“Atasının adına yaraşmayan” iş tutdu, valideyni onu ömrü boyu bağışlamadı, ailəsi dağıldı

  Рет қаралды 396,848

1000 Production

1000 Production

Күн бұрын

Bir zamanlar Leyla deyəndə ağıla o gələrdi. Yüzlərlə analar, atalart qızlarına ona görə, daha doğrusu onun yaratdığı obrtaza görə Leyla adı qoydu. “Leyli və Məcnun” qədər olmasa da, “Leyla və Toğrul” da bir zamanlar Azərbaycanda xeyli sevildi. Sonradan isə o, Leyla kimi bütün obrazlarını əynindən soyunub qeybə çəkildi. Biri var, Xalq Artisti Zemfira Nərimanova...
Zemfira Əli qızı Nərimanova 1959-cu il, aprelin 20-də Bakıda doğulub. Orta məktəbin sonuncu sinfində oxuyanda İncəsənət Universitetinə daxil olmaq istəyən rəfiqəsi ilə birgə hüquq fənni üzrə hazırlıq müəlliminin yanına dərsə gedir. Amma dərsə gecikir. Zemfiranın müəllimi gecikdiyinə görə onu dərsə buraxmayıb qovur. Zemfira birbaşa rəfiqəsi ilə tədris teatrına gedir. Orda onu görən hər kəs onun səhnəyə yaraşdığını, gözəl fakturası olduğunu deyir. Və ona təklif eləyirlər ki, o da onlarla birgə İncəsənət Universitetinə, imtahanlara hazırlaşsın. Rus dilində təhsil aldığı üçün Zemfiranın tələffüzü çox pis olur. Ancaq buna baxmayaraq, hazırlaşır, sənədlərini universitetə verir. İş elə gətirir ki, o qəbul olunur, rəfiqəsi isə imtahanlardan kəsilir.
Bu barədə aktrisa özü müsahibələrinin birində belə deyir:
“Qəbul olunandan sonra əvvəl anama, daha sonra isə atama dedim. Atam çox sarsıldı. Çünki o, özü də uzun illər hüquq sahəsində yüksək vəzifədə işləmişdi. Məni də öz sahəsi üzrə ixtisaslaşdırmaq istəyirdi. Amma onun bütün ümidlərini puç eləmişdim. Üstəlik də, aktrisa olacaqdım. Bir gün uzun bir sükutdan sonra dedi ki, mütləq fakültə dəyişdirilməlidir. Mən də qorxudan o an razılaşdım və hər semestr fakültəmi dəyişəcəyimə söz verə-verə 5 ili belə yola verdim. Bir dəfə Şamaxı rayonuna qastrola getmişdik. Rayon rəhbərliyi ilə görüş zamanı oranın milis rəisinə məni təqdim edəndə dedilər ki, filankəsin qızıdır. İnanmadı, dedi ki, o kişinin qızı aktrisa ola bilməz. Atam ömrü boyu aktrisa olmağımı mənə bağışlamadı”.
Beləliklə, aktrisa 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olur. Artıq universitet illərindən tanınmağa başlayır. Təsadüfən bir verilişə cəmi bircə dəfə aparıcılıq etmək üçün dəvət alır. Sonra həmin veriliş çox uğur qazanır və onu daimi aparıcı kimi işə götürürlər.
Üçüncü kursun sonunda yay semestri üçün hazırlanan tamaşada Zemfira da iştirak edir. Bu tamaşaya isə dövrün ən güclü rejissorlarından biri Tofiq Kazımov da gəlib baxır. Akademik Milli Dram Teatrında Tofiq Kazımovun quruluş verdiyi “Yastı təpə” tamaşasına aktrisa lazım olur. Rejissor bu tamaşadakı Şeyda roluna Zemfiranı dəvət edir.
Aktrisa 1980-ci ildə rejissor Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülür. Ancaq təəssüf ki, “Yastı təpə” tamaşası Zemfira xanımla Tofiq Kazımovun son birgə işi olur. Tofiq Kazımov 1980-ci il, avqustun 2-də avtomobil qəzasına düşərək həyatını itirir.
Bundan sonra rejissor Hüseynağa Atakişiyev bir müddət dram teatrında baş rejissor kimi fəaliyyət göstərir. Həmin ərəfədə aktrisanın tamaşaları yenidən artmağa başlayır. Hüseynağa müəllimin vaxtında Hökümə Qurbanovadan sonra ikinci aktrisa olaraq Kleopatra rolunu oynayır. Aktrisa həmin dövrü belə xatırlayır:
“Hökümə xanım da çox böyük sənətkar idi. Amma bir məsələ var ki, o, özünə görə yox, qızı, rəhmətlik Vəfa xanıma görə məni bir az qısqanırdı. Bütün müsbət səhnə fakturalarıma baxmayaraq, Hökümə xanım məni heç vaxt aktrisa kimi qəbul etmirdi. Onun böyüklüyünü mən o zaman anladım ki, “Kleopatra” tamaşasından sonra mənə yaxınlaşıb belə demişdi: “Bundan sonra bu səhnəni sənə tapşıra bilərəm”. Bu sözlər mənim üçün çox böyük alqış idi. Bircə şeyə heyfsilənirəm ki, o vaxtlar Hökümə xanım tez-tez məni öz otağına dəvət edirdi. Ancaq təəssüf ki, mənim ovaxtkı cavanlıq xudbinliyim mənə imkan vermirdi ki, onun yanına gedib, onunla söhbətləşib, ondan nələrsə öyrənim. İndi bunun peşmanlığını çox çəkirəm. Çünki günlərin bir günü o yox oldu...”
Aktrisalıq fəaliyyəti dövründə Zemfira Nərimanova “Yastı təpə”, “Yad adam”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Dəlilər və ağıllılar”, “Atabəylər ailəsi”, “Sizi deyib gəlmişəm...”, “İblis”, “Lənkəran xanının vəziri”, “Özümüzü kəsən qılınc”, “Qapalı orbit”, "Ordan burdan",“Göz həkimi”, “Sarıköynəklə Valehin nağılı”, “Pəncərədə işıq” tamaşalarına, “Müqəddəs torpaq”, “Otel otağı”, “Axırıncı dayanacaq” filmlərinə çəkilib.
Ümid edək ki, bir zamanlar səhnədən, ekrandan insanların ürəyinə yol tapan aktrisa o yolun davamını addımlamada özündə güc tapacaq.

Пікірлер: 487
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
BOŞANMIŞ QADINLA EVLƏNƏN MƏŞHURLAR
8:09
AZnews
Рет қаралды 410 М.
Azərbaycanın Alen Delonu. Rafael Dadaşov
37:40
AStar
Рет қаралды 10 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН