İstisu və Turşsuda kimlərlə qarşılaşdıq? - APA TV KƏLBƏCƏRDƏ - APA TV

  Рет қаралды 46,961

APA TV

APA TV

2 жыл бұрын

#APATV #Kəlbəcər #İstisu #Turşsu #Boyaxlı #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
İstisu və Turşsuda kimlərlə qarşılaşdıq? - APA TV KƏLBƏCƏRDƏ
Dolanbac yollarla qalxırıq. Yorulmuruq, sanki düz yolda gedirmişik kimi qalxırıq 3261 metr yüksəkliyə. Ömər aşırımını keçib Kəlbəcərə çatmaqdır istəyimiz.
Murovdağ yüksəkliyindəyik. Demək olar ki, bura yaz indi gəlib. Hər tərəf rəngbərəng çiçəkdir. Hava gözəl, mənzərə möhtəşəmdir. Buludlar ayağımızın altında qalır...
Biz də dərdlərə dərman olan yerlərdən birinə, İstisuya getmək üçün yol alırıq. Rayon mərkəzindən 7-8 kilometr aralıdakı İstisuya çatanda deyilənlərin, dərdlərə dərman olan bu yerlərin niyə bu qədər sevildiyini anlayırıq.
İstisudan sonra yol alırıq Turş suya. Turş suya qalxanda qarşımıza yaylaqlara təsərrüfatlarını gətirən Kəlbəcərlilərlə qarşılaşırıq.
Şəhid bacısı Sədaqət Məlikova deyir ki, Vətən torpağına ayaq basandan bütün ağrıları dinib: “Dünəndən mənim bütün ağrılarım keçib. Baş ağrım, əməliyyatlarımın ağrısı keçib. Vətənimi gördüm. Sizə borcluyuq şəhidlərimiz. Ömür boyu sizə borcluyuq”.
Şəhidin həyat yoldaşı Yaqut Şirinova da Kəlbəcərdə doğulub, böyüyüb: “Kəlbəcərliyəm. Burda doğulub böyümüşəm. Gözəl yerlərimizi gəlib gördük, şəhidlərimizin qanı bahasına, Prezidentimizin apardığı siyasət nəticəsində. Bu torpaqlara qovuşmuşuq. Şükür torpaqlarımız azad olub. İndi qurub yaradacağıq. Bu gün, körpə çıxan uşaqlarımız 30 yaşında, Allah qoysa onlarda qurub-yaradacaq, bu torpaqlarda yaşayacaq düşmənə göz dağı verəcək”.
Şəhid qızı Nilufər İsmayılova isə deyir ki, Kəlbəcərdən çıxanda 4 yaşı olub: “4 yaş yarım olanda burdan çıxmışam. Az da olsa xatırlayırdım, xatırladığım kimi də qalıb. Şəhid Natiq Məlikovun qızıyam. 2 gündür burdayam. Hiss elədim ki, tamlaşmışıq, bütövləşmişik. Elə bil yarımçıq idi. Hər şeyimiz vardı, yenə də yarımçıq idi. Amma indi bütövləşdik”.
Şəhid ailəsi olan kəlbəcərlilərlə sağollaşıb Turş suya gedən cığırla yolumuza davam edirik. Və nəhayət mənzil başına çatırıq.
Kəlbəcər rayonun Boyaxlı kəndinin ərazisindəyik. Sözün əsl mənasında bir cənnətə düşmüşük. Bir tərəfdə dağlardan süzülüb gələn bulaq suları, digər tərəfdə təbii yolla özü qaynayıb çıxan Turş sudur. Tərkibində turşuluq var, sərindir, bu su marketlərdən pulla aldığımız sulardan həm dadlıdır, həm də müalicəvi əhəmiyyəti var.
Bu bulaqların ətrafında çadır qurub günlərlə yox, aylarla da qalmaq olar. Lakin biz yolumuza davam etməliyik. Ona görə də geri qayıdırıq. Yolda yenə 86 yaşlı Şövkət nənə ilə qarşılaşırıq. Deyir Kəlbəcərdən məcburi köçkün düşdükdən sonra Gəncədə məskunlaşmışam:
“Kim bilir nələr çəkirəm
Arı kimi şan çəkirəm içəridə.
Ölmürəm ki, can çəkirəm içəridə
Kəlbəcərim deyə-deyə qalmışdım... Bu günümə şükür, qadan alım...”
Belə müsahiblərimizlə sağollaşıb, yanlarından ayrılırıq. Çünki hələ çəkiləsi çox məkan, deyiləsi çox söz var.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: kzbin.info...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 68
@tuncaymemmedli9864
@tuncaymemmedli9864 2 жыл бұрын
Oranın adına cənnət deyin
@cavansirabdullayev4841
@cavansirabdullayev4841 Жыл бұрын
Füsunkar gözəllikdi Kəlbəcər. Hər qayası hər daşı ,eli obası cənnətdir Kəlbəcər.Uzun ömurlülər ,şairlər,yaradıcı aşıqlar diyarıdır Kəlbəcər ün
@rasetferecov2589
@rasetferecov2589 2 жыл бұрын
Allah şəhidlərimizə rəhmət eləsin.Bu gözəl yerləri düşməndən təmizləyib bizə qismət elədilər.Qarsilarinda baş əyirik.Allah düşmənlərimizə lənət eləsin.
@feqanallahverdiyev1312
@feqanallahverdiyev1312 2 жыл бұрын
Amin inşallah
@softly_panda946
@softly_panda946 Жыл бұрын
@@feqanallahverdiyev1312 Tea e
@rstunmmmdov8303
@rstunmmmdov8303 Жыл бұрын
Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlərin cani qani bahasına aldiq Kəlbəcəri. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm
@nocomment7759
@nocomment7759 2 жыл бұрын
KƏLBƏCƏRƏ QAYIDIŞI TEZLƏŞDİRMƏK LAZIMDIR ! PORTALI ZADI LƏĞV ELƏMƏK LAZIMDIR ! Nə portal, qoy o yazıq camaat gedə bilsin öz doğma yurdlarına !!!
@rahilaahadova7014
@rahilaahadova7014 2 жыл бұрын
Həqiqətəndə cənnətdir gözəl vətənimiz
@azayquliyev7212
@azayquliyev7212 2 жыл бұрын
Müzeffer ordumuzu Allah qorusun. Şehidlerimizin ruhu şad olsun, onların hesabına cennet kelbecerimize sahib olduq
@aqilgoyusov9377
@aqilgoyusov9377 2 жыл бұрын
Allahdan şəhid qardaşlarmıza rəhməd etsin .😢
@doktorsona1988
@doktorsona1988 2 жыл бұрын
Amin 🤲
@hicranrustamovamkancnntols5789
@hicranrustamovamkancnntols5789 2 жыл бұрын
Allah şəhidlərimizin ruhuna şad etsin. Qazilərimizə sağlam can arzulayıram. Onların sayəsində alındı.
@user-pu3hn6xv6o
@user-pu3hn6xv6o Жыл бұрын
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun 🙏🥀🥀
@feqanallahverdiyev1312
@feqanallahverdiyev1312 2 жыл бұрын
Allah şəhidlərimizə rəhmət eləsin qəbrləri nurla dolsun məkanları cənnət olsun inşallah allah şəfa versinqazi qardaşlarımıza ömrümüzün sonuna qədər onlara onların ailəsinə borcluyuq Sücaət demişkən bir gün gülə gülə qayıdacaqdı ağlaya ağlaya köçən Kəlbəcər
@tuncaymemmedli9864
@tuncaymemmedli9864 2 жыл бұрын
Sağ ol, ay bacı. Deyəsən, orda ham şairdir? Nə gözəl dedin: Kəlbəcərdə doğulmayan balan gəlib. Vətə
@archimed5741
@archimed5741 2 жыл бұрын
Чан Ай Нана Аллах сана 100 ил омур версин Ешг олсун Азербайджан Ордусуна 052 вар олсун Шехидларимиза рахмат еласин Газиларимиза чан саглыгы версин 👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-eu8em2st7k
@user-eu8em2st7k 2 жыл бұрын
HER DEFE EN EVVEL WEHIDLEMIZE REHMET ELESIN GAZILERIMIZE CAN SAGLIGI ALLAH ORDUMUZU ESGERLERIMIZI VE ALI BAW KOMANDANIMIZI GORUSUN DEYIN
@feqanallahverdiyev1312
@feqanallahverdiyev1312 2 жыл бұрын
Amin
@elnarallahverdi6012
@elnarallahverdi6012 2 жыл бұрын
Qazilərimizdə unutmutyaq xaiş edrəm onlar yarımcan olub bizim üçün, yaşıyan hidlərimizdi. Allah ŞƏHİDLƏRMİZƏ RƏHMƏT eləsin, QAZILƏRMIZƏ can sağlığı versin.
@feqanallahverdiyev1312
@feqanallahverdiyev1312 2 жыл бұрын
Amin
@azayquliyev7212
@azayquliyev7212 2 жыл бұрын
Amin 🙏🙏🙏
@kbedelbeyli42
@kbedelbeyli42 Жыл бұрын
Can Şəhidlərimizin Ahl tutsun sizi ay erməni zibilləri 🤲🙏🇦🇿
@salmanmeherremov9329
@salmanmeherremov9329 Жыл бұрын
Allah şəhidlərmizə rəhmət eləsin .
@umudhesenli1141
@umudhesenli1141 2 жыл бұрын
Allah şəhidlərimizə Qəni Qəni rəhmət eləsin
@Black-em3fq
@Black-em3fq Жыл бұрын
Allah sehidlere rehmet elesin
@TuralEliyev-oi4df
@TuralEliyev-oi4df 18 күн бұрын
Allah şehidlərmizə rehmət eləsin
@user-yx6qh7cw5r
@user-yx6qh7cw5r Жыл бұрын
Аллах шахидлари рахмат еласин 😢
@kifayetqasimova6462
@kifayetqasimova6462 2 жыл бұрын
Gözünüz Aydın Yaqut müəllimə
@orxaneliyev3428
@orxaneliyev3428 2 жыл бұрын
Nuş olsun sizlətə.
@trtr-klbcr9237
@trtr-klbcr9237 2 жыл бұрын
Allah sehidlerimize qeni qeni rehmet etsin.Canlari yarimcan olan oqullarimiz. Sizin yarim canlariniza qurban. Bir vaxt bu Istisuda ermenilerin cimdiyini ,istirahet etdiyini gorende ireyim az qalirdi dayana. Sanki olub dirilirdim. Allahin bu gunune sukur.
@azayquliyev7212
@azayquliyev7212 2 жыл бұрын
Min şükür. Amin🙏
@cavidmemmedov1814
@cavidmemmedov1814 3 ай бұрын
Min şükür
@xazangulasadova2613
@xazangulasadova2613 2 ай бұрын
Məə şəəəə Allah Allah şəhidlərə rahmət etsin qazilərimizə şifa və sabr versin
@LCF1913
@LCF1913 2 жыл бұрын
Bu nə cənnətdir, bu nə yerlərdir, adamın inanmağı gəlmir.) Kəlbəcər bir fantastikadır.. Həyatımın 5 ilini bağışlayaram, bu dəqiqə gedib orda 5 gün qalmaq üçün. 100%.
@qalibhuseynov1977
@qalibhuseynov1977 Жыл бұрын
Allah bütün şəhidlərimizə rəhmət eləsin Nilufər Allah Natiqə rəhmət eləsin ruhu şad olsun
@tofisguseinov6034
@tofisguseinov6034 5 ай бұрын
Цан бацым арзуларныз дилак дилак олсун
@yasharm5367
@yasharm5367 5 ай бұрын
Hündürlük dəniz səviyyəsindən ölçülür
@Alone-cq4di
@Alone-cq4di Жыл бұрын
Dunyanln harasinda bu gozellik var.cennet vetenim
@hilalsekili
@hilalsekili Жыл бұрын
Mən bu dağlarda 18ay xidmət etmişəm çox gözəl yerlərdi
@kbedelbeyli42
@kbedelbeyli42 Жыл бұрын
Yan _tokul ay ermən 🤲🇦🇿🌹🌹🌹🌹🌹🌹🌹
@ramissirvanov1392
@ramissirvanov1392 2 жыл бұрын
Yerden ?????yukseklik.gozel di .
@vusal3773
@vusal3773 Жыл бұрын
Ilahi cennet axtarırıq cennet kelbecerim düzdü men oralı deyilem amma uşaq vaxtı çox getmisem
@heyatctindir5085
@heyatctindir5085 2 жыл бұрын
Kelbeceri gorub gelen birde qayitmaq isteyr.ancaq tesuff
@xarbulbul3463
@xarbulbul3463 2 жыл бұрын
cennetim ne vaxd qovuşarıx 😥😥😥
@kamilnajafov1770
@kamilnajafov1770 4 ай бұрын
Yerdən yox, dəniz səviyyəsindən.
@nihadbabayev4942
@nihadbabayev4942 2 жыл бұрын
1vaxtlar dusmən baxirdi ordan
@elkisiatakisiyev6003
@elkisiatakisiyev6003 2 жыл бұрын
Ay qardş o bulud deyil duman gəlir.
@user-hx8qj5rz3t
@user-hx8qj5rz3t 2 жыл бұрын
АЛЛАХ ШЕХИД ГАРДАШЛАРЫМЫЗА РЕХМЕТ ЕЛЕСИН !
@mehrabrustemov6890
@mehrabrustemov6890 2 жыл бұрын
Bu saz havasını bilen varsa adını yazsın.xahiş.lezzet eledi
@xbrnamtv8644
@xbrnamtv8644 2 жыл бұрын
Ruhani
@bakiweheri6394
@bakiweheri6394 2 жыл бұрын
Ruhani.İfaçı Ədalət Dəlidağlı.
@melisayaldzz_8146
@melisayaldzz_8146 2 жыл бұрын
Ruhani
@doomdoom5817
@doomdoom5817 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@okean6959
@okean6959 5 ай бұрын
👑🇦🇿🇦🇿🇦🇿🇦🇿🌍🇦🇿🇦🇿🇦🇿🇦🇿👑🌙 CƏNNƏTDƏN FƏRQİ OLMAYAN AZƏRBAYCAN
@user-nt9gv5eq5p
@user-nt9gv5eq5p 2 жыл бұрын
Орада оланлар О йерлерин лезетини билир. Козел меканлар.
@user-tq9ct6ij7r
@user-tq9ct6ij7r 2 жыл бұрын
АЛЛАХ АКБАР АЛЛАХ ШАХИДЛАРМИЗА РАХМЕТ ЭТСИН ИНШ АЛЛАХ🇰🇬🇹🇷 🇵🇰🇦🇿🇹🇲🇸🇱🇰🇿🙋‍♂️✊🙏☝
@sayadmamedov9877
@sayadmamedov9877 2 жыл бұрын
☝️🤲🇦🇿🇦🇿🇦🇿☝️🤲👍
@user-wv9so2gl3q
@user-wv9so2gl3q 2 жыл бұрын
Şərhləri oxuyub bu insanlarin yanaşmasina heyean qaliram. Məgər döyuşlərdə yaralanmayan, şəhid olmayan əsgərlərimizin torpaqlarin AZAD olunmasinda əməyi yoxdirmu?
@xazangulasadova2613
@xazangulasadova2613 2 ай бұрын
Qazi elə qalib əsgərdi yaralı ya sağlam fərqi yoxdur
@nabatkrmova7503
@nabatkrmova7503 2 жыл бұрын
Icaze varki getmeye oralara?
@faxraddinjafarov8867
@faxraddinjafarov8867 Жыл бұрын
Hündürlük yerdən yox dəniz səviyyəsinə ölçülür
@nadzhafnadzhafov1627
@nadzhafnadzhafov1627 Жыл бұрын
Догма юрдум сен ченнетсен, сен не гозелсен. Ветенсиз инсан ,ганатсыз гуш кимидир.
@zehraabiyeva9393
@zehraabiyeva9393 2 жыл бұрын
Ay tupoy jurnalist yerden yox deniz seviyyesinden
@alimansurow8572
@alimansurow8572 2 жыл бұрын
Azərbaycanda nə gedər çox savadsız adamlar var. Çox utandırıcı bir səhnə.
@azrmmmdov335
@azrmmmdov335 2 жыл бұрын
Narahat olmuyun oranda tutacaq lar gire bilmiyesiz
@VARVSKOY5
@VARVSKOY5 3 ай бұрын
Allahin kefnin kok vaxtında yaradib bu gözəl vətənim Kəlbəcəri
Kəlbəcərli ailənin hekayəsi - Qayıdış
8:01
AZERTAC
Рет қаралды 196 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Toğanalı Kəlbəcər İstisu yolunun və Murovdağ tunelinin inşası davam etdirilir
5:01
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Рет қаралды 81 М.
Sabirabad - Miri kimdir ?  Miri açku yeyimi kim dedi ?
13:43
Kəlbəcər Ağcakənd kənd sakinləri illər sonra yaylaqda bir arada.
27:38
Ermənilərin dağıtdığı İstisu sanatoriyası
4:35
Belə belə İşlər
Рет қаралды 100 М.
KƏLBƏCƏRİN  ŞƏFALI SULARI
6:30
CBC FM Azerbaijan
Рет қаралды 18 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН