No video

Hadrut necə azad edildi? - XÜSUSİ TƏYİNATLILAR DANIŞIR

  Рет қаралды 21,023

APA TV

APA TV

Күн бұрын

#apatv #trend #youtube #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #apaxeber #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #sonxeberlerbugun2021 #az #aze #baku #baki #баку
Bu gün Hadrutun işğaldan azad olan günüdür. O Hadrutun ki, onlarla, bəlkə də yüzlərlə azərbaycanlının ölüm fərmanı məhz burada verilmişdi. Hələ 1990-cı illərdə Yerevandan və MDB ölkələrindən, habelə Livan, Suriya və Fransadan gələn terrorçu erməni dəstələri Xankəndi və xüsusi ilə Hadrutda yerləşdilər. İlk olaraq sözügedən yaşayış məntəqələrindəki azərbaycanlıların gözünü qorxutmaq üçün evlərini yandırdılar. Sonra daha böyük cinayətlərə imza atdılar. Ətraf kəndlərdəki azərbaycanlıları oğurlayıb öldürür və yol kənarına atırdılar. Elə bununla da azərbaycanlıların yaşadığı kəndlərin işğalına start verildi.
Bəli, digər yaşayış məntəqələrinin işğal tarixi 28, 29, 30 il olsa da Hadurutun işğal tarixi hardasa 31 ildir. Çünki, 1990-cı ildən sonra azərbaycanlıların bu qəsəbəyə gediş-gəlişinə icazə verilmirdi. Ermənistan silahlı qüvvələri qoşunların qarşıdurma xəttində, Ohanyan səddi boyunca “sərhədi” keçilməz bilirdisə, Hadrutu da alınmaz qala hesab edirdilər. Lakin 27 sentyabrda başlayan haqq savaşının 13-cü günündə Hadrut tamamı ilə Azərbaycan ordusunun tam nəzarətinə keçdi.
Füsunkar təbiətə malik olan Hadrut qəsəbəsinin işğaldan azad olunması hərbi əməliyyatında iştirak edən hərbi qulluqçuların dediyinə görə, məhz bu qəsəbəni gördüyünüz bu dağlardan aşaraq gəlib işğaldan azad ediblər...
Hərbi ekspert Ruslan İmamquluyev deyir ki, onlar üçün Hadrut alınmaz qala idi: “Nəyə görə - Hadrut tamamı ilə dağlıq bir ərazidir. Və bu dağlıq ərazidə ancaq və ancaq dağlar üzərində hərəkət edə bilərsən. Heç bir şəkildə burada ağır texnikalarla hərəkət etmək, döyüş şəraiti olaraq uyğun deyil. Çünki o yol güzərgahının qərbində və şərqində istehkam qurğuları - onların ciddi hazırlıqları var idi. Düşmənin gözlədiklərinin əksinə oldu”.
Döyüşdə iştirak edən Xüsusi təyinatlı hərbçilər isə həmin döyüşləri belə xatırlayır: ”Mən döyüşlər haqqında onu deyə bilərəm ki, elə bil təsəvvür yaranmamalıdır ki, Azərbaycan ordusu gələndən sonra erməni ordusu öz döyüşünü, silah-sursatını qoydu qaçdı. Azərbaycan ordusu gördüyünüz ərazini iradə ilə, əzəmətlə döyüşərək aldı. Biz bunu bilməliyik ki, bir əsgərin döyüş meydanında silah şərəfidir. Azərbaycan ordusu məcbur edib ki, onlar topunu, tankını, silahını qoyub o döyüş meydanını tərk edib. Biz yaxşı bilirik ki, 30 il ərzində, Azərbaycanda müharibə dövrü olduğu müddətdə Ermənistan həmin bu gördüyümüz ərazidə istehkam qurğuları qurub. Və Azərbaycan ordusu bu istehkam qurğularını darmadağın edərək Ermənistan ordusunu məcbur edib ki, erməni ordusunun döyüşən qüvvələri bu torpaqlardan qaçsınlar və getsinlər”.
Ehtiyatda olan kəşfiyyatçı gizir Asim Əliyev deyir ki, Cəbrayılın Süleymanlı kəndi istiqamətindən dağlarla Hadruta girdik: “Və orada yolu bağladıq ki, düşmən digər qüvvələri ilə ora hücum edə bilməsinlər. Düşmən kiçik qruplarla ara-sıra müqavimət göstərirdi və bir neçə saat keçdikdən sonra axşam Hadrut qəsəbəsinin işıqları keçdi və Hadrut qəsəbəsindən mülki şəxslərin çıxmasına komandanlıq tərəfindən, ordumuz tərəfindən icazə verildi. Və onların dırnaqarası yaratdıqları orduların kiçik qrupları qalmışdı, onlarda məhv edildi”.
Bəli, Azərbaycan Ordusunun, Azərbaycan kişisinin fərqi bu idi. Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Ballı qaya və s. soyqırımlarının qisası onu törədən terrorçu Ermənistan ordusundan alınırdı, mülki şəxslərdən deyil.
Düz bir il bundan əvvəl hazırda çəkiliş apardığımız Hadrut qəsəbəsi rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuşdu. İşğalda olduğu müddətcə bu qəsəbədə müəyyən dağıntılar, talanlar olsa da, hazırda Hadrut qəsəbəsində həyat yenidən canlanmağa başlayır. Evlər bərpa olunur, qəsəbə müəyyən infrastrukturla təmin olunur.
9 oktyabr 2020-ci il - Ali baş komandan İlham Əliyevin Dəmir yumuruq əməliyyatı Azərbaycan tarixi üçün yeni mərhələ oldu. Hadrutun azad olunmağı Ermənistan ordusunu pərən-pərən salmışdı. Geri çəkilən düşmən ən qısa müddətdə bütün işğalda olan torpaqları verəcəyini yaxşı bilirdi. Amma bunu xalqdan gizlədirdi. Həqiqətin ortaya çıxmağına isə çox az vaxt qalmışdı - cəmi bir ay...
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV

Пікірлер: 37
@dilbaraliyeva5613
@dilbaraliyeva5613 2 жыл бұрын
Hər bir səhidin ruhuna qurban olum!!! Qazilərimizə can sagligi arzulayiram!! Allah əsgərlərimizə komək olsun!!!!
@user-jj5od9sc4n
@user-jj5od9sc4n 2 жыл бұрын
Hadrut da Şuşa kimi qalaya çevrilmişdi. Halal olsun size, qardaşlar, bizi xəcalətdən qurtardınız. Şəhidlərimiz büzim ürəyimizdə əbədidir. Allah məkanlarını cənnət eləsin. Amin. İran saqqallı şərəfsizlərinə cəhənnəm arzulayıram. Müharibənin ən şiddətli vaxtında , bu müsəlman dövlət bizə xəyanət edərək, bizim ərazimizə daxil oldular. Bizim qələbəmizə mane olmaqla çalışdılar. Bəlkə də belə çox şəhidimiz olmazdı, əkər bu köpəklər orduya maneçilik torətməsəydi. Rədd olsun saqqallı mollalar cəhənnəmə, inşallah o kun kələcək.
@arzuarzu4067
@arzuarzu4067 2 жыл бұрын
Beli.tamamile düz.ehsen.👌👏👏👏👍🇦🇿🇹🇷🇵🇰
@Eyiref
@Eyiref 2 жыл бұрын
Düz deyir qardaş, heç də asan alınmadı Hadrut, ermınilər vuruşub orda. İgidlərimizin əməyini küçümsəmək olmaz. Allah orda şəhid olmuş bütün oğullarımıza rəhmət eləsin.
@agilgyseinnov9797
@agilgyseinnov9797 2 жыл бұрын
Аллахам гору сахла Азербайджан Аллах яры олсун сизлар Азербайджаным
@elsenmemmedov7755
@elsenmemmedov7755 2 жыл бұрын
Qarabağ Azərbaycandır yaşasın Azərbaycan ordusu Allah qorusun
@user-fc4ol4zv2x
@user-fc4ol4zv2x 2 жыл бұрын
Бутун дуняда башымызы уча етдиниз, Азербайджанын гадын, гызлары сизе гурбан олсун, меним езизлерим. Сизин гейретинизе гурбан. ❤❤❤Реббим бутун шехидлеримизе рехмет ейлесин, газилеримизе шефа версин, есгерлеримизе чан саглыгы. 🤲🤲🤲😢😢😢🇦🇿🇹🇷🇵🇰
@Alihan861
@Alihan861 2 жыл бұрын
Амин
@user-ur5ic1tk4w
@user-ur5ic1tk4w 2 жыл бұрын
Bu 44 güniük müharibədə iştirak elıyənlərın hamısına mənim canım qurban oisun, şəhidlərin məkanı cənnət olsun qazılərə can sağlığı uzun ömür, eşq olsun Azərbaycan ordusuna
@vuqarmemmedov3594
@vuqarmemmedov3594 2 жыл бұрын
Sagol Səxavət
@user-zg2ow5pm4g
@user-zg2ow5pm4g 2 жыл бұрын
Яшасын Азербайджан игидлари.☝️☝️☝️🇦🇿🇦🇿🇦🇿🙏🙏🙏.
@sefayunusova613
@sefayunusova613 2 жыл бұрын
Allah wehidlerimize rehmet elesin. Ordumuza dovletimize guc quvvet versin .
@frd4239
@frd4239 2 жыл бұрын
Elgün xeyirli ugurlu olsun
@prvizmmmdov1568
@prvizmmmdov1568 2 жыл бұрын
Alah hmnzı qorusun amin 🤲🥰❤️🇦🇿🇦🇿
@fsdfarmina6577
@fsdfarmina6577 Жыл бұрын
Ən böyük ürək Azərbaycan oğullarında igidlərində qəhrəmanlarındadır. Allah Azərbaycanın dəmir yumruğu olan müzəffər ordusunu daima güclü qüdrətli etsin, məkirli, hiyləgər, qəddar, şərəfsiz alçaq düşmənlərin təxribatından qorusun. 44 günlük müharibədə bir qsrış da torpaq asanlıqla deyil, döyüşərək qan tökərək azad edilib. Allah Şəhidlərimizə rəhmət etsin. Bu ağır döyüşdən Sağ qayıdanlarımıza Allah can sağlığı ilə uzun xöşbəxt ömür yaşamağı qismət etsin
@vusal8km540
@vusal8km540 2 жыл бұрын
HEQİQETEN HECZAMAN DUWMENİ KUCUMSEMEY LAZİM DEYL İWTRAK EDENLER COX GOZEL BİLİR NE EZİYETLER CEKİLDİYİNİ VETEN SAGOLSUN EN WEREFLİ TARXİN WAHİDİ OLDUQ COX QURUR VERİCİDİR 🇦🇿🇦🇿🇦🇿ALLAH WEHİDLERİMİZE REHMET ELESİN
@elvinaliev7581
@elvinaliev7581 2 жыл бұрын
👍👍🇦🇿🇦🇿🇹🇷🇹🇷
@cevahirtalibova4022
@cevahirtalibova4022 2 жыл бұрын
Hadrut fatehi Vətən müharibəsi qəhrəmanı Camal İsmayılov Hadrutda erməni dilində erməni radsiyasına qoşulub və 1500 nəfərlik qarnizonu başqa səmtə yönəldib,yoxsa orada daha çox şəhid verərdik. Camal Azərbaycan iqtisadiyatına müharibə dövründə töhfə verib,nə qədər insanın şəhid olmasının qarşısını alıb.Ruhun şad olsun qəhrəman
@Boss-ci4ng
@Boss-ci4ng 2 жыл бұрын
Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun 🤲🏻🤲🏻🤲🏻 QƏHRƏMAN, İGİD,MƏRD QAZİLƏRİ Allah qorusun
@arzuarzu4067
@arzuarzu4067 2 жыл бұрын
Esil Turkqanli zabitimiz-2016-4 gunlük tarixi aprel döyüşlerinin iştirakcisi-artilleriya komutani,Kara Harb okulu zabiti polkovnik Ruslan İmamquliyev!!ehsen ehsen cenab....👌🐺🤘👏👏👏🇦🇿🇹🇷🇵🇰
@user-ms4vq6bz6h
@user-ms4vq6bz6h 5 ай бұрын
Fatehlere ewq olsun
@user-se6ih4kp8i
@user-se6ih4kp8i Жыл бұрын
🇦🇿🤝🤲
@azadhacyev6692
@azadhacyev6692 Ай бұрын
Yeravan deyil, İrəvan.!
@qarabagazerbaycan1610
@qarabagazerbaycan1610 2 жыл бұрын
Mən basa düsmürəm. Kimsə bilirsə məni də basa salsın. Bizim sərhədlər niyə sovet qurulanda olan sərhədlərlə götürülmür ki sovet dagilanda olan sərhədlərə qayıdırıq? İzahı varsa xahis edirəm mənə də izah edin. İzahı yoxdursa ərazilərimiz tam bərpa edilməyib. Hələ hələ babamız sah ismayılın qurdugu məmləkət ilk Azərbaycan sərhədləri olub o ne vaxt bərpa ediləcək?
@sahibmusayev915
@sahibmusayev915 2 жыл бұрын
Hadrutda Sahib erməniyə meydan oxuyub.Böyük zəhmətlə əziyyətlə Hadrutu işgaldan azad etdiy.Vətənimin hər bir qarış torpagı mənim ücün dogmadır əzizdir.Hadrut sən azadsan.Bayragım həmişə zirvələrdə dalgalan.
@orxanmaqsudov7202
@orxanmaqsudov7202 2 жыл бұрын
052 olub Hadrutda ?
@vusalvusal4462
@vusalvusal4462 2 жыл бұрын
Bizden qabag girib.soradan biz gedmiwiy qaqaw.888 in 5 ci taboru.
@user-sq3rs5jt3i
@user-sq3rs5jt3i 2 жыл бұрын
Яша азаобайджан ордусу
@emilmemmedov629
@emilmemmedov629 Жыл бұрын
Gelin düzüne danşaqda Şuşani Xtq Azad etdi Hardurtu Xtü Azad etdi Ala Öznuz oluna Menim İki qardaşim Harda şehid oldu he onlar o esgerler olmasaydi heş 052 oraya gire bilmezdiler
@vagifjabbarli8833
@vagifjabbarli8833 2 жыл бұрын
hadrut yox Agoglan adlandirilmalidi...evvelki oz adi dovlet terefinden tesdiqlenmelidi... Suqovuwan ve diger erazilerimiz kimi... Allah Şəhidlərimizə rəhmət eyləsin məkanları Cənnət olsun... 🇦🇿🇹🇷🇵🇰🇦🇿🇹🇷🇵🇰🇦🇿
@arzuarzu4067
@arzuarzu4067 2 жыл бұрын
👌👏👏👍🇦🇿🇹🇷🇵🇰
@arzuarzu4067
@arzuarzu4067 2 жыл бұрын
Amin.amin.
Нашли чужие сети в озере..💁🏼‍♀️🕸️🎣
00:34
Connoisseur BLIND420
Рет қаралды 3,5 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 43 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 7 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 19 МЛН
Xankəndidə erməni qadınla İTV əməkdaşının söhbəti
6:59
İCTİMAİ TV
Рет қаралды 249 М.
Edilli kəndi. Öz torpağında əsirlikdə olmaq nə demək?
21:46
İCTİMAİ TV
Рет қаралды 32 М.
XTQ 052 Hadrutu belə azad edib #xtq #hadrut #orxanrasifoglu
7:58
Orxan Rasifoglu
Рет қаралды 6 М.
Нашли чужие сети в озере..💁🏼‍♀️🕸️🎣
00:34
Connoisseur BLIND420
Рет қаралды 3,5 МЛН