Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb

  Рет қаралды 1,573

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

9 күн бұрын

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub, önünə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun qarşısından təntənəli keçiddən sonra Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib.
General-polkovnik K.Vəliyevin serbiyalı həmkarı ilə görüşü keçirilib.
Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dana sonra general-polkovnik K.Vəliyev Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiç ilə görüşüb.
Müdafiə naziri ilə görüşdə hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Qeyd edək ki, keçirilən görüşlərdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev də iştirak edib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya səfəri davam edir.
mod.gov.az/az/news/azerbaycan...
____
Начался официальный визит начальника Генерального штаба Азербайджанской Армии в Сербию
Начался официальный визит первого заместителя министра обороны Азербайджанской Республики - начальника Генерального штаба Азербайджанской Армии генерал-полковника Керима Велиева в Сербию, совершаемый по приглашению начальника Генерального штаба Вооруженных Сил этой страны генерал-полковника Милана Мойсиловича.
Сначала в парке Ташмайдан в Белграде был возложен венок к памятнику Общенациональному лидеру Гейдару Алиеву, почтена его светлая память. Затем был посещен памятник сербскому поэту и прозаику Милораду Павичу, возложены цветы в дань уважения его памяти.
В Генеральном штабе Вооруженных Сил Сербии состоялась официальная церемония встречи начальника Генерального штаба Азербайджанской Армии генерал-полковника Керима Велиева. После торжественного прохождения перед почетным караулом прозвучали Государственные гимны Азербайджана и Сербии.
Генерал-полковник К.Велиев встретился со своим сербским коллегой.
На встрече были обсуждены перспективы развития военного сотрудничества, состоялся широкий обмен мнениями по ряду вопросов, представляющих взаимный интерес.
Затем состоялась встреча генерал-полковника К.Велиева с министром обороны Сербии Братиславом Гашичем.
На встрече с министром обороны были обсуждены вопросы двустороннего сотрудничества в военной, военно-технической и военно-образовательной областях.
Отметим, что во встречах также принимал участие посол Азербайджанской Республики в Сербии Кямиль Хасиев.
Визит начальника Генерального штаба Азербайджанской Армии в Сербию продолжается.
mod.gov.az/ru/news/nachalsya-...
____
Chief of General Staff of Azerbaijan Army starts the visit to Serbia
mod.gov.az/en/news/chief-of-g...

Пікірлер
Домработница!!! Уральские Пельмени.
9:25
Позитивчик
Рет қаралды 1,1 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 35 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 99 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 100 МЛН
Опасные съемки азербайджанцев в Армении
23:16
Баку
7:53
Сергей Манаков
Рет қаралды 13 М.
Siyan terminalından Abşeron Logistika Mərkəzinə konteyner qatarının gəlişi
6:52
Elza İbrahimova - "Ey Vətən"
4:34
Tom Berry
Рет қаралды 334
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 35 МЛН