No video

Tacir Şahmalıoğlu ilə “Bayatı-Şiraz” söhbəti - REPORTAJ

  Рет қаралды 168,671

APA TV

APA TV

3 жыл бұрын

Qarabağ nisgilini, qabıq bağlamayan yaramızı, vətənə olan müqəddəs hisslərimizi məhz bu avaz ifadə etdi illərlə. Tacir Şahmalıoğlunun 12 yaşında oxuduğu “Bayatı-Şiraz”ı hər dinlədiyimizdə iliklərimizə qədər hiss etdik Qarabağın yoxluğunu, torpaqlarımızın bağrını qanadan düşmənin ayaq səslərini. Ancaq etiraf edək ki, 30 ilə yaxın müddətdə bizi Qarabağdan, Qarabağı da bizdən ayırmayan, ayrılmağa qoymayan məhz 12 yaşlı Tacirin “Bayatı-Şiraz”ı oldu.
Bəs heç düşünmüsünüzmü bu mahnı necə yaranıb?
Tacir Şahmalıoğlunun özünü dinləyək: “Bayatı Şiraz”ın yaranma tarixi 1976-cı ildədir. Bizim bədii rəhbərimiz Murad Rzayev eşidib ki, Sarıcalı kəndində belə bir uşaq var. Gəlib atamın yanına dedi ki, bu uşağı burda paslanmağa qoymayın, verin mənə, Bakıya aparım. 1977-ci ildə köhnə Lenin sarayı, indiki Heydər Əliyev sarayında bizim konsertimiz var idi. Mən səhnənin arxasında idim, səhnəyə çıxmaq üçün növbəmi gözləyirdim. İlk olaraq səhnədə ariya səslənməyə başladı Bethovenin əsərindən. Səhnənin arxasında həmin qalın səsli kişi ariyanı oxumağa başladı. Musiqi məni təsirləndirdi, düşdü dilimə. Yavaş-yavaş başladım zümzümə etdim, “Bayatı-Şiraz”ı oxudum öz-özümə”.
12 yaşlı Tacir öz-özünə etdiyi o zümzüməni müəllimi Murad Rzayevlə bölüşmək qərarına gəlir: “Murad bəy, sizə bir şey var ki, onu oxumaq istəyirəm icazə versəniz. Dedi ki, oxu görüm. Qarmonçalan Elçin Cümşüdoğlu tez qarmonu götürdü, uşaqlardan biri zərbi, Murad müəllim özü də tarı götürdü, “Bayatı-Şiraz” üstündə. Oxudum, Murad müəllim özü də məəttəl qaldı ki çox gözəl, maraqlı ifa oldu. Dedi ki, Abbas Səhhətin “Vətən” şeirinin sözlərini kim bilir? Uşaqlardan biri dedi ki, mən bilirəm. Çünki bizim əhatəmizdə qiraətçilər də olurdu. Murad müəllim dedi ki, gəl “Bayatı-Şiraz”ı Abbas Səhhətin misraları ilə oxu. Yəni oxuduğum kimi (oxuyur). Bir müəllim kimi mənə yol göstərdi, mən də oxudum”.
30 illik yurd həsrətimizin sona çatdığı, qələbəmizin sevincini doya-doya yaşadığımız bu günlərimizdə də bizə ruh verən təkrarsız avazdır “Bayatı-Şiraz”. Yanıb-yaxıla dinlədiyimiz bu muğamı artıq nisgillə, həsrətlə yox, sevinc və coşğu ilə dinləyirik. Hər misrasında Vətən duyulan sevgi var, Qarabağ var, qələbə var “Bayatı-Şiraz”da. Elə muğama can verən Tacir Şahmalıoğlu da ilk dəfə qələbə sevinci ilə yenidən zümzümə etdi “Bayatı-Şiraz”ı.
Müğənni ifasının uşaqlıqdakı kimi cazibədar alınmadığını özü də etiraf edir. Tacir Şahmalıoğlu hesab edir ki, “Bayatı-Şiraz” toxunulmazdır. Bu səbəbdən özünün ifasında şöhrət tapan bu muğamı hətta oğlunun da oxumasına icazə verməyib: “Bu musiqi, bu improvizə əvəzolunmazdır. Bu toxunulmaz bir şeydir, buna niyə toxunurlar ki? Bu elə bir musiqidir ki, Azərbaycanın qəmli günündə də, sevincli günündə də insanlar bunu sevir, dinləyir. Ruhi qida kimi əsgərlərimizə ilham verdi bu muğam. Bütün Azərbaycan xalqı bu mahnını ürəklərinin üzərində gəzdirir. Ona görə də bu musiqi toxunulmazdır. Mən çox xahiş edirəm ki, buna toxunmasınlar, dəyməsinlər!”
Doğulduğu Ağdam rayonunun da işğaldan azad olunmasından ilhamlanan ifaçı bu münasibətlə qələmə aldığı şeirdə də “Bayatı-Şiraz”ın hər zaman təravətli qalacağına eyham vurub:
Qoynunda gəzdiyim qoca dağlarda,
Gənclik illərimin sirləri yatır.
Sonalı göllərdə, buz bulaqlarda
Qəlbimi sızladan illəri yatır.
Mən dağlar qoynunda dünyaya gəldim,
Torpağı hər zaman müqəddəs bildim,
Qəlbimdən silinməz Vətəndir dərdim,
Çünki orda qeyrətli oğullar yatır.
Özüm qocalsam da, nəğməm təzədi,
Milyon insanların könlün bəzədi,
Tacirəm, sevənlərim, sözüm sizədi,
Qəlbimdə hələ neçə nəğmələr yatır.
Qarabağımıza olan sevgimizin, Vətənə olan müqəddəs hisslərimizin şərhidir “Bayatı-Şiraz”. Səslən, “Bayatı-Şiraz”, başını dik, avazın uca olsun! Hər qarışı şəhid qanıyla sulanan, çölünə, düzünə Vətən dediyimiz torpaqların səmasına ucalsın səsin! Qarabağdan, Şuşadan bir daha əskilməsin avazın!
Rəsmi facebook səhifəmiz: / tvapaxeber
Rəsmi instagram səhifəmiz: / apatvresmi
Rəsmi twitter səhifəmiz: / apatvofficial
#apatv #apaxeber

Пікірлер: 444
@ceyhunliyev2852
@ceyhunliyev2852 3 жыл бұрын
Hələdə bu möhtəşəm səsə ad verilməyib çox heyif deyersizler xalq artistidir Tacir müəllim yox ən çox bu ada o layiqdi
@amilamil2986
@amilamil2986 3 жыл бұрын
Düpbədüz qardaş
@reshidhesenov1364
@reshidhesenov1364 3 жыл бұрын
Tacir bəy çoxdan xalq artisti olmalı idi.amma təəssüf ki...
@mirzgaagayev5857
@mirzgaagayev5857 3 жыл бұрын
Qardaş Tacir Xalqın Sənətkardı Mədəniyyət nazirliyi özü bilər
@refailmemmedov3118
@refailmemmedov3118 2 жыл бұрын
Coğ axır dərddir Vallah
@Lisa_Roblox22
@Lisa_Roblox22 2 жыл бұрын
İki kəlməni duz qoş eliyib danışa bilməyən savadsiza ne ad ?🤨
@vuqarqarayev4845
@vuqarqarayev4845 2 жыл бұрын
Bu səsin bənzəri olmayıb olmayacaqda...Allah Tacirə can sağlığı versin...
@durdana.cingizxan.4826
@durdana.cingizxan.4826 Жыл бұрын
Amin.
@vusalfrzullayeva8226
@vusalfrzullayeva8226 Жыл бұрын
Kənan bala da gözəl oxuyur, Allah hər ikisin qorusun amin
@edumart5122
@edumart5122 2 жыл бұрын
Bu eserin mohrunu vuran Tacir beydir
@user-es7et3xq5f
@user-es7et3xq5f 3 жыл бұрын
Tacir müəllim mənim fikirimcə 12 yaşında xalq artisti adını qazanıb
@sakitlik6001
@sakitlik6001 Жыл бұрын
Mən də o fikirdəyəm, təkcə Bayatı şirazı oxumağına xalq artisti adı düşür, amma...
@sakinmemmedov6665
@sakinmemmedov6665 3 жыл бұрын
Tacir müəllim bu bayatı Şirazin möhürün vurub
@isayevelsen1991
@isayevelsen1991 Жыл бұрын
Hər dəfə bu səsə qulaq asanda 1 ci Qarabağ döyüşləri yadıma düşür
@zulfiyyeemrahova4010
@zulfiyyeemrahova4010 3 жыл бұрын
Buradan Tacir müəllumi çox sevdiyimi və onun fanatı olduğumu söyləyirəm ürəkdən
@anureli
@anureli 3 жыл бұрын
Tesekurler catıracam meneceriyem
@ruxsarehuseynova4295
@ruxsarehuseynova4295 3 жыл бұрын
Mənde tacir muellimin fanatiyam .eyif ki helede xalq artisdi adi almiyib
@eldarhuseynov735
@eldarhuseynov735 3 жыл бұрын
Bayatı Şiraz in əvəzsiz ifaçısı Tacir m.,var olun,Allah sizi də,səsinizi də qorusun.Amin
@durdana.cingizxan.4826
@durdana.cingizxan.4826 Жыл бұрын
Mence Tacir Müellim Muzik Akademikidir...Sözun bittiyi yer...
@sabineeslan9858
@sabineeslan9858 3 жыл бұрын
Var olun bizim əvəz olunmaz Tacirimiz 😍😍😍😍😍
@gulnarasahin4532
@gulnarasahin4532 Жыл бұрын
Tacir bəyə və müəlliminə çox çox təşəkkürlər. ürəklərdə yaşayır və daima yaşayacaq ,ruhumuza qida verəcək Bayatı Şiraz .
@yutuborucov7797
@yutuborucov7797 3 жыл бұрын
Bu sesle Garabag uchun darixdig birlikde agladig chox sagol Tacir bey bu ses kimi ses olmamishdi hele.
@user-lt7mh4it7w
@user-lt7mh4it7w 3 жыл бұрын
Tacirin peçat vurduğu Bayatı Şirazı Kənan balamız oxudu.amma Tacirin yerini vermədi.o yanğını,o coşğunu bizə çatdıra bilmədi.ona toxunmasa yaxşıdır.Allah hər kəsi saxlasın.
@azerazerli5998
@azerazerli5998 3 жыл бұрын
Raziyam.
@renasultan7330
@renasultan7330 3 жыл бұрын
Eynen
@efela524
@efela524 3 жыл бұрын
Deməli Kənan elaaaa oxuyub ki Tacir müəllim onu müzakirə edir. Eğer zəif oxusaydı. O haqqda heç kim yazmazdı.
@renasultan7330
@renasultan7330 3 жыл бұрын
@@efela524 kim deyir ki Tacir muellim kenani muzakire edib. videoya yaxsi baxin. Qetiyyen movzusu bele kecmedi.
@efela524
@efela524 3 жыл бұрын
@@renasultan7330 Deyir ki heç kim oxumasın.Kenan elaaaa oxuyub. Allahdan danışaq Kənan elaaaa oxuyub axı.
@nahidmirzyev7405
@nahidmirzyev7405 3 жыл бұрын
İnşallah tezliklə verilər.Tacir Azərbaycanın fəxridir.o kişi nə dir duz deyir...
@Maga23232
@Maga23232 Жыл бұрын
Əvəz olunmaz,heyrətamiz səs!
@intiqamzeynali4242
@intiqamzeynali4242 3 жыл бұрын
Həqiqətən möhtəşəm ifa.Yaşasin Azərbaycan!!Qarabağ Azərbaycandır!!🇦🇿🇦🇿🇦🇿🇦🇿🇹🇷🇹🇷🇹🇷🇹🇷
@durdana.cingizxan.4826
@durdana.cingizxan.4826 Жыл бұрын
Can Azerbaycan.Yaşasın Azerbaycanın güzel yaxşı insanları.Ilahi amin.
@Kerem-xr6dw
@Kerem-xr6dw 6 ай бұрын
Ə qağa sen onun peçatın vurmusan. Allah sənə can can sağlığı versin .❤
@bashir213
@bashir213 2 жыл бұрын
Allah sene can sagligi versin Tacir qardas 🇦🇿👏🙂
@elihuseynov4
@elihuseynov4 3 жыл бұрын
Bayati şirazı Tacirdən sonra kim nə qədər yaxşı oxusada yenədə hamı deyəcək özünü Tacir kimi oxşadır Bayatı şirazı indi oxuyanlar oxumur Taciri yamsılıyır
@tomristuran2345
@tomristuran2345 3 жыл бұрын
Bayatı Şirazdı da. Yoxsa durun omu Bayatı İsfahan elədinlər ki yamsılama deməsinlər?
@abbasovasevinc9798
@abbasovasevinc9798 Жыл бұрын
Yəni deyirsiniz bu gözəl balamız oxuya bilmir??????? Paxıl olmayın....
@jabrail2366
@jabrail2366 3 жыл бұрын
Çox Yaşayın Ustad 👑🤲🏼♥️
@elnurnesibov7777
@elnurnesibov7777 3 жыл бұрын
Ay Tacir məllim siz əvəsizsiz
@ataxanhmdov8946
@ataxanhmdov8946 3 жыл бұрын
Tacirə xalq artisti belə azdı ona böyük büst qoymaq lazımdı çünki belə səs birdə olmayacaq🇦🇿🇦🇿🇦🇿
@asdarada4364
@asdarada4364 3 жыл бұрын
Hemishe her tedbirlerde bu ses üreyimizi titredib, seslenib.Onun emeyine qiymet verilmeli idi,her yerinden durana ad verdiler,bu gözel insanin emeyini qiymetlendirmek lazimdir.Fatma xanim sag olun ki,bunu ishiqlandirdiniz,ilk defe.Indi oxuyan ushaqlar da var,Kenan balamiz da yaxshi oxuyub,ancaq Tacir müellim bunun möhrünü vurub.
@asiman999
@asiman999 Жыл бұрын
Möhtəşəm ifa! Eşq olsun Tacir bəyə!
@Eyiref
@Eyiref 3 жыл бұрын
Bunu heç bilmirdim. Halal olsun, demək ki Sizə və müəllimimizə borcluyyq bu möcüzəyə görə. Əhsən !
@bakibaki4473
@bakibaki4473 3 жыл бұрын
Bəli
@Davlet_95
@Davlet_95 2 жыл бұрын
Дай Аллах тебе и твоим здоровья и долгих лет счастливой жизни!👏👏👏🤝👍👍👍
@ndhdndndhdnd8157
@ndhdndndhdnd8157 3 жыл бұрын
Bu mahniya Tacir muellim mohur qoyub
@nicateliyev9726
@nicateliyev9726 Жыл бұрын
Həqiqətən əvəz olunmaz ifadır❤🇦🇿
@duzdeyninsan6561
@duzdeyninsan6561 2 ай бұрын
Bayati ṣirazi mənim qonṣumda oxuya bilər.Ancaq Bu yol TACIRƏ ayitdir.Xahiṣ edirəm bu yola hec kim burnunu soxmasin.Cunki alinmir baṣqa adamin ifasinda.Yeni neyse yaradmaq isdeyən yoxdur.Hami yaranmiṣi dagitmaqa caliṣir.Tacirin ifasinda sevilib,sevilir,seviləçəkdir.Borcalidan salamlar canim Azərbayçana.
@qarabagazerbaycandir8594
@qarabagazerbaycandir8594 3 жыл бұрын
Tacir bu mugami 19 yaşinda AZ TV de oxuyub. O, vaxti da qeşeng alınmışdı. Az tv nin arxivinde olmamış olmaz.
@asimanagayev5903
@asimanagayev5903 3 жыл бұрын
SALAM olsun gozel azerbaijana. Biz taliwlar masallidan oz fikrimizi bele deyirik tacir bu azerbaijana yegane tapintidir. ALLAH seni azerbaijana cox gormesin tacir qardawimiz AMIN INWALLAH 🤲🤲🤲sennen biz taliwlar nefes aluruq🤲🤲🤲 tacir sahmaloglu baloglan esrefov mehebbet kazimov ❤❤❤
@halimeyigit7842
@halimeyigit7842 Жыл бұрын
Bu çok buyuk esere büyük sesinle can verip,onu biz Türklerin vatan için yanan bağrında adeta kandil eyledin üstad.Allah ömrüne bereket ve sağlık versin..Turkiyeden selam ve saygılar
@emilarif518
@emilarif518 3 жыл бұрын
Tacir müəllim siz narahat olmayın ne qeder toxunsalarda sizi heçkim evez ede bilmez.
@zulfiyyeemrahova4010
@zulfiyyeemrahova4010 3 жыл бұрын
APA sənə sonsuz təşəkkürlər, bu reportajın yaymlanması ilə bütün söz söhbətlərə son qoyuldu, eşq olsun Tacir müəllimə
@romanabachov7930
@romanabachov7930 3 жыл бұрын
РАД ВАС ВИДЕТЬ ДОРОГОЙ ТАДЖИР. НЕ ДАВНО НАСТОЯТЕЛЬНО ПРОСИЛ СООБЩИТЬ МНЕ ЖИВ ЛИ ВЫ , ОТВЕТИЛИ ЧТО СЛАВА БОГУ БОДРУСТВУЕТЕ😀👍👍🙏🙏
@sultanovanatella1823
@sultanovanatella1823 3 жыл бұрын
İkinçi bir səs bu səsi bu şirinliyi edə bilməyəçək Allah qorusun.
@sevdiyarisrayilov1690
@sevdiyarisrayilov1690 3 жыл бұрын
Allah Sizi Qorusun
@sevil_begeliyeva
@sevil_begeliyeva Ай бұрын
Çox sağ olun ki,bu haqda araşdırma aparıb çəkmisiniz,var olun,əsl istedadlı səsdir
@ulvializade8486
@ulvializade8486 3 жыл бұрын
Tacir mūəllim super ifa edib. Kənan balamız super ifa edib. Bundan sonra gələcək nəsillərimiz ifa edəcək. Təkrar olunmaz Azərbaycana aid deyil,çūnki Azərbaycanda çoxlu istedadlar olub bundan sonrada olacaq
@milan5930
@milan5930 3 жыл бұрын
*BƏLİ DÜZDÜR BUNU YALNIZ TACİR TACİR YENƏ DƏ TACİR İFA EDƏ BİLƏR.*
@azerazerli5998
@azerazerli5998 3 жыл бұрын
Kənan Bayramlı da bunu rahat oxudu.
@hesenlixeqani286
@hesenlixeqani286 3 жыл бұрын
Tacir mohuru vurub
@yasimseferov2871
@yasimseferov2871 3 жыл бұрын
@@azerazerli5998 Kənan da pis oxumayıb.Amma Tacirin ifası baldı.Səxsən mən inanmıram ki kimsə Tacirin usaq vaxtı oxudugunu təkrar edə bilsin.
@azerazerli5998
@azerazerli5998 3 жыл бұрын
@@yasimseferov2871 düzdür qardaş. Tacir onu tam başa intanasiya ilə oxuyur. Sanki bir haray səsidir,...
@samsung-vv7qp
@samsung-vv7qp 3 жыл бұрын
@@azerazerli5998 bəli balaca yanıqlı haray salan daglar quşu iimi sanki çək çək vurur.ama o usaq bir ayrı cur ifa edir
@mahiraliyev2296
@mahiraliyev2296 Жыл бұрын
5:33 dan sonra yeni ifanın daha yaxşı olması hissi duyulur. Əlbətdə hər iki ifa superdir ama əvəz olunmaz deyə bir şey deyil. Vətənimizdə gözəl səslər yetişir və böyüklük edib bunu qəbul etmək lazımdır. Kimsə kiminsə qohumu olub tərəf saxıaya bilər ama bu həqiqəti dəyişmir.
@elvineliyev651
@elvineliyev651 3 жыл бұрын
Sene canım qurban qardaş,sen evezolunmaz xanendesen,kim sehfine ne qelet edirse,vecine alma,sen bizim gözümüzde üreyimizde ebedisen,bunu bele oxumaq qeyri mümkindi,kimse sennen artiq qisqira biler,bagra biler cihcih vura biler,amma bu elediklerini ede bilmez,
@elfunismayilov7278
@elfunismayilov7278 Жыл бұрын
Ömürlük tarixə düşən böyük səs
@elmarehmedov7615
@elmarehmedov7615 Жыл бұрын
Bu muğama qulaq asanda uşaqlıq illərim yadıma düşür yəni 80 ci illər Allah Tacir müəllimə də möhkəm can sağlığı versin🇦🇿🇦🇿💯💯🙏🙏❤
@zaurzaur6149
@zaurzaur6149 3 жыл бұрын
Tacir müəllim o ysagqa yaxşı oxuyub👍
@mesut9144
@mesut9144 28 күн бұрын
Tüylerim diken diken dinledim. Muhteşem bir ses. Türkiye’den kardeş vatana selamlar.
@chesmihafizova7807
@chesmihafizova7807 3 жыл бұрын
Мöhürü kimsə vura bilər,amma davamçıları da dəstəkləmək lazımdır ki,sənət yaşasın.Kənan çox gözəl oxudu.Toxunulmaz təkcə Allahdır. Tacir müəllim çox paxıllıq elədi.Heç olmasa üzə verib hörmətdən düşməyərdi.Gəncliyə dəstək olmaq lazımdır. Bir də çox maraqlıdır.Öz oglu belə oxuya bilsə deyərdimi toxunulmazdır.Təyyar müəllim çox mədəni adamdır ki reaksiya vermir.Çünki BAYATI ŞİRAZ TACİRİN YOX,XALQINDIR.
@allahverdiyev0258
@allahverdiyev0258 3 жыл бұрын
Tacir Şahmalıoğlu ürey 💖🤙🏻👏
@alikgeneral
@alikgeneral 3 жыл бұрын
Toxunulmaz nə deməkdir ki, başqa birisi oxuya bilməz, nolar ki oxusa, bu qədər qısqanc və eqoist yanaşmanı heç yaraşdırmadım Tacire
@yasimseferov2871
@yasimseferov2871 3 жыл бұрын
Bu cür oxuyan varsa buyursun.Mümkün deyil
@hesenlixeqani286
@hesenlixeqani286 3 жыл бұрын
@@yasimseferov2871 duzdu
@efela524
@efela524 3 жыл бұрын
@@yasimseferov2871 Kənan. Elaaaa oxuyub.
@yasimseferov2871
@yasimseferov2871 3 жыл бұрын
@@efela524 əziz qardaş mən demirəm ki Kənan pis ifaçıdı və yaxudda pis oxuyub.Bunu hamı bilir ki bundan sora da heç kim Tacir kimi bu əsəri ifa edə bilməyəcək.
@elsnheyatrengareng7942
@elsnheyatrengareng7942 3 жыл бұрын
Coxu oxuya biler ama tacir kimi la bilmez
@nahidismayilov9910
@nahidismayilov9910 Жыл бұрын
Qarabağın yoxluğuna Tacir beyin səsi ilə dozduk 30 il.Qayidisini isə Kənan Bayramov"un bayatı Şhiraz "ile qarşıladıq.İki güclü səs👏👏Bütövlüyümüz əbədi olsun YaRebbim 🤲🧿
@mirpasasettarov
@mirpasasettarov Жыл бұрын
Əhsən, vaxtında belə sənətkarlarımıza dəyər vermək lazımdı, bizimçün fəxrdi millətimizin qeyri-adi səsi bacarığı bizi fərəhləndirir, biz gərək əlimizdə olanın qədrini bilək dünyada tanıdaq, bir-birimizin irəli getməsi üçün inkişaf etməsi üçün bir-birimizə dəstək verməliyik, biz öz dəyərlərimizə sahib çıxmadıqca buna başqaları sahib çıxır...
@bakubaku5112
@bakubaku5112 Жыл бұрын
Bu Bayatı-şiraz uşaq səsində yaxşı, ❤️ ürəyə yatımlı olur. İndi bu Bayatı-şirazı Teyyub müəllimin oğlu da çox Gözəl oxuyur!☝️
@azerbaycaninsesi1078
@azerbaycaninsesi1078 2 жыл бұрын
TACIR GEREK BU YAWDA ONU OXUMAYAYDIN CUNKI SEN OTUZ IL EVVEL MOHURUNU VURUBSAN INDIDE TEYYARIN OGLU BUNU COX GOZEL OXUYUR HALAL OLSUN BALACA
@orxanagdam8589
@orxanagdam8589 3 жыл бұрын
Ay Tacir məllim mənim size böyük hörmetim var onudadeyimkin sizden başqa heç kimi dinlemirem amma Təyyarda AGDAMLIDI Oda bizim ürekdi
@vuqarbagishov7222
@vuqarbagishov7222 3 жыл бұрын
Super halal olsun Tacir mellim
@bahtiyaregamov1217
@bahtiyaregamov1217 22 күн бұрын
Bir Özbekistanli olsamda bayati şirazi her dinlediğimda gözlerim yaşlandi ama niye bilmiyoruz Tacir bey allah size uzun omur versin InşaAllah
@sevdarahmanova9169
@sevdarahmanova9169 3 жыл бұрын
Tacir Şahmaliyev əsil xalq artistidit.Allah sesine quvvat versin.
@durdana.cingizxan.4826
@durdana.cingizxan.4826 Жыл бұрын
İlahi amin.
@mahiralatifova9270
@mahiralatifova9270 3 жыл бұрын
ÇOX SEVDİYİM MÜĞƏNNİDİR. ALLAH CAN SAĞLIĞI VERSİN. AMİN
@ataxanhmdov8946
@ataxanhmdov8946 3 жыл бұрын
Hələ Tacirin şəhidlərimizə həsr etdiyi mahnıya qulaq assanız onda biləcəysiniz Tacir əvəz olunmazdı
@durdana.cingizxan.4826
@durdana.cingizxan.4826 Жыл бұрын
Tacir Müellim müthis senetkarlardandır.
@user-dq7vy1tl7z
@user-dq7vy1tl7z 2 жыл бұрын
Kenan Bayramlinin Xari bulbul festivalinda Bayati Wiraz ifasi mugayise edile bilmeyecek derecede yuksek seviyyede idi.Her sozun ,her herfin ,her sesin , her hecanin bu geder temiz , degig teleffuzu hem istedad , hem de Mekteb teleb edir.Cox uzaglardan Teyyar muellime derin tewekkurler.
@raguffarzaliyev9183
@raguffarzaliyev9183 3 жыл бұрын
Çox sağol qardaş allah Sizi qorusun. Sizə can sağlığı arzu edirəm.
@user-wh3qv8gj3r
@user-wh3qv8gj3r 3 жыл бұрын
Маданият назирин гулаглары тутулсун кар олсун иншаллах и ещё кор олсун бу киши халг артисти олмалыды чохдан
@user-un4uu3pc3t
@user-un4uu3pc3t 5 ай бұрын
Allah sənə can sağlığı versin Tacir Şahmalı oğlu.
@rahimhesenov6878
@rahimhesenov6878 3 жыл бұрын
Tacir Şahmaroğlu layiqincə dövlət tərəfindən qiymətləndirilməlidir.Bir başa Xalq artisti adı verilməlidir.
@vuqarhuseynov513
@vuqarhuseynov513 3 жыл бұрын
Razıyam ! Tacir pecat ifa edib o zirvədə ifa edibki əl catmaz bir zirvədi ora ! Kənan balamızda yaxşı oxuyub amma o səsdə nə niskil nə o bulağların şırıltısı nədə o dağların zirvəsin his etmək mumkun deyil ! Amma Tacir əzizimizdə dünyanı tutub durmayacaq mahnını yaşatmaqda lazımdır! Mən şəxsən bu yerdə qərarsızam , Kim Tacirə yaxın hec olmasa oxuya bilirsə qoy oxusun amma hər yerinən duran dayı şitin cıxartmasın!
@huseynoveldar7230
@huseynoveldar7230 5 ай бұрын
Tacir müəllimin səsi qeyri adidir,möhtəşəmdir və bayati şirazin əsil ifaçisidir,özü də 12 yaşinda.Səsiniz var olsun❤Sizi ailəlikcə çox sevirik,həm səsinizi,həm insanliginizi.
@fjmgwshgw1500
@fjmgwshgw1500 2 жыл бұрын
Tacir onsuzda Xalqin mügennisidir can sagligi arzulayiram senetkarimiza.
@MalikMelikov-sj8lu
@MalikMelikov-sj8lu 7 ай бұрын
HƏQİQƏTƏN TOXUNULMAZDI BU BAYATI ŞİRAZDAN DOYMAQ OLMUR NƏ QƏDƏR QULAQ ASANDA DOYMAQ OLMUR ALLAH TACİR QARDAŞA CAN SAQLIQI VERSİN
@samirmemmedov7292
@samirmemmedov7292 3 жыл бұрын
Müqayisə etməyək.Bəsdir diddik bir birimizi.O uşaq da çox gözəl oxuyub.Hər dəfə gənclər bir yaxşı iş görəndə əvvəlkinin yerini vermir deyirlər,əlbəttə verməz.Heç bir şey ilki qədər mükəmməl olmaz.Amma ondan ötrü heç nə eləməsinlər deyirsiniz?
@rufatibrahimov8787
@rufatibrahimov8787 3 жыл бұрын
Men yalniz 2 mahnini esidende Qarabagi xatirlayiram- biri bu mahnidir, o biri de Herbi marsimiz. Cox tesirli mahnidi, dehsetli derecede. Ifa mukemmel deyil-ETALONDUR. Yeni, bu ifani yamsilamaq olar ancaq, tekrari mumkun deyil. Tacire bu ifaya gore Xalq artisti adi verilmelidir. 30 il bu mahni bizi baglayib Qarabaga.
@azermuradov4215
@azermuradov4215 3 жыл бұрын
Bunu oxuyan Təyyarın oglu oxudu və peçatın vurdu halal olsun pramoy ozdə Şuşamızda oxudu👍❤🇦🇿❤
@durdana.cingizxan.4826
@durdana.cingizxan.4826 Жыл бұрын
Allahima and olsun ki Azerbaycanimızın ogeder müthiş senetkarları varki Esasda Garabaģdan Azerbaycanın müxtelif seherlerinden Amma Side ilahi bir istedad var .Ne geder nece oxusalarda Bayatı -Şirazı Senin uşaglıgda oxudugun kimi Allah vermese mumkünu yox oxuyamayıb oxuyamayacaglar...Buna adim kimi eminem gardaş...hele bu gune geder yoxdur.
@ziyamuradzade4607
@ziyamuradzade4607 3 жыл бұрын
Kənan Bayramovun səsində həsrət var,yangı var,əllbəttə ki,Tacir muəllimdən ilham alarag oxuyub,coxda gözəl alınıb.
@SalamSalam-hk6sw
@SalamSalam-hk6sw 3 жыл бұрын
Komentler arasında müsahibe keçirilseydi, BÍRÌNCÌ yeri size verardim. Komentinizde yalnız sülhe, barışa, dostluga, qardaşlıga, insanlıga çaĝırış var. Halal olsun size.
@behruzqasimov7798
@behruzqasimov7798 3 жыл бұрын
Bu kiwini Xalq sevir.Xalqin artisdidi esil.qalan wey hamiya melumdurki qiymeti kime nece verirler.Tacir mellim senetde mohurunu vuran insandir.
@ibrahimelekberov8276
@ibrahimelekberov8276 3 жыл бұрын
Tacir müəllimin bu rəyi heç xoşuma gəlmədi. İnsan istəyər ki, onun davamçıları çox olsun. Bu durub burda eqoistlik edir. Tacir müəllim sadəlik gözəl şeydi. Təbii ki Bayatı Şiraz ən gözəl sənin ifanda alınıb. Sən o balaca balaya dəstək olmalısan. Day onunla rəqabət yox.
@GunelAbdullayeva-xm9wq
@GunelAbdullayeva-xm9wq 6 ай бұрын
12,yaşındadaTacir gozel oxuyur 60yasindada gozel avazla oxuyur
@familkerimov7147
@familkerimov7147 3 жыл бұрын
burda ferq etmir kim ifa edib yoxsa edir ya edecek esas odurki bu bayatı şirazı oldugu kimi düzgün ve laiqli oxuyasan mesele budur bunuda mence bacarib ALLAH can sağliği versin inshallah xalqimizin deyerli senetkarI olan Teyyar Müellimin Oglu Kənan balamiz cox Gözəl özüne mexsus laiqli ifa edib ALLAH sesine qüvvet canina sağliq versin.
@abbasovasevinc9798
@abbasovasevinc9798 Жыл бұрын
Bəzi insanlar nədənsə 30 ildən sonra yəni gözəl balamızın ifasını eşidəndə çox həyəcanlanıblarki bunun ilk ifaçısına ad verilməlidi...görəsən niyə???? Cavabı aydındı məncə.... Bir paxıllıqmı yoxsa dəyərli səsi qiymətləndirməkdən ehtiyat etməkmi....????!!! Mən onuda deyimki hər iki ifa çox gözəldi......heç kim inciməsin....
@kamilqurbanov9085
@kamilqurbanov9085 Жыл бұрын
Salam. Öz dövrü üçün Tacir müəllim ğözəl ifa edib. ƏHSƏN. Amma indi KƏNAN Bayramov bu Bayatı Şirazı ifa edir. O da superdi. Məncə Tacir müəllim halallıq verməlidir artıq
@nahidhsnova9455
@nahidhsnova9455 Жыл бұрын
Tacir Şahmalıoğlu ilə tam razıyam. Bu ifanı yeniləmək olmazdı. Heç alınmaz da. Kənan balamızın da istedadını inkar edə bilmərik, amma 12 yaşlı Taciri əvəz edə bilməz-o yanğının, zilin bənzəri yoxdur!
@user-cn2kn9fi5q
@user-cn2kn9fi5q 3 жыл бұрын
Allah Şahmalı Kürd oğluna rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.QARABAĞ AZƏRBAYCANDIR !
@archimed5741
@archimed5741 3 жыл бұрын
Ела Аллаха чох Шукур олсун Шуша Ва Гарабаг Азербайджанындыр 1000 %
@user-kx7el5nr4z
@user-kx7el5nr4z 3 жыл бұрын
Пох йейирлар Тайароглу чох гозал охуйур Таджик иса байагы охуйур
@user-dm9ho2lz4j
@user-dm9ho2lz4j Жыл бұрын
Allahin bu xalqa hediyyesidir Tacir muellim
@gunelasgerova5104
@gunelasgerova5104 3 жыл бұрын
Mohuru qoymusuz onsuzda Tacir muellim.Ehsen dushur bu sesede usaglig sesinede
@zulfiyarasoulzadeh5513
@zulfiyarasoulzadeh5513 3 жыл бұрын
Murad Rzayeve allah can sagligi versin kömek olsun Murad muellim hamiya kömek olub indi ona kömek yoxdur kire evde yaşayir yaxşi olardi özünüz Murad mellime kömek olasiz inşallah
@t.q6486
@t.q6486 3 жыл бұрын
Bu gun bildim bunu.gozumde yukseldi
@Lisa_Roblox22
@Lisa_Roblox22 2 жыл бұрын
Bayatı Şiraz 1976;da yaranmayıb sən oxumusan 76 da .Çoxdan yaranmış bir əsəri sən oxumusan 12, yasinda
@gulya201
@gulya201 Жыл бұрын
Onsyz da o cür oxuyan yoxdur. Tacir müəllimin uşaqlıq səsi çox təmiz və zildir .
@mehemmedeliyev1566
@mehemmedeliyev1566 3 жыл бұрын
Super Azərbaycan....
@blkh34
@blkh34 Жыл бұрын
Allah Tacir beye uzun omur versin.Usaq vaxtindan bu Bayati sirazla boyudik.Usaq sesinde gozel alinir.Demek olar bunun bestekari,ilk sevdiren sizsiz.👍👏❤❤❤Kenanda dediki Tacirin sesine qulaq asib oxumusam onu.Ondada gozel alinib.👍👏❤❤❤🇦🇿🇦🇿🇦🇿
@alptegin4086
@alptegin4086 2 жыл бұрын
Bu bir vətənin çagiriş səsidir. Qulaq asinca insanin nəfəsi dayanir və istər istəməz gozlərin dolur. Heç kim belə oxuya bilməz . İndi bir balamiz da oxuyur amma səs o cingiltili səs deyil. Sokub alan iliyə isləyən səs idi Tacirin səsi.
@isnurisnur3667
@isnurisnur3667 9 ай бұрын
Bəli.Tacir muellim..sizin o ifanizi doya doya dinləyirik ve zövq aliriq❤
@elmlerakademiyasi7662
@elmlerakademiyasi7662 3 жыл бұрын
Saq ol Tacir M
@sadiqsadiqov9044
@sadiqsadiqov9044 Жыл бұрын
Allah yar ve yardlmclnlz olsun inşAllah Tacir qardaş.
@basti8788
@basti8788 Жыл бұрын
Bu səs gözəldi oxunuşuda tamam fərqlidi məncə xalq artisti adı qazanmalıdır
@TeymurNureliyev-pg9su
@TeymurNureliyev-pg9su Жыл бұрын
Kim oxusada bunnan sora peçatın möhürün Tacir məllim vurub Allah can sağlığı versin
@samirabdullayev946
@samirabdullayev946 Жыл бұрын
Şəxsən hər dəfə dinləyəndə təsirlənirəm mən Allah qorusun Tacir müllim sizi.
@seyfuragayev9501
@seyfuragayev9501 Жыл бұрын
Həqiqətəndə bayatı şirazı Tacir müəllimdən başqası oxuya bilməz oxusalarda bu ləzzətdə alınmaz ALLAH Sizə can sağlıqı versin sizi çox sevirik Tacir müəllim mən hər dinlədiyimdə sizin səsinizlə dinliyirəm bayatı şirazı
@gameworld-bs2744
@gameworld-bs2744 3 жыл бұрын
Salamlayiram sizi eziz SENETKAR XALQIN sevimlisi qizil sesin sahibi Tacir Sahmali...
@user-jz9xo5ol1q
@user-jz9xo5ol1q 3 жыл бұрын
Тачир ай гардашым гочалдын инчима
@azadsukurova252
@azadsukurova252 5 ай бұрын
Mükəmməl səs🎉🎉🎉
@xatunmammedova3658
@xatunmammedova3658 3 жыл бұрын
Müraciət edək ki, bu səsə qiymət verilsin. Bir olaq
@ceren_yaldiz_116
@ceren_yaldiz_116 3 жыл бұрын
1000 Ses Olsun Bu səsə Çata Bilməz
@mircmil9696
@mircmil9696 Жыл бұрын
Həqiqətəndə..
Azerbaycan Muhteşem Ses-Mugam Murad Baxsiyev. (Deniz İme)
9:54
Kafkas Halk Dansları
Рет қаралды 1,7 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 14 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 79 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 19 МЛН
Məzar Daşı | Komedixana  351-ci bölümdən
19:14
Komedixana
Рет қаралды 998 М.
Təyyar Bayramov və Kənan Bayramov - Muğam | ATV
5:59
Təyyar Bayramov
Рет қаралды 775 М.
Özbəkistanlı qız "Bayatı Şiraz"ı möhtəşəm oxudu
3:14
Orxan Rasifoglu
Рет қаралды 56 М.
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 14 МЛН