Рет қаралды 784
Sponsorluq, Reklam və İş təklifləri üçün;
/ farahimgasim (DM)
/ blnm_yengercekler (DM)
ferahim1453@gmail.com (e-mail)
Ayna Mahmud qızı 1895-ci ildə Dəvəçi indiki Şabran rayonunun Pirəbədil kəndində doğulub. 1912-ci ildə Bakıda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilən "Müqəddəs Nina" gimnaziyasını bitirib. 1917-ci ildən etibarən bolşeviklərlə sıx əlaqələr qurmağa başlayır. Bu əlaqələr o qədər genişlənir ki, 1918-ci ildə Mart soyqırımı törədilən zaman o, bolşevik mövqeyinin tərəfdarı kimi çıxış edir. Mart qırğınından bir müddət sonra, daha dəqiq, 25 aprel 1918-ci ildə S.Şaumyanın rəhbərliyi ilə kommuna yaradılır. Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov yeni yaradılmış kommuna ilə sıx əməkdaşlıq qurur. 1918-ci ilin iyununda isə onlar Kommunist Partiyasına daxil olurlar. Ayna Sultanovadakı fəallığı görən bolşevik rəhbərliyi onu 1919-cu ilin avqustunda Moskvaya Yakov Sverdlov adına kommunist universitetində oxumağa göndəriblər. Sovet dövrü ədəbiyyatlarından və arxiv sənədlərindən bəlli olur ki, Ayna Sultanova qatı bolşevik, Azərbaycanda bolşevik partiyasına ilk yazılan Azərbaycanlı qadın, uzun illər Azərbaycanda rəhbər vəzifələrdə çalışaraq bolşevik, kommunist partiyasının ideyalarını çox səxavətlə həyata keçirən siyasi xadim idi.
Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!
Məni izlədiyiniz üçün Təşəkkür edirəm!