Bəxtiyar Vahabzadə - Nağıl-həyat

  Рет қаралды 408

biraddimla YOL

biraddimla YOL

Күн бұрын

Şeir: Bəxtiyar Vahabzadə - Nağıl-həyat
Səsləndirmə: Bəxtiyar Vahabzadə
Biraddımla'ya KZbinda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
BƏXTİYAR VAHABZADƏ - NAĞIL-HƏYAT
Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli…
Sən duymaq düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.
Dilini bir ilə öyrəndim… nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı…
Başıma bəladır mənim öz dilim,
Dənizəm üzümə durub sahilim.
Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı…
Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar-qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.
Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.
Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, görüm, səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?
Danışma ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər görmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.
Nadanlar görmüşəm, öz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.
Atasını söyən, yada baş əyən
Rəhbərlər görmüşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.
Quldurlar görmüşəm, özgə yer deyil,
Yurdunu talayıb asudə yatmış.
Tacirlər görmüşəm, simuzər deyil
“Malades” sözünə Vətəni satmış.
Dünyanı biləndən, duyandan bəri
Mənim gözlərimdən düşüb həyat da.
Nağılda gördüyüm qorxunc şeyləri,
Həyatda görmüşəm, anam, həyatda.
Yanvar, 1964 - may, 1965
Bəxtiyar Vahabzadə’nin oğlu İsfəndiyar Vahabzadə:
“…Atamın bir qardaşı olub, adını mənə qoyublar. Əmim müharibə dövründə əsirlikdə olub, bir müddət Türkiyə, Almaniya, İtaliyada yaşayıb. Elə oldu ki, mənim də həyatım onunkuna bənzədi… Atam heç vaxt istəmirdi ki, mən məmur olum. Elə bilirdi ki, mən qeyri-adi bir adam olacağam.
Hərdən mənim də atamla mübahisələrim olurdu. Məsələn, mən dindar olmasam da, Allahın mövcudluğuna inanıram. Dilimdəki Allah kəlməsidir. Tolstoyun bir sözü var ki, əgər Yer üzündə din olmasaydı, insanlar Allaha daha yaxın olardılar. Bibliyanı da, İncili də, Tövratı da, Quranı da oxumuşam. Özü də dəfələrlə. Nəticə ondan ibarət olub ki, mən dindar adam deyiləm. Atamla bu sahədə mübahisəm olurdu.
Bir dəfə atama dedim uzun müddətdir elmlər doktoru, professoram, özümü Akademiyanın müxbir üzvlüyünə təqdim etmək istəyirəm. Atam AMEA-nın həqiqi üzvü idi. Dedi sənin adını birinci mən siləcəyəm, bu dəfə geri dur! Soruşdum nəyə görə? Dedi filankəs (adını çəkmirəm) daha savadlıdır. Dedim axı, savadı tərəziyə qoymurlar… Bax, belə, elmi mübahisələrimiz də olub.
Atam dünyasını dəyişənə qədər mən onun yanında siqaret çəkməmişəm. Heç bilmirdi ki, mən siqaret çəkirəm. Siqaret çəkməyə 21-22 yaşında, xaricdə olanda başlamışam. Mən atamın yanında maykada oturmamışam, onun yanında üz qırxmamışam. Ata-oğul münasibətlərində həmişə çalışmışam ki, korrekt olum…”
#bəxtiyarvahabzadə #nağılhəyat #bextiyarvahabzade #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #şeirlər #ədib #sənətkar #sənət #yaradıcılıq #biraddimla #biraddimlayol

Пікірлер: 3
Hacı Şahin  Allah insanı hadisələrlə sınayır diqqətli olun
26:19
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 110 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 2,8 МЛН
Quıu Əsgərov - Dolanaram Başına
8:01
Həmid Pirnəbixah
Рет қаралды 1,3 МЛН
Ramiz Rövşən bu şerin ilhamını haradan alıb?#isa #allah
4:51
Tarana Lindsay
Рет қаралды 4,6 М.
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
PODKAST KİMİ ADAM
Рет қаралды 29 М.
Yaşdan gileyliyəm (Bəxtiyar Vahabzadə)
2:11
Алиев Аваз
Рет қаралды 40
Bəxtiyar Vahabzadə - Biz yenə də sözə gəldik
1:24
biraddimla YOL
Рет қаралды 164
Ana Seiri - Sol Yanim Agriyir Ana
6:49
Namiq Nagiyev
Рет қаралды 906 М.
COX GOZƏL TOVSİYLƏR - Haci Şahin Həsənli
18:34
Məst Tv
Рет қаралды 2,8 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН