Aygün Bəylər - Tut Ağacı (Nanəli)

  Рет қаралды 61,593

ATV Music

ATV Music

3 жыл бұрын

ATV-də yayımlanan bütün mahnıları KZbin-da izləmək üçün rəsmi kanalımıza abunə olun: bit.ly/atvmusic-subs
Nanəli 02.01.2021
#atv #azadazerbaycan #atvmusic
#AygünBəylər #AygunBeyler
ATV kanallarına ABUNƏ OL:
ATV Music ► bit.ly/atvmusic-subs
ATV Show ► bit.ly/atv-subs
ATV Cinema ► bit.ly/atvcinema-subs
ATV Maqazin ► bit.ly/ATVmaqazin10larla-subs

Пікірлер: 84
@Muha-ue9zf
@Muha-ue9zf 6 ай бұрын
Оллох рахматига олган булсин ман жуда мухлиси эдим узбекистон хоразмдан тазиямни кабул эт
@user-yt9sj5tq6c
@user-yt9sj5tq6c 4 ай бұрын
Təşşəkkür
@DilfuzJurayeva
@DilfuzJurayeva 3 ай бұрын
Nima kasal bulganla
@DilfuzJurayeva
@DilfuzJurayeva 3 ай бұрын
Ollox raxmatiga olsin joylari jannatda bulsin omin❤
@saatli_rayon
@saatli_rayon 6 ай бұрын
Bu dünyadan Aygün Bəylər adlı bir sənətkar keçib-getdi... Kimsə "böyük sənətkar", kimsə "adi müğənniydi" dedi, biri heç bəyənməyibmiş, başqası vurğun imiş. Sevənlər sevməyənlərə kükrədi, sevməyənlər sevənlərə lağ elədi. Hər dəfə gündəmdə olan hadisələrdə etdiyimiz kimi, heç kim qarşı tərəfi başa düşmək istəmədi... Sevənlərin cərgəsində olduğum üçün bir az özümü ifadə etməyə çalışacam, anlayan anlayar, anlamayanlara özüm icazə verirəm: lağ eləməyə davam edin, incisəm o tut ağaclarının yanına gedim... Nə ifa tərzinə, nə səsinə toxunmayacam, mənim istədiyim diqqətinizi başqa tərəfə çəkməkdi. Bizim illərin (80-90) uşaqları üçün o Aygün Hümbətova kimi, Uşaq Filarmoniyasının solisti olaraq başlamışdı. Nəyə görəsə əvvəllər yadımda "Bənövşə uşaq xoru" kimi qalmışdı, sonra əslini bildim. Başındakı qədeşsayağı kepkası, əynindəki şalvarıyla, maskulin görünüşü və davranışı ilə kənd mühitində boğulan qızların da ilham yeri olmuşdu. Dorğusuyla-yanlışıyla bu tərz bir yenilik idi və yenilik də kənd qızları üçün nəfəslik demək idi... Tez-tez yeganə olan kanalda görünər, əsasən xalq mahnılarıyla bizi feyziyab edərdi. Səhvim varsa düzəldin: mən onun bir dənə də bayağı mahnı oxuduğunu heç xatırlamıram... Sonra o möhtəşəm mahnı gəldi. Artıq yetişkin idik. Hansı il olduğu da dəqiq yadımda deyil, ancaq neçə ildi mənə elə gəlir ki, sanki evimizdən, həyətimizdən, kəndimizdən uzaq düşdüyüm gündən bəri o mahnı mənimlə var. Tut ağacım, tut ağacım, Aman yerim, güman yerim. Xatirələr qanadında, Yaşatdığım pənah yerim. Nadir kənd həyəti olar ki tut ağacı olmasın, nadir insan olar ki o ağacla bağlı pis-yaxşı xatirəsi olmasın. İnanmırsızsa mahnının KZbin-dakı videolarının altına yazılan rəyləri oxuyun. Tut ağacım, tut ağacım, Sirli sözüm, anan yerim. Tut ağacım, ucalığım, De, arzuma necə çatım? Tut ağacını tanıyanlar bilir, onda bir nəhənglik, əzəmət var. Adama - xüsusilə də uşaq olanda elə gəlir ki bu ağac dünyadakı bütün sevdiklərini öz kölgəsində toplaya, qol-qanad gərə bilər. Nədənsə həm də adama elə gəlir ki, başqasına və ya dünyaya olan bütün hikkəni bu ağacdan çıxa bilərsən və o heç zaman səndən inciməz. Axı o əzəmətlidi, nəhəngdi, sənin uşaq canınla sındırdığın o budaqlarla, qocaman gövdəsinə sancdığın mismarlarla ona nə olacaq ki? Nə biləydik ki, zamanla o şirin xatirələrin sorağıyla axtaranda daha tapa bilməyəcəyik o nəhəngliyi. De, köksünə neçə çarpaz dağ çəkmişəm? Neçə körpə budağını mən əzmişəm? Bir gün, şirin xatirələr sorağıyla, Səni gözləyəcəyimi bilməmişəm... İndi çoxunuzun həyətində elə bizimki kimi nə o möhtəşəm tut ağacları var, nə tutub sallanacağınız, ya da bıçaqla cürbəcür adlar yazacağınız budaqları, nə yelləncək, nə o sərin kölgə... Bizimkinin yerində qupquru qurumuş kötüyü var idi, o da yoxa çıxıb. İndi sənin budağında, Bir iz qoymaq müşkül olub. Əl çatmayan arzulartək, Xatirələr dönməz olub. O xatirələr kimi tut ağaclarımız da əlçatmaz olub. İndi yoxsan yuxularda, Mən gördüyüm röyam kimi. İndi yoxsan o göylərdə, Əl çatmayan ulduz kimi... Ancaq nə yaxşı ki bu dünyada Zəkirə Allahverdiyeva adlı biri bu şeiri yazdı, Aygün Səmədzadə adlı bəstəkar mahnı bəstələdi və Aygün Bəylər adlı bir müğənni bu mahnını o qədər möhtəşəm oxudu ki, nə vaxt səslənsə bütün o acılı-şirinli xatirələr gözümüzün önündən film kimi keçir, qəhər boğazımızda düyünlənir, gözlərimiz dolur-boşalır, sonra üzümüzə təbəssüm qonur. İndi bizim yaşıdlar, bizim nəsil, yəni Aygünsevərlər yenə onun diliylə sanki üzümüzü əlimizdən uçub gedən xatirələrimizə tutmuşuq: Daima düşünür xəyalım səni, Dilimdən düşməyir ismin bir an da. Sözümün hər biri bağlanıb sənə. Sən mənim nitqimin nida yerisən... Əmin olun, bir zaman gələcək siz də hansısa illəri bu cür axtaracaqsız: Sanıram daima yanımda səni, Tənhalıq zamanı sükut olanda. Ürəyim boşluqda hayqıran zaman, Sən mənim könlümün səda yerisən. Anar Nağılbaz da, Aydın Xırdalanlı, Rəhim Rəhimli də, başqa o nəsildən olan bütün məşhurlar öləndə biz onların şəxsiyyətiylə, sənətiylə birgə həm də ötüb gedən xatirələrimiz üçün pis olmuşuq. Odur ki, insanların emosiyalarını anlayın. Hörmət etməsəniz də olar. Elə-belə, anlamağa çalışın, bəsdi... Qəlbimdən çıxara bilmirəm səni, Səninlə damarda axır qanım da. Könlüm də, canım da fədadır sənə, Sən mənim ruhumun qida yerisən.. Fariz Bayramov
@konulrzayeva11
@konulrzayeva11 6 ай бұрын
Çox sağ olun gözəl sözlər üçün.Hər kəsin ürəyindən keçənləri yazmısınız.Allah rəhmət eləsin sənətini mükəmməl bilən sənətkarımıza.Bəli biz onu Aygün Hümbətova kimi tanıdıq ,Aygün Bəylər kimi sevdik , xalqın artisti kimi vidalaşdıq.Ruhun şad olsun .Xatirimizdə tut ağacı ifasının möhürünü vurmuş sənət fədaisi kimi qaldınız.
@sehlaesedova6048
@sehlaesedova6048 4 ай бұрын
Əllərinizə sağliğ👏👏👏Coxlarinin ürəyindən kecənləri zəhmət cəkib qələmə aldiniz.Cox sag olun
@user-vo5je3dd6o
@user-vo5je3dd6o 4 ай бұрын
Çox sağ olun.Ürəyimdən keçənləri yazmısınız.
@gunayeliyeva6626
@gunayeliyeva6626 6 ай бұрын
Allah rəhmət eləsin gözəl insan 😢....her adama bu sözler deyilmir .medeni geyimini bilen sözünü bilen əsl sənətkar
@qahirebalayeva6118
@qahirebalayeva6118 5 ай бұрын
Nanə xanım cox sağ ol ki sözün əsl mənasında sənətkarlara cox dəyər verirsən❤❤❤
@Fethi52
@Fethi52 6 ай бұрын
Allah Rəhmət Elesin Şəxsən Mənim Həyatmda Xalq Artistim Hər zaman Düzgün Geyiminlə, Düzgün Əxlaqınla Seçilmisən Rahat Yatasan İnşallah Şəhzadəm🖤
@gulkarasu7080
@gulkarasu7080 3 жыл бұрын
Çok duygulandım bizim de dut ağaçlmlz vardl seneler önce ninemin yazlığında çocukluğumuz kecdi ama şimdi o efsene günler hep hayal olarak kaldl maalesef 😪🌳
@kadikoykadkkoy3224
@kadikoykadkkoy3224 3 жыл бұрын
Aygun bacim seni cok sevuyorum ureguna saglik Özbekustandan selamlar 👭
@rayastudinskaya2899
@rayastudinskaya2899 6 ай бұрын
Rehmete gedib😪
@yusifildirimzade2964
@yusifildirimzade2964 3 ай бұрын
Allah sənə rəhmət eləsin əziz bacım AYĞÜN xanım😢
@katiainamli9435
@katiainamli9435 3 ай бұрын
Mən səhər tezdən telefonu açıb oxuyarkən Fariz Bayramovun şərhini oxudum.Aygun qızımız uçun çox ağlamışam.Lakin bu şərh məni hönkürtü ilə ağlatdı.Firuz balam bu şərh Aygün xanımın bir kətan üzərində tablosunu əks etdirdi.
@elsadimanov9783
@elsadimanov9783 3 жыл бұрын
Allah saxlasin seni Aygun beyler. Bakimizin fexri. Dahi senetkari.
@user-ot7pt1vo1b
@user-ot7pt1vo1b 5 ай бұрын
Оллох рахмат килсун Гузал овози бор эди
@user-yt9sj5tq6c
@user-yt9sj5tq6c 6 ай бұрын
Hər kəsin həyatında və həyətində bir tut ağaxı vardı .
@user-qw1cc6yr3p
@user-qw1cc6yr3p 6 ай бұрын
Hele hec bir senetkarin olumune bu qeder uzulmemiwdim, bu qeder aglamamiwdim. Cox pis tesir etdi mene(( Bir insani onu itirenden sonra qediri bilinir. Biz coox boyuk sesi, cox boyuk senetkari itirmiwik. ((
@zenfiragulueva6855
@zenfiragulueva6855 5 ай бұрын
Neçe bele tut ağaclatı qurudu xatireler qaldı😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢senin kimi evezsiz senetkar😢😢😢😢😢😢
@rustamqasanov1332
@rustamqasanov1332 6 ай бұрын
Allah rəhmət eləsin .Ya Rəbbim
@vuqarabbasov867
@vuqarabbasov867 6 ай бұрын
Allah rehmet elesin heyif dahi senetkar itirdiy🤲🏻🥀🥀
@user-yt9sj5tq6c
@user-yt9sj5tq6c 6 ай бұрын
Gözəl 😮 insan , böyük sənətkar , səni heç vaxt unutmayacağam. Övladlarıma sən haqqda danışacam , nəğmələrini dinlədədcm. Sənin cismin getdi sadece 🤍
@MingecevirqrupuOffical
@MingecevirqrupuOffical 6 ай бұрын
Allah senetkara rehmet elesin amin
@BakuBaku-dp7yc
@BakuBaku-dp7yc 3 ай бұрын
ALLAH RƏHMƏT ELƏSİN.
@vtn_qz
@vtn_qz 6 ай бұрын
Mekanin cennet olsun sevimli Aygunumuz butun ifalarini kovrelerek dinleyirem😢😢😢😢
@_Nr_313
@_Nr_313 6 ай бұрын
Ozunu Xalqa sevdıren, uşaqlıq ıllerımızın senetkarı Azerbaycan musıqı tarıxınde ız qoydu getdı Allah rehmet elesın 😢
@orxamquliyev6166
@orxamquliyev6166 6 ай бұрын
😢😢😢😢Allaha Rehmet elesin boyuk senetkar itrdi Azerbaycan 😢😢😢
@user-or1pl2yt6e
@user-or1pl2yt6e 3 жыл бұрын
Aygun Beylere halal olsun sozu temiz, ozu temiz sesde ki mawallah welaledi axir.Geyiminde bir o bawindaki iwderi korluyur😊😊
@magaraadam7601
@magaraadam7601 6 ай бұрын
Bəli razıyam keşkə ayrılığlar olmaya
@mailmail1181
@mailmail1181 6 ай бұрын
Allah rəhmət eləsin.Tez köçdün.Məkanın cənnət olsun,gözəl insan.
@sevincseferli5131
@sevincseferli5131 Жыл бұрын
Mən hər gün Dubayda dəniz kənarinda gəzə gəzə bu müsiqiyə qulaq asiram
@elmiraquliyeva3936
@elmiraquliyeva3936 5 ай бұрын
Sən həyatda ikən bir neçə mahnınla məni ağladırdın,ən çox tut ağacınla ay qızım.Həyətimizdəki tut ağacına baxa bilmirəm sən dən sonra. Bu dünyada rahat yaşıya bilmədin ay qızım,Allah o dünyada rahatlıq versin,ruhun şad olsun.
@user-ee9qh1bs2n
@user-ee9qh1bs2n 3 ай бұрын
Allah qəni qəni rəhmət eləsin qəbri nurla dolsun inşallah Amin
@zkiyyliyeva-vi9ys
@zkiyyliyeva-vi9ys 6 ай бұрын
Sədən birdə olmayacag!YERİN CƏNNƏT OLSUN!
@elnurabbasov3584
@elnurabbasov3584 3 жыл бұрын
Sən Azərbaycanlı qadınsan Nanə xanım bu geyiminin heç yeri yoxdu hər kəs izləyir səni
@nanakishadow1223
@nanakishadow1223 4 ай бұрын
Nanə xanım Siz elə bu fəaliyyətinizə böyüksus!! Ruhu mütləq şaddır inşaallah. Amin!!!
@Ramilliyev-ed3rw
@Ramilliyev-ed3rw 26 күн бұрын
Aygün xanım sag iken rehmet qazanmışdı Allah rəhmət eləsin
@Elnur370
@Elnur370 6 ай бұрын
Aygün xanım Allah sizə rəhmət eləsin heyif ki,tez köçdüz bu dünyadan.Allah ailənizə səbr versin
@gurdgurd3216
@gurdgurd3216 6 ай бұрын
Allah rəhmət eləsin.....
@eyvazmemmedov4629
@eyvazmemmedov4629 6 ай бұрын
Allah Rehmet Elesin.Mekanin Nurla Dolsun Deyerli Senetcimiz
@user-vu3ef3my5f
@user-vu3ef3my5f 6 ай бұрын
Azərbaycan incəsənəti,mədəniyyəti nə itirdiyini hələ dərk etmirik.Fenemenal bir sənətkar getdi ki,onun kimisi birdə olmayacaq.Nazirlik qoy hələ yatsin.amma onlar yatmir alverlə məşguldu.
@user-pz2zs8mp5s
@user-pz2zs8mp5s 3 жыл бұрын
Aygun beyler sesinize quvvet....
@ilahsfrliyeva
@ilahsfrliyeva 6 ай бұрын
ALLAH RƏHMƏT ETSİN... MƏKANIN CƏNNƏT OLSUN SƏNƏTKAR !
@medetovasebine1927
@medetovasebine1927 6 ай бұрын
😢Allah rəhmət eləsin heyif...
@zenfiragulueva6855
@zenfiragulueva6855 5 ай бұрын
😢😢😢😢😢😢😢😢hamının sevimlisi😢😢😢😢😢
@googleuser4053
@googleuser4053 3 ай бұрын
Elvida Aygun 😢 Senden birdaha olmayacag yetim braxtin bizi gettin😢 indi kimi dinleyim men gerib ellerde
@akayelgezdi5361
@akayelgezdi5361 10 ай бұрын
Bu mahnıya,mühür vurmuş,aygün beyler❤❤❤
@user-dt2bw9mf5q
@user-dt2bw9mf5q 6 ай бұрын
Аллах рахмат еласин😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@pervanehesenova2933
@pervanehesenova2933 6 ай бұрын
Allah rəhmət eləsin🤲🥀🥀heyf...
@sadiqkazmov8715
@sadiqkazmov8715 3 жыл бұрын
Senetkar
@user-zd1mn8xv7p
@user-zd1mn8xv7p 3 жыл бұрын
Aygunun vizit karti
@ulviesrefov488
@ulviesrefov488 2 жыл бұрын
Ən çox Sevdiyim iki qadın müğənni var biri Aşıq Zülfiyyə biri Aygün Bəylər....
@allahverdiismayilov5652
@allahverdiismayilov5652 6 ай бұрын
Artıq biri yoxdu...🚬
@user-or1pl2yt6e
@user-or1pl2yt6e 3 жыл бұрын
Aparici дискотейкoйнан еfiri sef salib. Gel gel deyir.Ayib olsun
@clari-net6133
@clari-net6133 3 жыл бұрын
Her signature piece.....nice
@anarrehimov6142
@anarrehimov6142 6 ай бұрын
Allah rehmet elesin😢 1:34
@fermanbabayev1799
@fermanbabayev1799 Жыл бұрын
Bu səs birde gelmez
@derinsu7800
@derinsu7800 6 ай бұрын
Allah rehmet elesin
@ilkinAbdullayev74
@ilkinAbdullayev74 3 жыл бұрын
👍👍❤
@romazaqatala
@romazaqatala 6 ай бұрын
Allah rehmet elesin😢
@tutuhuseynova7444
@tutuhuseynova7444 6 ай бұрын
Allah rəhmət eləsin!
@user-pw9hh5fs3h
@user-pw9hh5fs3h 6 ай бұрын
Аллах рахмат еласин😭😭😭
@user-se4ls4be8v
@user-se4ls4be8v 6 ай бұрын
Allah rehmet eləsin
@vafaalasgarova8110
@vafaalasgarova8110 6 ай бұрын
❤❤
@milenaaliev4547
@milenaaliev4547 5 ай бұрын
😢😢😢
@seyedadel
@seyedadel 3 жыл бұрын
🌹🌹🌹🌹👌👌👌🌹🌹🌹
@natavanhasanova9157
@natavanhasanova9157 6 ай бұрын
😢😢😢😢😢
@marinah-s1568
@marinah-s1568 6 ай бұрын
Дайте пожалуйста перевод этой прекрасной песни на русский язык 🎉❤🎉❤
@qaribaxasanova3641
@qaribaxasanova3641 5 ай бұрын
ЭТО ДЕТСКИЕ ВОСПОМИНАНИЯ, О ТУТОВОМ ДЕРЕВЕ , КОТОРОЕ РОСЛО В САДУ КАЖДОЙ ДЕРЕВНИ И ТО ЧТО , КАК ЛАЗАЛИ НА ЭТО ДЕРЕВО, ЛОМАЯ ВЕТКИ, И ДЁРГАЛИ ЛИСТЬЯ. НО ПОВЗРОСЛЕВ, ПОНЯЛИ ЧТО ОНИ ПРИЧИНЯЛИ БОЛЬ ЭТОМУ ДЕРЕВУ.. ДУМАЮ, ЧТО СМОГЛА ОБЪЯСНИТЬ СУТЬ ПЕСНИ. БЛАГОДАРЮ, ЗА ИНТЕРЕС К ПЕСНИ. НАШЕЙ ЛЮБИМОЙ ПЕВИЦЫ, КОТОРУЮ МЫ НЕДАВНО ПРОВОДИЛИ В ПОСЛЕДНИЙ ПУТЬ😢😢😢 СВЕТЛАЯ ПАМЯТЬ ЕЙ🙏🙏🙏
@anaragayev2423
@anaragayev2423 Жыл бұрын
Bəh bəh.....
@lgman229
@lgman229 3 жыл бұрын
Bizim televiziya iscilerimiz basga olkelerin gadinlarina baxib biraz zovg goturseler yaxsi olardi
@user-cm6oc9fl3u
@user-cm6oc9fl3u 2 жыл бұрын
Ewg olsun
@SHUMER1189
@SHUMER1189 8 ай бұрын
Ayğün Bəylər ğözəl müğənnidir.
@elgunseydayev1315
@elgunseydayev1315 6 ай бұрын
Aygun Beyler gozel xanim emekdar artisti.Allah rehmet eylesin .
@SHUMER1189
@SHUMER1189 6 ай бұрын
@@elgunseydayev1315 Beğem Ayğün Beyler rəhmetə ğedib ?
@ruslanabdullayev2975
@ruslanabdullayev2975 6 ай бұрын
😢
@vidadihalalofficial7677
@vidadihalalofficial7677 2 жыл бұрын
👏.
@kenanguloglu5228
@kenanguloglu5228 2 жыл бұрын
Senin qedrini bilmir azerbaycandaki nazirlikler bu ses birde gelmez
@gunayguseynova1260
@gunayguseynova1260 3 жыл бұрын
Bu naneni istudiyaya çixardanar demelidi ağbirçekler yaşdi insanlar verlişe baxilar ayibdi bu ne geyimdi insan özünü. Yaxşi cavanara örnek ve özünü örnek ve numunevi. Esil azerbaycabimizin oqeder kasib ama üreyi merd ve namuslu qadinari var vala bezi aparicilar var onun geyindiyi ve apardiqi verlişderi görende. Şexsen öz adiman deye bilerem. utaniram
@RedmiNot8-ne4cb
@RedmiNot8-ne4cb 6 ай бұрын
Allah rehmet elasin
Aygün Bəylər - Sevərsənmi (Nanəli)
5:49
ATV Music
Рет қаралды 123 М.
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 55 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 31 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,8 МЛН
Qarabağ Üçün Oxu -2 ("Tut ağacı", "Aman aman ayrılıq")
8:21
Qarabağ Üçün Oxu
Рет қаралды 2,9 МЛН
Aygün Bəylərin son müsahibəsi
50:14
R TV
Рет қаралды 287 М.
Mirələm Mirələmov - Təkcə mənim olaydın (Nanəli)
7:42
ATV Music
Рет қаралды 25 МЛН
Aygün Bəylər - Tut ağacım
6:06
Aygün Səmədzadə
Рет қаралды 2,5 МЛН
Emil Rəhmanov və Əli Mirəliyev - Bir xumar baxışla
6:23
Kəpəz TV
Рет қаралды 146 М.
Eyyub Yaqubov, Aygün Bəylər, Mehri Asadullayeva - Canlı İfa
10:44
Prezidentdən öz ad günündə Aygün Bəylərə təsirli jest
6:38
Aygün Bəylər - Xatirədir (Nanəli)
2:38
ATV Music
Рет қаралды 159 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 17 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 1,8 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 255 М.
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 432 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 77 М.