Рет қаралды 274,762
Hazırda xərçəng xəstəliyi və onunla mübarizə yolları ilə bağlı xeyli sayda araşdırmalar davam edir. Bu günədək bir çox araşdırmalar aparılıb və çoxu uğurla nəticələnib. Amma təəssüf ki, xüsusilə, inkişaf etməkdə olan (İEOÖ) ölkələrdə xərçəngə tutulanların sayı günbəgün artmaqdadır. Xərçəngin yaranma səbəbləri sırasında artıq çəki və düzgün qidalanmamaq ən çox rast gəlinənlərdir. Bəli, hər gün fərqində olmadan kanserogen qidalar qəbul edirik. Ən pisi də odur ki, xərçəng əmələ gətirən qidaları çox sevirik. Aparılan bir neçə araşdırma zamanı əldə edilən nəticələr ümumiləşdirildikdə, hansı qidaların xərçəng əmələ gətirdiyi məlum olub. Bu videoda xərçəngə səbəb olan 10 qida haqqında danışacağam.
1. Trans yağlar. Bu yağlar müxtəlif qidalarda var. Konservlər, fast-foodlar və hazır qidalar siyahının başında gəlir. Trans yağlar nədir? Trans yağ təbii yağ növü deyil. İnsan sağlamlığına zərərli olan trans yağ bitki tərkibli yağa “hidrogenerasiya” adlandırılan prosedur tətbiq etməklə əldə edilən yağdır. Və mütəxəssislər bu yağların müxtəlif xərçəng növləri əmələ gətirdiyi barədə həmfikirdirlər.
2. Soyuq yeyilən qidalar. Emal edilmiş soyuq qəlyanaltıların tərkibində zərərli maddələr var. Xüsusilə, ət məmulatlarının hazırlanmasında geni dəyişdirilmiş heyvanlardan, müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Üstəlik, bu məmulatların tez xarab olmaması üçün içinə nitrat inyeksiya edilir ki, bu da birbaşa insan sağlamlığının düşmənidir.
3. Qırmızı ət. Paketlənmş qırmızı ətlər, adətən, zərərli miqdarda duzlanır. Yaxud, tüstüyə verilir. Rəf müddəti uzadılsın deyə, ona vurulan maddələr də insan orqanizminə zərərlidir. Bu emal prosesləri həm bağırsağa ziyan vurur, həm də müxtəlif xərçəng növləri yaradır. Bununla bərabər, qırmızı əti çox sevən insanlar xərçəng əleyhinə vasitə sayılan göyərtini az yeyir. Bu, o demək deyil ki, yediyiniz hər ət xərçəng əmələ gətirir. Xeyr! Sadəcə, çalışın, təzə ət yeyin.
4. Şəkərsiz qazlı içkilər. Fərqli firmaların bizə təqdim etdiyi çeşid-çeşid məhsulların reklamında “pəhriz” sözü tez-tez işlədilsə də, şəkərsiz içkilər də şəkərli içkilər kimi, orqanizm üçün təhdiddir. Süni dadlandırıcılar beyin xərçəngi və qan xərçənginin əmələ gəlməsinə səbəb olur.
5. Hovuz balıqları. Çay və okean balıqlarından fərqli olaraq, süni göllərdə və hovuzlarda yetişdirilən balıqlara antibiotiklər, kimyəvi dərmanlar verilir. Bu da sonradan artıq çəkiyə və orqanizmdə toksinlərin yığılmasına gətirib çıxarır. Qeyd edim ki, çay kənarında balıq tutmaq ruhi sağlamlığa da faydalıdır.
6. Konservlər. Konserv qidaların tərkibindəki ən zərərli maddə bisfenol A-dır. Dəmir qabdakı konservlərin istehsalında istifadə edilən bu kimyəvi maddə xərçəng əmələ gətirməkdə hünərlidir. Xüsusilə, döş xərçəngini... İstehsalçılar bu iradı qəbul etmirlər. Amma xeyriyyə qurumlarının hesabatlarında konservlərin xərçəng əmələ gətirməsi aydın sözlərlə qeyd olunur.
7. Alkoqollu içkilər. Son illərədək alkoqollu içkilərin müxtəlif xəstəliklərin qaynağı olduğu bilinirdi. Amma bu siyahıda xərçəngin adı yox idi. Amerika Xərçəng Araşdırmaları Assosiasiyası isə bu fikirdə deyil. 2010-cu ildə çox içilən pivənin bağırsaq, 2018-ci ildə isə digər alkoqollu içkilərin mədə və döş xərçənginə səbəb olduğu maşkarlandı. Bundan əlavə, hamısı xərçəngdən olmasa da, ABŞ-da hər 100 insandan 5-nin alkoqol səbəbiylə ölməsi məlumdur.
8. Yanmış yeməklər. Kababın yanmış küncü ən dadlı yer ola bilər. Amma onu yeməzdən qabaq iki dəfə düşünsəniz, yaxşı olar. Yanmış hissə canlılar üçün zərərlidir. Yanan qidaların tərkibində akrilamid adlı maddə əmələ gəlir. 2007-ci ildə tamamlanan bir araşdırma (İstiliklə yaradılan qida toksikantları: müəyyənləşdirmə, xarakterizə və riskin minimuma endirilməsi) akrilamidin insanları xərçəng riskinə məruz qoyduğunu təsdiq edib.
9. Turşu növləri. Turşunun orqanizmə faydası olduğu qədər də ziyanı var. Necə? Turşular xərçəngin yaranmasında birbaşa iştirak etmir. Amma xərçəngin, xüsusilə, mədə xərçənginin ilkin mərhələsində onun dostuna çevrilir və inkişafını dəstəkləyir.
10. Mayalı qidalar. Bu qidaların xərçəngi yaratdığına və yaxud inkişafına kömək etdiyinə dair mübahisələr hələ davam etməkdədir. Bəziləri mayanın qidalandırıcıdan başqa bir şey olmadığını iddia edir. Digərləri isə hüceyrə xərçənginin və ya qida borusu xərçənginin günahını mayada axtarır.