Yarımçıq xatirələr (2015)

  Рет қаралды 779,421

Azərbaycanfilm

Azərbaycanfilm

Күн бұрын

12+
Film 1941-ci ildə Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin baxışını əks etdirir.
Çəkilişlər Bakı, Brest, Minsk və Vileyka qəsəbəsində (Belarus) aparılıb.
Film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub.
Filmin işçi adı “Əsgərin şücaəti” olub.
Rejissor: Elxan Cəfərov
Ssenari müəllifləri: Konstantin Vorobyov, Yavər Rzayev
Operator: Nadir Mehdiyev
Rəssamlar: Vadim Şafranski, Rafiq Nəsirov
Bəstəkar: Polad Bülbüloğlü
Rollarda: Bəhruz Vaqifoğlu (Azər), Mixail Kaminski (kapitan İvanov), Georgi Tsaava (Artavazd), Gülzar Qurbanova (Janna), Andrey Milyuxin (Stankeviç), Zurab Nijaradze (Rantik), Veronika Plyaşkeviç (Nadya)
İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 09.05.2015
Janr: müharibə, dram
Mükafat:
I Qızıl Pəri Mükafatları - ən yaxşı aktrisa Gülzar Qurbanova (2015, Bakı)

Пікірлер: 560
@TeymurStore
@TeymurStore 9 ай бұрын
Bu Filimdə Əziyyəti Keçən Hər 1 Kəsə təşəkkürlər.Belə Möhtəşəm Mənalı Film İzləməmişdim❤👍
@yasarrhimov
@yasarrhimov Жыл бұрын
Bu qədər gözəl, obrazliligi möhtəşəm olan iki fərqli müharibəni bir mənaya ,kinoya yerləşdirən insan(lar)i alqışlayıram ve fəxr edirəm !. (diqqətiniz üçün təşəkkür)
@SeideMemmedova-be2hd
@SeideMemmedova-be2hd Жыл бұрын
Əziyyəti keçən hər kəsə təşəkkur .Dərin mənalı filmdi anliyana..Müharibələri törədənlərə ar olsun😢
@West_Azerbaijani-1987
@West_Azerbaijani-1987 7 ай бұрын
Tam səmimiyətlə deyə bilirəm ki, bəli müasir Azərbaycan filmləri arasında barmaqla sayıla biləcək çox az sayda olan yüksək keyfiyətli bir filmdir.👍👏 Bu filmin ərsəyə gəlməyində əziyəti olan hər kəsə təşəkkürlər. Eləcə də bu ekran əsərini KZbin-a yükləyənlərə.🙏
@amilazizov2356
@amilazizov2356 Жыл бұрын
Çox gözəl filmdir. "İnsanın qismətinə düşən ən böyük haqsızlıq elə müharibənin özüdür".
@Sahipkıran1
@Sahipkıran1 10 ай бұрын
Türkiyeden salam. Kederiniz kederimizdir qardaşlar.
@KemaleEliyeva-m3r
@KemaleEliyeva-m3r 5 ай бұрын
@@Sahipkıran1 təşəkkürlər
@eynullaqaziyev5959
@eynullaqaziyev5959 17 күн бұрын
Eyvallah abi sizleri hep saygiyla aniyorum. Iyi ki varsiniz.
@kamranbagirov5241
@kamranbagirov5241 11 ай бұрын
Əzyəti keçən hər kəsə təşəkkürlər çox gözəl filimdir..Heif bu cür gözəl film heç yerdə təbliğ olunmur paylaşılmır.
@resulmemmedzade9475
@resulmemmedzade9475 9 ай бұрын
Her il 20 yanvar gunu fln verilir televizorda
@kamranbagirov5241
@kamranbagirov5241 9 ай бұрын
@@resulmemmedzade9475 çooox gözəl. Yəqin mənim rastıma çıxmır
@musfikinsan3423
@musfikinsan3423 7 ай бұрын
​@@resulmemmedzade9475Yanvar ne demek?Bırakın şu Rus sözlerini.
@musfikinsan3423
@musfikinsan3423 6 ай бұрын
@@AzeriQafqaz55 Azerbaycan dili değil Rus dili bu.Adamlar size yapmadıklarını bırakmadılar.Siz hala Rus kelimeleri kullanıyorsunuz.
@ramilquliyev5304
@ramilquliyev5304 6 ай бұрын
@@musfikinsan3423 ay gijdıllaax , yanvar rus sözü deyil 🤧
@N.R._SHNR
@N.R._SHNR Жыл бұрын
Məncə postsovet dönəmində peşəkar səviyyədə çəkilən ilk Azərbaycan filmidir. Tək rejissor işi yox, operator, aktyorlar, tryuklar və başqa effektlər baxımından çox yüksək səviyyədə çəkilib. Halal olsun axırı ki, bizdə də peşəkar rejissor yetişdi. Ancaq nədənsə bu tiktok rejissorlardan fərqli olaraq elə öz TV, KİV, mediamiz Elxan Cəfərovu bizə tanıtmırlar, verilişlərə cağırmırlar. Fikir verdim burdakı baxış sayı da çox azdır. "Elməddinlər" milyonlarla baxış sayı yığır,bu film isə cəmi 100 min. Çox heyif.
@pashazadehzaur
@pashazadehzaur Жыл бұрын
Bilirsiz niyə? Çünki belə - dramaturji süjet xətti olan, müəəyyən bir ideyanı təbliğ edən filmləri başa düşmək üçün, bir balaca bədii zövq bə düşünüb nəticə çıxartmaq lazımdır. Buda ki, biraz zəhmətli işdir. Siz dediyiniz filmlərdə isə baxıb, düşünüb, nəticə çıxartmaq lazım deyil, sadəcə baxıb hırıldamaq bəs edir. Ona görə də onlarda baxış milyon olur.
@NicatVeliyev-k2q
@NicatVeliyev-k2q 4 күн бұрын
Men bir muharbe veterani kimi cox xosdadim bu filimi 44 gunuy qarabag muharbesine apardi meni
@БайрамовАрзуман
@БайрамовАрзуман Жыл бұрын
Film axarlıdır, maraqla izlədim. Məncə film rus, azərbaycanlı və erməni millətlərinin qarşılıqlı münasibətlərini bədii şəkildə tamaşaçıya göstərə bilib. Azərbaycanlıları isə həm musiqiçi obrazında mənəviyyatını, həmdə cəsur döyüşə bilən bir millət olduğunu çox dolğun çatdıra bilib. Zamanla film müxtəlif aspektdə baxılacaq və nə qədər incəliklə insan münasibətlərinin hətta müharibədə belə necə əhəmiyyətli olduğunu öyrənə bilərlər. Əla filmdir. Əziyyəti keçənlərə təşəkkürlər.
@abof538
@abof538 Жыл бұрын
Azərbaycan filmlərindən möhtəşəmliyə layiq olan film. Əziyyətiniz göz qabağındadır Təşəkkürlər
@srxanorucov6155
@srxanorucov6155 16 күн бұрын
İlahi bu necə mohtəsəmlik idi.bu necə səsləndirmə idi Əhsən Əhsən min əhsən sizə gozlərim doldu.Bu millətin goylərə yuksələn qəhrəmanlari mərd kisiləri hec nigaran qalmasinlar biz onlarin bu mərdlik səlnamələrini layiqincə davam etdirəcəyik.❤️
@Eat_ASMR_
@Eat_ASMR_ 2 жыл бұрын
Ürəyimi oxuyursuz bu filmləri üzə çıxarıb, paylaşmaqla...eşq olsun
@relaxingsatisfyingvideos4214
@relaxingsatisfyingvideos4214 Жыл бұрын
Möhtəşəm filmdir. Heyifki belə gec xəbər tutdum filmdən. Heyifki heç təbliğ olunmur belə film.
@parvanasultanova1591
@parvanasultanova1591 Жыл бұрын
Inanln ki birinci defedi muharibe janlrlnda ceklen filime yeni bizimkilerin cekdiyi filime bele hevesle baxdlm super her kese tesekur bu filime gore
@habilabdulhasimov9189
@habilabdulhasimov9189 Жыл бұрын
AZƏRBAYCAN GÜCDÜR !!! ALLAH GÖZƏL AZƏRBAYCANIMIZI gorusun.
@XTQ-Fanat
@XTQ-Fanat Жыл бұрын
AMİN YA RƏBBİM 🤲
@orxann-vj2iq
@orxann-vj2iq Жыл бұрын
bu kinoda uruslar iraklam edibler hal bu ki bu muharibeni ele uruslar teskil edib
@mahoaga649
@mahoaga649 2 ай бұрын
Amin
@sabirsalmanov4249
@sabirsalmanov4249 Жыл бұрын
İndiyə qədər izlədiyim ən yaxşı Azərbaycan filmidir.Senarisi oyunçuluğlar heç bir sisirdilmə yox. Bu o deməkdir ki istəyəndə bizdə yaxşı film yarada bilirik ... Əla !!!
@hamidhasanov9292
@hamidhasanov9292 11 ай бұрын
Bu Filmin məhşur "Dolu" Filmi ilə əlqəli olması, "Dolu" Filminin akytorlarının və obrazlarının sonda bu filmdə canlandırılmağı mənə başqa cür təsir etdi.Özəlliklə "Dolu" Filmindəki "Drakon" Obrazını bu filmdə də görmək bam başqa bir duyğudur
@tahirmirze5542
@tahirmirze5542 5 ай бұрын
Hər ikisinin rejissoru Elxan Cəfərovdur, ona görə...
@gulnurqarasl1280
@gulnurqarasl1280 2 жыл бұрын
Möhtəşəmdir, müharibə haqqında olan bir film yalnız bu dərəcədə mənalı ola bilərdi.
@seymurorucoglu.1558
@seymurorucoglu.1558 2 жыл бұрын
Çox gözəl filimdir. Halal olsun əziyyəti kecən hər kəsə.
@xeyyamsadiqov4418
@xeyyamsadiqov4418 Жыл бұрын
Allaha çox şükürlər olsun qisasimiz alındı , Allah şəhidlərimizə rəhmət eləsin , Qazilerimize can sağlığı versin Xocalının Qarabağın qisasını aldılar .
@AhmadCafarov-g8j
@AhmadCafarov-g8j 15 күн бұрын
Gecə saat 4 də izlədim yenidən doğuldum elə bil❤
@QasimAbbasov
@QasimAbbasov Жыл бұрын
belə gözəl film ərsəyə gətirdiyiniz üçün hər bir əməyi keçən şəxsə minnətdarlığımı bildirirəm.
@ramizxatnl8043
@ramizxatnl8043 Жыл бұрын
Faşist zabitinin çaldığı mahnının adını bilirsən qardaş ? Əgər bilirsənsə yaz nə qədər vaxtı axtarıram
@N.R._SHNR
@N.R._SHNR Жыл бұрын
@@ramizxatnl8043 "O Du lieber Augustin" və ya ""Ах ты мой милый Августин" (38:09)
@valehmuxtarov1315
@valehmuxtarov1315 2 жыл бұрын
Möhtəşəm bir film. Heç sıxılmadan izlədim. Axıcı sujet xətti var. Yorulmadan bir dəfəyə izləmək olur. Uğurlarınız davamlı olsun♥️
@frefreelsad5645
@frefreelsad5645 5 ай бұрын
Elxan Cəfərova Aktyor Heyətinə və Əziyeti keçen her kəsə təşəkkürlər Mükəmməl filim sanki Hollivud çəkib filmi elə təsir bağışlayır insana
@fidanmammadova8314
@fidanmammadova8314 19 күн бұрын
Çox gözəl sənət əsəridir. Çox! İnsanlığı, dostluğu, insanlığın ölməsini bu filmdə çox gözəl şəkildə işləmisiz. Hər zaman öz-özümlə danışdığım çox ifadələri, hadisələrin şərhlərini, özümə, həyata verdiyim sualları gördüm bu filmdə. Hər birinizə çox təşəkkür edirəm əziz “Yarımçıq Xatirələr” heyəti.
@nizamiisa2513
@nizamiisa2513 7 ай бұрын
Möhtəşəm filmdi. Məncə bu filmin daha çox izlənməsi üçün hərkəs ən az 5 dostu ilə paylaşsa, izlənmə sayı həndəsi silsilə ilə artar. Filmdə bütün əziyyəti keçənlərə səmimi təşəkkür edirəm. Bir sözlə möhtəşəm - xalqımız, millətimiz və qüdrətli dövlətimiz kimi möhtəşəm filmdi
@nurievnuriev7822
@nurievnuriev7822 11 ай бұрын
Превосходный Фильм !!! Спасибо режиссёру, автору сценария, и всем актёрам, молодцы ребята, успехов вам больших, ждём новые фильмы от Вас ещё .
@ayusifov877
@ayusifov877 10 ай бұрын
Azərbaycan tarixinin ən detaylı, ən maraqlı və ən yaxşı filmidir mənə görə. Təəssüf ki, ilk dəfə bugün gördüm.
@TalehEzimov-vm3lo
@TalehEzimov-vm3lo Жыл бұрын
Filimdən çox şeylər anladım minnətdaram.Bele filimlər efirdə tez tez canlansın. YAŞASIN AZƏRBAYCAN
@ElcinResulov-dx5ez
@ElcinResulov-dx5ez 19 күн бұрын
İnanmazdım bucür bir möhtəşəm filim çıxardı ortaya ❤❤❤❤❤❤❤Halla olsun eziyeti keçen her bir insana
@elxannamazli
@elxannamazli 10 ай бұрын
Cox sagolun ki bele mariflendirci filim cekmisiz. Eziyeti kecen her kese teşekur edirem . Heyqeten müharbe cox pis bir şeydi .
@urfaneliyev8994
@urfaneliyev8994 Жыл бұрын
Həqiqətən mohteşem halal olsun butun yaradıcı heyyete
@FaiqƏliyev-s4b
@FaiqƏliyev-s4b 5 ай бұрын
5 ya 6 dəfədi ki baxıram. Bezmədən yorulmadan. Özümü kinonun içində hiss edirəm. Çox mənalı kinodu. Bu film Göygöl rayonunda çəkilib. Hərbi hissənin əsgər zabitlərinə böyük çox sağ ol düşür. Çox köməklik göstəriblər. Əməyi keçən hər kəsə halal olsun deyirəm bravo👏
@farizqarayev3270
@farizqarayev3270 Жыл бұрын
Bu günə qədər baxmadıgım üçün xəcalət çəkdim.çox səviyyəli bir ekran əsəridir.müstəqillik dövrümüzün bəlkə də ən əla filmidir.
@elvintahirli4766
@elvintahirli4766 Ай бұрын
Ədalət Məmmədov və Almaz Amanova. Bu 2 insanın səsini eşidəndə məktəb vaxtı evə gəlib AzTvdə kinolara baxdığım günlər yada düşür(
@CeyhunElizade-q2u
@CeyhunElizade-q2u Жыл бұрын
Super. Halal olsun. Möhtəşəm bir film. Sovet dönəmindəki çəkilən Azərbaycan filmlərindəndə möhtəşəm bir film. Halal olsun.
@musfikinsan3423
@musfikinsan3423 7 ай бұрын
Film güzel .Fakat Rusları fazla iyi göstermiş.O yüzden biraz rahatsız oldum.
@İlaheCeferzade94
@İlaheCeferzade94 3 ай бұрын
​@@musfikinsan3423cünki ruslarla birge çekilmiş. Azerbaycanlı ve rus oyuncular çekiliyor. Belki o yüzden
@tacirayatov9964
@tacirayatov9964 Жыл бұрын
Mən fəxr edirəm ki Azərbaycanlıyam.! 🇦🇿🇦🇿🇦🇿
@ЭльшанКеримов-и7л
@ЭльшанКеримов-и7л Жыл бұрын
ŞERPLƏRDƏ FƏXR EDİRLƏR Kİ NEPALLIDIRLAR !!
@tacirayatov9964
@tacirayatov9964 Жыл бұрын
​@@ЭльшанКеримов-и7лsəndə fəxr etdi yerin yurdun bəlli deyil
@zahal978
@zahal978 4 ай бұрын
milli mənsubiyyətin nədir Azərbaycan torpağın adıdır
@АлибабаГабдрахманов
@АлибабаГабдрахманов Жыл бұрын
Я Азербайджанец❤горжусь и всегда гордился!!
@alihuseynli8350
@alihuseynli8350 10 ай бұрын
Azərbaycanlısan öz dilimizdə yaz
@rgfrttyuggffgh3890
@rgfrttyuggffgh3890 8 ай бұрын
Эджеб эляйиб русча языб, гой хамы охусун, фильмдя сохбят тякчя азярбайджанлылардан гетмир, русларданда, эрмянилярдяндя гедир.Гой русларда, эрмянилярдя охусун,хяр ким рус дилини баша дбшюр гой охусун
@zahal978
@zahal978 4 ай бұрын
@@alihuseynli8350 такой национальности нету
@AysnAllahverdizad
@AysnAllahverdizad 5 ай бұрын
Salam Aleykum ALLAH (C.C) Sizdən Razı Olsun AMİN ALLAH (C.C) Cəmi Bütün Şəhidlərimizə Rəhmət Eləsin, Məkanların Cənnət, Ruhların Şad Eləsin, Yerlərin Behişt Eləsin, Ailələrinə, Yaxınlarına, Sevdiklərinə, Sevənlərinə, Çox Böyük XANIM FATİMEYİ ZƏHRA (S.A) SƏBRİNDƏN Versin AMİN ƏLHƏMDULİLLAH, SÜBHƏNALLAH, MAŞALLAH, LƏ İLAHƏ İLƏLLAH MUHƏMMƏDƏN RƏSULULLAH LƏBBEYKƏ YA İMAM HÜSEYN (Ə) 🤲🕋🏴❤️
@ayselhmedova88
@ayselhmedova88 Жыл бұрын
Azərbaycan xalqı bu cür mükəmməl fimlər görmək istəyirr
@cosqunqedirov154
@cosqunqedirov154 Жыл бұрын
Nə qədər gözəl çəkmisiniz bu filmi. Çox gözəl xalqıq. Mətbəx mədəniyyətimiz Geyim mədəniyyətimiz Hər şeydən pul çıxarmagımız Qonaqpərvərliyimiz Döyüşməyimiz Eeeeee uzadaram bu siyahını. Sadəcə yiyəmiz yoxdur . Yiyəsiz, sahibsiz, haqsız, ədalətsiz bir " dövlətdə " yaşayırıq .
@eliibayev6840
@eliibayev6840 Жыл бұрын
Mükəmməl senari, çəkiliş və səs effektləri. Əsl Azərbaycan filmi!
@nuragazade6262
@nuragazade6262 5 ай бұрын
2 ci dəfə izlədim filmi,çox möhtəşəm,çəkiliş,möhtəşəm aktyorluq.Kaşki belə filmlər çox olsun
@kem4ik0
@kem4ik0 6 ай бұрын
Çox gözəl və bir az ağır filmdir.... Çox xoşuma gəldi, baş verənləri yenidən düşünməyə vadar edir. Çox sağolun bu filmdə görə!
@elgunmamedov307
@elgunmamedov307 11 ай бұрын
Bu filmde emeyi kechen her kesin qarwisinda baw eyirem.Ellerinize saglig❤❤❤❤
@isayevayegane8409
@isayevayegane8409 Жыл бұрын
Cox gozel filmdir ssenaristi ve rejissoru alqislayiram esq olsun bele filmlerin cox olmasini arzulayiram
@behruzmuradov3444
@behruzmuradov3444 6 ай бұрын
Çox gözəl filmdir sözün əsl mənasında Ərsəyə gəlməsində əməyi keçən hər kəsə ayrı ayrılıqda təşəkkürümü bildirirəm
@bakibakipc8194
@bakibakipc8194 5 ай бұрын
Filmin süjet xətti və ssenarisi mükəmməl, rejissor işi sıfra bərabərdi
@salahovseymur3796
@salahovseymur3796 4 ай бұрын
@@bakibakipc8194 niyə ?
@salahovseymur3796
@salahovseymur3796 4 ай бұрын
Niyə ?
@samirqaraxanov755
@samirqaraxanov755 6 ай бұрын
Çox Mükəmməl Səviyyədə Çəkilib Xalqımın Cəsurluğu İgidliyi Çox Gözəl Əks Olunub ,Ayrıca Rus Qızının Azərbaycanlıy Aşiq Olması Başqa Janırdıki Filmə Gözəlliy Qatıb .Əhsən Davamı Gəlsin
@mamedasgerov8334
@mamedasgerov8334 Жыл бұрын
MÖHTƏŞƏM BİR TARİXİ FİLM ✊🏼🇦🇿
@romanzarbali3510
@romanzarbali3510 5 ай бұрын
Вот это фильм 🎥 который мы всегда ждем от вас молодцы всем спасибо большое кто участвовал в фильме 👏👌🙏🙏🙏
@hliyarnovruzov973
@hliyarnovruzov973 2 жыл бұрын
Cox gözel cekilib Allah eziyet cekenlerin canın sag elesin.
@Xd_44_44Xd_4
@Xd_44_44Xd_4 Жыл бұрын
Halal olsun çox mənalı kino idi mən indiyə kimi deyirdimki Azərbaycanda yaxşı filimlər olmur amma bu kino məni bu sözümə görə peşman elədi həqiqətndə çox gözəl alınıb Allah bizə keçmişimizi xatırladan bu gözəl Aktyorlarımızı qorusun 🤲🖤
@XdicMmmdli-em3zf
@XdicMmmdli-em3zf 15 күн бұрын
Filmin ssenarisinə görə-çəklişinə,aktyorlar və digər zəhməti keçən hər kəsə minnətdaram.Möhtəşəm filimdir.Film elə bil 2015 də yox-Sovet dövründə çəkilmiş filimlərimiz kimi samballı dəyərli,anlamlı olan o dövr-yüksək mənəvi dəyərləri üzərində çəkilib.Bir daha minnətdaram.
@vekilovsamil7031
@vekilovsamil7031 7 ай бұрын
Cox fexr eledim,halaldi bu kinonu yaradib erseye cixardan insanlara.sizi ayag uste alqiwlamag lazimdi
@SettarxanSettarli
@SettarxanSettarli 6 ай бұрын
#SoyuqGüneş den sora izlediyim en Gözel Filmdi... #Dolu daxil olmaqla Eziyeti kecen herkse Teşekkür ❤
@TogrulHaciveliyev
@TogrulHaciveliyev 10 ай бұрын
Demək ki bizimkilər İstəyəndə yenədə Gözəl filimlər çəkə bilirlər.mohtəsəm Sənəət eseridi
@İlaheCeferzade94
@İlaheCeferzade94 3 ай бұрын
Nolsunki baxan yoxdu azdi
@samirmuseyibov7713
@samirmuseyibov7713 Жыл бұрын
Film çox gözəl alınıb.Aktyorlar da,rejissor da operator da super...Halal olsun...Filmdəki hər kəsə təşəkkürlər.
@gencetelekom7010
@gencetelekom7010 11 ай бұрын
Filmin axır dəqiqələri gözəl Göygöl rayonunda çəkilib 🫶🏻 Mükəmməllll❤️
@hilal8717
@hilal8717 2 жыл бұрын
Çox gözəl filmdir. Hər kəsə təşəkkür
@arzuyusifova1079
@arzuyusifova1079 7 ай бұрын
Cox teessuf ki bu filmi hele indi izleyirem, deyerdim ki sovet kinosu keyfiyyetinde cekilmis ilk muasir film idi son vaxtlar izlediyim.Movzy da cox maraqli.Trsekkur edirem
@seymurmustafayev3324
@seymurmustafayev3324 Жыл бұрын
Allah Azərbaycanımızın düşmənlərini məhv eləsin ❤ Bu filmi tərcümə edib yaymaq lazımdır Yuksək mukafatlar ala bilər
@otuccsuleymanov410
@otuccsuleymanov410 2 ай бұрын
Bu kinonu izləyəndə mən fəxr ettimki. Azərbaycan belə gözəl filmlər çəkir🇦🇿❤
@elmaddinxankiwiyev6271
@elmaddinxankiwiyev6271 Жыл бұрын
Cox gozel mohtewem ela cekiliw canlanma her wey super.kohne kinolarimizdsn sonra ilk defe bele gozel Azerbaycan filmi gordum.
@CemilFarzaliyev
@CemilFarzaliyev Ай бұрын
Cox gozel filimdi eziyyeti kecen her kese sonsuz tewekkurumu bildirirem.
@yusifteselli6399
@yusifteselli6399 Жыл бұрын
Men birinci defedi bu filime baxiram menasiz bezi seryallardansa birini cek keyfiyyetdli olsun cox gozel uqurlarniz bol olsun esas davamli olsun
@imyaneto262
@imyaneto262 Жыл бұрын
Azərbaycanda çəkilmiş ən gözəl filmdir😍👍
@isaqrasul3896
@isaqrasul3896 Жыл бұрын
Möhtəşəm filmdir. Bizim bu cür gözəl və təbii çəkilən filmlərə ehtiyacımız var 👍
@zemred2837
@zemred2837 7 ай бұрын
Çox mükəmməl. Çox əziyyət çəkilib film üçün. Həqiqətən də bu əziyyətə dəyər. Əhsən.
@Sagliq_qida
@Sagliq_qida Жыл бұрын
Rus dilində baxmışdım. İndi öz dilimizdə dublyaj da gözəl.ifa ssenari hər şey möhtəşəm!!👏👏👏
@АзадаАлизаде
@АзадаАлизаде Жыл бұрын
Отличный фильм. Огромная благодарность создателям и всем участникам фильма.
@RamizQələndərov
@RamizQələndərov 10 ай бұрын
Filmi səsləndirən adamın səsi çox mükəmməldir
@zeynalresulov9280
@zeynalresulov9280 2 жыл бұрын
Mukemmel bir film izleyirem aktyorlara rejissorlara senaristlere bu filmedr emeyi kecen her bir senetkara derin tewekkurumu bildirirem
@ШахларИбрагимов
@ШахларИбрагимов Жыл бұрын
Allah rəhmət eləsin, məkanı cənnət olsun... 💔💔💔😔😔😔🌹🌹 Çox gözəl çəkmisiz, Allah sizi qorusun.... ❤❤..
@pasapasayev9892
@pasapasayev9892 Жыл бұрын
Salam cox gozel filimdir baxdiqim Azerbaycan filimlerinin icersinde en gozel filimdir ehsen sizdere cccp dovrunden Azerbaycanlilar haqinda gosderdikler qehramaliq haqda cox filimler cekmek lazimdir
@sahinallahverdiyev7603
@sahinallahverdiyev7603 6 ай бұрын
Həqiqətən gözəl filimdir. Senarilərdə gözəl yazılıb. Eşq olsun!❤❤
@Мокркдьс
@Мокркдьс 6 ай бұрын
Cox sevindim ki ilsonra dele filme baxdim kas but qerhamanlar haqida filme cekilsin
@iqrarmustafaev1731
@iqrarmustafaev1731 Жыл бұрын
Фильм сильный,пронизывает до слез! Спасибо за созданный фильм!
@nzaktibrahimova
@nzaktibrahimova 7 ай бұрын
Çox gözəl filimdi.Bu cür filimlər vermirlər televiozda harda axmaq filimlər var onları verirlər. Aktyorlarəmızada Allah can sağlığı versin.
@Shane-1903
@Shane-1903 Жыл бұрын
Allah bütün Türk şəhidlərimizə rəhmət eləsin amin. Allah Azərbaycanımızı qorusun.🤲🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿❤️🇦🇿
@aygulaliyeva5293
@aygulaliyeva5293 16 күн бұрын
Möhteşem bir filimdir. Emeyinize sağlık🙏🏻
@elsnabbasov2759
@elsnabbasov2759 Жыл бұрын
Gözəl! Bütün əməyi keçən hər kəsə sonsuz təşəkkürlər!
@Tan1l_maz
@Tan1l_maz Жыл бұрын
Çooooox gözəl filimdi.Əlinizə əməyinizə salığ
@ФудСити-ш1щ
@ФудСити-ш1щ Жыл бұрын
Allah xalqimizi opdumuzu qorusun amin🤲
@shruzxudai2700
@shruzxudai2700 5 ай бұрын
Əhsən. Çox gözəl filmdir əziyyət çəkənlərə eşq olsun etməyinizə sağlıq
@rovwanbagirov4713
@rovwanbagirov4713 Жыл бұрын
Əhhhh sən çox gözəl çox mənalı filim çəkiblər👍👏👏👏 belə kinolar çəkin gic gic komediya adı altında səy səy şeyləri ötürməyin bu millətə
@romanymjbvf8244
@romanymjbvf8244 Жыл бұрын
Birinci dəfə baxıram və hiss edirəm bu filmi dastlar qardaşlar və bacılar,kim ki bu dünyada torpağ davası başladıb Allah onlara nəhlət etsin, Adəm oğlunun vətəni hər yerdi
@romanymjbvf8244
@romanymjbvf8244 Жыл бұрын
Adəm övladının torpağı nə Azərbaycan nədə başqa topraq, hər torpağı Allah yaratiglaricun verdi,
@romanymjbvf8244
@romanymjbvf8244 Жыл бұрын
Bunu hələ qəbul etmirik,
@ayusifov877
@ayusifov877 10 ай бұрын
Hansı Adəm? Cinlə evlənib nəsli insestlə yayılan? 😂
@TuralSadıqlı041
@TuralSadıqlı041 5 ай бұрын
Çox gözəl bir filmdir daha öncə bir dəfə baxmışdım təkrar birdə baxdım iki müharibəni bir yerə sığdıran bir film. Müharibə isə həqiqətən acılı ağrılı bir şeydir ancaq vətəni müdafiə etmək hər kəsin borcudur.
@PolsaVarsava
@PolsaVarsava 7 ай бұрын
Çox gözəl dilimdir, insan bi ixtiyar filimə baxanda kövrəlir
@ZuleyxaHebibzade
@ZuleyxaHebibzade Жыл бұрын
Gözəl ssenari, möhtəşəm aktyor ustalığı və çox bacarıqlı rejissor işi. 👍👏👏👏 Mən deyərdim, bu filmlərdən çox çəkilsə, bəlkə camaat xarici, mənasız seriallara baxmaqdan əl çəkər.
@Ahmedov_Gaming
@Ahmedov_Gaming 8 ай бұрын
Çox əla bir film alınıb əziyəti keçən hərbir kəsə təşəkkürlər ❤
@ismayilhuseynov6810
@ismayilhuseynov6810 6 ай бұрын
supper bəyəndim çox təsir edici bir filmdi Allah bütün şəhidlərmizə rəhmət eləsin😥🙏
@ismethesenov1932
@ismethesenov1932 4 ай бұрын
Mohtewem bir filim bu cur filimler cekin beyenek bizde
@yusifteselli6399
@yusifteselli6399 Жыл бұрын
Bele filimleri efirde teqdim elemey gostermey cox gozel alinar Allah xalqimi qorusun
@eminbayramov2311
@eminbayramov2311 Жыл бұрын
Men bu filme Refinin mesleheti ile baxdim hallal olsun gozel cekilib eleriniz derd gormesin
@tarananuriyeva9907
@tarananuriyeva9907 8 ай бұрын
Belə filmlərin sayı çox olsun... 👍👏🇦🇿
@ElmirBoluyev
@ElmirBoluyev 2 ай бұрын
Axırda ki mahnı meni köhnə günlərə qaytardi😢
@celaledaletli1463
@celaledaletli1463 Жыл бұрын
İlahi bəlkə izlədiyim ən dərin ən mənalı film idi.cox gözəl çox əla idi.eziyeti olan hər kəsə minnətdaram
@КенанСаликов
@КенанСаликов Жыл бұрын
Bir kəlmə -SUPER. Halal olsun əziyyəti keçənlərə
Qatır Məmməd (1974)
1:26:59
Azərbaycanfilm
Рет қаралды 1,6 МЛН
Dolu (2012)
1:24:33
Azərbaycanfilm
Рет қаралды 839 М.
DAYI: A Man's Story (2021 - Full HD and English Subtitled)
2:05:10
"Əlvida, Şmidt!" - Tam Film
1:09:57
Ali-Sattar Guliyev
Рет қаралды 486 М.
Hozu Dayə Kinokomediyası Tam Versiya
1:30:15
Mecid Huseynov
Рет қаралды 2,2 МЛН
Arxadan vurulan zərbə (1977)
1:18:14
Azərbaycanfilm
Рет қаралды 766 М.
Любой ценой фильм про военную разведку
2:47:27