"Arada 35 illik ayrılıq olsa da, doğma kəndimizə qayıdacağıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

  Рет қаралды 5,697

Baku TV

Baku TV

Күн бұрын

"Arada 35 illik ayrılıq olsa da, doğma kəndimizə qayıdacağıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Arada 35 illik ayrılıq olsa da, doğma kəndimizə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kənd sakini Pərvanə İbrahimovanın həyat hekayəsinə həsr olunub.
Onun sözlərinə görə, Qaraçantada cəmi 11 il yaşayıb: “Mən 1988-ci ildə 3 ay 7 gün məktəbimizdə dərsə gedə bildim. Ona görə 11 yaşlı xatirələrim mənim üçün həm əziz, həm doğma və eyni zamanda unudulmaz, daşlaşmış xatirələrdir və müqəddəsdir”.
Orta məktəbi heç vaxt unutmadığını və sinif otaqlarını daim yadında saxladığını deyən Qaraçanta sakini bildirib ki, əgər yenidən doğma kəndinə, Ağbaba-Şörəyel mahalına qayıtmaq imkanı olsa, Gümrünün yolu ilə gedib Çələb kəndindən öz kəndlərinə uzun müddət tamaşa edər, qaça-qaça məktəbə gedər, sinif otağına baxar: “Kəndin qəbiristanlığında atamın nənəsinin məzarını, Seyidlər tayfasının gümbəzini ziyarət edərəm. Bizim bir çox nişanəmiz qalan ata evimizə gedərəm. Mənim orada məktəbli çantam da qaldı və mütləq gedib orada o çantamı axtararam”.
Ümidvar olduğunu deyən P.İbrahimova bildirib ki, dünyada ocaqdan isti heç nə yoxdur: "Ermənilər bizim ocağımızı söndürdülər, amma ümidimizi söndürə bilmədilər. O ümid var və biz mütləq öz doğma kəndimizə qayıdacağıq. 11 yaşlı daşlaşmış Qaraçanta xatirələrimi daha yeni xatirələr əvəz edəcək”.
Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
• Tatu ustası qazi: Dost...
• Bakıda daha bir metro ...
• Mariya Zaxarova: Məqsə...
"Arada 35 illik ayrılıq olsa da, doğma kəndimizə qayıdacağıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#QərbiAzərbaycanXronikası #Pərvanəİbrahimova #Qaraçanta #Ağbaba #Şörəyel #Amasya #35illikayrılıq #məktəb #çanta #erməni #azərbaycanlı #Əzizbəyov #gümrü #çələb #daşdərə #bulaq #çamırlı #köhnəyayla #məscidbulağı #bakutv #bakutvxəbər #bakutvxəbərlər #bakutvcanlı #bakutvlive #canlıbakutv #bakutvxeberler #bakutvcanlıyayım #bakutvxeber #sonxeberler #sonxəbərlər #gundemxeberler #xəbərləryeni #xəbərlərdəbugün #gününxəbərləri #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #xeberlersondeqiqe2023 #ensonxeberler2023bugün #бакутв #украина #россия #aрмения #азербайджан #новости #news

Пікірлер: 19
@rustamovatarana2145
@rustamovatarana2145 11 ай бұрын
ALLAH arzularına çatdırsın Pərvanə xanım
@sevdaibrahimova3920
@sevdaibrahimova3920 11 ай бұрын
Ğinşəallah bizdə uluxanılı rayonannam gəndimiz qaraqışıaq gəndidi 1988 ci ildə cığanda 28 yaşım olub allah mənə ömur versin niyət etmişəmayaqlyalın gedəcəm ermənilərdən hec vaxt qoxmamışam həmişə döymuşəm inşəallah qayıdarıq ❤❤❤❤irəvan azərbaycandı❤❤❤❤❤
@aynurqurbanqizi4189
@aynurqurbanqizi4189 11 ай бұрын
Pervane İbrahimova ürəyi həqiqətən vətən eşqi ilə döyünən insanlardan biri. 35 il keçməsinə rağmən doğulduğu yeri necə sevgi ilə anladır ❤️
@ayparagurbanova9816
@ayparagurbanova9816 11 ай бұрын
Qərbi Azərbaycan haqqında gözəl bir təqdimat.Sene tutduğun bu yolda daim uğurlar arzulayıram xalam.İnşallah arzuların çin olar doğulduğun yerlərə tezliklə gedərsən xala.
@musfiqsuleymanov5308
@musfiqsuleymanov5308 11 ай бұрын
Məndə Amasiyadanam inanıram ki; bız doğulduğumuz o yerlərə bir gün mütləq gayıdacağıg! Doğma Amasiyamız bir gün əsl sakinlərini yenə səsləyəcək; Biz oralarda yenə yaşayıb əzizlərimizin uyudugları yerləri abadlaşdıracıg yenidən!
@gasimovgabil3758
@gasimovgabil3758 10 ай бұрын
Yemlih genetme sagiz duzeldirdik Helene yadimdadi Allah sizden razi olsun meni kecmise goturdun😊😊😊😊😊😊
@BairamovaN61
@BairamovaN61 2 ай бұрын
Алллах..гырсын..гызым..онлары урейим. Чох..пис..олду.😂😂😂
@rasimmemmedov6185
@rasimmemmedov6185 11 ай бұрын
Baxdim venetqada babaçin şekli var sizi tanımaq isderdim 😊
@elnuresedli2235
@elnuresedli2235 11 ай бұрын
InsAllah qayidarsiz Əziz muellimem
@rasimmemmedov6185
@rasimmemmedov6185 11 ай бұрын
Salam aleykum mende Amasiya rayonu Ezizbeyov kendindenem Ebdürrehman mellimin nevesiyem mütleq taniyarsiz
@pervaneibrahimova379
@pervaneibrahimova379 11 ай бұрын
Salam, Əlbəttə, Əbdürrəhman müəllimi tanıyıram.
@nicatshah7627
@nicatshah7627 21 күн бұрын
Salam əlöküm məndə Şahvələdov nəslindənəm Qaraçantadan tanıyarsız yəqinki.
@rasimmemmedov6185
@rasimmemmedov6185 21 күн бұрын
@@pervaneibrahimova379 ne yaxsi bakida yaşayirsiz??? İndi siz? Babamgil gencede qalirdi 5 il evvel dünyasini deyişib🥺
@СПб178-я7д
@СПб178-я7д 11 ай бұрын
Amasiya rayonunun en boyuk kendi Gullubulag olub. Nissalah gayidarsiniz.
@propulsionpropulsion5579
@propulsionpropulsion5579 11 ай бұрын
KƏNDİN BÖYÜKLÜYÜ NƏSƏ HƏLL ETDİMİ?
@СПб178-я7д
@СПб178-я7д 11 ай бұрын
@@propulsionpropulsion5579 sene ne
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 32 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,3 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН
Erməni ilə üz-üzə dayanan Quşçu Ayrımın sakinləri
11:15
Sənin kimi insanlar işləməlidir uşaq evlərində
10:25
Seni Axtariram TV / Səni Axtarıram TV
Рет қаралды 10 М.