AZƏRBAYCAN POLİSİNİN XİDMƏTİ DÖVLƏTƏ VƏ XALQA SƏDAQƏTİN NÜMUNƏSİDİR

  Рет қаралды 4,532

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Күн бұрын

AZƏRBAYCAN POLİSİNİN XİDMƏTİ
DÖVLƏTƏ VƏ XALQA SƏDAQƏTİN NÜMUNƏSİDİR
Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.
Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.
Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 106 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsində sahəsində görülən mühüm işlərdən danışıb.
Daxili işlər orqanlarının fəaliyyətində yeni bir mərhələ təşkil edən son 21 ilin inkişaf və təkmilləşmə baxımından xüsusilə əhəmiyyətli bir dövr olduğuna diqqət çəkən nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar çərçivəsində, həmçinin xüsusi diqqət və qayğısı sayəsində - Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib.
Nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğunu şəxsi heyətə çatdırıb.
Qeyd olunub ki, 2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.
Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir, həmçinin cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini də vurğulayıb.
Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən V.Eyvazov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.
General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.
2 iyul 2024-cü il

Пікірлер: 20
@EliEvezzade
@EliEvezzade 3 ай бұрын
CanımızAzərbaycanımızın Ordusun Allah Qorusun Bütün Xidmət Edən Dövlət Üçün Hər Kəsə Sağlam Düşüncələr Bayraq Və Xalq Üçün 🇦🇿🤘🇹🇷✊🇦🇿
@dunya_qeder_tenhayam_men001
@dunya_qeder_tenhayam_men001 3 ай бұрын
Bayramınız mübarək! 🇦🇿 Azərbaycan Polisi🧿
@OrxanSerifzade
@OrxanSerifzade 3 ай бұрын
Allah polisimizi qorusun Amin inşallah ❤❤❤❤❤ Biz onlarla fəxr edirik
@AytenAliyeva-i3e
@AytenAliyeva-i3e 3 ай бұрын
Allah qorusun
@zernishanbayramaliyeva1477
@zernishanbayramaliyeva1477 Ай бұрын
❤❤
@faxreddinmustafayev2760
@faxreddinmustafayev2760 3 ай бұрын
Yol polisi bütün bunlara nümunədir..
@Shamile_Shamilqizi
@Shamile_Shamilqizi 3 ай бұрын
Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə General-polkovnik Vilayət Eyvazov başda olmaqla Daxili İşlər Orqanlarının bütün şəxsi heyətini səmimi qəlbdən təbrik edir,sizə möhkəm cansağlığı, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram.Hörmətlə,Şamilə Şamilqızı.
@milan9311
@milan9311 3 ай бұрын
❤❤❤❤❤❤😊
@resadquliyev5820
@resadquliyev5820 3 ай бұрын
#Mübariz keşikdə
@zeynalramazanov3357
@zeynalramazanov3357 3 ай бұрын
Allah bütün wərəfli ləyaqətli polislərmizi qorusun
@adsaaaddass2994
@adsaaaddass2994 3 ай бұрын
Yasasin Azerbaycan polisi
@rovsenabbasov2087
@rovsenabbasov2087 3 ай бұрын
Bayramınız mübarək polisdərmiz ❤
@PervizBaxseliyev-ft3km
@PervizBaxseliyev-ft3km 3 ай бұрын
Can Azerbaycan respublikasının dəyərli şərəfli qəhrəmanlarınn bayramı mübarək olsun gün olsun İrəvanda üç rəngli Azerbaycan bayrağı zirvələrə qaldırsın.
@UserUser-qz7ic
@UserUser-qz7ic 3 ай бұрын
Azərbaycanımın mərd oğulları var olun🇦🇿
@niyaziidrisov-yq3pz
@niyaziidrisov-yq3pz 3 ай бұрын
Eyrı yaşamr yaşyır dyz Allahagı buna deyeller
@imameli_571
@imameli_571 3 ай бұрын
Allah qorusun səni Azərbaycan polisi 🇦🇿💪
@mmmdhacyev665
@mmmdhacyev665 3 ай бұрын
Polis orqanımızın 106 yaşını səmimi qəlbdən təbirik edirəm. Bildirmək istəyirəm ki, sizlərin Məğrur duruşunuz Azərbaycan adlı Vətənimizi sevənlərə qürur, sevməyənlərə qorxu yaşadır. Hər daim Məğrur və sədaqətli olmaq diləyi ilə.
Daxili İşlər Nazirliyi Polis Akademiyasının 100 illik yubileyi münasibətilə hazırlanan sənədli film
18:15
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Рет қаралды 59 М.
Xankəndidə keçirilən hərbi paraddan görüntülər
9:53
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Heydər Əliyevin 3 dəqiqəyə mayor etdiyi hərbçi zabit
8:26
Telesəhər
Рет қаралды 519 М.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Azərbaycan Polisi Gününə həsr etdiyi film
13:33
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Рет қаралды 38 М.
Фоидаву зарари сауна/чихел бо сауна табобат гирем?
19:31
Доктор Умар Азизов
Рет қаралды 84 М.
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
3:13
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Рет қаралды 13 М.
Polis Akademiyasi 100 il
3:12
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Рет қаралды 20 М.
How a former airborne trooper was welcomed in prison (with English subtitles)
10:40
Зона в кинематографе
Рет қаралды 14 МЛН
Daxili İşlər naziri bayramı ərəfəsində əsgər və zabitlərlə görüşüb
3:44
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Рет қаралды 433 М.