Qədim qanunlarla idarə olunan kənd: Burada evlərin qapıları bağlanmır - APA TV

  Рет қаралды 65,505

APA TV

APA TV

11 ай бұрын

#APATV #naxçıvan #ordubad #Gənzəkənd #adət #mənəvidəyərlər #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Qədim qanunlarla idarə olunan kənd: Burada evlərin qapıları bağlanmır - APA TV
Ordubadda bu kəndin adını eşidən hər kəs “o kənd bir başqa kənddir” deyir. Bu kənd öz adət-ənənələrinə sadiq yurd yeridir. Bəli, bura Ordubadın qədim tarixə malik Gənzə kəndidir.
Gənzəlilər deyir ki, hər bir sahədə möhkəm birlik, bütövlük var. Rayonun ən varlı kəndi hesab edilən Gənzədə gənclər qazandıqları pulu başqa yerə xərcləməzlər, lazım gəldikdə kəndin abadlığı, ehtiyacı üçün ayırarlar. Hətta kəndin abadlığı üçün iş görmək gənclər arasında rəqabətə də səbəb olur.
Naxçıvanda ilk və yeganə günəş elektrik panelləri bu kənddə quraşdırılıb.
Bu kənd yeganə yaşayış məskənidir ki, burada evlərin qapıları bağlanmır.
Gənzə kəndində toya dəvətnamə paylanmır, hamı bir nəfər kimi toyda iştirak edir. Bu kənddə içki içilmir, kənddə olan 7 mağazanın heç birində spirtli içki satılmır. Bu kəndə ən böyük cəza isə ictimai qınaq və tənbehdir.
Gənzədə görülən xeyirxah işin kim tərəfindən həyata keçirildiyini heç kim dilə gətirməz.
Kəndin bəzi adətləri isə uzun illərdir qorunub saxlanılır.
Burada meydanda ağsaqqal oturubsa, cavanlar mütləq ondan arxada oturarlar. Gənzədə adətən, insanlar bir-birinə “Hacı”, “Kərbəlayı”, “Məşədi” deyə müraciət edirlər. Çünki kənd əhalisinin çoxu müsəlman üçün vacib bilinən müqəddəs yerləri ziyarət edib.
Burada yerləşən məscid XVI əsrə aid olsa da, 95 il bu kəndin mollası, axundu olmayıb.
Gənzədə diqqəti cəlb edən digər məqam isə yaşlı qadınların başlarına çarşab, kəlağayı örtməsi, cavan, gənc qadınların isə milli dəyərlərə uyğun geyinmələridir.
Milli mənəvi dəyərlərə bağlılığı ilə seçilən Gənzə kəndi məhz bu xüsusiyyətinə görə Ordubadın incisi təxəllüsünü də qazanıb.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: kzbin.info...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 213
@esed.esedov
@esed.esedov 11 ай бұрын
Bax, Azərbaycan adını yaşadan belə rayonlar, kəndlərdir. Belə yerləri önə çəkmək lazımdır. Yoxsa Bakıdakı bəziləri özünü başqa ölkədən sayır.
@ilhamibrahimov5297
@ilhamibrahimov5297 11 ай бұрын
Ya rəbbim nə gözəl fəxr olunası qürur duymalı bir oba cox sevindim
@leylaibrahimova3638
@leylaibrahimova3638 11 ай бұрын
Allah ne gozeldi, icki yoxdu orda. Teki butun Azerbaycanda icki satilmasin toyda qonaqliqda stola icki qoyulmasin. Amin!
@mirxanDadasov
@mirxanDadasov 3 ай бұрын
Çox gözəl kaş bütün bölgələrimiz belə ola köçü orda yaşamaq isdədim
@konultapan2077
@konultapan2077 3 ай бұрын
Amin🤲
@Boss-cr6qh
@Boss-cr6qh 11 ай бұрын
Çox gözəl, allah qorusun o kəndin sakinlərini
@rasimallahverdiyev5187
@rasimallahverdiyev5187 11 ай бұрын
Halal olsun Allah qorusun sizləri
@azrbaycan602
@azrbaycan602 11 ай бұрын
Çox istəyərdim oğlumla orada yaşayam oğlumuda oradan bir qlzla evləndirəm çox sevdim kəndi maşALLAH.Ağ saqqal ağ birçək olan yerdə din bərəkət olar.ALLAH hər birinizin ömrünə bərəkət versin çox qürurlandım.
@maestropiano7390
@maestropiano7390 11 ай бұрын
Mende mende😊
@user-fn4sd5rn5h
@user-fn4sd5rn5h 11 ай бұрын
Халал олсун миндефе 🙏🤲👏🌹🌹🌹🌹🌹
@user-nn8pr6tc2k
@user-nn8pr6tc2k 11 ай бұрын
Fəxr etdim,qürur duydum və utandım da vallah.Bu cür adət ənənələri qoruyub saxlayan bir obamizi bu günə kimi tanımamışam.Bir yerdəki ağsaqqal sayılır,gənclər halal ruzisini haram yerlərə xerclemir, əhali namaz qılır,zəkat verirsə orda əlbəttə ki,boşanma olmaz,abır həya ,iffət olar.Halal olsun bu gözəl kəndin insanlarina
@ahmadmammadov709
@ahmadmammadov709 11 ай бұрын
Allah bütün Azərbaycanımızı bundan da gözəl etsin. Amiin🤲🇦🇿🇦🇿🇦🇿
@user-nn8pr6tc2k
@user-nn8pr6tc2k 11 ай бұрын
@@ahmadmammadov709 Amin qardaşım🙏🤲
@dunyadanbiri1992
@dunyadanbiri1992 11 ай бұрын
Allah bed nezerden qorusun 🤲🤲🤲🤲 Masallah necede gozel kendi Boyuklere hormet ❤❤❤❤
@etibarmamedov7312
@etibarmamedov7312 11 ай бұрын
Sadece 😮inana bilmirem . Heqiqetdise Allahim oranin abi havasindan buralarda nesib eyle
@Blue_day05
@Blue_day05 6 ай бұрын
Beli her sey dogurdu eledı menım dogma kendim qurur duyuram
@user-zs9in8ps6s
@user-zs9in8ps6s 11 ай бұрын
halal olsun sizə siziynən fəxir edirəm
@ramilrzayev2459
@ramilrzayev2459 11 ай бұрын
Halal olsun Genze əhlinə.Məaşallah.Allah bütün Azərbaycana nəsib etsin bu gözellikləri
@susa--ski2515
@susa--ski2515 11 ай бұрын
ÇOX MARAQLI KƏNDDİR, BİR ŞEYE DƏ FİKİR VERDIM , LƏHCƏLƏRİ ELE BIL ŞƏKİ LEHCESINE OXŞAYIR.
@nailegenceliyeva5515
@nailegenceliyeva5515 11 ай бұрын
Halal olsun sizə ! Axır ki ,bir yaxşı xəbər eşidib gördüm .Ömrünüz uzun olsun.
@ZekiyyeMemmedova-of6ue
@ZekiyyeMemmedova-of6ue 11 ай бұрын
Halal olsun bu adəti əvvəlini kim belə qoyub gedibsə. Olənləri rəhmət
@user-qe6kq4ki4k
@user-qe6kq4ki4k 11 ай бұрын
MaşaAllah
@user-kv8gf9wq2s
@user-kv8gf9wq2s 11 ай бұрын
Allah caninizi sag elesin
@sabireliyev2172
@sabireliyev2172 11 ай бұрын
Butun weherlerimizde kendlerimizde bele olsa ne gozel olar
@maestropiano7390
@maestropiano7390 11 ай бұрын
Behbeh. Cennet olar
@Kamelya.1
@Kamelya.1 11 ай бұрын
Mende orda yasanaq istiyirem💐
@user-uh9hc6pv2v
@user-uh9hc6pv2v 11 ай бұрын
Allahım yəni Azərbaycanda belə təmiz saf insanlar yaşayan kənd var əhsən belə dəyərli adamlara böyük kiçik yerini bilir hamı bərabər yaşayır mat. Qalmışam
@xalisabdullayeva3566
@xalisabdullayeva3566 11 ай бұрын
Mə-şə-ALLAH. Mə-şə-ALLAH.🤲 Və BƏRƏKALLAH. ALLAH bu kəndi bəd nəzərdən, fitnə-fəsaddan, şər qüvvələrdən və mərdiməzar insanlardan qorusun 🤲
@parvanacafarova5339
@parvanacafarova5339 11 ай бұрын
Esil müsəlmandır Allah sizi qorusun
@seyidagayev8617
@seyidagayev8617 11 ай бұрын
Salam Aleykum. Əlhəmdulillah buboyda Azərbaycanda heç olmasa , balaca kənd olsada var . Allah qorusun sözün əsil mənasında ağsaqalları ağbirçəkləri ki , bu gözəl adəti qoruyub saxlayıblar . Allah bərəkət versin ruzivizə , amaluvuza əqidəvüzə ömrüvüzə . Açığı baxdım nəfəs aldım . Hazırlıyandan da Allah razı olsun .
@suleymanabbaszade4071
@suleymanabbaszade4071 11 ай бұрын
Əsl Oğuz türkləridi 🇦🇿 🇹🇷
@suleymanabbaszade4071
@suleymanabbaszade4071 11 ай бұрын
@@RuH_86 Tarix oxumayıbsan deyəsən
@vahidqurbanov3757
@vahidqurbanov3757 11 ай бұрын
Yeqin Turkiyede de icki icilmir
@resadgeraybeyli2578
@resadgeraybeyli2578 11 ай бұрын
Çox gözəl. Kaski məndə orda yasiya biləydim . Kənardan gələn birini necə qarsilayirlar bilmirəm .
@beyazelektrik2455
@beyazelektrik2455 11 ай бұрын
Ballar o qədər sevindim bilmədim nə yazım heç bilməzdim Azərbaycanda belə insanlar ola belə kənd ola allah sizləri qorusun
@user-jm5kb8uj5t
@user-jm5kb8uj5t 3 ай бұрын
Машаллах
@elnursamedov7818
@elnursamedov7818 11 ай бұрын
Nə gözəl imanlı kənt
@anarsoltanoglu2816
@anarsoltanoglu2816 11 ай бұрын
Ordubad Azərbaycanın incisidir. Doğma kəndim Gənzə isə Ordubadın incisidir
@user-ie7wv6ci7r
@user-ie7wv6ci7r 11 ай бұрын
Аллах сизин баракатинизи бол едачак ,чунки сиз Аллахын ганунларыйла йашайырсыныз Хелал олсун сиза Таки Ватанимизин ьар йеринда бела сизи Кими мусалман адетларимизи горуйуб сахласынлар
@maestropiano7390
@maestropiano7390 11 ай бұрын
AMİN
@ayxanbagirov9091
@ayxanbagirov9091 11 ай бұрын
Allah sizi qorusun Agsaqqal Atalar her wey sizden aslldlr var olun sizi🤲🙏
@havilseyfullayev8203
@havilseyfullayev8203 11 ай бұрын
Allah razı olsun hamınızdan. Birlik dirilikdir!
@sararuslan8731
@sararuslan8731 11 ай бұрын
Maşallah, Allah köməyiniz olsun.
@user-ld8cd3em1c
@user-ld8cd3em1c 11 ай бұрын
Allah bereket versin.Muselman Azerbaycanlilari Allah qorusun.
@ahmadmammadov709
@ahmadmammadov709 11 ай бұрын
Mâşâallah. Çox gözəl.😊
@garanfilsuleymanova8214
@garanfilsuleymanova8214 11 ай бұрын
Ihsən sizə bu cür ğözəl xəbərlərin axarı ğəlsin.Belə verilişlər çəkin tel.kanallarında tez-tez ğörsədin.Ğözəl nümunəvi kənd,qəsəbələri,aqsaqqalların və ğənclərin fəaliyyətini.😊❤🎉
@user-xp4ec5vk1w
@user-xp4ec5vk1w 10 ай бұрын
Halal olsun .
@ajdarahmedov4870
@ajdarahmedov4870 11 ай бұрын
Buxukerden salam olsun Ordubada onun gozel insanlarina . Genze kendine .. Menim o el obayinan qohumluq elaqelerim var ..
@mhakl6165
@mhakl6165 11 ай бұрын
Nə gözəl👍
@sevincthmzova6103
@sevincthmzova6103 11 ай бұрын
Əhsən əsl Allahın bəyəndiyi kimi yaşayırlar 👍👍👍belə saxla
@user-xp4ec5vk1w
@user-xp4ec5vk1w 11 ай бұрын
Esirler önçe Ordubaddan 2 qardaş gelib biri Seıyanda qalib biri Masalliya gelib .biz bu kişiden emele gelenlerik.İNDİ DE MASALİNİN ERKİVAN KENDİNDE HAXCIVANIİLAR MEHELLESİ VAR .HAMİ BİLİR Kİ ONLAR NECE ESR EVVEL HAXCİVANDAN GELİBLER.HEMİŞE NAXCİVANLİ GÖRENDE SEVİNİREM .
@doktorbsir4072
@doktorbsir4072 10 ай бұрын
Nə gözəl halal olsun Naxçıvana buna görə naxçıvanlıları sevirəm👍🤲🤲🤲🇦🇿🇦🇿🇦🇿
@cabirbabaev3908
@cabirbabaev3908 10 ай бұрын
Halal olsun
@qazanfarqahramanov7111
@qazanfarqahramanov7111 10 ай бұрын
Əhsən!
@ZENGEZURUM
@ZENGEZURUM 11 ай бұрын
Nümunəvi kənd 🙏❤️🇦🇿❤️
@samiratunar1356
@samiratunar1356 11 ай бұрын
Allah kendinize ehalinize salamatlik nesib etsin ne yaxsi kentdir ki icki yoxdur ona görede qurban oldugum yerde böyuk kicik hörmeti var Cox sukur rabbime amma bizim de kentde ölü yeri pulla satilmaz evde yaxinlari terefinden yuyular qebrinide ogullari qazar Cox sukur bizim aşagi tala kendimizde de bicaqlama ana atani qocalar evine atmaq yoxdur boyuk kiciye hormet var anaya ataya oğul qiz baxmaq mecburdular bu qanindur
@hakimmuradov4784
@hakimmuradov4784 11 ай бұрын
Mahsallah
@tahireqasimova
@tahireqasimova 11 ай бұрын
ALLAH HAMINIZDAN RAZI OLSUN. ❤❤❤❤İnsanlığa xas olan bütün keyfiyyətləri yaşadırsız Cox sağ olun Teşekkür edirem hər birinizə.
@user-dl4ym5md7h
@user-dl4ym5md7h Ай бұрын
Genzenin insanları çox mehriban,qonaqperverdiler.😊Ordubadda yegane kend Genzedir ki,toylarında stola spirtli içki qoyulmur,allah qorusun bu kendin insanların.😊🙏💐👍
@mirxanDadasov
@mirxanDadasov 3 ай бұрын
Bu kəbin bələdiyyəsi bizdə burda yaşamağa icazə verə Allah xatirinə
@rafetagammedov1781
@rafetagammedov1781 11 ай бұрын
Maşallah nə gözəl Allah hər bir kəndimizə bu cür yaşamağı qismət etsin
@nzaktabbasova4409
@nzaktabbasova4409 11 ай бұрын
Super ne gözel kenddi maşallah
@babaseyidseyidov8275
@babaseyidseyidov8275 3 ай бұрын
Əhsən belə söz eşidən insanlara,bu kənddə heç cinayət də olmaz.ƏHSƏN❤❤♥️
@MahammadAbushov-my7nt
@MahammadAbushov-my7nt 11 ай бұрын
Ozum masllidanam halaldi cox gozel adetniz var
@zaurrzayev859
@zaurrzayev859 11 ай бұрын
Butun kəndlərimizə numunə olaraq , göstərmək olar.
@hkubhjhkuu2138
@hkubhjhkuu2138 11 ай бұрын
Çox sevirəm Naxçıvanı,naxçıvanlıları. İnşallah Allah qismət edər gedib gəzərik oraları
@yavryunisov9507
@yavryunisov9507 11 ай бұрын
Xoşbəxt insanlsrdılar.Adətləri ata babadan qalan adətlərini davam edirlər.
@user-we6zq4qo1f
@user-we6zq4qo1f 11 ай бұрын
Allah qorusun❤❤❤
@azadhaciyev2325
@azadhaciyev2325 11 ай бұрын
Kaş hər yerdə belə adətlər olaydı. Əvvəllər Azərbaycanın hər bir bölgəsində hörmət izzət vardı. Yaşlı insanlar bu ənənələri yaxşı xatırlayırlar. Çox təəssüf ki bu adətlər keçmişdə qaldı. Boşanmaların sayı həddən artıq çoxdur. Çünki ictimai qınaq yox dərəcəsindədir. Hər kəs özünə görə yaşayır.
@elnurteymurov9388
@elnurteymurov9388 11 ай бұрын
MasheAllah
@rvanmmmdov8648
@rvanmmmdov8648 10 ай бұрын
Çox əla.Var olasinız
@user-jd9lc2ok7z
@user-jd9lc2ok7z 11 ай бұрын
Fəxr edirik Kəndimizlə
@recepozdemir5577
@recepozdemir5577 11 ай бұрын
Cox şükür hec olmasa bir kendde adet _enene qalib .
@GANE743
@GANE743 11 ай бұрын
Adətləriniz daimi olsun !
@tunzalemeherremova9316
@tunzalemeherremova9316 11 ай бұрын
Ne gözel Heqıqeten qürur duyduq Kash kı her yer bele olsun
@teranebagirova7938
@teranebagirova7938 11 ай бұрын
Naxçıvanın hər kəndundə dəfin yeri və dəfin pulsuzdu
@sapazmikayilov4406
@sapazmikayilov4406 11 ай бұрын
Allah sizi qorsun
@zaura3909
@zaura3909 11 ай бұрын
Men olmusam o kende cox mehriban cox qonaq perver camahati var.orda pulun olmasada ac qalmarsan. var olun
@akifenesibova3935
@akifenesibova3935 11 ай бұрын
Necə getmək olar ? Axsaminiz xeyir
@zaura3909
@zaura3909 11 ай бұрын
@@akifenesibova3935 Naxcivan Ordubad Genze.Geceniz xeyir
@Blue_day05
@Blue_day05 6 ай бұрын
@@akifenesibova3935naxcıvana getsenız ordubadan sonrakı kendı ama yayda gedesenız cox gözeldı
@user-gs6np1tu7c
@user-gs6np1tu7c 11 ай бұрын
Bircə şirkdən özünüzü qoruyun, Allah kəndinizə bərəkət versin
@Azerbaku68
@Azerbaku68 11 ай бұрын
👍
@igamovaigam5925
@igamovaigam5925 11 ай бұрын
@@Azerbaku68 efsus ki sirk var amma bilmiller bilmeden olan qunah deyil sam yandirmaq meselesi kas onu etmeseler yeni kicik sirklerdi
@teraneibrahimova6221
@teraneibrahimova6221 11 ай бұрын
Ne geder gozel insanlardir adetlerine bagli cennetin ta kendisidir bu kend masallah
@ramilesgerov6712
@ramilesgerov6712 11 ай бұрын
ALLAH BED NEZERDEN SAXLASIN esil insanlıq numunesi
@user-cv8qu3ps3s
@user-cv8qu3ps3s 11 ай бұрын
Hallal olsun .Belede lazimdi
@nermanmuzefferov
@nermanmuzefferov 11 ай бұрын
Çox yaxşı dı içki içmirsüz
@user-zv2ok9cx5q
@user-zv2ok9cx5q 11 ай бұрын
Oğruları duyuq saldınız evlərin qapısı bağlanmır deyib.Gənzə əhli ehtiyatlı olun.
@insanovheyat3908
@insanovheyat3908 11 ай бұрын
Mental deyerleri lağa qoyanlar sizin eslinizi neslinizi qoyan keçenlerinizi ay südü xarablar baxın bele ibret götürün kişiliyiniz qeyretiniz olsun qadın kimi namusunuz olsun
@ZiKO161
@ZiKO161 11 ай бұрын
👍👍👍👍👍👍👍 MAŜALLAH
@anarmustafayev214
@anarmustafayev214 11 ай бұрын
Halal olsun.Ballah alqışlayıram.
@aidazeynalova1357
@aidazeynalova1357 11 ай бұрын
Halal olsun Sizin kimin Ailelere❤
@prostarecebov3231
@prostarecebov3231 11 ай бұрын
ZAQATALADA ORDUBADLILAR COXDU BEXTIMDEN GEDIB ORA DUSDUM ❤Vallah
@user-sf8oi6zb2h
@user-sf8oi6zb2h 11 ай бұрын
Аллах сизи вар еласин, Агсаккал Иншаллах! на вахт Азарбайджанда миллатин бу козал адат ананалари барпа олочаг Аллахым!
@user-bx9vd2oi5w
@user-bx9vd2oi5w 11 ай бұрын
Nə gözəl
@Ferited_fan19
@Ferited_fan19 11 ай бұрын
Halaldı Vətənimə
@Mirqafarov.09
@Mirqafarov.09 11 ай бұрын
Belə milli dəyərlərimizi qoruyub saxlayan kəndlərimiz reklam olunmalıdır.İstərdim mən də orada yaşayam.Sozun həqiqi mənasînda orada yaşayanlara paxıllıgım tutdu
@mekikerim984
@mekikerim984 11 ай бұрын
Ne gozel 👍👍👍👍👍👍👍
@fikretxelilov5626
@fikretxelilov5626 11 ай бұрын
Orada yəqin əmin amanlıqdır.
@Azerbaku68
@Azerbaku68 11 ай бұрын
Allaha min şükür,mənim yaşadığım Ələt qəsəbəsində də dəfn mərasimlərində indiyə kimi bir qəpik pul söhbəti olmayıb və inşallah,yəqin ki,olmayacaq.
@user-bd8fz9rh6x
@user-bd8fz9rh6x 9 ай бұрын
Aııah o kendi penahinda saxıasin onıara kömey oısun Amin var oısun ne gözeı
@user-st7rd6pk2c
@user-st7rd6pk2c 11 ай бұрын
Allah sizləri qorusun
@user-fi7di4wd8f
@user-fi7di4wd8f 11 ай бұрын
YENE. ORDUBADDDDDDDD BİLİRİY Harikadı o kend
@SevincAzimli
@SevincAzimli 11 ай бұрын
Sovet dövründə Zaqatalada da qapıları bağlamırdıq. Qapı sadəcə gecə yatanda bağlanırdı
@AzrBaxsov-yy3il
@AzrBaxsov-yy3il 11 ай бұрын
Cox gözel kenddi ora diyerdim Azerbaycanin en gozel insanlari olan kenddi esgerliymi orda olmusam gormusem hamisini basqa bir alemdi o kend
@user-cb9yf6wo5x
@user-cb9yf6wo5x 11 ай бұрын
Soyuqda xidmet etmisen yeqin
@AzrBaxsov-yy3il
@AzrBaxsov-yy3il 11 ай бұрын
@@user-cb9yf6wo5x he 2010da gozel milleti var cox yaxsiliq edibler bize sagolsunlar olarin ezyetni damnmag olmaz soyugun esgerleri bilir nece insandilar olar
@user-yj4xm2qn7e
@user-yj4xm2qn7e 10 ай бұрын
Сейфеддин уста ордубад раяонунда чох селигели уста олуб. Аллах вар елесин
@chichachvetochka2726
@chichachvetochka2726 5 ай бұрын
Ne gozel😊
@user-gs6np1tu7c
@user-gs6np1tu7c 11 ай бұрын
Gence ehline eşq olsun
@xosbextmemmedov1283
@xosbextmemmedov1283 11 ай бұрын
Əvvəllər hər yer beləydidə , indi deyirlər üzü Avropaya gedirik. uşaqlar huququnu tapdalamaq olmaz. Avropa məhkəməsi deyir😂😂😂
@user-mh1ot5jd3s
@user-mh1ot5jd3s 11 ай бұрын
Ora köçüb getmek isdeyirem
@ahmadmammadov709
@ahmadmammadov709 11 ай бұрын
Nə istəsək birbaşa Allahdan istəməliyik.
@igamovaigam5925
@igamovaigam5925 11 ай бұрын
👍👍
@hsnrzayev8874
@hsnrzayev8874 9 ай бұрын
❤❤❤❤❤❤
@user-tm1pp8xo6o
@user-tm1pp8xo6o 11 ай бұрын
Masalah min defe masalah ne gozel butun Azerbaycanln hele olsaydl ne gozel olardl haml dinc yasayardl kiciyler boyuylere hormet ederdi
@mineadasila
@mineadasila 11 ай бұрын
İsmayıllıdada Genze kəndi var bəlkə bular qohum əqrabadılar
@user-fq9lk7lu9k
@user-fq9lk7lu9k 6 ай бұрын
Masallah ne qozal
Stalin 150 il yaşamaq istəyib, ukraynalı həkim isə onu aldadıb
4:51
Ordubadlılar necə insanlardır?
29:24
Peleng
Рет қаралды 35 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Hədəf - Ordubad rayonu - 07.03.2024
22:23
Naxcivantv Media
Рет қаралды 2 М.
Zibillikdə yaşayan ailəyə kim ev verdi? - ARZUNUN VAXTI
16:24
Gənzə kəndi qısa bir kadır
5:01
Gənzə kəndi
Рет қаралды 237
Kəlbəcərli ailənin hekayəsi - Qayıdış
8:01
AZERTAC
Рет қаралды 195 М.
Ordubadın Göygöl möcüzəsi
10:13
Naxcivantv
Рет қаралды 35 М.
Ordubadın qədim məhəllələri
42:11
Naxcivantv
Рет қаралды 31 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН