Azərbaycanda ŞOK Olacağınız 50 KƏND ADI - Dandıx, İnəkboğan, Yanıxlı...

  Рет қаралды 10,412

Yerin Qulağı

Yerin Qulağı

Күн бұрын

#azerbaycan #kənd #kendheyati
Dandıx- Qəbələ rayonun ərazisində yerləşən kənddir. Hazırda kənddin əhalisi 150 nəfərdən ibarətdir.
İnəkboğan - Gədəbəy rayonu ərazisində yerləşir.
Mırtı - Göyçay rayonu ərazisində yerləşir.
Potu - Göyçay rayonu ərazisində yerləşir.
Düdükçü - Xocavənd rayonunun Edilli inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Kolatağ olub. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsində dudukcu nəslinə mənsub ailələr məskunlaşdığı üçün belə adlandırılıb.
Bağırsaq - Kəlbəcər rayonu ərazisində yerləşir. Kənd öz adını ərazidəki eyniadlı çay dərəsindən və bulaqlardan alıb. Bura dərənin relyef formasının əyri-üyrülüyünə, bağırsaqşəkilli olmasına görə belə adlandırılıb. Kənd 1917-ci ildə Baqarsıx variantında qeydə alınıb.
Qırmızı Saqqallar - Tərtər rayonun ərazisində yerləşir. Hazırda erməni təcavüzkarları tərəfindən işğal altındadir.
Qarabaldır - Oğuz rayonun ərazisində yerləşir. Etnotoponimdir. “Qarabaldır” adındakı “qara” böyük, güclü, qüvvətli deməkdir, “baldır” isə çıxıntı sözlərindən yaranıb "böyük çıxıntı" mənasını verir.
Eyniadlı kənd Qax rayonu ərazisində də mövcuddur.
Taxtalar - Şabran rayonu ərazisində yerləşir. Kəndin əhalisi 532 nəfərdən ibarətdir.
Burunlu - Zərdab rayonu ərazisində yerləşən kəndlərdən biridir.
Ətcələr - Sabirabad rayonun ərazisində yerləşir. Hazırda Masallı rayonu ərazisində də eyni adlı kəndin olduğu məlumdur.
Soğanverdilər - Bərdə rayonun ərazisində yerləşən kəndlərdən biridir.
Lallar - Cəlilabad rayonun kəndlərindən biridir.
Yanıxlı -Tovuz rayonu ərazisində yerləşir. Toponimdir. Qıpçaqların uran tayfasının adı ilə bağlı olması güman edilir.
Qozağacı - Siyəzən rayonu ərazisində yerləşir.
Qızqayıtdı - Neftçala rayonu ərazisində yerləşir.
Aşağı Ayıblı - Tovuz rayonun ərazisində yerləşir. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılar olub. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olub. XVII-XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınıb. Sonralar Eyyublu təhrif olunaraq Ayıblı şəklinə düşüb.
Boranıkənd - Salyan rayonunun kəndlərindən biridir. Yaşayış məntəqəsini qaraqoyunluların baranilar tayfasına mənsub ailələrin saldığı güman edilir. Boranı (tərəvəz novu) və kənd sözlərinin birləşməsi kimi "boranı əkilən, yetişdirilən kənd" mənasında da izah edirlər.
Dəlləklər - Yevlax rayonunun kəndidir. Etnotoponimdir. Keçmış adı Vəlibəyli olub. Bununla bərabər, rayonun İsmayılabad kəndində Dəlləklilər məhəlləsi, Qaraoğlan kəndində isə Dəlləkli oymağı coğrafi adlarının olması məlumdur. Güman edilir ki, kənddə həmin oymaqdan və ya məhəllədən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaşayış məntəqəsinə bu ad verilib.
Xoruzlu - Tərtər rayonunun kəndidir. Kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır.
Cimi - Quba rayonun kəndidir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cəmi adlandırılmışdır. Əslində isə kənd öz adını kəndin ərazisindəki Cimi adlı mineral bulaqların adından götürüb.
Cek - Quba rayonun kəndidir.Etnotoponim olan kəndin adı çox güman ki, Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərinin adı ilə bağlıdır.
Qaymaqlı - Qazax rayonun kəndidir. Yaşayış məntəqəsi özündə qədim türkdilli qaymaq (kimak, kaymak) tayfasının adını əks etdirir. Qıpçaq tayfa ittifaqına daxil olan qaymaqların əsas hissəsi 8-9-cu əsrlərdə Qərbi Sibirdə, İrtış çayının orta axarı boyunda yaşayıblar. 9 əsrin ortalarında qıpçaqların tərkibində qərbə doğru hərəkət ediblər. Bir hissəsi XI-XII əsrlərdə gürcü çarların dəvəti ilə Şərqi Gürcüstana, oradan isə Azərbaycana köçüblər.
Bılıx - Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd mövcud olub, indi hətta onun xarabalıqları da mövcuddur. Hazırda isə Qəbələ rayonun kəndlərindən biridir. Bılıx sözünün mənası “gəlib-getmişlər” deməkdir.
Anzov - Yardımlı rayonunun Hamarkənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali bu adı Anzo kimi tələffüz edir. Kəndin keçmış adı Zivirs olmuşdur. XIX əsrin ortalarında aparılan araşdırmalara görə, kənddə cəmi beş ailə olmuşdur. Mütəxəssislərin fikrincə, anzol anzol Talış dilində "iki yarğan arasında kicik torpaq sahəsi" deməkdir.
Baqqal - Şəki rayonunda yerləşir
Dilman - Ağsu Rayonunda yerləşir.
Boladi - Lənkəranda yerləşir
Xok - Kəngərli rayonunda yerləşir
Duztahir kendi - Qusar rayonunda yerləşir
Sarıbaş - Qax rayonunda yerləşir
Qovuşuq kəndi - Laçın rayonunda yerləşir
Neftçalanın Bankə qəsəbəsi, Qoltuq kəndi
Mıxlıqovaq - Qəbələ rayonunda yerləşir
Quba rayonu Çiçi kəndi
Zəngilan rayonu Havalı kəndi
Cır təklə kəndi - Şamaxıda yerləşir
Ordubadin Nüsnüs kendi
Oğuz rayonu - Malıq kəndi
Sabirabadın Dəllək kəndi

Пікірлер: 56
@elmiraisayeva8479
@elmiraisayeva8479 Жыл бұрын
Gözəl👍👏 Maşallah olsun əllərinizə əməyinizə🤲👍👏
@yeringulagi
@yeringulagi Жыл бұрын
Çox sağolun, minnətdaram
@elmiraisayeva8479
@elmiraisayeva8479 Жыл бұрын
@@yeringulagi Cümləmizlə🤲
@asefaliyev1976
@asefaliyev1976 2 жыл бұрын
Yaxşı məlumat toplaya bilməyibsiz.Daşkəsəndədə çoxdur qəribə kənd adları.Onları yazıram.Astaf, Gədəmiş, Əmirvar, Qiyıxlı,Tapan, Şadax, Quytul, Şəkərəm, Qaratağlar və.sarə.
@qrmzzona703
@qrmzzona703 2 жыл бұрын
Çox maraqlı oldu
@maxfiratracabli
@maxfiratracabli Жыл бұрын
Qubadan adı çəkilməyən kənd adları qaldı, Firiq, Ruçuq, Dərənci, Xırt, Kunxırt👍👍👍👍👍
@yeringulagi
@yeringulagi Жыл бұрын
Salamlar. Eşq olsun Qubaya. Olmuşam, əla yerdi. Quba ilə bağlı ayrıca videom olacaq mütləq
@maxfiratracabli
@maxfiratracabli Жыл бұрын
@@yeringulagi təşəkkürlər Adınızı bilmək olarmı? Zəhmət olmasa🌹👍
@yeringulagi
@yeringulagi Жыл бұрын
@@maxfiratracabli diqqətiniz üçün sağolun. Sərdar
@maxfiratracabli
@maxfiratracabli Жыл бұрын
@@yeringulagi Minnətdaram Sərdar bəy🌹👍
@yeringulagi
@yeringulagi Жыл бұрын
@@maxfiratracabli çox sağolun.
@gundelikteleqraf6448
@gundelikteleqraf6448 Жыл бұрын
Nə maraqlıdı
@yeringulagi
@yeringulagi Жыл бұрын
çox sağolun
@sukrtcahangirov5549
@sukrtcahangirov5549 Жыл бұрын
Qubada da belə adlar var: isnovqışlaq, xoroş , iqrik , amsar. Və sairə belə sarsağ anlaşılmaz adları gərək dövlət dəyişə.
@yeringulagi
@yeringulagi Жыл бұрын
Salam. Nə qəribə adlardı
@qurbanyaquboglu3251
@qurbanyaquboglu3251 2 жыл бұрын
Maraqlıdı
@НичатМагомедов
@НичатМагомедов Жыл бұрын
Nic qəsəbəsi Qəbələ rayonunda yerləşir, Nic sözünün heç bir mənası yoxdur, bir şəhidimizin adını vermək olar
@yeringulagi
@yeringulagi Жыл бұрын
Salam. Şəhidlərlə bağlı təklifiniz yaxşıdı, mən də elə düşünürəm
@GundelikTeleqrafnews
@GundelikTeleqrafnews 2 жыл бұрын
İzlədim, nə maraqlı, qəribə kəndlərimiz var. Adam hamısını gedib gəzmək istəyir
@nergizsuleymanova3951
@nergizsuleymanova3951 Жыл бұрын
Çox səst,aydn başa düşülür.👍
@yeringulagi
@yeringulagi Жыл бұрын
Çox sağolun
@gulnaraisayeva07
@gulnaraisayeva07 2 жыл бұрын
Minbaşı və Beşdəli kəndlərində var, Sabirabad rayonunun kəndleridir
@cinaytisi5674
@cinaytisi5674 2 жыл бұрын
Möhtəşəm kəndlərimiz var.
@nergizsuleymanova3951
@nergizsuleymanova3951 Жыл бұрын
👍👍👍
@yeringulagi
@yeringulagi Жыл бұрын
eşq olsun
@tofiqquliyev3372
@tofiqquliyev3372 2 жыл бұрын
Çox sağolun, kəndlərimizi tanıdırsız. Paylaşaq bizdə hamı tanısın
@sabuhiallahverdizada4605
@sabuhiallahverdizada4605 2 жыл бұрын
Gələn dəfə Zəngilan rayon, Orta Yeməzli kəndini də diqqətdə saxlayın xahiş edirəm.
@villagelife4514
@villagelife4514 2 жыл бұрын
Gədəbəyin İnəkboğan kəndi
@fromjabrailkarabakhazerbai3774
@fromjabrailkarabakhazerbai3774 2 жыл бұрын
Cəbrayıl rayonu Dəmşalaq kəndinə hech bir kənd çatmazdı, yaxşı arashdirmamisiniz, çəkdiyiniz adların çoxu adi adlardir
@vefadar90mammedov34
@vefadar90mammedov34 2 жыл бұрын
Biride bizim kend o yaddan cixib
@aybenizheziyeva8592
@aybenizheziyeva8592 2 жыл бұрын
Salam.Neftcala rayonu Qoltuq qəsəbəsi Banke qəsəbəsi Boyat kendi
@vefadar90mammedov34
@vefadar90mammedov34 2 жыл бұрын
Masallah
@garik7001
@garik7001 2 жыл бұрын
Choxlu sayda qeyri-adi adlar qala-qala siz niye bezi normal kend adlarini qeyri-adi sayirsiniz? Talishlarin adina Talish kendi varsa, Turkan kendi varsa, siz niye Hapit xalqinin adina olan Hapitli kendinin adini qeyri-adi sayirsiniz? Qebele rayonundaki qedim Vəndam kendinin adinda da qeyri-adi hech ne yoxdur...
@vefadar90mammedov34
@vefadar90mammedov34 2 жыл бұрын
👍
@cinaytisi5674
@cinaytisi5674 2 жыл бұрын
Salamlar olsun
@ruhibaris3622
@ruhibaris3622 2 жыл бұрын
Gedebey rayon Qoşabulaq kəndi
@МехманВелиев-ф9ж
@МехманВелиев-ф9ж 2 жыл бұрын
Qarabaldir
@villagelife4514
@villagelife4514 2 жыл бұрын
O qədər çoxdu ki
@agilliolun2400
@agilliolun2400 2 жыл бұрын
Goycayin Biqir kendi ♥️ narin mesgeni 👍🇦🇿
@foodchannel8721
@foodchannel8721 2 жыл бұрын
Şəkinin Kiş kəndi
@elmeddinnamazov5914
@elmeddinnamazov5914 2 жыл бұрын
Tovuz _ Yanıqlı _ Eyyublu 🥰😍
@elmeddinnamazov5914
@elmeddinnamazov5914 2 жыл бұрын
@@yeringulagi Aleykum Salam 👍
@ГаджарАбиева
@ГаджарАбиева 2 жыл бұрын
Чохххххххх мараглыдыр тешеккурлер
@ТалехМагеррамов-у3г
@ТалехМагеррамов-у3г 2 жыл бұрын
Шамахынын Калва кенди.
@akifmemmedov7719
@akifmemmedov7719 Жыл бұрын
maraqlidi
@yeringulagi
@yeringulagi Жыл бұрын
çox sağolun
@donmez0804
@donmez0804 2 жыл бұрын
Zerdab rayonunda Deliqushcu kendi var. Masallida Caxirli adli kend var.
@donmez0804
@donmez0804 2 жыл бұрын
Qubada Cimi, Qamqam, Rustov adli kendler de var.
@donmez0804
@donmez0804 2 жыл бұрын
@@yeringulagi he, duzdur, diqqetden yayinib.
@Kh_amzel1_
@Kh_amzel1_ Жыл бұрын
Bəli kəndlərin bir çoxunun adı qəribədir
@yeringulagi
@yeringulagi Жыл бұрын
elədi
village life
23:35
Nail Kemerli
Рет қаралды 144 М.
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Peleng
Рет қаралды 259 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Su yox, yol yox, qaz yox, di gəl, yaşa - APA TV
6:11
APA TV
Рет қаралды 36 М.