AXC-nin xüsusi xidmət orqanında çalışan Lavrenti Beriya Bakıdan niyə qaçdı? - ARAŞDIRMA

  Рет қаралды 11,314

Baku TV

Baku TV

Күн бұрын

AXC-nin xüsusi xidmət orqanında çalışan Lavrenti Beriya Bakıdan niyə qaçdı? - ARAŞDIRMA
Təxminən 100 il əvvəl Bakı müxtəlif ideologiyada olan inqilabçıların məskəni olub. Vaxtilə Bakı küçələrində kimlər gəzməyib? Stalin, Orconikidze, Kirov, Beriya və başqaları.
Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq üçün təhlükəsizlik qurumlarının yaradılmasına böyük ehtiyac vardı.
İnqilabçılar şəhəri Bakıda baş vermiş ən sirli hadisələrdən biri sonralar SSRİ-nin daxili işlər naziri olmuş Lavrenti Beriyanın Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarında çalışmasıdır. O zamanlar Beriya çox gənc idi, cəmi 21 yaşı vardı. O, Müsavat hökumətinə işləməsini onunla əsaslandırıb ki, Bakıda və Həştərxanda olan kommunistləri, eləcə də 11-ci Qızıl Ordunu informasiyalarla təmin edib, əldə etdiyi məxfi məlumatları onlara göndərib. O bu fəaliyyətinə Mikoyanı şahid göstərib. Həmin vaxt Bakıda kommunistlərin gizli təşkilatına 27-ci komissar Anastas Mikoyan rəhbərlik edirdi.
1938-ci ildə SSRİ rəhbərliyi tərəfindən Beriyanın Moskvada fəaliyyət göstərməsi məqsədəuyğun sayılaraq onu xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin ediblər. Cəmi üç aydan sonra isə Beriya NKVD-yə başçılıq edib. Əslində, ilk vaxtlar Yejov kimi qaniçəndən sonra Beriyanın NKVD-də rəhbərliyə gətirilməsi insanlarda NKVD xofunu bir az azaldıb. Amma NKVD yenə də əvvəlki kimi Stalinin tapşırığı ilə repressiya maşını funksiyasını yerinə yetirib.
Beriya Stalin üçün ən etibarlı silahdaş olub. Rəhbərin bir çox məxfi tapşırıqlarını Beriya icra edib. Beriya partiyada olan yeganə şəxsdir ki, Stalinin yanında əlini cibinə salıb.
Tehran konfransında Amerika Birləşmiş Ştatlarının prezidenti Ruzvelt Stalindən Beriyanın kimliyini soruşanda sovet lideri belə cavab verib: “Almaniyada Himmler olduğu kimi, SSRİ-də də Beriya var”.
Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
AXC-nin xüsusi xidmət orqanında çalışan Lavrenti Beriya Bakıdan niyə qaçdı? - ARAŞDIRMA
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #araşdırma #beriya #stalin #lavrentiyberia #bakı #inqilab #bağırov #rəsulzadə #qızılordu #gürcüstan #kirov #nəsimanyaqublu #məmmədəminrəsulzadə
00:00 Giriş
00:40 20-ci əsrin əvvəlində Bakıda 22 milyonçu vardı
00:51 Rəsulzadə ilə Stalinin yolları nə üçün ayrıldı?
02:07 İnqilabçılar şəhəri Bakıda baş verən ən sirli hadisə
03:14 Beriya Gürcüstandan Bakıya sürgün olunur
03:53 Beriya qəfildən yoxa çıxır
05:22 Bakıda müsavatın gizli təşkilatı yaradılır
06:17 Beriya ikiüzlü adam idi
06:55 Stalinin yanında əlini cibinə sala bilən yeganə şəxs o idi
07:07 Stalin əleyhinə səs verənləri aradan götürdü

Пікірлер: 8
@turalzeynal3
@turalzeynal3 2 ай бұрын
Bizim çörəyimizin suyumuzun içində nə varsa yeyən bizə qarşı çıxır bizi minir Allah bəlaların versin beriya lelin stalin hamsın
@yuxukimishorts
@yuxukimishorts 2 ай бұрын
HALBUKİ, RƏSULZADƏ KREMLDƏ YÜKSƏK VƏZİFƏDƏ, STALİNİN QURTARICISI KİMİ FƏALİYYƏT GÖSTƏRƏ BİLƏRDİ. AMMA ...
@anarselimzade9969
@anarselimzade9969 2 ай бұрын
Var olasınız, Nəsiman bəy!
@ayvengo1536
@ayvengo1536 2 ай бұрын
Indi yegin ki 300 milyonchu olar amma hamisi ogru ,gorxusundan ortaya cixara bilmirler ki sorusharlar haradandir ,nece desinler ki dovleti ve xalgi talayirlar memurlar milyonchular !
@yuxukimishorts
@yuxukimishorts 2 ай бұрын
Bəlkə də, Rus monarxiyası dağılmasaydı, M.Müsvik, Dilbər kimi yazdığı əsərlərinə görə isgencelerle oldurulmezdiler
@HuseyinYusifov-fq4gc
@HuseyinYusifov-fq4gc 2 ай бұрын
Beriya kəsdiyi çörəyə xəyanət elədi və cəzasını çəkdi
@ElcinMmmdgil
@ElcinMmmdgil 2 ай бұрын
İndide. Beledir . Kim. Türkü. Sevmir , Türk'e. Duwmandirsa Bakida. Kef. Edir .
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 135 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
İstintaq davam edir - Nəfs qurbanları
23:04
İCTİMAİ TV
Рет қаралды 57 М.
Stalinning qilichi | Lavrentiy Beriya | U kim edi?
19:03
Alimoff
Рет қаралды 124 М.
De orange watermelon #viral #brightlightcomedy #funny #brightli
1:01
brightlight Comedy
Рет қаралды 22 МЛН
Inside Out Team VS E E Ei Meat Team - Who wins?
0:23
AmogusMan
Рет қаралды 9 МЛН