It can be said that the historical architectural reserve - the Fire Temple - Ateshgah is situated in the center of the Absheron Peninsula in Surakhani settlement (now it is called Amirjan). The temple is situated in a place where from the ancient times until the XIX century natural gas oozed out of the surface being a reason of the Eternal Flames phenomenon. Historical roots of the temple go to the ancient centuries when Zoroastrianism was a ruling religion. About the construction of the first Ateshgah temple proclaims Mobed Mobedan’s writing on the “Kaaba of Zoroastr” (III century A.D.), which also informs that he founded sacred temples in Transcaucasia region and assigned the priests to serve there. Arab geographer Estakhri in 930 in his “The ways of states” book mentioned that not far from Baku, the settlements of Zoroastrians were existed. But eventually when Islam was asserted as the main religion in Azerbaijan local people desisted to visit the fire temples including Ateshgah which later had been decayed. Centuries have passed, the Great Silk Road and trade connections of medieval centuries which passed through Azerbaijan connected again the Zoroastrians with the Ateshgah shrine after change of many generations. Traders who visited Azerbaijan after arriving to their homelands talked a lot about the unique phenomenon they had seen - appearance of flames on a ground. So, from the beginnings of the XVII century flow of pilgrims appeared in Surakhani. According to the german traveller E. Kaempfer which visited Azerbaijan in 1683: from the middle of XVII century pilgrims started to rebuild the temple again. In the beginnings of the XIX century the temple received the form which is represented today without any changes. The temple’s plan is five corner complex with an entrance portal surrounded with battlement type walls.
@niyazishafiyev60592 жыл бұрын
Azərbaycan qədim odlar diyari🔥
@ayxan7292 жыл бұрын
Bəli
@talehnabiyev55852 жыл бұрын
👍
@ayxan7292 жыл бұрын
👍👍
@ayxan7292 жыл бұрын
“Atəşgah məbədi” - Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir. Tarixi mənbələrdə yazıldığına görə, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş bu məbəd 24 hücrə və mərkəzi səcdəgahdan ibarətdir. Tarixçilərin yazdığına görə, müxtəlif vaxtlarda tikilmiş hücrələr və ibadətgah XVII əsrin sonlarında ümumi hasara alınmışlar. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Bir çox insanlar öz təsəvvürlərində Azərbaycanı zəngin neft və qaz ehtiyatları ilə əlaqələndirirlər.Mənfəət güdən insanların nəzərində neft və qaz zənginlik və çiçəklənmə mənbəidir, mənfəət güdməyən,sadə insanlar isə, yanan gazın alovlarında ilahi bir şey görüb, öz dinlərini yaratdılar. Abşeron yarımadasının demək olar ki, mərkəzində, köhnə Suraxanı qəsəbəsi ərazisində Azərbaycanın tarixi-mədəni abidəsi - “Atəşgah” od məbədi yerləşmişdir.Məbəd hələ qədim zamanlardan XIX əsrin sonlarınadək yerin tərkindən yanar qazların püskürdüyü, sönməz “əbədi odların” alovlandığı bir yerdə ucalır. “Ədədi odlar” insanların nəzərlərini özlərinə cəlb edərək, əsən meh istiqamətində haçalanan təbii alov dilimlərinin həyacanlandırıcı gözəlliyi ilə bəşər övladlarını ovsunlayaraq yanırdılar. “Atəşgahın” tarixi taleyində Azərbaycan xalqının çoxəsrli, hadisələrlə zəngin tari- xinin böyük mərhələləri bir-birinə qovuşmuşdur.Abidənin tarixi kökləri bizi çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi e.ə. X -IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır. Zərdüştlük dünyada ən qədim dinlərdən biridir. Bu din Azərbaycan ərazisində yaranmışdır. Abşeron yarımadası isə, xüsusən neft və qaz yataqları ilə zəngin olan Suraxanı zərdüştilərin təxminən b. e. II - III əsrlərində özlərinə məbəd tikdirmələri üçün ən münasib yer olmuşdur, məbəd isə “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılmışdır. O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq “müqəddəs od” alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist olmuş Conas Hanuey (1744) Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı. İnsanlar bədbəxtlik və zülmdən müdafiə axtararaq, xoşbəxtlik və əmin-amanlıq haqqında dualar edərək oda ibadət edirdilər. Bu qədim odlardan da Azərbaycan özünün “odlar yurdu” adını almışdır. “Rusiyanın cənub qurtaracağında yerləşən Bakı şəhəri hər növ turistlərin tam və dərin marağına layiq olan bir çox şeylərdən ibarətdir; lakin heç şübhəsiz ki, sönməyən odlar özünə görə yeganə bir hadisədir, səyyahların nəzərini hər şeydən cox cəlb edir”. İ. Berezin, avqust, 1842-ci il.
@resadqarayev92152 жыл бұрын
Salam biz sizin ceklislerinizi izleyirik beyenirik yeni islerinizde ugurlar arzulayiram ALLAH qorusun sizleri.🖒🖒🖒🖒🖒