Azərbaycanın dini tolerantlıq modeli

  Рет қаралды 563

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

Bu gün Azərbaycan haqlı olaraq dünyanın tolerantlıq mərkəzlərindən biri hesab olunur. Ölkəmizdə belə bir yüksək tolerantlıq və multikultural mühitin hökm sürməsi xalqımıza məxsus özəl xüsusiyyətlərin zənginliyinin sübutudur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.
Dövlət başçısının 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması dini-mədəni tolerantlığa dövlət səviyyəsində verilən böyük diqqətin ifadəsidir. Azərbaycan Prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunması ölkəmizin İslam dininin mütərəqqi dəyərlərinə sadiqliyini, dini tolerantlığın və dinlərarası dialoqun inkişafına böyük əhəmiyyət verdiyini sübut edir.
Azərbaycan əhalisinin tərkibi dini baxımdan zənginliyi ilə seçilir. Ölkədə yaşayan əhalinin 96 faizi müsəlman, 4 faizi isə qeyri-müsəlman olsa da, Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa görə, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət isə yolverilməzdir. Prezident İlham Əliyev respublikada fəaliyyət göstərən bütün dini konfessiyaların bayramlarında və əlamətdar günlərində eyni olaraq müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, bayramlarda insanları təbrik edir, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.
Azərbaycanda dini tolerantlığın inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti isə əvəzolunmazdır. Fond humanizm, dini həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin inkişafı istiqamətində böyük layihələr həyata keçirir. Fondun uğurla reallaşdırdığı “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlər, kilsələr və sinaqoqlarda təmir-bərpa işləri aparılır. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər yalnız Azərbaycanla məhdudlaşmır. Fondun Fransada kilsələrin, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirakı xalqlar, dini konfessiyalar arasında tolerant münasibətləri möhkəmləndirir.
Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunan xeyli sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin tolerant dəyərlərə sadiqliyinin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsindən irəli gəlir. Ölkəmiz 2008-ci ildə “Bakı prosesi” adlandırılan platformanın təşəbbüskarı kimi dini tolerantlığın qlobal səviyyədə inkişafına mühüm töhfələr verir. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya dini liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar forumları, Qlobal Bakı forumları dini tolerantlığın qlobal səviyyədə təşviqi baxımından böyük əhəmiyyət daşıyır.
Dini dözümlülük milli-dini həmrəyliyi təmin edən faktorlardan biridir və bu, özünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Müxtəlif dinlərə mənsub ölkə vətəndaşları işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdilər. Vətənimizin azadlığı və ərazi bütövlüyü naminə mübarizə aparan, bu yolda şəhid olan müxtəlif dinlərin nümayəndələrinin də dəfn edildiyi Şəhidlər Xiyabanı yalnız xalqımızın müqəddəs ziyarətgahı deyil, eyni zamanda tolerantlığın və qardaşlığın rəmzidir. 18 aprel 2022-ci il tarixində imzalanan "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" Prezidentin sərəncamı Azərbaycanda dini tolerantlığın nə dərəcədə dərin və zəngin olmasının əyani sübutudur.

Пікірлер: 9
@metlebmikayilov1365
@metlebmikayilov1365 2 жыл бұрын
Tolerantlğın ünvanıdır Azərbaycan
@sevdahuseynova5507
@sevdahuseynova5507 2 жыл бұрын
tolerantlıq görmək istəyən Azərbaycana gəlsin
@fidankamal1206
@fidankamal1206 2 жыл бұрын
Ölmənizdə bütün dinlərə hörmət var. Tolerantlığın ünvandır Azərbaycan.
@ВикторияКора-о7е
@ВикторияКора-о7е 2 жыл бұрын
В Азербайджане всегда с уважением относились ко всем религиям !
@rufethaciyev754
@rufethaciyev754 2 жыл бұрын
sevindirici haldir bizim ucun
@xanlarceferov6311
@xanlarceferov6311 2 жыл бұрын
Necə tolerant ölkədir ki hicabla şəxsiyyəti təsdiq edən sənəd almaq olmur. Allahın lənəti olsun
@seliqeabbasova5451
@seliqeabbasova5451 2 жыл бұрын
Buna gorədə biz Azəriyik birliyimizi guya bizi dusunenn"dusunceliler" men Turkem men Talisam men oyam buyam deye deye bizi bir birimize dusurler bu olkeden yasayan insanlarin hamisi qardasdir ve bir adda birlesmisdir 🇦🇿
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
"İsrail Türkiye'ye Saldırabilir!"
15:22
Haber Global
Рет қаралды 42 М.
Azərbaycan-Pakistan əlaqələrinin yeni inkişaf dövrü
2:48
Azerbaijan Realities
Рет қаралды 86
ABD Resmen Savaşa Girdi! Biden'dan "Vurun" Talimatı Geldi
2:29
Sülh prosesində tarixi nəticə- Dörd kənd Azərbaycana qaytarıldı
4:05
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12