Bakıda 30 min manata qəbir yeri satılır - Pul kimin cibinə gedir? - APA TV

  Рет қаралды 27,102

APA TV

APA TV

Күн бұрын

#APATV #qəbir #qəbiryeri #qəbiristanlıq #qarabazar #pul #manat #FazilMustafa #Yasamal #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
Bakıda 30 min manata qəbir yeri satılır - Pul kimin cibinə gedir? - APA TV
Bu gün əsas anlaşılmazlıqlardan biri də qəbiristanlıqla bağlıdır desək yəqin ki, yanılmarıq. Ölkədə hamı bilir ki, qəbir yerləri pulla satılır. Bu qəribə bazarda qiymətlərin təyin edilməsindən, pulların hara getməsindən tutmuş qəbir daşlarının ölçülərinə, qəbiristanlıqların səliqə sahmana salınmasına qədər bir özbaşınalıq mövcuddur. Bəs bu qədər özbaşınalıq və qeyri müəyyənlik nəylə bağlıdır. Bu qara bazarın arxasında kimlər dayanır. APA TV olaraq bunu araşdırmağa çalışdıq.
İlk getdiyimiz yer Yasamal qəbiristanlıq oldu. Nə müdiriyyətdən, nə də qəbiristanlıq işçilərindən heç kəs açıqlama vermədi. Kameraya danışmaq istəməsə də, sakinlərdən bir neçəsi burada qəbir yerlərinin 10000 manatdan 30000 manata qədər dəyişdiyini bildirdilər. Onların sözlərinə görə, qiymətlər məzarın yola nə dərəcədə yaxın olması, dikdə, yoxsa çökəkdə yerləşməsinə görə dəyişir.
Keşlə qəbiristanlığında isə bir qəbir yeri 5000-6000 manat arasında dəyişir. Qəbiristanlıq işçiləri müdiriyyətin icazəsi olmadan danışmağın qeyri-mümkün olduğunu söylədilər.
Təxminən eyni vəziyyətlə Günəşli qəbiristanlığında da qarşılaşdıq. İşçilərdən heç kəs danışmaq istəmədi. Sadəcə onu öyrənə bildik ki, burda qəbir yerləri 4000-5000 manat arasında dəyişir.
Bakıətrafı kəndlərdəki vəziyyəti öyrənmək üçün Bilgəh qəbiristanlığında da olduq. Digər qəbiristanlıqlardan fərqli olaraq, burda müdiriyyəti yerində tapdıq. Bilgəh qəbiristanlığının müdiri Adil Mirzəyev iddia elədi ki, bu məzarlıqda qəbir yeri pulsuzdur: “Bir qəbir yeri burda hal-hazırda 200 manata başa gəlir. Yəni qəbirin qazılmağı, tikilməyi, mərhumun orda basdırılmağı 200 manata başa gəlir. Əgər bir adamın rəhmətə gedəni varsa, biz özümüz o adamın yanında bir nəfərlik yer veririk ki, gələcəkdə onun yoldaşı var, ya oğlu var, ya bir adamı var. Bu bineyi qədimdən belədir. Buna hökumət də icazə verir ki, bir qəbirin yanında bir nəfərlik də əlavə yer pulsuzdur.
Sadəcə burda pul qəbir qazdırmağa gedir?
Ancaq qəbir daşı, nöşün ki, bunun kubik daşı var, onun tavası var, fəhlənin zəhmət haqqı var, sementi var. Təxmini 200 manat”.
Daha sonra sexlərin birindən qəbirüstü abidələrin qiymətini də öyrəndik.
Sex müdiri Anar Qafarov bildirdi ki, qəbirüstü abidələr hər qiymətə var:
“Baxır istehsalın növünə, rənglərin növünə. Qiymətlər dəyişir.
Ən ucuzu neçəyədir?
Ən ucuzu yerli maldır. 400-500 manatdan başlayır. Üzü yuxarı gedir.
Bahası neçəyə çıxır?
Bahası 3 minə də var, 4 minə də var, 5 minə də var. Hər qiymətə var.
Mərmər olur?
Bəli, qranit olur. O uje yerli istehsal deyil də. Ukrayna daşı var, Hindistan daşı var. Avropa daşı var, Türkiyə daşı var. İran daşı var.
Bir neçə ay öncəylə müqayisədə, nə qədər artım var qiymətlərdə?
Ukrayna daşında qiymət artımı var. Müharibə ilə əlaqədar olaraq. Ukraynada daşında qiymətlər qalxıb, fərq eləyir. Köhnə qiymətini nəzərə alanda 600-700 manat qalxıb”.
Millət Vəkili Fazil Mustafa APA TV-yə bildirib ki, qəbiristanlıqlarla bağlı məsələ heç bir qanunla tənzimlənmir. Qanunla qəbiristanlıqların bələdiyyələrə verilməsi nəzərdə tutulurdu. Onların da pulu olmadığı üçün bunu nəzarətə götürə bilməyiblər: “Ona görə də burda da bir boşluq var, özbaşınalıqdır. Müəyyən bir şəkildə qiymətləri artıq ayrı-ayrı şəxslər qeyri rəsmi şəkildə müəyyən edirlər və satırlar. Ayrı-ayrı insanlar da ağır vəziyyətdə olduğuna görə bununla hesablaşmalı olurlar. Ona görə də burda qayda qanun yaratmaq mümkün olmadı. Çünki mənfəətlər varsa, onlar artıq qanundan önə keçməyə başlayırlar. Məsələnin çətinliyi burasındadır. O baxımdan indi qəbiristanlarda hansısa bir ritualların yerinə yetirilməsi qaydaları da adət ənənə üzrə keçirilir. Hansısa bir qurum buna xüsusi nəzarət eləmir”.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 150
@vuqarmammedov8016
@vuqarmammedov8016 Жыл бұрын
Ölmeyin bir derd yaşamağın bir derd
@zamirallahyarov6321
@zamirallahyarov6321 Жыл бұрын
Mən olenden sonra nəyimə lazımdı qabir daşı boş boş şeylərdi israfdı o pulu kasıba qocaya verilsə savabı ölənə yazılar inşALLAH mən ölsem o daşa verilən 3 min manatı 60mış ailəyə 50 azn ver savab qazan
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Жыл бұрын
Siz deyəni məhz dinimiz bu cür buyurub.Sadəcə nəfsimiz bizi islamı yaşamaga imkan vermir.İslam yaşayış dinidi.Bizdə islam artıg öləndə də hiss olunmur nəinki israfçı yaşayışımızda.
@elcinmmmdov2800
@elcinmmmdov2800 Жыл бұрын
Hec dinimizde bele şeyde yoxduki o boyda daş qoyasan ne qederde pul veresen.isteyir lap qizildan qoy daşlari,olennen sonraki heyativa heç bir tesiri olmayacag((
@zarazara9172
@zarazara9172 Жыл бұрын
👍👍👍👍👍👍🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
@Apostol_Versace
@Apostol_Versace Жыл бұрын
Allahsukurun cibine gedir o pullar.
@mubarek6908
@mubarek6908 Жыл бұрын
Allah adamı torpaqdan yaradıb .Hamının son yatağı torpaqdır.Kim ki,torpaqdan haram pul qazanır Allah gözlərini bildiyi kimi duyursan. Allah şəhidlərimizə ,itirdiyimiz sevdiklərinizə rəhm etsin, bərəkətli torpağımızı düşmənlərdən təmizləməyə güc-qüvvət versin.
@melek1393
@melek1393 Жыл бұрын
Yəqin o məzarlıq şəhərin ortasında yerləşir. Qəbirin üzü də dənizə baxır 😄 Allah ağıl versin. Belələrini Allah dinə-imana gətirsin Amin.
@kamalaabisova1811
@kamalaabisova1811 Жыл бұрын
Bilgəhdə kampaniyadır, bir alana bir hədiyyə,tələsin ))
@elminsoff
@elminsoff Жыл бұрын
Qəbir yeri pulu, qəbir pulu, qazmaq, basdırmaq, yumaq, baş daşı qoymaq, 3ü 7si 40ı ili, adınası cüməsi. Ölməklədə ölünmür azərbaycanda)) yaşayanlar zülmün çəkir
@fuzulimustafayev525
@fuzulimustafayev525 Жыл бұрын
Maşallah camaatın bir ölüsü bizim onlarla diridən çox bahalıymıs . Vallah biz yaşamırıq mə ölumüzün qiyməti var nə dirimizin
@НурланНабиев-г9х
@НурланНабиев-г9х Жыл бұрын
ŞEYTANŞÜKÜRÜ DİRİ-DİRİ BASDIRIB ÜSTÜNƏ İŞƏMƏK LAZIMDIR.
@eminmammadov7518
@eminmammadov7518 Жыл бұрын
Düzdü
@asgerzaurov1520
@asgerzaurov1520 Жыл бұрын
Vallah, olmeye qorxuram, balama agirliq dushmesin.
@ДабушГасанов
@ДабушГасанов Жыл бұрын
Allah olenere rehmet elesin
@arzumuxtarova5627
@arzumuxtarova5627 Жыл бұрын
10 min manat cavab sağlıgında tapmır qalmışdı ki ölende cındırlar her şeyi satır . Doğandada otaq pulu alır dövlet ölendede
@samirnazarenkouniversal043
@samirnazarenkouniversal043 Жыл бұрын
Allahsukur Pasazade MMC
@eminhuseynovsmkir7205
@eminhuseynovsmkir7205 Жыл бұрын
Görən nə gunah eləmişikki bu xalqa Allah belə bəla göndərib.
@elsadragimov9471
@elsadragimov9471 Жыл бұрын
Sair demisken,olmeyede yoxdu curetin kasib.
@anarhesenzade6206
@anarhesenzade6206 Жыл бұрын
bu me demekdir buranin yiyesi olacaq
@elvinabbasov1389
@elvinabbasov1389 Жыл бұрын
50min manatlıqda qebir daşı qoyulsa öluye heç bir faydası yoxdur bu ancaq insanlara gösteriş üçündür insana fayda veren ancaq emeleridir qebirde
@sahibealiyeva7019
@sahibealiyeva7019 5 ай бұрын
Aynən.
@knanqafarov6217
@knanqafarov6217 Жыл бұрын
Insanlar niyə belədir görəsən mən qara toragda yaranan soram neynirem çöldəki mermeri insanlar elə bil yuxudadir vallah
@elcinsxliyev8357
@elcinsxliyev8357 Жыл бұрын
onsuzda azərbaycanda pulsuz heçnə yoxdur
@fuadfffu8594
@fuadfffu8594 Жыл бұрын
Валлах айыбдыр
@tahireabdullayeva5244
@tahireabdullayeva5244 Жыл бұрын
Allah bəlanlzl versin!
@harunsadqov1942
@harunsadqov1942 Жыл бұрын
Sumqayıt qəbirsanlığındada öz başınalıq baş alıb gedib.
@hecibalasi6446
@hecibalasi6446 Жыл бұрын
MAŞTAGA KENDİNE ŞUKURLER OLSUN
@ОктайГулиев-о3и
@ОктайГулиев-о3и Жыл бұрын
Аллах ма Гурбан олум бу йер куресини тез дагыт бу мундарлар чашыблар ахырымыз гебирди онуда сатырлар Бир Грам муселманчылыг галмайыбдыр
@resulll._
@resulll._ Жыл бұрын
bilgəh ləgcəsi Halal olsun ağsaqqal sən məə ləzət elədün 😅
@cavidabdullayev7788
@cavidabdullayev7788 Жыл бұрын
Torpagin alti eynidi Ferqi yoxdu Bakida defn eledin ya Rayonda dagin dowunde. Ona gorede her kesen oz torpaginda kendinde defn olunsa daha yaxwi olar.
@Юусиф
@Юусиф Жыл бұрын
Пазор Азербайджан 🇦🇿
@yalcnrzayev4095
@yalcnrzayev4095 Жыл бұрын
Allah Allahşukurun bəlasını versin
@aytacxx
@aytacxx Жыл бұрын
Sağlığında qiymet verin insanlara.......
@xyl_music
@xyl_music Жыл бұрын
Az qala meyyid üçün havalandırma sistemində quralar.
@mubarek6908
@mubarek6908 Жыл бұрын
Dünyaya gəlmək, dünyadan getmək pulludur.Bəs bunun qəbzi hardandır ?
@acheyat623
@acheyat623 Жыл бұрын
sorusun gorək villa tikməyə yer necəyədir kaslblar olməsin yer baha das baha olməkdə cətindir allahlm bəs biz neyləyək
@sahilmemmedov2289
@sahilmemmedov2289 Жыл бұрын
Metroya yaxindi deyesen
@valehqdirov9951
@valehqdirov9951 Жыл бұрын
Hər yerdə olduğu kimi
@muradquliyev8909
@muradquliyev8909 Жыл бұрын
bu mudurun danisiqindan Bakiliya oxsadi.
@erestunezizov9101
@erestunezizov9101 Жыл бұрын
Ölüb.getmeyde.pulnande
@mahirnardaranskiy5944
@mahirnardaranskiy5944 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 Belə ölkə belə millət harda var
@aslanisgenderov3695
@aslanisgenderov3695 Жыл бұрын
olmekde da prablemdi
@meyxana5059
@meyxana5059 Жыл бұрын
Biabircilixdi vallah
@ruzimehdiyev489
@ruzimehdiyev489 Жыл бұрын
Yaşamağı dərd etməyimiz az deyilmiş kimi olmeyimizde bir derddir
@hebbz5406
@hebbz5406 Жыл бұрын
Gorun ilham nə günə qoydu milləti daha ölməydə pulnandı
@ЗакаМамедов-н8ь
@ЗакаМамедов-н8ь Жыл бұрын
Wf olur
@interesting_world_1
@interesting_world_1 Жыл бұрын
BAKINI REGİONLARDA ELE GÖZDEN SALIBLAR Kİ,BAKILILAR BUNU HİSS ETSELER TEESSÜFLENERLER.
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Жыл бұрын
Allah cənnəti bizə bu dünyada yox ,axirətdə vəd verib,ay insan!
@galaxsyapsasa8203
@galaxsyapsasa8203 Жыл бұрын
Mən ölənən sonra baş daşıda qoymasınlar
@qarabagazerbaycan299
@qarabagazerbaycan299 Жыл бұрын
ALLAH ELLESIN MEN OLUM APARIB ZIBILIYE TULASINLAR
@seymuribrahimov5681
@seymuribrahimov5681 Жыл бұрын
ÖZBAŞINALIQ KARUPSIYA GUYA BILMIRLER KI GELEDI BALIQ BAŞINDAN IYLENIR
@yuxararan2736
@yuxararan2736 Жыл бұрын
Otuz minim olsa heç ölmərəm.
@alikolikalkooo7816
@alikolikalkooo7816 Жыл бұрын
Аллахшукур бу ишлерин башында дурур.Ахы о халгы соймагла мешгулдур.О инсан сифетинде шейтандыр, халгымызын гаты душменидир. О алчага пул лазымдыр.
@ulka1201
@ulka1201 Жыл бұрын
Ayamaan ölməyədə imkan vermirləreey.ALLAH bəlanızı versin,gedəcəyimiz yer qara torpaqdıdaa,onnadamı pul tutursuz?tifuu sizlərə,tezliklə qara torpağa girəsiz İnşallah
@rovsenosmanov7403
@rovsenosmanov7403 Жыл бұрын
Cunki olkenin sahibi yoxdu !
@CeyhunAskerov-kt4zp
@CeyhunAskerov-kt4zp Жыл бұрын
Allahına qurban olum qəbirsandlqda da müdür var
@rasimismayilov5606
@rasimismayilov5606 Жыл бұрын
Salam Qəbir pulları hamı bilirki hamsı Şeytan şukur deyilən Şeyxə gedir ona görədə Şeytan Şükürün oboyda vilası və abiyekləri var
@interesting_world_1
@interesting_world_1 Жыл бұрын
Men öldükden sonra daşdan ne fayda hamısının günahı xalqımızdadır bu sebebkerin
@vuqarmamedov9071
@vuqarmamedov9071 Жыл бұрын
A fazil neçə nəzarət olunmur? bütün rayon və şəhər axundların biznesidi .
@turalveliyev9303
@turalveliyev9303 Жыл бұрын
Yəqin burda dəfin olunanda birbaşa . Cənnətə daxil olur
@ФираЛюбовь
@ФираЛюбовь Жыл бұрын
Ne menasi var baha ya ucuz
@ceyhunesgerli3133
@ceyhunesgerli3133 Жыл бұрын
Kul basiniza gorey bu qiymeti qoyanlar özlerine nece bir yer qismet olacaq
@ЭльдарТюменьБаку
@ЭльдарТюменьБаку Жыл бұрын
ŞEYTAN ŞUKUR PAŞAYANZADE BAX ALCAX
@elmanelinagiyev3000
@elmanelinagiyev3000 Жыл бұрын
30 мине гебир аланында сатанында аллах нелет елесин
@İlkinibrahim
@İlkinibrahim Жыл бұрын
Belediyee yigir rusveri
@mubarizibrahimov7211
@mubarizibrahimov7211 Жыл бұрын
Adam hec ölmək istəmir.
@cavidbagirov1903
@cavidbagirov1903 Жыл бұрын
Allahşükürün biznesidi mollanın
@zaurqurbanov615
@zaurqurbanov615 Жыл бұрын
Giymet olmasa ayag basmaga yer olmaz
@vefabayramova8192
@vefabayramova8192 Жыл бұрын
Ne günlere qaldiq bedbexler
@interesting_world_1
@interesting_world_1 Жыл бұрын
Allah satanların ezizlerine qismet elesin o yerleri
@sahibealiyeva7019
@sahibealiyeva7019 5 ай бұрын
Əzizlərinə yer havayi olacaq .😅
@renatmammedov6736
@renatmammedov6736 Жыл бұрын
bele adamlar tutulsun
@behruzmusayev4090
@behruzmusayev4090 Жыл бұрын
Ölülerin daxili işler, müdürüdü o ?
@M.H.005
@M.H.005 Жыл бұрын
YOX O MÜDÜR,OLULƏRİN İCTİMAİƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİNİN MÜDÜRÜDÜR!😅
@Yunesko24
@Yunesko24 Жыл бұрын
Nə işi var ölən şəxsin Bakıda qəbiri pula satılan yer aparın rayonda basdırın israfçılıq etməyin insanı sağ olarkən qədrin bilmək lazımdı öləndən sonra gətir abidə qoysan belə bir fayda verməz
@taryelaxmedov9421
@taryelaxmedov9421 Жыл бұрын
Ona gorede bu dunya daqilmaldir gorun ne gune milet qalibki artix tirpaqda ala bilmiler olulerne
@almazmustafayeva9294
@almazmustafayeva9294 Жыл бұрын
Bəs Razinde neçiyədi qiymət
@Alik-e9i
@Alik-e9i Жыл бұрын
Neylike day olende deyerik bilgehde basdırsinlar 200 mantdi ucuzu düşür)
@knanzeynalov6429
@knanzeynalov6429 Жыл бұрын
Baxın deyəcəm pis çıxacaq, əyər bu ölkənin bir sahibi varsa belə olmamalıdır vəssalam.
@namiqmahmudov4589
@namiqmahmudov4589 Жыл бұрын
Qardaş qəbir daşinin ölüyə bir xeyri yoxdu.o pulu ehtihaci olana ,ölüyə yasin quran oxutdur.
@tnayalyev2376
@tnayalyev2376 Жыл бұрын
VaLah Düzgün Döyür Qəbir yerinən puL ALmaq bu ƏməL Qiyaməy Günün ƏLamətidir insanlığa sığmayan 1 Bir ƏməLdir ALLadan Qoxmayan İnsanlardır Adam Qəbir yernən pul ALmaz 10000 30000 verib Qəbir yeri ALmaq düz deyil Onansa yaxın kəndlərdə pulsuz dəfin etmək Lazımdı
@komputertemiri9614
@komputertemiri9614 5 ай бұрын
Allah'ın lənəti olsun mundar üzdən'iraq rüşvətxor hakimiyyətin üzə-
@rovweenabbasov656
@rovweenabbasov656 Жыл бұрын
Güya ki bilmirsən kim dayanır bu işin arxasında
@asgerzaurov1520
@asgerzaurov1520 Жыл бұрын
Ay deputat, olkede neyi tenzimlemisiniz ki, qalsin bu. Kasiba olmehi de chox gorursunuz.
@faridakazimova6415
@faridakazimova6415 Жыл бұрын
Deyirem nece ölmürler e bu insanlar.
@aydnmustafayev7785
@aydnmustafayev7785 Жыл бұрын
İstiyirsən Qəbirin üstündə saray tik nə xeyri
@kamransireliyev1242
@kamransireliyev1242 Жыл бұрын
Alaşukur paşazadənin cibinə gedir
@РасулНуриев-п9ф
@РасулНуриев-п9ф Жыл бұрын
10 TT 555 Qebir yerinin pulari bunların cibine gedir
@freelancerazerarmy
@freelancerazerarmy Жыл бұрын
Bu ölkədə nə qanunla tənzimlənir ki
@ТахаМосковский-л7в
@ТахаМосковский-л7в Жыл бұрын
О пуларын 50 % бир баша гедир огры гулдыр диктатор президент айлесине ве Ариф пашаевлар кланына Аллахын 1000 нехлет гелсин шарафсиз диктатор айлесине онлар Азербайджан 🇦🇿 Халгына зулим верилер
@murademlak
@murademlak Жыл бұрын
Bəlkə Dəniz ponaraması var ?))
@arzuseferov2123
@arzuseferov2123 Жыл бұрын
Adam ölmeye de qorxur uje, cibimdə 1 manat da yoxdu. Gedim seher özüme bir iş tapım, gələcəyə pul yığım
@elmanelinagiyev3000
@elmanelinagiyev3000 Жыл бұрын
Беле шейлери Шейтаншукур йахшы билер
@Utanmayin_ozunuz_olmaqdan
@Utanmayin_ozunuz_olmaqdan Жыл бұрын
Yeqin 30 minlik qəbirdə Yeyib içmək vifi işıq var..)) Qurban olum kende qəbir pulsuzdu 😀
@yuxararan2736
@yuxararan2736 Жыл бұрын
Çalışın ölməyin yoxsa otuz min manat pul verməli olacaqsınız
@efqancabarov3716
@efqancabarov3716 Жыл бұрын
Ezizlerine qismet olsun, dini qurumlar maraqlıdı.
@ИльхамМагомедов-ж9у
@ИльхамМагомедов-ж9у Жыл бұрын
Анархия беспредел монаполия коррупция
@efqancabarov3716
@efqancabarov3716 Жыл бұрын
Qebrisdanlıqda manapolyadadı, dünyada anoloqu olmayan devletde yaşayırıq.
@teranebagirova7938
@teranebagirova7938 Жыл бұрын
Naxçıvanda qəbir yeri satılmır hər şey pulsuzdur
@aytacxx
@aytacxx Жыл бұрын
İlk defedi esidirem...
@İlkinibrahim
@İlkinibrahim Жыл бұрын
Vasifin etdiyi tek tuk yaxsi seyden biri
@qenberovmehdi882
@qenberovmehdi882 Жыл бұрын
Maştağada da pulsuzdur qəbir yeri satilmir
@sahibealiyeva7019
@sahibealiyeva7019 5 ай бұрын
Daş sadədə olsa olar ,bəs qəbir yerlərinin satilmasi nə dərəcədə düzgündür ?Əgər kasib ölürsə meyidi ortada qalmalidi?Dirilərdən söküb yedikləri az ölüb ,ölülərdəndə qazanirlar ,sanki özləri ölməyəcəklər ,bir az Allah qorxusu olsaydi torpaği od qiymətinə satmazdilar ,hökumətdən onsuzda qorxmurlar ,Allah hamisinin hesabin soracaq İnşəAllah !
@hmdmehdiyev8517
@hmdmehdiyev8517 Жыл бұрын
Kimin cibinə gedəcək dinə kim baxir
@tahirmammadov1866
@tahirmammadov1866 Жыл бұрын
Gəlin binəyə
@vuqarmamedov9071
@vuqarmamedov9071 Жыл бұрын
Siz bunu şeytan şükürdən soruşun.
@rada4634
@rada4634 Жыл бұрын
İnşallah pis məmurlara birdə məni cadu edib etdirənlərə qismət olur.
@pasakerimov6518
@pasakerimov6518 Жыл бұрын
Fikir verin azar’baycan xalqının əmələri. Qəbir yeri satıllar evniz tarmar olsun xaraba qalın
@elshanggg4760
@elshanggg4760 Жыл бұрын
Пул вижданын не олдугуну билмейенин чибине гедир
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 894 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Yağış Bakıda hərəkətə çətinlik yaradıb
1:49
Xəzər Xəbər
Рет қаралды 19 М.
Deyirdim aliməm mənə şübhə ilə baxırdılar. @Famil.Madatov
59:22
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН