No video

Azərbaycan Xalqının Formalaşması Prosesinin başa çatması.Azərb Tarixi 7.12

  Рет қаралды 2,385

Tarix Düşkünü

Tarix Düşkünü

Күн бұрын

"Alman tarixçisi Maks Müller dilimizə dəyər verərək belə yazıb: «Sanki dünya dilçiləri bir yerə yığışıb Azərbaycan türkcəsini yaradıb və deyiblər ki, baxın, dil belə olar"
Bildiyimiz kimi İnsan sosial canlıdır yəni toplu halda yaşayıb bir birimizlə sıx əlaqələr qururuq, belə əlaqələrin ən qədimində ulu icma dəyanır, daha sonralar növbə ilə qəbilə , Tayfa, böyük tayffa ittifaqları və ən nəhayətində Xalq və millət anlayışları yaranmışdır. Bir Xalqın formalaşması üçün zəruri şərtlərin yaranması vacibdir.
Bu şərtlər vahid dil, ərazi bütövlüyü, soykökü, mədəni, milli-mənəvi dəyərlər və iqtisadi əlaqələrdən ibarətdir..
Tarixi-siyasi hadisələr bu şərtlərin yaranmasını ya ləngidir, ya da sürətləndirir. Ona görə də bu şərtlərin yaranması üçün bəzən əsrlərlə vaxt lazım olur.
Xalqın dilinin təşəkkül tapmasında soykökü və ərazi birliyi başlıca şərtlərdən biridir. Azərbaycan qədimdən geniş əraziyə malik idi. Bu ərazi cənubda Həmədan-Qəzvin sərhədlərindən başlayıb şimalda Dərbəndə qədər uzanırdı. Eyni zamanda yurdumuz Şərqdə Xəzər dənizi, qərbdə İrəvan şəhəri daxil olmaqla geniş bir ərazini əhatə edirdi. Tiflis şəhəri ilə birgə Şərqi Gürcüstan da (tarixi Borçalı mahalı) Oğuz yurduna daxil idi. Vahid ərazi bütövlüyündən sonra
Xalqın formalaşması prosesində ikinci əsas şərt vahid dil faktorudur.
Dil, qədim tayfaların etnik mənşəyini sübut edən əsas amillərdən biridir. Xalqımızın və müasir Azərbaycan dilinin formalaşmasında ölkəmizin ən qədim sakinləri olan çoxsaylı türk tayfalarının yüksək rolu olmuşdur. Onların içərisində kimmerlər, iskitlər, saklar, hunlar, sabirlər, xəzərlər, oğuz və qıpçaq soyundan olan digər türk tayfaları və qeyri-türk etnosları mühüm rol oynamışlar. Ayrı-ayrı tarixi dövrlərdə Əhəmənilər, Sasanilər və Xilafət tərəfindən ölkəmizə köçürülmüş qeyri-türk əhali də xalqımızın tərkibinə daxil olmuşdur.
Azərbaycan ərazisində yaşayan çoxsaylı tayfaları bir-birinə bağlayan bir çox ümumi cəhətlər var idi. Əvvəla, onlar müxtəlif tarixi dövrlərdə bütpərəstliyi, atəşpərəstliyi, xristianlığı və sonda İslam dinini qəbul etmişdilər. Arbaycan onların
vətəni olduğundan yadelli işğalçılara qarşı həmişə birlikdə mübarizə aparırdılar.
Ərəb işğalının mənfi tərəfləri ilə yanaşı, müsbət cəhətləri də vardı. Ölkəmizdə tez-tez baş verən yadelli hücumlarının qarşısı alındı. Siyasi sabitlik meydana gəldi. Təsərrüfatın canlanmasına və mədəniyyətin inkişafına zəmin yarandı. Yeni din ölkəmizdəki türk və qeyri-türk tayfalarının birliyini möhkəmləndirdi. Sasani və ərəb zülmünə, həmçinin Bizansın başçılıq etdiyi xristian blokuna qarşı birgə mübarizə xalqın formalaşması prosesinə müsbət təsir göstərdi.
Beləliklə, ünsiyyət dili olan Azərbaycan türk dilinin təşəkkülü prosesi başa çatdı. Xalqın formalaşması üçün zəruri olan bütün şərtlər yarandı.
Xalqımızın formalaşmasının başa çatması.
Xalqımızın təşəkkülü prosesi hələ eramızdan çox əvvəl başlanmış, Əhəməni işğalları dövründə də davam etmişdi. Atropatena və Albaniya dövlətlərinin yaranması ilə bu proses sürətlənmiş, sasani, ərəb işğalları və İslam dininin yayılması dövründə isə başa çatmaqda idi.
XI əsrin ortalarında Böyük Səlcuq imperiyasının yaranması ilə Azərbaycan xalqının formalaşması prosesi qəti sürətdə başa çatdı.. Azərbaycan türkləri, o cümlədən burada yaşayan müxtəlif oğuz tayfaları səlcuqlarla eyni soykökdən idilər. Cənubi Qafqazın müsəlman əhalisi Bizans və erməni-gürcü təcavüzünə qarşı mübarizədə səlcuq türklərinə müttəfiq kimi baxırdılar.
Oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar. Xalqımızın dili ümumi ünsiyyət vasitəsinə çevrildi

Пікірлер: 10
@telebe_olacam_-og1us
@telebe_olacam_-og1us 3 жыл бұрын
Mükəmməl👍👍👍
@elnurabi8281
@elnurabi8281 3 жыл бұрын
👍
@kerimkerimov4450
@kerimkerimov4450 3 жыл бұрын
👍👍👍👍
@elsenqaragozov9596
@elsenqaragozov9596 Жыл бұрын
İnsanlar meymundan deyil. Torqdan yaranıb..!
@ilyas_cakirbeyli
@ilyas_cakirbeyli Жыл бұрын
OK
@iamSlayyyy22
@iamSlayyyy22 2 ай бұрын
😂
@user-fb2lo8sm8y
@user-fb2lo8sm8y 6 ай бұрын
Kimerlər saklar nəvaxtan türk olub onlar indoevropa xalqıdı. Azərbaycan türk millıti elxanilərdən törəyib əvvəl İranda sonra qafqaza 17 əsrdə gəlmişik nağıl danışma
@namazlimmmdov7632
@namazlimmmdov7632 2 жыл бұрын
👍
Oğuz Səlcuqlu Axınları. Azərb. Tarixi 7.11
6:09
Tarix Düşkünü
Рет қаралды 10 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
ÖMƏR  XƏYYAM  hikmətli sözlər
3:49
Tarix Düşkünü
Рет қаралды 771
Azərbaycan dilində mükəmməl danışan çinli tələbələr
15:47
İCTİMAİ TV
Рет қаралды 131 М.
ŞAH İSMAYIL SƏFƏVİ VƏ TALIŞ ZƏMBİLİ.
13:56
Tolış Film
Рет қаралды 7 М.
İntibah Mədəniyəti. Azərb. Tarixi 7.14
4:39
Tarix Düşkünü
Рет қаралды 3,2 М.
Monqollar Azərbaycanda. Azərb. Tarixi 7.15
6:46
Tarix Düşkünü
Рет қаралды 22 М.
Qavaldaş cizgi filmi
6:30
Gobustan Rock Art preserve
Рет қаралды 8 М.
ÇİNGİZXAN hikmətli sözlər
2:30
Tarix Düşkünü
Рет қаралды 688
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00