“Böyük Qayıdış”ın yeni ünvanı - Xocalı

  Рет қаралды 228

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

2024-cü il 28 may tarixində Böyük Qayıdışın Xocalı mərhələsi başladı. Bu əlamətdar hadisə illərdir hər bir azərbaycanlının qəlbində yara salmış Xocalı dərdinə təskinlik verdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalıda bayrağımızı dalğalandırmaqla, 28 may tarixində isə Xocalıya ilk köçün baş tutmasıyla Xocalı şəhidlərinin də ruhu sakitlik tapdı. Xocalıya ilk sakinlərin məhz Azərbaycanın Müstəqillik Günündə qayıtması da bu baxımdan simvolikdir. Prezident İlham Əliyevin 28 May - Müstəqillik Gününü hər il işğaldan azad olunmuş bir bölgədə qeyd etməsi artıq ənənə halını alıb. Dövlət başçısı iki il əvvəl bu günlə bağlı Zəngilan rayonunun Ağalı kəndinə, ötən il Laçına, bu il isə Xocalıya səfər edib.
Artıq 44 ailənin, yəni 169 nəfərin Xocalı şəhərinə qayıdışı təmin olunub. Rəsmi məlumatlara əsasən, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Eyni zamanda Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Təhsil müəssisələri ilə yanaşı, robototexnika tədris mərkəzinin Xocalıda açılması bu bölgənin insanlarının gələcəyinə edilən investisiya olaraq qiymətləndirilə bilər.
Son zamanlar Ermənistanda Xocalı soyqırımını törədən və təşkil edən Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın himayədarlıq etdiyi “Vətən Tavuş uğrunda” yürüş keçirilir. Bu aksiyaya keşiş Baqrat Qalstanyan başçılıq edir və separatizmi, revanşizmi dəstəkləyən çıxışları ilə diqqətdə olmağa çalışır. Prezident Xocalı ictimaiyyəti ilə görüşündə Ermənistana növbəti mesajlarını verdi: “… Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.
Bu gün Qarabağın əzəli sakinləri öz yurdlarına qayıdır. Bu, beynəlxalq hüquq və eləcə də haqq-ədalətin bərpasıdır. Qarabağın bütün bölgələri kimi Xocalıda da həyat canlanır. Ermənistan isə yeni iddialar eşqinə düşərək özünün vəziyyətini daha da qəlizləşdirir. Ermənistan cəmiyyəti anlamalıdır ki, onların bugünki təcrid vəziyyətindən çıxmalarının yeganə yolu sülh müqaviləsini imzalamaq, Azərbaycanın irəli sürdüyü və həyata keçirdiyi regional layihələrdən faydalanmaqdır. 44 günlük Vətən müharibəsi və son antiterror əməliyyatları Azərbaycanın hərbi qüdrətini göstərdi. Bütün bu hadisələr Ermənistan üçün dərs olmalıdır. Ermənistan anlamalıdır ki, havadarlarına arxalanmaqla heç bir şeyə nail ola bilməyəcək. Revanşizm yenidən baş qaldırsa bu dəfə Ermənistan tamamilə məhv olacaq.

Пікірлер: 5
@alifateh8902
@alifateh8902 4 ай бұрын
Xocalıya insanlarımızın qayıdışı canımıza məlhəm oldu, yaralarımıza su kimi səpələndi. Bu insanlar bu günə çatmaq üçün uzun və iztirablı yollar keçdi. Allahın izni ilə, çəhidlərimiz, qazilərimiz və müzəffr ordumuzun cəsarəti ilə, baş komutanın ağıllı siyasəti ilə mümkün oldu.Allah şəhidlərimizə rəhmət eləsin.
@yunusibrahimov7939
@yunusibrahimov7939 4 ай бұрын
Azərbaycan hər zaman nəyi nə zaman edəcəyini düzgün bilir, və ən yaxşı addımları atır
Xocalıya qayıdış davam edir
4:39
ATV News
Рет қаралды 817
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Peleng
Рет қаралды 340 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,9 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 729 М.
Xocalının yeni siması
5:06
Naxcivantv
Рет қаралды 57 М.
HEYDƏR ƏLİYEVİN ALİMLƏRLƏ AMEA- DAKI YIĞINCAĞI | 1996
33:46
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН