Рет қаралды 1,362
31 yaşlı Əfsanə Rəsulova Bərdədə özünə biznes qurub. O, həm xına mərasimlərinin təşkilatçılığını, həm də aparıcılığını edir.
“Bərdənin Əfsanəsi” cəmiyyətin qadınlara qoyduğu sosial və psixoloji basqılara qarşı mübarizə aparan güclü qadının həyatından bəhs edən qısa sujetdir.
Əfsanə Rəsulova toy aparıcısı kimi çalışarkən müxtəlif qınaqlar və çətinliklərlə üzləşsə də, ailəsinin dəstəyi ilə öz peşəsində irəliləyib. O, hər kəsin gözlərini ona dikdiyi anlarda belə, özünü unutmayaraq içindəki gücə sığınıb, mübarizəyə davam etməyi bacarıb.
Əfsanə düşünür ki, rayon yerində, qınaqların içində öz ayaqları üzərində durmağı bacarıbsa, bunu digər qadınlar da edə bilər.