Sən niyə susursan? (1966)

  Рет қаралды 85,930

Azərbaycanfilm

Azərbaycanfilm

2 жыл бұрын

12+
Rasimin valideynləri yoxdur, avtomobil qəzasında faciəli şəkildə həlak olublar. O, avtobus parkında növbətçi mexanik işləyir. İş elə gətirir ki, Rasim sevdiyi qızın - Sürəyyanın atası Şirməmmədə - brakonyerə balıqları lazımi yerə çatdırmaqda kömək etməyə razılaşır. Rasim ümid edir ki, bu, sevdiyi qızın ailəsinin ağır borcdan qurtarmasına kömək edəcək. Brakonyerlər Rasimə yetim qızı, dinib-danışmayan Cəmiləni də qoşurlar. Qız bu çətin reysdə gəncə kömək etməlidir. Bir-birini tanımayan, lakin cinayət tərkibli bir işi yerinə yetirməli olan gənclər yolda olarkən müxtəlif adamlarla qarşılaşırlar. Rasim başa düşür ki, hətta məhəbbət naminə olsa belə, öz vicdanına qarşı kompromisə gedə bilməz.
Film Bakı, Nardaran, Şəki, Zaqatalada, Ağsu keçidi, Qaradağ, Tiflis və Gəncə aliminium zavodunda çəkilib.
Rejissor Həsən Seyidbəyli baş rolun ifaçısı Xəyal Axundzadəni küçədə tapıb. O vaxt Xəyal stend atıcılığı üzrə Azərbaycan çempionu idi.
Rejissor: Həsən Seyidbəyli
Ssenari müəllifi: Həsən Seyidbəyli
Operator: Rasim Ocaqov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Tofiq Quliyev
Rollarda: Xəyal Axunzadə (Rasim), Rəna Səlimova (Cəmilə), Yusif Vəliyev (Şirməmməd), Zemfira Sahilova (Sürəyya), Oleq Xabalov (Nəcəf), Məmmədsadıq Nuriyev (arıq), Kamil Qubuşov (Bəbir), Həsənağa Turabov (milis mayoru)
İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 15.03.1967
Janr: macəra

Пікірлер: 63
@baxruz6411
@baxruz6411 5 ай бұрын
Tamamən başqa aləmə düşürəm köhnə filimlərə baxanda elə bil başqa Azərbaycandı ….
@ruhengizresidova9677
@ruhengizresidova9677 Жыл бұрын
Azərbaycan ədəbi dili bu filmlərdə maksimum səviyyədə gözlənilib. Azərbaycan adlı bir vətən mövcud olduqca bu filmlər də var olacaq.❤❤
@insan_07
@insan_07 Ай бұрын
Салам. Может познакомиться
@user-qu5xw6og1w
@user-qu5xw6og1w 5 ай бұрын
Bizim belə filmlərdən həqiqətən yoxduda dünyasın dəyişən varsa Allah rəhmət eləsin qalanada Allah cansağlığı versin super filmiydi birsözlə möhtəşəm 🎉
@user-dg7gk6hz2f
@user-dg7gk6hz2f Жыл бұрын
2-ci defe baxiram, cox gozel, menali ve terbiyevi filmdir. Kecmishi filmlerde ideya vardi, ohlar cox shaxeli idiler, sevgi, emek, vicdan, namus, hormet,....
@gunayemirli549
@gunayemirli549 11 ай бұрын
10:30 Nə yaraşıqlı aktyorlardır
@esanesan691
@esanesan691 4 ай бұрын
Qizil Fond...Əbədi bir Film...❤
@sonyagasimova8009
@sonyagasimova8009 Жыл бұрын
Balığı bol olan Bakım,❤ Amma balığa hesret galan.Ha o vaxt,ha indi.,😢 Deyıwen geç bir yoxdu,hayıf...
@insan_07
@insan_07 Ай бұрын
Салам
@baxruz6411
@baxruz6411 5 ай бұрын
Oğlan mükəmməl rol oynayır….
@babekmusazade7616
@babekmusazade7616 2 жыл бұрын
Çox sağ olun. Ən sevdiyim filmlərimizdəndir.
@NihalUzunova-lu3bm
@NihalUzunova-lu3bm 9 ай бұрын
Çanim gurban bizim azerbaycan kinolarina. Usaglimin xatireleri indi altmis yasim var xaricde yasiyiram ama yene baxiram eziz kinolarmiza
@anarbayandurlar9463
@anarbayandurlar9463 Жыл бұрын
Bu film 60-70-cı illərdə beynəlxalq festvallarda Azərbaycanı təmsil etməyə layiq bir filmdir
@inci_metbex
@inci_metbex 8 ай бұрын
GOZEL FILIMLERIMIZ VAR BAXDIQCA INSANIN BAXMAGI GELIR...
@Qoca.Elm.
@Qoca.Elm. 7 ай бұрын
Tək kəlimə ilə, Mükəmməl!
@kenanhemidov337
@kenanhemidov337 Жыл бұрын
Gözəl filimdi
@user-wl4ks7tl5e
@user-wl4ks7tl5e 3 ай бұрын
22.03.24 Azerbaycan Baki 8- km
@hshhdhxhdjdj4142
@hshhdhxhdjdj4142 Жыл бұрын
Heyif deyil milli kinolar❤️
@gulya3920
@gulya3920 8 ай бұрын
Cox gözəl filmdir.
@sefiqequliyeva1030
@sefiqequliyeva1030 Жыл бұрын
Susan qız çox gözəldi. İtalyan qızlarına bənzəyir
@user-pg1yy3qo5y
@user-pg1yy3qo5y 4 ай бұрын
Azəri qızları yaraşıqlidırlar
@insan_07
@insan_07 Ай бұрын
Салам
@seymurimanov9714
@seymurimanov9714 5 ай бұрын
Uşaqlığımızın filimləri bu filimlər bizi tırbiyə edib istiqamət göstərib Allah Həsən Seyidbıyliyə dünyasın dəyişənlərə rəhmət eləsin amin biz sizə borcluyuq böyük sənətkarlar
@turkoglu520
@turkoglu520 2 ай бұрын
24-04-2024 hele baxan varmi???
@elshadjafar2437
@elshadjafar2437 3 ай бұрын
Hər vaxtiniz xeyir olsun . Sevdiyim filmlərdən biridir. Təşəjkkürlər. Bəyənmə düyməsinə toxundum
@user-eh5yp1mc8x
@user-eh5yp1mc8x 8 ай бұрын
Мне фильм очень дорог,т.к.в эпизоде снимался мой отец,молодой и красивый!!!❤❤❤
@actuallyitsnoneofyourbusiness
@actuallyitsnoneofyourbusiness 5 ай бұрын
Xəyal Axundzadə filmdəki adı ilə Rasim sizin atanızdır???
@leylaismaylova836
@leylaismaylova836 4 ай бұрын
​@@actuallyitsnoneofyourbusinessXeyir,yazib ki epizodik rolda çekilib ataşı,baş rolda çekilmeyib.Epizodik yani epizod.
@leylaismaylova836
@leylaismaylova836 4 ай бұрын
Ваш отец Олег Хабалов?(Наджаф)
@user-eg8ec9cr5i
@user-eg8ec9cr5i 27 күн бұрын
Какой именно эпизоде?
@shahinbagrov459
@shahinbagrov459 Жыл бұрын
Rasimin səsi çox gözəldi kim dublyaj edibsə
@ALV--sp6un
@ALV--sp6un Жыл бұрын
HƏSƏN ƏBLUÇ
@lion7325
@lion7325 5 ай бұрын
45:47 Qarmon ifası Azərbaycan ruhu bu filmlərdədir
@Khayyam161
@Khayyam161 4 ай бұрын
Mene ele gelir ki.Azerbaycan melodraminin basinda bu film durur....ne gun kecdi ne tehmine ( onlarin da yeri bir basqa)
@natvan5118
@natvan5118 11 ай бұрын
Çox gözəl filimdir qiz mənim gençliyime oxşayir
@baxruz6411
@baxruz6411 5 ай бұрын
Baxım 😊
@esanesan691
@esanesan691 Жыл бұрын
Çöx gözəl film...👍👍👍
@user-yj8is6fw3r
@user-yj8is6fw3r Жыл бұрын
Xeyir və Şərin gözəl nümunəsi Cox yaxşı filimdi 999 SSƏoA
@ayvazsuleymanli3976
@ayvazsuleymanli3976 2 жыл бұрын
👍👍👍
@user-hm3qw1gp6v
@user-hm3qw1gp6v 3 ай бұрын
Beləde davam 👍
@ZamiqAliev
@ZamiqAliev 8 ай бұрын
❤❤❤ 👍
@islamhuseyn8930
@islamhuseyn8930 2 ай бұрын
Oğlan Elvis Presleyə oxşuyur
@bextiyarmemmedov8978
@bextiyarmemmedov8978 8 күн бұрын
👍
@fuadhumbetli12
@fuadhumbetli12 4 ай бұрын
Derin menali film olmasada amma cox maraglidi.aktyorlarda eladi
@nizamimehtiyev8928
@nizamimehtiyev8928 Жыл бұрын
Əla
@surle3188
@surle3188 Жыл бұрын
👍👍👍👍
@mubamamedov6915
@mubamamedov6915 3 ай бұрын
Bu filmin kadrarxası görüntülərini tapmaq olar?
@ccbbhjxhj7768
@ccbbhjxhj7768 5 ай бұрын
hansi bolgenin yollaridi?
@rozalinda4280
@rozalinda4280 7 ай бұрын
Название фильма ❓
@busido5845
@busido5845 7 ай бұрын
SƏN NIYƏ SUSURSAN?-‐ПОЧЕМУ МОЛЧИШЬ?
@lalen.2410
@lalen.2410 2 ай бұрын
27:43
@user-dh2ug9ec4y
@user-dh2ug9ec4y 4 ай бұрын
2024 izləyirəm çox gözəldir
@shahinbagrov459
@shahinbagrov459 Жыл бұрын
Musiqi çox qəribədi
@faridabdullah280
@faridabdullah280 Жыл бұрын
Heyif vaxtıma.Vaxt itkisi.
@user-cz6ir4bh9e
@user-cz6ir4bh9e 10 ай бұрын
Ахы бу филмин ахыры не демекдир ? Бизим о девре горе недже баша душек.?
@TexnoX
@TexnoX 5 ай бұрын
18:05 torpağ yolda necə tormuz səsi gəlir ay səs rejisoru😅😅😅
@perviz7914
@perviz7914 5 ай бұрын
Görən hansı qamışlığdı😉
@perviz7914
@perviz7914 5 ай бұрын
Ovçuluq təsərrüfatı?
@perviz7914
@perviz7914 4 ай бұрын
Şurabatdı
@denizblogaz
@denizblogaz 11 ай бұрын
Çox mənasız filmdi , heif
@taksikerem9020
@taksikerem9020 8 ай бұрын
🥒💦
@nazlecanyeva5459
@nazlecanyeva5459 4 ай бұрын
👍👍👍
Yenilməz batalyon (1965)
1:27:05
Azərbaycanfilm
Рет қаралды 59 М.
Əsl dost (1959)
1:09:18
Azərbaycanfilm
Рет қаралды 32 М.
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 9 МЛН
Dağlarda döyüş (1967)
1:15:21
Azərbaycanfilm
Рет қаралды 146 М.
Bu Şəhərdə 2050 - 97.Bölüm
1:04:07
Bu Şəhərdə
Рет қаралды 53 М.
Onun bəlalı sevgisi (1980)
1:13:37
Azərbaycanfilm
Рет қаралды 125 М.
Qonaq | Komedixana  353-cü bölümdən
20:49
Komedixana
Рет қаралды 234 М.
Bir cənub şəhərində (1969)
1:16:08
Azərbaycanfilm
Рет қаралды 68 М.
Qızıl uçurum (1980)
1:14:20
Azərbaycanfilm
Рет қаралды 227 М.
Hərənin Öz Payı, Öz Tay filmi | İsi Məlikzadənin xatirəsinə
2:01:13
Şeytan göz qabağında (1987)
1:23:33
Azərbaycanfilm
Рет қаралды 128 М.
Röya Bənənyarlı ilə Region xəbərləri - 29.06.2024
18:19
Bizim küçənin oğlanları (1973)
1:20:03
Azərbaycanfilm
Рет қаралды 112 М.
Закон тайги | 1 сезон | 25 серия | Земля росомахи
43:09
Лучшие детективы
Рет қаралды 696 М.