Azərbaycanda tüğyan edən xəstəliyin çarəsi varmı? - miqreni olanlar nə etsin? Araşdırma - APA TV

  Рет қаралды 1,623

APA TV

APA TV

Күн бұрын

#APATV #sağlamlıq #xestelik #diskamfort #başağrısı #miqren #spazma #stress #gerginlik #yuxsuzluq #ürəkbulanma #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Azərbaycanda tüğyan edən, çarəsi olmayan xəstəlik - Araşdırma apa TV
Çəkənlər bilir, miqren tutması başlayanda həyat kabusa çevrilir. Ağrılar elə şiddətlənir ki, insan yatağa düşür. Adətən alın, göz, gicgah və boyun nahiyəsində olan miqren ağrılarının səbəbi müxtəlifdir. Əslində miqrenin yaranma səbəbi dəqiq məlum deyil. Ancaq Respublika Diaqnostika Mərkəzinin miqren və baş ağrıları üzrə həkimi Sərxan Əmirquliyev deyir ki, stress, depressiya, qorxu, həyəcan , yuxu pozğunluqları qıcıqlandırıcı səbəblərdir. Həkimin sözlərinə görə, miqren sadəcə baş ağrısı deyil, xroniki nevroloji xəstəlikdir və dünya əhalisinin 14%-i bu xəstəlikdən əziyyət çəkir. Daha çox qadınlarda rast gəlinən miqren tutmasına bəzi qidalar da şərait yaradır. Məsələn, yumurta, kofe, şokolad və sairə. Miqrendən əziyyət çəkənlər çoxlu su içməlidir. Özbaşına qəbul edilən ağrıkəsicilərin qəbulu isə vəziyyəti daha da ağırlaşdıra bilir.
Bəs yaxşı, ağrıkəsicilərin belə fayda vermədiyi bu dəhşətli baş ağrıları necə müalicə olunur?
Son vaxtlar belə xəbərlərə də rast gəlirik ki, miqren üçün peyvənd çıxıb. Həkim isə deyir ki, miqren üçün peyvənd yoxdur. Bu, sadəcə iynə və dərmanlar vasitəsilə müalicə üsullarından biridir. Belə müalicə yalnız xroniki miqren xəstələrinə ayda bir dəfə tətbiq edilir və ağrıların təxminən 50-70 faiz azalması müşahidə olunur. Bundan başqa miqren müalicəsində yeni üsullardan biri də botoksdur.
İnsanlarda müxtəlif baş ağrıları olur. “Ancaq miqren ağrısını digər ağrılardan fərqləndirmək və diaqnoz qoymaq heç də çətin deyil” deyir həkim. Əgər baş ağrılarınız adətən birtərəfli, ürək döyüntüsü kimidirsə, ağrının gücü orta və ya şiddətlidirsə, fiziki, yaxud zehni aktivlik zamanı ağrı ağırlaşırsa, bundan başqa işığa, səsə həssassınızsa, halsızlıq, yuxu pozuntuları varsa, ağrı güclü olanda ürəkbulanma, yaxud qusma ilə müşayiət edilirsə, miqren olma ehtimalınız yüksəkdir.
Miqrenin müalicəsində ənənəvi tiblə yanaşı xalq təbabətindən də istifadə edilir. Baş, boyun və ayaqlarda xüsusi nöqtələr var ki, həmin nöqtələrə təzyiq edərək miqren ağrılarını azaltmaq olur. Qədim Çin təbabətinə əsaslanaraq bu metoddan da istifadə edilir.
Natiqə Mahmudova deyir ki, ölkəmizdə də kifayət qədər məşhur olan hicama proseduru miqren müalicəsində də effektlidir.
Qeyd edək ki, hicama proseduru 6 aydan bir həyata keçirilməlidir.
AYNUR QARA
XƏYAL İSKƏNDƏROV
APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 4
@user-yx6ug5nd6s
@user-yx6ug5nd6s Жыл бұрын
Xesteleri bilğilerdirir .teşekkür.
@ibadetefendiyeva7990
@ibadetefendiyeva7990 Жыл бұрын
Həkim doğru deyir miqrenin peyvəndi olmur gərək həkimin dediyi dərmanı atasan, birdəki sakitlikdə yatasan vəssalam
@turalqv-is1qv
@turalqv-is1qv Жыл бұрын
Aterostop dermanı miqreni tam müalics edir
@RamilUgur-or2to
@RamilUgur-or2to Жыл бұрын
Arada o əlinizdəki şturvalla əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfə getsəz millətidə orada görəcəksiniz, xəstəlikləridə onun yaranma səbəbinidə😂😂😂
Dr.Müşfiq Sadiqov: Baş ağrıları
1:29
Buta Clinic
Рет қаралды 69 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Beş əlamət kimdə varsa Allah onu sevir deməkdir!!!
29:50
Siratal-mustaqim
Рет қаралды 509 М.
Əsgər Əyyubov özünə qəsd etdi - APA TV
0:41
APA TV
Рет қаралды 4,2 М.