Bəs siz tam sürəti ilə sürə bilərsiniz? Şahdağda yeni atraksionlara infotur (tam versiya)

  Рет қаралды 9,297

Azerbaijan Travel Ambassador

Azerbaijan Travel Ambassador

2 жыл бұрын

Şahdağ turizm kompleksi dağ xizəkçiliyi həvəskarları üçün Azərbaycanda ilk kurortdur.
Şahdağ Azərbaycanın şimal-şərqində, Şahdağ milli parkının ərazisində eyni adlı dağın yaxınlığında yerləşir. Burada təmiz təravətli dağ havasından, öz əzəmətinə və müxtəlifliyinə görə təkrarolunmaz təbiətdən və parlaq bənzərsiz mədəniyyətdən zövq almaq mümkündür. Buranın iqlimi dağ xizəkçiliyi idmanına mümkün olacağı qədər xoş təsir göstərir. Qış vaxtı havanın tempraturu çox vaxt mənfi 20-22 dərəcə təşkil edir. Bu və bir çox digər səbəblərə görə məhz Şahdağ dağının ətəyində müasir, bütün Avropa tələblərinə cavab verən turizm kompleksi salınmışdır.
Hal-hazırda Şahdağda aktiv istirahət etmək üçün lazım olan hər şey mövcuddur. Burada yüksək xidmət səviyyəsinə sahib olan bir neçə otel, rahat və təhlükəsiz qaldırıcı lift, xizəkçilik və snoubord avadanlığının icarəsi fəaliyyət göstərir. Eyni zamanda kurort ərazisində tibbi yardım məntəqəsi, dağ xizəkçilik məktəbi, geniş avtomobil dayanacağı və ən gənc dağ idmanı həvəskarları üçün xalça zolağı fəaliyyət göstərir. Kompleks qonaqları kanat yollarının müxtəlifliyi ilə sevindirməyə hazırdır. Burada həm buqel, həm karusel, həm də qondol kanat yolları vardır.
Şahdağ həm yüksək hazırlıqlı, həm də hazırlıq səviyyəsi sıfır olan xizəkçilik idmanı həvəskarlarına uyğundur. Burada həm xizəkçiliyə yeni başlayanlar, həm də əsl peşəkarlar üçün xizək yolları mövcuddur. Hər bir xizək yolu süni qar generatorlarının köməyi ilə hazırlanır və bu da xizəkçilik mövsümünü daha da uzatmaq, xizək yollarını isə daha keyfiyyətli və sürüşmək üçün xoş etmək imkanı verir.
Şahdağ Turizm Mərkəzində yeni açılan atraksionlardan biri də - kosterdir (tam adı "mountain coaster"). Ümumi uzunluğu 2750 metrdir. Zirvə otelindən Şahdağ otelinə qalxarkən düz və qısa yolla qalxır. Təxminən 10 dəqiqə ərzində qalxır. Enişdə isə nəzarətçilər dağ kosteri, təhlükəsizlik haqqında tam məlumat verir. Maksimal sürət saatda 42 km-dir. Tam sürətlə eniş edərkən məsafəni 2 dəqiqe 50 saniyəyə keçmək olur. Adrenalin yaşamaq üçün gözəl əyləncədir.
ATAA və DTA-nin birgə təşkil etdiyi Şahdağa infoturundan yadda sizləri də məlumatlandırmaq üçün sizə kosteri tam sürəti ilə təcrübədən keçirib göstərirəm. Hər hansı sualınız olarsa comments bölməsinə yaza bilərsiniz.
Xoş istirahətlər
***************
A new attraction has been opened at the Shahdag Mountain Resort - a coaster (full name "mountain coaster"). The total distance is 2750 meters. On the way from Zirve Hotel to Shahdag Hotel, it takes a straight and short way. On the descent, the guides provide full information about the mountain coaster and security. The maximum speed is 42 km per hour. When descending at full speed, the distance can be finished in 2 minutes and 50 seconds. It is the perfect attraction for adrenaline lovers.
Have a nice time.
Digər videolarımı izləmək üçün:
bit.ly/3n7p09M
Tags:
#shahdag #mountaincoaster

Пікірлер: 33
@kemaleveliyeva4591
@kemaleveliyeva4591 Жыл бұрын
Dehşet bir şey
@azerbaijantravelambassador
@azerbaijantravelambassador Жыл бұрын
😊
@mr.j4840
@mr.j4840 Жыл бұрын
Enerjini oturdunuz bize 👏🏻
@azerbaijantravelambassador
@azerbaijantravelambassador Жыл бұрын
👍
@kali1694
@kali1694 2 жыл бұрын
Ayda mən heç aşağı sürətlə gedə biləcəyini bilmirdim tam heç əlimi mühərrikden qaldırmadan tam sürətlə getmişəm 🤦🤦
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 2 жыл бұрын
Ləzzəti də elə sürətli getməyindədir
@lezade_9220
@lezade_9220 6 ай бұрын
😂😂😂
@ayxanaslanov3446
@ayxanaslanov3446 2 жыл бұрын
Maraqlıdı
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 2 жыл бұрын
👍
@nuraytural9278
@nuraytural9278 Жыл бұрын
Salam 2boyuk bir uwaq oturmaq olar ?
@azerbaijantravelambassador
@azerbaijantravelambassador Жыл бұрын
Iki nəfərlikdir. Kəmər mütləq bağlanmalıdır. Əks halda təhlükəlidir. Ona görə olmaz.
@AisCelilova
@AisCelilova 5 ай бұрын
Qiymet ne qederdi
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 5 ай бұрын
Bir nəfər 20 AZN, iki nəfər 35 AZN
@hxhxzhah4680
@hxhxzhah4680 2 жыл бұрын
Yavaş sürmek olur He? Istesen
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 2 жыл бұрын
Bəli
@drove140
@drove140 2 жыл бұрын
20isleyir
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 2 жыл бұрын
Deyilənə görə açılıb artıq
@nihadagayev7903
@nihadagayev7903 Жыл бұрын
1 ində 2 nəfər otura bilir?
@azerbaijantravelambassador
@azerbaijantravelambassador Жыл бұрын
Bəli
@rustemkaralov9399
@rustemkaralov9399 Жыл бұрын
5 nəfər olar)))
@azerbaijantravelambassador
@azerbaijantravelambassador Жыл бұрын
@@rustemkaralov9399 1 manatlıq taksi kimi?
@muhammadsaccad656
@muhammadsaccad656 2 жыл бұрын
Bu işləyir hal hazırda?)
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 2 жыл бұрын
Bəli
@quba6295
@quba6295 2 жыл бұрын
Bu atraksionin qiyməti neçəyədir. Və Qusarda yerləşir
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 2 жыл бұрын
Bəli Qusardakı Şahdağ kompleksindədir. Qiyməti 1 nəfər 20 AZN, 2 nəfər 35 AZN.
@quba6295
@quba6295 2 жыл бұрын
@@azerbaijantravelambassador çox sağolun
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 2 жыл бұрын
@@quba6295 buyurun
@tarlanbayramov9323
@tarlanbayramov9323 2 жыл бұрын
Işləmir axı hələ
@azerbaijantravelambassador
@azerbaijantravelambassador 2 жыл бұрын
@@tarlanbayramov9323 açılış olmalıdır, ona görə bağlıdır
Shahdag(Azerbaijan) mountain Resort Coaster
6:42
Journeywithme
Рет қаралды 16 М.
Prezident “Crescent Mall”un açılışında iştirak edib
8:17
İCTİMAİ TV
Рет қаралды 3,6 М.
I PEELED OFF THE CARDBOARD WATERMELON!#asmr
00:56
HAYATAKU はやたく
Рет қаралды 38 МЛН
SHE WANTED CHIPS, BUT SHE GOT CARROTS 🤣🥕
00:19
OKUNJATA
Рет қаралды 13 МЛН
КАХА и Джин 2
00:36
К-Media
Рет қаралды 3,7 МЛН
格斗裁判暴力执法!#fighting #shorts
00:15
武林之巅
Рет қаралды 69 МЛН
Coaster Shahdag , Gusar Azerbaijan , Shahdag Coaster line
13:18
Hara Gedək? - Tufandağ
6:33
ATV Show
Рет қаралды 21 М.
Abşeron yarımadasının ən uc nöqtəsinə getdim | VLOG
19:53
Amerikansayağı
Рет қаралды 47 М.
ŞAHDAĞ TURİZM MƏRKƏZİ
5:06
Nigar Cahangir
Рет қаралды 2,1 М.
Azərbaycanda qış cənnəti - Şahdağ
5:55
R TV
Рет қаралды 2,1 М.
Balaəli ağsaqqal ile qırğın deyişmə 2024
8:39
Elvin Ehmedov
Рет қаралды 72 М.
Azerbaycan ŞAHDAĞ Yolculuğu - Teleferik Turu - Road Trip Vlog
25:26
şah dağ |şah dağ turu qiymətlər| #vlog28 #sahdag
17:00
Bizim Ailemiz
Рет қаралды 821
“Şahdağ”da istirahət bahalı qiymətə dəyir?
6:28
İCTİMAİ TV
Рет қаралды 2,1 М.
I PEELED OFF THE CARDBOARD WATERMELON!#asmr
00:56
HAYATAKU はやたく
Рет қаралды 38 МЛН