Azərbaycanın kabinetində güllələnən daxili işlər naziri - Jırnovskini türklərdən alan general

  Рет қаралды 28,387

TV11

TV11

10 ай бұрын

Heydər Əliyevlə universitetə bir evdə hazırlaşan, Jırnovskini türklərdən alan, kabinetində güllələnən daxili işlər nazirimiz - Müəmmalı ölümə növbəti rakurs
Bu adam KQB-nin "Apollon B", türk əks-kəşfiyyatının "Qaraqaş" adlandırdığı Arif Heydərovdur. Otağında güllələnən, cinayət işinə bir il sonra xitam verilən daxili işlər nazirimiz.
Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində sovet dövlət xadimi Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir.
1970-1978-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər naziri işləmiş general-leytenant Arif Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O, tarix fakülətsində oxuyarkən onun tələbə yoldaşlarından biri Azərbaycan siyasi arenasında silinməz izləri Heydər Əliyev olub. Elə vaxt olub ki, onlar ikisi universitetə bir evdə - Heydərovun Xəqani küçəsində atası ilə birgə yaşadığı evdə hazırlaşıblar.
1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. Hətta məlumata görə Reyxstaqın binası üzərinə öz imzasını da atıb. 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967-1970-ci illərdə Türkiyədə konsul olub.
Arif Heydərovun qətlinin təfərrüatlarına keçməmişdən qabaq bir maraqlı hadisəni yada salaq. Arif Heydərov sonralar Rusiya Liberal Demokrat Partiyasının lideri olmuş və həmişə qalmaqallı açıqlamaları ilə güdəmə gələn Vladimir Jirinovskini həbsdən azad etdirib. Məlumatlara görə, Jirinovski bir zamanlar Türkiyədə, Əlağa qəsəbəsində tərcüməçi işləyib. O dövrdə türk gəncləri arasında kommunist təbliğatı apardığı, işçilərə Leninin şəkli olan döş nişanları payladığı üçün həbs edilib. Onu həbsdən isə o vaxt Türkiyədə konsul işləyən Arif Heydərov azad etdirir. İkinci Dünya müharibəsindən əvvəl pisləşməyə başlayan SSRİ-Türkiyə münasibətləri 60-cı illərin ortalarından etibarən yavaş-yavaş düzəlməyə başlamışdı. A.Heydərovun şəxsi bacarığı sayəsində Jirinovskinin həbsxanadan qurtarılıb səs-küyə səbəb olmadan ölkəyə göndərilməsi inkişaf mərhələsinə qədəm qoyan SSRİ-Türkiyə münasibətlərinə kölgə düşməsinə imkan verməmişdi.
Arif Heydərovun qətlə yetirilməsilə bağlı keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin sədri hazırda Rusiyada yaşayan Vaqif Hüseynov "Bir ömürdən də çox" kitabında yazır ki, atəş açan şəxs Şuşa həbsxanasının milis kapitanı Ziya Muradov olub: "Kabinetə keçməzdən əvvəl DİN veteranı, nazir köməkçisi, polkovnik Səfixanovu qətlə yetirib. Müavinləri və respublikanın Ali Məhkəmə sədri ilə işgüzar müşavirə keçirən Arif Heydərov kapitanın ikinci qurbanı olub. Arif Heydərovla birgə kabinetdə olan müavini, general, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımov isə üçüncü qurban olub.
Vaqif Hüseynov qeyd edir ki, Ziya Muradov Qurbanov soyadlı generalı, Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı Qəhrəmanını ölümcül yaralayıb: "Təcrübəli hüquqşünaslar, kriminalistlər əməliyat işçilərindən ibarət təhqiqat briqadası təcili qaydada Bakıya gəliblər. Baş katibə baş vermiş hadisə ilə bağlı məlumat verilib. Muradov, ola bilsin ki, psixopatdır. Lakin siyasi kontekst açıq-aşkar görünür: respublika Brejnevin səfərinə hazırlaşır. Görəsən, hadisənin bununla bir bağlığı varmı?"
Qatil sonda özünə də atəş açaraq intihar edib.
Arif Heydərovun qətlə yetirilməsi təbii ki, çox böyük hay-küyə səbəb olur. Xarici radiostansiyalar hadisəni diqqətdə saxlayır, mütəmadi olaraq məlumat yayırmışlar. Şəhərdə də ancaq Muradovun açdığı atəşlərdən danışırlarmış. Vaqif Hüseynov yazır ki, qatil əsgəri xidmətdə yaxşı nişançı kimi fərqlənibmiş.
Qətl günü nazirliyin idarəsindən kağız parçası tapılmışdı. Kağızda belə yazılmışdı: "Nazir müavini Hüseynova, kadrlar şöbəsinin rəisi polkovnik Məmmədquluyevə, kadrlar üzrə inspektor Əfəndiyevə: siz rüşvətxor süründürməçiləri də ölüm gözləyir".
Qətldən on bir il sonra isə "Kommunist" qəzeti yazırdı:
"Hadisələrin bu cür inkişafı nazir müavininin havadarlarının uzaqgörənliklə hazırladıqları planları - ilk növbədə onu yaxın gələcəkdə daha yaxşı vəzifəyə irəli çəkmək planlarını poza bilərdi. Buna isə yol vermək olmazdı. Söz-söhbətin yatması, emosiyaların soyuması üçün vaxtı uzatmaq lazım idi. Belə də etdilər. Doğrudur, cinayət işi 1979-cu ilin iyununda təzədən prokurorluğa qaytarıldı. Lakin çox keçmədi ki, işi Moskva tələb etdi və noyabrın axırlarında qatil Muradov öldüyünə görə xətm olundu".
Beləliklə, daxili işləər naziri Arif Heydərovun qətli də sovet dönəmi olsa da, Azərbaycan tarixində tam qiymətini tapmamış, müəmma pərdəsini üzərindən tam çəkməmiş bir cinayət kimi qalmaqdadır.

Пікірлер: 60
@user-in8um7bk2y
@user-in8um7bk2y 10 ай бұрын
Heydər kimi dostu olana, düşmən lazım deyil
@ARZ-MCA13
@ARZ-MCA13 10 ай бұрын
Allah rəhmət eləsin,çox heyif belə insanlara ,İnşallah bu qətildə də "dost" əli olmayıb.
@elnurncfova3329
@elnurncfova3329 9 ай бұрын
Arif Heydərov Allah rəhmət eləsin Məkani cənnət olsun Amin 🇦🇿. Böyük şəxsiyyət hüzur içində yat 🇦🇿
@amilrzayev8414
@amilrzayev8414 10 ай бұрын
Arif Heydərov kimi bir gözəl insan, o dövrlərdə tüğyan edən korrupsiya və rüşvətə görə qurban getdi.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 10 ай бұрын
Çox ela verilisler hazirlayirsiz. Tesekkur edirik. Ziya Bumyadov haqqinda da verilis etmeyinizi xahis edirem.
@nasosnutv8870
@nasosnutv8870 10 ай бұрын
Hörmətli TV11. Zəhmət olmasa Afiyyətdin Cəlilov haqqında bir video hazırlayardınız. Təşəkkürlər və Uğurlar..
@Partizan-bh8oz
@Partizan-bh8oz 10 ай бұрын
🎉🎉🎉
@user-dz7lv5hb2z
@user-dz7lv5hb2z 10 ай бұрын
ALLAH RƏHMƏT EYLƏSIN MƏKANU ÇƏNNƏT OLSUN. AMIN ALLAH.
@nayibalizade751
@nayibalizade751 10 ай бұрын
Paxıl xain adam həmişə olub olacaqda kənarda düşman axtarmayın. Rüşvətin bünövrəsin qoyanlar layiqincə qoyublar davam etdirənlər şərəfıə yorulmadan öhdəsindən gəlirlər. 🇦🇿 ✋️✊️
@Memmed.834
@Memmed.834 10 ай бұрын
Rüşvətə görə vurublar. Pulun alıb işin görməyiblər.
@arimanazqar1287
@arimanazqar1287 10 ай бұрын
Burda rüşvət söhbəti ola bilməz qarışdırmayın. Arif Heydərov elə adam olmayıb.
@Memmed.834
@Memmed.834 10 ай бұрын
@@arimanazqar1287 mən dəqiq bilirəm nə söhbətdi.Vuranın arvadı medinstutu bitirib rayona təyinat alıb.Vuranda Şuşada işləyirdi həbaxanada . odessada oxuyub əla qiymətlərlə bitirib gəlmişdi çox savadlı oğlan olub.pulu otdel kadrla nazir müavini alıb ki səni arvadın işləyən rayona perevod edək .alıb işi görməyiblər . Bu çox gəlib gedib ki arvadımın yanına petevod edin nazir müavininə deyiblər o arvadına söyüb QQS kada bu da eşidib küsüb ğedib.Gələn dəfə silahla gəlib.Öldürənin oğlu var ,arvadı rayonda baş həkim işləyirdi . O vaxt da olub indidə vəzifədə qohumları var.Deyildiyi kimi dəli olmayıb çox savadlı səviyyəli adam olub Odessada atıcılıq üzrə milis məktəbində 1 ci yerə çıxıb .
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 10 ай бұрын
Təşəkkürlər.
@KRIT367
@KRIT367 10 ай бұрын
Heyder Eliyev gorendeki dostu xarice sefir geden ilk Azerbaycanli diplomat olacaq ve zaman kececek Heyderin yerine Merkezi komiteye real namizeddir. Fijuelesib buna imkan vermek olmaz xarice getsin. Suret Huseynov kimi buna vezife verib qebire gondermek lazimdir
@baharagayeva8339
@baharagayeva8339 10 ай бұрын
Xaricə getsəydi daha çox şey öyrənəcəkdi, gözləri daha çox açılacaqdı. Bəlkə də gələcəkdə ölkəyə rəhbər təyin olunacaqdı. Ona görə də təcili ölkəyə gətirilir, ona yaxşı iş tapşırılmaqla sığortalanır. Sonra isə...sonrası məlumdur. Bütün ssenarilər belə faciəli tamamlanır. Azərbaycanda🤎
@nrmnrza7939
@nrmnrza7939 10 ай бұрын
çox sağ olun
@orkhanjuvarli9727
@orkhanjuvarli9727 10 ай бұрын
Əla
@rasimbayramov8620
@rasimbayramov8620 10 ай бұрын
Guya təzə nə isə dediniz? Bu söhbətləri o dönəmdə çox eşitmişik. Rüşvət olan yerdə belə hallar olacaq
@sehlavahidova8483
@sehlavahidova8483 10 ай бұрын
Dərs əlacısı imiş yəqin aradan götürək amandı birinci olar birdən
@seidehuseynova944
@seidehuseynova944 7 ай бұрын
Allah rehmet elesin hem heyder eliyeve hemde arif heyderova
@user-cq7fu4zf8p
@user-cq7fu4zf8p 10 ай бұрын
Джан Гардаш Аллах сана рахмат еласин ай Гозал Инсан 🤲
@Partizan-bh8oz
@Partizan-bh8oz 10 ай бұрын
❤❤❤
@sefevi.6219
@sefevi.6219 10 ай бұрын
O ili xatırlayıram. Amma o zaman siyasi atmosfer indiki kimi geniş əhatəli olmadıgı ücün elə hər şey suspus qaldı. İnşallah, bu qətlin təşkili də elə özümüzünkülərin(!)əməli olmayıb. Paxıllıq, xainlik, yolunun üstündəkiləri aradan cıxartmaq.
@vusalquliyeva2476
@vusalquliyeva2476 10 ай бұрын
🎉
@Memmed.834
@Memmed.834 10 ай бұрын
Rüşvət üstə olub.Nazir pis adam olmayıb.Vuranda pis adam olmayıb.Pulun alıb qaytarmayıblar özündə söyüblər.
@sefevi.6219
@sefevi.6219 10 ай бұрын
@@Memmed.834 ola bilər. Əslində günahkar nazir yox, düyilənə görə ordakı müavinlərdən biri olub. Sadəcə, pis zamana rast həliblər. Həmin kapitan da Şuşa türməsində işləyirmiş deyəsən. Ailəsindən uzaqda. "Perevod" istəyirmiş. Yəqin bununcün rüşvət veribmiş, siz belə deyirsiz...
@SevincBasirova-xm3yn
@SevincBasirova-xm3yn 10 ай бұрын
Kaş qedəydi dost yıxar dost evini
@hacktrickery
@hacktrickery 10 ай бұрын
Heyder hemise öldürmək istədiyi adami irəli vəkil vəzifə verib sonra öldürüb.əsl daşnak siyasətidir.
@Memmed.834
@Memmed.834 10 ай бұрын
Heydər Əliyevin yaxını olub.Rüşvətə görə vurub .Pulun alıb işin görməyiblər özündə arvadına söyüblər.
@TV11-azerbaijan
@TV11-azerbaijan 10 ай бұрын
Material diqqətinizi çəkirsə, kanala abunə ola bilərsiniz. Öncədən təşəkkür edirik.
@user-se2te6tn3l
@user-se2te6tn3l 10 ай бұрын
Беле алчаг мурдар мензерели ишлерин баш рехберлик еден Горбагор хейдар алиев олуб.
@muqllidagah9336
@muqllidagah9336 10 ай бұрын
Bir il sonra "ölüm işinə xətm verilib" . Niyə , maraqlıdır ? Demək bildiyi nələrsə var imiş .
@arimanazqar1287
@arimanazqar1287 10 ай бұрын
Allah rəhmət eləsin azərbaycanın böyük oğluna. Bu səbəbdəndə ruslar tələ qurub öldürüblər.
@KRIT367
@KRIT367 10 ай бұрын
Ruslar yox Heyder oldurub. Heyder imkan vermirdi Azerbaycanda turk soylular vezifeye getsin. Sahil Sahilovuda Heyder aradan goturmusdu. Ziya Bunyadovuda, Elcibeyi ve s hamsin Heyder oldurdu. Qarakendde vertolyotuda o vurdurdu. Qatir Memmedi hebsde bu sirri bildiyi ucun oldurduler.Heyder gorurdu turk kokenli kim onun yerine real namizeddirse aradan gotuzdururdu onu
@vusalquliyeva2476
@vusalquliyeva2476 10 ай бұрын
🎉
@bakibakipc8194
@bakibakipc8194 9 ай бұрын
Türkiyədəki " bayraq məsələsi"ndə lap küləklədin..SSRİ xarici işləri naziri dedi : Arifə olar 😂😂😂😂😂
@Partizan-bh8oz
@Partizan-bh8oz 10 ай бұрын
Sizcə bu cinayətin də altında kimin əli var?
@user-rq1ci7tz1o
@user-rq1ci7tz1o 9 ай бұрын
Onun öldûren qəhramandi
@nrmnrza7939
@nrmnrza7939 10 ай бұрын
😮😮😮
@serdaramin1910
@serdaramin1910 10 ай бұрын
🎉🎉🎉🎉🎉
@vusalquliyeva2476
@vusalquliyeva2476 10 ай бұрын
🎉
@esmirarustemova6944
@esmirarustemova6944 10 ай бұрын
АЙ ОГРАШЛАР. АРАДАН ИТИРИРЛЕР. ЧУНКУ БАШЧЫ ОЛАРДЫ. РУСЛАРЫН ЕЛИ ИЛЕ,
@user-zd8yy1xi4f
@user-zd8yy1xi4f 10 ай бұрын
Etnik kurd olub
@Adiliskenderov-ry7is
@Adiliskenderov-ry7is 10 ай бұрын
Allah rəhmət eləsin! A. Heydərovun ölümü səhvən olub. Onu gülləyən zabit,müavinini öldürməyə gəlmişdi.Mərhum generalın ölümü təsadüf olub. Bu dəhşətli hadisənin şahidi olmuşuq.
@user-rq1ci7tz1o
@user-rq1ci7tz1o 9 ай бұрын
Arif heyderov qəhraman olmayib
@user-rq1ci7tz1o
@user-rq1ci7tz1o 9 ай бұрын
Bax bunlari öldûren qəhramandi
@gulyabagirova25
@gulyabagirova25 10 ай бұрын
Yaxşı materiallar hazırlayırsınız. Amma bu proqramda bir əfsanə, nağıla yer vermusiniz. Türkiyədə SSRİ səfirliyi binasında heç vaxt 28 may tarixində Azərbaycan bayragı dalgalandırılmayıb. Özüdə bunu guya o vaxt DTK xətti ilə SSRI səfirliyində konsul işləyən bir şəxs edə? Özünüz bu rəvayətə inanırsız? Reallıq necədi elə də danışın. Bəzəksiz-düzəksiz.
@TV11-azerbaijan
@TV11-azerbaijan 10 ай бұрын
Hörmətli tamaşaçı, bu, konsul rəhbərinin həyat yoldaşının müsahibəsindən sitatdır. Sadalanan iddianı fakt kimi yox, həyat yoldaşının açıqlaması kimi təqdim edirik.
@Memmed.834
@Memmed.834 10 ай бұрын
Özü pis adam olmayıb.Rüşvətə görə vurublar.Vuran 5000 pul verib perevod eləməyiblər. Özüdə vuranda kürd olub.
@Cevo-kf3xv
@Cevo-kf3xv 9 ай бұрын
Qetlde heç bir sirr zad yoxdur. Güc strukturlarindakı yer deyişme hallari bugun de süründürmeçilik ve rüşvet üstünde qurulub ve nezere alin ki qetli töreden şexs ağır rejimli hebsxana zabiti olub.
@user-qb5ux4ik1h
@user-qb5ux4ik1h 9 ай бұрын
Гейдар его уничтожил и нейтрализовал,т.к. нейтрализовал конкурента и человека,который знал весь криминальный компрматериал гейдара.
@elcinmemmedgil7110
@elcinmemmedgil7110 10 ай бұрын
KQB - YƏ QULLUQ EDİB , ÖZ TÜRK MİLLƏTİNƏ XƏYANƏT EDƏNLƏRİ , XATIRLAMAQ YOX . ƏBƏDİ UNUTMAQ LAZIMDIR .
@arimanazqar1287
@arimanazqar1287 10 ай бұрын
KQB ye işləyən bizim çox namuslu və vətənpərvər oğlanlarımız olub. Hamı SSSR de yaşayırdı və aramızda seçilənlərdən biri olub Arif Heydərov. Elə ona görədə ruslar aradan götürüb bunu.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 10 ай бұрын
❤❤❤
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,5 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 11 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
İsgəndər Həmidov: 7 il təkadamlıq kamerada həbsdə oldum
28:35
AzadliqRadiosu
Рет қаралды 165 М.
Mehelle 1 - Planet Parni iz Baku ( KVN 2000)
23:26
Retro Azerbaijan
Рет қаралды 2,7 МЛН
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
PODKAST KİMİ ADAM
Рет қаралды 15 М.
Денят на живо (04.07.2024)
28:42
Novanews
Рет қаралды 13 М.
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,5 МЛН