Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı olub

  Рет қаралды 9,748

APA TV

APA TV

Күн бұрын

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
APA TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.
Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.
Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.
Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.
Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.
Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.
Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.
Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.
Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
#apatv #trend #youtube #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #apaxeber #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #sonxeberlerbugun2021 #az #aze #baku #baki #баку
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV

Пікірлер: 29
@cavanwiraliyev
@cavanwiraliyev 3 жыл бұрын
Ruhun şad olsun dahi Bülbül🤲🏻
@ГенаГ.С-я1д
@ГенаГ.С-я1д 3 жыл бұрын
Алиев молодец спасибо ему за все
@sslsmhdhshshe8388
@sslsmhdhshshe8388 3 жыл бұрын
Əhsən sizə nə tez restovrasiya eləd6lər .Ğözəl !
@ruhumtengri4214
@ruhumtengri4214 3 жыл бұрын
Cox gözəl inşaallah MHP lider Devlet Bahcelinin önərisi olan türk məktəbidə acılar Şuşa əhalisi yurdlarına dönər
@anarelitev1793
@anarelitev1793 3 жыл бұрын
Sagolsun reis insallah xankendinədə səfər edər rəis sevindirər bizi
@iqrarbabayev9392
@iqrarbabayev9392 2 жыл бұрын
ALLAH CƏNAB ALİ BAŞ KOMANDAN CƏNAB PREZİDENTİMİZ İLHAM ƏLİYEV VƏ AİLƏSİNİ QORUSUN AMİN..
@tahirsuleymanov1959
@tahirsuleymanov1959 3 жыл бұрын
Yaşa, cənab Ali Baş Komsndan. Biz də çox darıxdıq Tuğdan ötəri.
@rnamusayeva5806
@rnamusayeva5806 3 жыл бұрын
Siz nə gözəl Prezidensiniz.mənim canım İlham Əliyev və Mehriban xanım.Allahım sizi pis gözdən qorusun.
@sweetbaby6195
@sweetbaby6195 3 жыл бұрын
KUL OLSINSENINDE TEPENE CIX GOZELDILER COX GATILLERI TERIF EDIN GOTUN MILLET ESSEKMILLET VAKSINIDE VURDURUR ERMENI XAIN GENI VURDURU BU STEPAN SAMUYAN NESLİ XALGA XALG HUSUZ GOZUYNE GÖREN OLDU STEPAN SAMUYAN NESLI ELINDE OLANMILLET NE POX YEDIRDI Sİze BİÇ HEYDERYANIN GOYDUGU GATILLER ECEBBU GUNDEDIZ BASınıza SICIRLER SILIB GOZEL PREZIDRNT DEYIRSIZ 😡😱😡😱🐷🐖🇷🇺🐖😡😱🐷🐷🇦🇲😡🇮🇷😱🐷
@yusifmemmedzade8650
@yusifmemmedzade8650 3 жыл бұрын
Oturdugun qucaq daimi olsun
@tahirimanov3256
@tahirimanov3256 2 жыл бұрын
Kasib balalarinin hesabina şuşanida gördüź. İndi hec üzlerinede baxmirsiz
@heualas
@heualas 3 жыл бұрын
Браво.браво.алийев
@raminbabayev6376
@raminbabayev6376 3 жыл бұрын
👍
@fazilosmanov9820
@fazilosmanov9820 3 жыл бұрын
Qarabağ Azərbaycandir Xankəndi bizimdir zəngəzur Azərbaycandir Erevan bütövlüyü Azərbaycanindir vəssalam yaşasin qardas Türkiyə Azərbaycan Pakistan ♥️♥️♥️🇦🇿🇹🇷🇵🇰♥️♥️♥️👍👍👍
@pashapasha9306
@pashapasha9306 3 жыл бұрын
polad dusya oğlu 🤩
@naileelesgerova963
@naileelesgerova963 3 жыл бұрын
💖🇦🇿💖
@teraneeliyeva5075
@teraneeliyeva5075 3 жыл бұрын
Şəhid ailəsinə qazilırə ev pensya vermirlər bulbulun evi hazirdi
@baharbahar8231
@baharbahar8231 3 жыл бұрын
Bes eledidee torpagi alan ogullar ölen ogullar yarı can olan qaziler qaldi bir qraqda bular hazira nazir oldu
@teraneeliyeva5075
@teraneeliyeva5075 3 жыл бұрын
@@baharbahar8231 bəli Xaraba qalsin qarabagi ömur boyu xalqıma duşmən kəsilib bərəkətsiz toroaqdi
@pashapasha9306
@pashapasha9306 3 жыл бұрын
Vay vay bülbülün arvadi etmeni olduğu ücün bele tez temir etdiz hee 😂😂😂
@veteranyusubovparvin6084
@veteranyusubovparvin6084 3 жыл бұрын
Polat hamiya saqol dedi amma Sehid Qazi Veteran oqullarin adini cekmedi 1 ci emeyi kecen onlardi baran
@НазимАскеров-ю5т
@НазимАскеров-ю5т 3 жыл бұрын
Полад ермани руса гуллуг едир йаланды????.
@vusalselim414
@vusalselim414 3 жыл бұрын
Poladın oğlu müharibədəm sonra ortaya çıxdı,, gülməlidir
@tahirsuleymanov1959
@tahirsuleymanov1959 3 жыл бұрын
Poladın oğlunun neçə yaşı var. Bəlkə də 50. 50 yaşında olan kimsə çağırılmışdımı müharibəyə? Tutaq ki çağırıldı, 50 yaşında bir adam neyniə bilər.
@idealideal1406
@idealideal1406 3 жыл бұрын
Açiğ havada maska taxmasizda olar 😊
@samirnebiyev790
@samirnebiyev790 3 жыл бұрын
POLAD BÜLBÜLOGLU MƏDƏNOYƏT NAZİRİ OLARKƏN DƏ ANCAQ BÜLBÜLÜN NAZİRİ OLUB
Şuşada qazimizin toy mərasimindən canlı bağlantı
1:27:41
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 42 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 93 МЛН
28 il sonra Şuşa xatirələri...
7:25
Belə belə İşlər
Рет қаралды 4,4 М.
Dünya gəncləri Şuşada #mag
24:00
MagTV Azerbaijan
Рет қаралды 4,7 М.
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Peleng
Рет қаралды 238 М.
Ustad dərsi - Şuşa - Bülbülün ev muzeyi
48:13
İCTİMAİ TV
Рет қаралды 762
9 YAŞINDA ŞUŞANI TƏRK EDƏN Fuad İbrahimov
18:52
Belə belə İşlər
Рет қаралды 6 М.
Şuşa turu. Şuşa haqqında məlumat
20:19
The_Guliyevs
Рет қаралды 2,6 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 42 МЛН