Рет қаралды 6,994
İfama fikirlərinizi bildirməyi və ifamı bəyəndinizsə vidonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Öncədən təşəkkürlər.
* * * * * * * * * * * *
Fəzail müəllim.
Aşıq sənətinin zirvələrində,
Dayanıb qartaltək Fəzail müəllim.
Vur mizrabı simə, ürəyimizə
Sevgi toxumu ək, Fəzail müəllim.
Sazla öz sözünü deyəndən bəri,
Sarıteli olub dillər əzbəri.
Tapılmaz aləmdə tayı, bənzəri,
Gəlib dünyaya tək Fəzail müəllim.
Nurlan, sazdır-sözdür mənim amalım,
Musiqi eşqiylə gəzir xəyalım.
Ruhani çal, qulaq asım, zövq alım,
Ruhuma sığal çək Fəzail müəllim.
Müəllif: Nurlan Məmmədli
Whatsapp/Tel: +994774771727
İnstagram: / nurlan__memmedli_92
Facebook: / nurlan.memmedli.754
* * * * * * * * * * * *
Gəncliyim.
Zülmətin içindən kükrədi, qalxdı,
Bahar çiçəyitək bitdi gəncliyim.
Şimşək kimi çaxdı, su kimi axdı,
Dərin ümmanlarda itdi gəncliyim.
Ömrün oğlan çağı payıza döndü,
Ürəyin alovu səngidi, söndü.
Xəyalım qartalı göylərdən endi,
Bir kölgəyə dönüb getdi gəncliyim.
Başımda çoxaldı ağ saçın sayı,
Uşaq baba deyir, cavanlar dayı.
Geri dönən deyi, cəhdim havayı,
Gör necə xəyanət etdi gəncliyim?!
Müəllif: Qəmbər Şəmşiroğlu
#NurlanMemmedli, #FezailMiskinli, #LiderTV, #Geceninsehrində, #DilsadAbbaseli, #QemberSemsiroglu