Azərbaycanda lokal etirazlar belə hakimiyyətin sərt reaksiyası ilə qarşılaşır

  Рет қаралды 71,964

Meydan TV

Meydan TV

Күн бұрын

Azərbaycanda uzun illərdir ki, şəhərin mərkəzindəki izdihamlı aksiyalarla yanaşı, yerlərdə keçirilən lokal etirazlar da hakimiyyətin sərt reaksiyası ilə üzləşir.
Xüsusən də, bölgə və kəndlərdə vətəndaşların sosial etirazları polis dəyənəyi ilə susdurulur, repressiyalar tətbiq olunur, insanların sərbəst hərəkətləri məhdudlaşdırılır. Bu, zaman-zaman həm ata, həm də oğul Əliyevin hakimiyyəti dönəmində müşahidə olunub.
Buna Birinci və İkinci Nardaran, Bənənyar, Nehrəm, Gəncə, Söyüdlü və son günlərdə baş verən İmişli hadisələri nümunə göstərilə bilər.
Bu siyahıda adı çox çəkilməsə də, Astara rayonu Ərçivan kənd sakinləri də qorxu altında yaşayırlar.
Onların sözlərinə görə, kəndə zaman-zaman polis basqınları olur. Yerli mediada yayımlanan məlumatlara görə, müxtəlif tarixlərdə baş tutan basqınlar zamanı bəzən bir və ya bir neçə, bəzən daha çox vətəndaş həbs olunur. Bəzən isə onlar özləri müvafiq qurumlara çağrılır, daha sonra həbs edilir.
2014-cü ildə belə basqınlardan biri baş verib ki, buna görə Azərbaycan İslam Partiyası öz bəyanatında rayon rəhbərliyini təxribatçılara qoşulmaqda, əhalini qorxu və xof altında saxlamağa çalışmaqda ittiham edib.
Kəndə sonuncu basqın bir il yarım əvvəl edilib. Bunu basqınlardan birində həbs edilmiş kənd sakini Ümrə Cəfərov deyir.
O bildirir ki, təkcə o yox, qardaşları da müxtəlif zamanlarda həbs edilib. Özü və bir qardaşı xəstə olduğu üçün onlara bəraət verilib, lakin, 2 qardaşı hələ də həbsdədir.
Deyir ki, həbs edilənlərin əksəriyyəti dini inanclı şəxslər olsa da, hamısı belə deyil. Lakin hamısı demək olar ki, eyni maddələr üzrə ittiham edilirlər: narkotik və silah.
İttihamı qəbul etməyən şəxslər isə zorakılıq və fiziki işgəncələrə məruz qalır.
Cəfərovun sözlərinə görə, yaxın günlərdə ona ölkədən çıxması üçün bir ay zaman verilib.
Səfayə Cəfərova Ümrə Cəfərovun anasıdır, təqaüdçüdür.
O, kəndə nə üçün basqınlar edildiyini anlaya bilmir. Onu xatırlayır ki, bir gecə yarı onun evinə də qara maskalı şəxslər basqın ediblər.
Deyir ki, bəzi şəxslərin əlində avtomat da var idi. Evdəki hər yeri axtarıb, oğullarını həbs ediblər. Buna görə halı pisləşib və yerə yıxılıb, evdəki şəxslərdən biri onun əlini itələyib, hətta ona təpik vurub.
Səfayə Cəfərovanın sözlərinə görə, gələnlərdən yarısı səhərə qədər gözləyib.
Deyir ki, hətta gəlininin otağının bağlı qapısını da sındırıblar. Gəlini evə gəldikdən sonra bununla bağlı basqın edən şəxslərlə mübahisə edib və ona qarşı da fiziki şiddət göstərilib.
Cəfərovaya sonradan məlumu olub ki, yalnız onun evinə yox, bütün kəndə basqın edilib.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Пікірлер: 554
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Əliyevlərin dövründəki siyasi qətllər
13:59
Meydan TV
Рет қаралды 511 М.
Ucqar Kənddə tək qalan 13 yaşlı məktəbli
18:38
AStar
Рет қаралды 216 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН