Necə edək ki, maşın yağı satanlar bizi aldatmasınlar? - APA TV

  Рет қаралды 11,537

APA TV

APA TV

Күн бұрын

#APATV #maşınyağı #mühərrikyağı #Düzgünseçim #maşın #avtomobil #yağdəyişmə #sürücü #məhsul #mühərrik #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
Bu gün yerli bazarda ən çox diqqət yetirməli olduğumuz məhsullardan biri də maşın yağlarıdır. “Düzgün seçim” layihəsinin bu buraxılışında maşın yağı alarkən nələrə diqqət etməli olduğumuzdan, saxta yağların yaratdığı fəsadlardan, saxta ilə orijinalı bir-birindən necə ayıra biləcəyimizdən danışacağıq. Öncə sürücüləri dinləyək:
Mühərrik yağını mütəmadi şəkildə dəyişməliyik. Çünki yağ işləndikcə keyfiyyətini itirir və mühərrikin sıradan çıxmasına gətirib çıxarır. Buna görə də yağ seçimində çox diqqətli olmaq lazımdır. Avtomobilin tipi, yaşı bilinməli, mühərrikin plan resursundan neçə faiz istifadə olunduğunu müəyyənləşdirməli, aqreqatın istismar şərtləri nəzərə alınmalı və yağın keyfiyyət xarakteristikası öyrənilməlidir.
Mütəxəssis deyir ki, istehsalçı mühərrik istehsal edərkən mühəndislər mühərikkə uyğun yağ təyin edirlər. Bu isə müəyyən kodlar vasitəsilə yağın üzərində təyin olunur.
Yağ iki kateqoriyaya bölünür: «S» (service) və «С» (commercial). Benzin mühərrikləri üçün “S”, dizel mühərrikləri üçün “C” kateqoriyalı yağlardan istifadə edilir. Yağlar eyni zamanda qruplara bölünürlər.
O ki qaldı maşının yağının dəyişmə vaxtına, sürücülərin rahatlığı üçün bu, nəqliyyat vasitəsinin neçə kilometr məsafə qət etməsilə ölçülür. Mühərrik yağı nə qədər keyfiyyətli olsa da, onun da istifadə müddəti var. Keyfiyyətli yağ töküb 15-20 min km yürüşdən bir dəyişmək də avtomobil üçün fəsadlar törədə bilər. Ekspertin sözlərinə görə, daim uzun məsafəli yollarda, həmçinin yüksək sürətlə sürürsünüzsə maksimum 10 000 km yürüşdən sonra yağ dəyişməlidir. Şəhər içi sürürsünüzsə, tıxaclarda və ya işıqforlarda dayandığınız vaxt soyutma yaxşı getmir və nəticə olaraq yağ çox “yeyilir”, ona görə də maksimum 7 000 km sonra yağı dəyişmək lazım olur.
Xüsusi proqramlar, eləcə də bütün avtomobillərə aid olan manual kitapçada qeyd olunan bilgilərlə yağın miqdarını, həcmini müəyyən edə bilərsiniz. Kitabçanız yoxdursa, bunu “oil selector” adlı yağölçən internet saytı ilə də öyrənmək olar. Saxta məhsulun əlamətləri isə qapağın asanlıqla açılması, deformasiyaya uğramış qablaşdırma, qutunun çox sərt plastikdən olması, üzərində küar kodun olmamasıdır. Bu cür yağlar həm də daha aşağı qiymətə satılır.
Qeyd edək ki, düzgün seçilməyən yanacaq, tozlu hava və tıxac yağın ömrünə mənfi təsir edir. Yağ alışı zamanı mütləq və mütləq qablaşdırma, etiket və möhürə ciddi diqqət yetirilməlidir. Təəssüflər olsun ki, indi ən tanınmış markaların məhsullarını da saxtalaşdırırlar. Buna görə də malın keyfiyyəti və ya saxtalığı ilə bağlı şübhəniz yarandıqda satıcıdan sertifikat tələb etməlisiniz.
AYGÜN CARÇIYEVA,
RASİM BƏHRAMİ,
APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 21
Mühərrik yağını 5W-40 dan 10W-40 a keçirsək nə baş verər?
17:40
Avtok1ub Yağ Mərkəzi
Рет қаралды 25 М.
It's the natural ones that are the most beautiful#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 22 МЛН
Tərtərdə meliorativ tədbirlər 13 01 2025 Real Tv
3:17
Regional Su Meliorasiya Xidməti
Рет қаралды 779
Yanacaq sərfiyyatını azaltmağın üsulları  |  1-ci hissə
4:30
07-12-2023 tarixində olan YDM də olan yanacaq fərqləri
16:21
Sahil Usta
Рет қаралды 3,9 М.
VÖEN  &  MMC necə yaradılır?
9:44
Real Mühasib | Sizin Vergi Agentiniz
Рет қаралды 3,6 М.
Hansı yağı yeməli? Kərə yağının faydaları | Fizuli Hüseynov
9:43
Avtomobil alarkən bunlara diqqət et | Ban yoxlanışı
12:43
SOLO AVTO
Рет қаралды 118 М.
EN İYİ YAĞ TESTİ YAPTIK ! Castrol vs Motul vs Shell
14:50
Oto Destekcim
Рет қаралды 452 М.