş yoxdursa, rını boş yerə narahat etməyə də dəyməz. Həftədə 2 dəfə yaxşıdır.
@ceyhunquliyev1954
@ceyhunquliyev1954 2 жыл бұрын
@@xanusta cox təşşəkür edirem
@qafurkrimov433
@qafurkrimov433 2 жыл бұрын
Salam arılar penəplası didmirlər
@xanusta
@xanusta 2 жыл бұрын
Aleykum salam, bəy. Arı güclü olanda didir. Amma daha təhlükəlisi toyuq-cücədir. Onlar daha çox didir. ))
@veyselcumazede
@veyselcumazede 11 ай бұрын
Salam Məllim , Olmazmı ki 1 Kilonidə 2 ana arı saxlamaq Yarım Yarım çərçivə İlə ? .
@xanusta
@xanusta 4 ай бұрын
Buna ehtiyac yoxdur. Cəht edən arıçılar olub. Ancaq əziyyətinə dəyəcək nəticə verəcəyini düşünmürəm.
@ferhad1431
@ferhad1431 2 жыл бұрын
Soyugdan diger peteklere kece bilmirler ona gore qisdan cixmir
@elvinmemmedov4435
@elvinmemmedov4435 Жыл бұрын
Salam qardaş siz hansi bölgede olursuz
@xanusta
@xanusta Жыл бұрын
Oğuz
@veyselcumazede
@veyselcumazede 2 жыл бұрын
Salam Zəhmət Olmasa Telefon Cib Nömrənizi Verərdiz
@xanusta
@xanusta 2 жыл бұрын
Buyurun. Amma mümkünsə vatsapına yazın. Zənglərə o qədər də vaxtım olmur. 070 744 29 38
@veyselcumazede
@veyselcumazede 2 жыл бұрын
@@xanusta Çox sağolun
@elvinmemmedov4435
@elvinmemmedov4435 Жыл бұрын
Tel nömrenzi vere bilersiz
@xanusta
@xanusta Жыл бұрын
070 744 29 38 in vatsapına yaza bilərsiz.
Arılar Niyə İşləmir?
2:41
Xan Arıçılıq
Рет қаралды 4,6 М.
Larva transfer. Queen bee breeding.
14:11
Bal Arısı
Рет қаралды 10 М.
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Arılara nə qədər bal saxlamalıyıq?
13:46
Xan Arıçılıq
Рет қаралды 26 М.
Arıçılıq / Arılara qış qullugu
22:50
Arıçılıq haqqında söhbetler
Рет қаралды 12 М.
Mum, Şan, Təməl pətək alarkən diqqətli olun
6:41
Xan Arıçılıq
Рет қаралды 2,1 М.
İki arı ailəsini birləşdirməyin ən sadə yolu.
11:06
Arıçı Teymur
Рет қаралды 9 М.
ARI NECƏ BİRLƏŞDİRİLMƏLİDİR?
5:35
Bal Arısı
Рет қаралды 8 М.
Polenli kəkin yeyilməsinin yoxlanması.
11:31
RN arıçılıq
Рет қаралды 7 М.