Başdan sona OKSALİK ASİT tətbiqi. Sıfırdan Arıçılıq. DƏRS - 10 Application of oxalic acid.

  Рет қаралды 7,252

Khan Beekeeping

Khan Beekeeping

2 жыл бұрын

Arıçılığa yeni başlayanlar üçün arılara başdan sona əyani Oksalik Asit Dihidrat tətbiqi üsulu.
Başdan sona OKSALİK ASİT tətbiqi. Sıfırdan Arıçılıq. DƏRS - 10
Применение щавелевой кислоты от начала до конца. Пчеловодство с нуля. УРОК - 10
Baştan sona oksalik asit uygulaması. Sıfırdan arıcılık. DERS - 10
Application of oxalic acid from beginning to end. Beekeeping from scratch. LESSON - 10
#oxalicacid #oksalikasit #quzuqulağıturşusu #varroa #gənə #beekeeping #Щавелеваякислота #пчеловодство #arıçılıq #arıcılık

Пікірлер: 58
@elbrusmustafayev5558
@elbrusmustafayev5558 8 ай бұрын
Atana rəhmət bizlərə bilgi verdin
@MerdanMeherremov
@MerdanMeherremov Жыл бұрын
Salam aleykum deyerli qardaş. Chox goze izahat ve detallara vararaq praktik bir ders vesaitidir bu video chekilishiniz. Memnunluqla baxiram butun video chekilishlerinize. Allah qorusun Sizleri. BarakAllah..
@xanusta
@xanusta Жыл бұрын
Aleykum salam. Minnətdaram, bəy.
@jetvolfins8535
@jetvolfins8535 2 жыл бұрын
Uca Allahın sizə salamı olsun qardaş.Çox aydın ,səlist izah eliyirsiniz dərmanlama prosesini.Həm ehtiyyatlı, həm ağlabatan tətbiqinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.Allah sizi qorusun🤲🤲🤲☝️
@xanusta
@xanusta 2 жыл бұрын
Siz sağ olun. Minnətdaram.
@xandemiryusibov4303
@xandemiryusibov4303 2 жыл бұрын
Qardaş çox sag olun verdiuyiniz deyerli melumatlara göre
@agakisibaxseliyev7004
@agakisibaxseliyev7004 Жыл бұрын
Salam Qardas.Allah bereket versin. Xeyirli olsun.1 sualim var. 2 ailenin anasi yoxdur,hardasa 1 aydir.Onlari diger yesiye kocurmek problem yaratmaz ki ?
@xanusta
@xanusta Жыл бұрын
Problem olmaz inşaallah. Əgər onlardan daha güclü ailələriniz varsa hərəsini ayrı bir arı ilə birləşdirin. Ya da, çox güclü ailələr deyillərsə, özləri kimi normal anası olan bir arı ailəsi seçin. Bu iki ailə və həmin analı ailəni ayrı bir yeşikdə birləşdirin. Birləşdirərkən axşama doğru etsəz və hər ailənin üzərinə əvvəlcədən 4 faizli adi sirkə çiləsəz daha raht birləşəcəklər.
@Usaqlartv
@Usaqlartv 2 жыл бұрын
Salam Əleykum Müəllim Xaiş Edirəm inciməyin Sözümnən Neçə Dənə Ayrı Ayrılıgda Başqa Bəndələrin Bal Arılarının Vidyosuna Baxdım Aman Allah Siz Bu Qədər Arının Hər Bir işini Niyə Çətinləşdirib Şişirdib Dastan Edirsiniz Nə Bilim Vallah Bircə Bunu Deyirəm Ki Yazıg Bu Sənətə Yeni Həvəs Götürənlər !
@xanusta
@xanusta 2 жыл бұрын
Yox, bəy. Qətiyyən incimirəm. İstədiyiniz iradı, tənqidi yanaşmanı edə bilərsiz. Bu sizin haqqınızdır. Yəni mənim hazırladığım videoları bəyənənlər olduğu kimi, bəyənməyənlər də ola bilər. Amma iradınızı tam olaraq anlaya bilmədim ki, xoşunuza gəlməyən tam olaraq nədir. Əgər daha açıq izah eləsəz, ola bilər ki, növbəti videolarda bunu nəzərə alım. Amma onu da qeyd edim ki, arıçılıq sadəcə bir təsərrüfat deyil. Həm də göyərçin saxlayanlarda olduğu kimi bir tutqu, "xəstəlik" dir. Adam tutulandan sonra tərk edə bilmir. Aludəçisi olur. Yəni belə bir hobbidir həm də arıçılıq. Ona görə də həvəskarları üçün çox da çətin gəlmir. Neçə ki, mənə çətin gəlmədi illərdir məşğul olmağıma ramən.
@muzefferferecov4693
@muzefferferecov4693 Жыл бұрын
Salam müəllim. Oksalik oksitin istifadədən sonra qalığını uzun müddət saxlamaq olar, olarsa hansı müddətə qədər saxlamaq olar? Əvvəlcədən təşəkkür edirəm.
@xanusta
@xanusta Жыл бұрын
Bu barədə dəqiq bilgim yoxdur. Ancaq elə etmək olar ki, artığı ya qalmasın, ya da çox az qalsın. Yuvalardakı çərçivə arasına 5 ml. olduğunu nəzərə alsaq, ehtiyacımız olan qədər məhlul hazırlamaq çətin deyil. Həm də quzuqulağı turşusu o qədər də baha deyil ki, onun 3.5 faizli məhlulunun qlığı israf sayılsın. Ona görə də dəqiq bilmədiyim üçün hələlik çoxdan qalan məhluldan istifadə etməməyi tövsiyyə edə bilərəm.
@mmmdabdullayev7149
@mmmdabdullayev7149 2 жыл бұрын
Salam arıçı qardaş bərəkətli olsun pipin haqqında məlumat verə bilərsinizmi?o da oksalit asitdirmi
@xanusta
@xanusta 2 жыл бұрын
Bipin oksalik asit deyil. Bipinin əsas tərkib hissəsi Amitraz adlanan maddədir ki, gənəyə qarşı çox təsirlidir. Amma insan sağlamlığı üçün də zərərli olduğu deyilir. Ona görə də son zamanlar artıq arıçılıqda istifadəsi o qədər də tövsiyyə olunmur. Çünki balın və mumun tərkibinə keçərək insana da zəzrər vermə ehtimalı var. Dozasına bağlı olaraq amitraz insan üçün ölümcül belə ola bilir. Yüksək dozada Quzuqulağı turşusu da insan üçün təhlükəli ola bilər. Amma oksalik asid, yəni quzuqulağı turşusu normalda gündəlik istifadə elədiyimiz bir çox tərəvəz və bitkinin tərkibində var. Hətta təbii saf balın tərkibində belə az miqdarda quzuqulağı və qarışqa turşusu olur.
@cimnazbayramova8738
@cimnazbayramova8738 Жыл бұрын
Salam hər vaxtınız xeyir olsun Qış aylarında yuvanın ağzını bağlamaq lazımdırmı?
@xanusta
@xanusta 11 ай бұрын
Xeyir. Köç zamanları xaric heç vaxt yuvanın ağzını tam bağlamaq olmaz. Bəzi vaxtlar arılar bir-birlərinə basqın etməsin deyi bir balacaq daraltmaq lazım gəlir sadəcə.
@sebuhisuleymanov891
@sebuhisuleymanov891 2 жыл бұрын
Salam qardas emeynize sağliq allah bereket versin qafqaz - karnika hansi yaxsi islek di.
@xanusta
@xanusta 2 жыл бұрын
Mən sadəcə yerli Qafqaz arısı saxlamışam. Digərləri barədə çox şey deyə bilmərəm. Hərəsinin öz üstünlüyü var məncə. Bu uzun və mübahisəli mövzudur. Amma ən yaxşı arı, olduğu iqlimə, floraya və arıçısının arıçılığına uyğunlaşmış arıdır. O yaxşı arını da hər bir arıçı öz arıxanasında davamlı seçib, çoxaltmalıdır. Bu mənim bu günkü şəxsi qənaətimdir. Arıçılar razılaşmaya bilər mənimlə.
@sahmarmmmdov7495
@sahmarmmmdov7495 2 жыл бұрын
Axşamın xeyir quzu qulağı turşuşusunu indi vurmaq olarmı
@xanusta
@xanusta 2 жыл бұрын
Arılarınıza baxın. Əgər yumurta atmağa başlamayıblarsa olar. Havanın temperaturunun müsbət 5 dərəcədən yuxarı olmamasına diqqət edin.
@karalione6388
@karalione6388 Жыл бұрын
Salam xaiş edirəm diyin zəhmət olmasa o qıraqlarda qoyduğuz ağ rengde olan nedi köpuydür
@xanusta
@xanusta Жыл бұрын
Bəli, kisəyə bükülmüş penoplast lövhələr.
@rehimrehimli5274
@rehimrehimli5274 Жыл бұрын
Salam qardaş mənim 2 arl ayləm var yeni almlşam quzu qulağl turşusun yumurta olan yeşiyə vurmaq olar??
@xanusta
@xanusta Жыл бұрын
Yumurta olan zaman vurmaq məsləhət deyil. Belə halda turşu yumurtaları zədələyə bilər.
@eldarnesibov7004
@eldarnesibov7004 10 ай бұрын
Coxu paxlgnan demir izah etmir sagolki siz edisiz
@xanusta
@xanusta 10 ай бұрын
Təşəkkürlər.
@arazhebibov9104
@arazhebibov9104 Жыл бұрын
Salam qardaş oksaliti nə zaman hansı temperaturda edək ?
@xanusta
@xanusta Жыл бұрын
Dekabır, yanvar aylarında. Havanın temperaturu gündüz 0-5 dərəcə arası olanda.
@arazhebibov9104
@arazhebibov9104 Жыл бұрын
@@xanusta sağol qardaş
@aydemiraxundov8749
@aydemiraxundov8749 8 ай бұрын
Salam qardaş indi hal hazırda bəzi yeşiklərdə gənə var ama yumurtada var bəs mən nə edə bilərəm ki o gənələr ölsün
@xanusta
@xanusta Ай бұрын
Yuvada yumurta olmadıqda bir dəfəlik müalicə işə yarayır. Yumurta olanda mövsümə uyğun müalicəni adətən bir həftə fasilə ilə 3 dəfə edib 24 günə yaymaq lazımdır. Belə edəndə yeni doğulan arılarla bilikdə doğulmuş gənələr də təsirlənir.
@elmirkazimov7434
@elmirkazimov7434 Жыл бұрын
Teze ari almisiq her gun 4. 5 ari olur sebebi nedir
@xanusta
@xanusta 11 ай бұрын
Bu normal hal sayıla bilər. Arı da çanlıdır. Hər gün yuvada minə yaxın yumurta atılır bəzən. Hər gün yüzlərlə arı dünyaya gəlir. Təbii ki, ölənlər də olacaq. Ancaq yuva önündə ölü arıların sayı çox olursa, bu zaman narahat olmağa dəyər. Bunun da bir çox səbəbi ola bilər. Arı xəstəlikləri və ya təbiətdə zəhərlənmə və s.
@dinargenceyeva8358
@dinargenceyeva8358 2 жыл бұрын
Salam.iyul ayinda gənə dərmani vermək olarmi
@xanusta
@xanusta 2 жыл бұрын
Məsləhət deyil. Ancaq arıda gənə həddən artıq çoxdursa verməyə məcbursuz. Əgər bal götürməyəcəyiniz bir ailədirsə, o zaman lentlərdən və bir çox vasitədən istifadə etmək olar. Ancaq çalışmaq lazımdır ki, mumda qalan dərmanlar olmasın. İyun, iyul aylarında ən məsləhətlisi qarışqa turşusudur, ancaq bunu tətbiq eləmək üçün təcrübəli arıçı olmaq lazımdır. Əks halda arılara və özünüzə xəsarət yetirə bilərsiz. Siz ən yaxşısı quzuqulağı turşusunun 3.5 faizli məhlulunu çərçivələri bir-bir çıxararaq 45 dərəcə bucaq altında arıların üzərinə toz şəkilində püskürdün. Bu üsülü mən özüm eləməsəm də, təcrübəli arıçılardan edən tanışlarım var. Onların təcrübəsinə etibar edirəm.
@thomasshelby4809
@thomasshelby4809 Жыл бұрын
salam bunu hansı aylarda tətbiq etmək olar
@xanusta
@xanusta 11 ай бұрын
Dekabırın sonu, yanvarın əvvəlləri. Havanın temperaturu 0-5 dərəcə arasında olanda.
@xyalnesibsalahov2332
@xyalnesibsalahov2332 2 жыл бұрын
Gəneye qarşı Başqa hansı dərmandan istifadə edirsiz?
@xanusta
@xanusta 2 жыл бұрын
Əvvəllər bipindən tutmuş, bir çox fərqli dərman istifadə etmişəm. Ancaq son zamanlar əlimdən gəldiyi qədər quzuqulağı və qarışqa turşusu istifadə etməyə çalışacam. Keçən payızdan bu yana sadəcə bir dəfə yanvarda quzuqulağı turşusu vermişəm. Ondan sonra heç nə vermədim. Hələ ehtiyac da olmayıb. Görək sonrası necə olur. Ehtiyac olmadıqca çox da dərman vermə tərəfdarı deyiləm düzü.
@xyalnesibsalahov2332
@xyalnesibsalahov2332 2 жыл бұрын
@@xanusta məndə sizin kimə etmişəm.yem qabının altına erkek gözü toxuddurub sonra erkek arılarin ağzı bağlanan kimə kəsib götürmüşəm.bir neçə dəfə etmişəm.buda dermanlamaqa bərabərdi məncə.bir erkek gözündə elə olur ki 4 5 dene gene olur.
@mustafamustafayev1040
@mustafamustafayev1040 6 ай бұрын
Salam qardaş işin ovand olsun mən gecikmişəm hələ oksalit vurmamışam indi vurmaq olar birdə deyirlərki gərək tempratur 0 5 dərəcə olmalıdı
@xanusta
@xanusta Ай бұрын
Qışda, temperatur 0-2 dərəcə arası olanda və yuvada yumurta olmayan zamanlarda quzuqulağı turşusunu damlatma üsulu ilə vermək lazımdır.
@ceyhunquliyev1954
@ceyhunquliyev1954 2 жыл бұрын
Salam bey sizden öyrenmek isterdim penoplast ari yeşikləri.Meslehtlidirmi ?Ari ücün bal üçün kimyəvi pis bir təsiri yoxdurki?Öncədən təşşəkür edirem sizə.
@xanusta
@xanusta 2 жыл бұрын
Hansısa kimyəvi təsiri olduğu barədə bir bilgim yoxdur. Bölmələr üçün, və ya müvəqqəti istifadə üçün, ucuz olduğu üçün istifadə etmək olar. Amma mən yenə də 3.5 sm qalınlıqda taxtadan düzəldilmiş ağ rənglə boyanmış taxta yeşiklərin tərəfdarıyam.
@user-cs4sf1uy5j
@user-cs4sf1uy5j 2 жыл бұрын
Ахшамыныз хейир бура хансы райондур?
@xanusta
@xanusta 2 жыл бұрын
Oğuz
@user-cs4sf1uy5j
@user-cs4sf1uy5j 2 жыл бұрын
@@xanusta арныз хансы чинсдир?
@xanusta
@xanusta 2 жыл бұрын
@@user-cs4sf1uy5j Yerli Qafqaz
@semayefiliyeva4592
@semayefiliyeva4592 2 жыл бұрын
Salam,əməyinizə saglıq
@user-go2jd3fp5n
@user-go2jd3fp5n 4 ай бұрын
Arıçı gərəkən nə deməkdir?
@xanusta
@xanusta Ай бұрын
Üzürlü bilin. Sualınızı başa düşmədim.
@agammdqafarl7944
@agammdqafarl7944 2 жыл бұрын
Salam. Balaya, yumurtaya, larvaya mənfi təsiri var?
@xanusta
@xanusta 2 жыл бұрын
Quzuqulağı turşusu damlatmanı adətən qış aylarında, yuvada yumurta və ya açıq sürfə olmadığı zamanlarda edirlər. Ancaq yayda, yumurta, sürfə olan vaxtlarda çərçivələri bir-bir çıxarıb hər iki üzünə 45 dərəcə bucaq altında püskürdən arıçılar da var. Mən bu üsulu hələ eləməmişəm. Düşünürəm ki, hər nə qədər zəif olsa da, yumurta və sürfəyə təsiri olacaq. Ona görə də qışda etmək daha risksizdir.
@sahmarmmmdov7495
@sahmarmmmdov7495 2 жыл бұрын
Yumurta atıb ağzı bağlı qurduda var
@xanusta
@xanusta 2 жыл бұрын
Əgər yuvada bağlı pup, yəni bağlı qurd varsa, bu o deməkdir ki, ən geci 21-24 gün sonra yuvada yeni arılarla birlikdə yeni gənə balaları da dünyaya gələcək. Bildiyimə görə formik asit (qarışqa turşusu) xaric başqa heç bir dərmən bağlı qurdların içinə atılmış gənə yumurtalarını məhv edə bilmir. Belə olan təqdirdə yuvada gənənəni maksimum azaltmaq üçün gənəyə qarşı mübarizə tədbirləri ən azı 24 gün davam etməlidir. Mən öz təcrübəmdə 24 gün ərzində 3 dəfə təkrarlamaqla fluvalenat tərkibli dərman ilə bunu etmişəm. Effekti də olub. Amma Fluvalenat insan sağlamlığı üçün təhlükəli maddədir. Balda və mumda qalır və belə bal artıq zərərli bal hesab olunur. Formik asit tətbiqi çox effektlidir, amma düzü özüm hələ bunu tətbiq etməmişəm. Tətbiqi bir az çətindir, çünki formik asit tətbiqində arıçı özünün və arılarının sağlamlığı üçün çox ehtiyatlı olmalıdır. Arılarınızda həddən artıq gənə olduğunu düşünürsüzsə, Fluvalenat və ya Amitraz tərkibli dərmanlardan 24 gün ərzində istifadə edə bilərsiz. Amma elə etmək lazımdır ki, bal mövsümündən 1 ay öncəsinə qədər bu işi bitirəsiz. Və dərmanlarını təsirinə məruz qalmış çərçivələrinizi bal yığmaq üçün istifadə etməyəsiz. Bal üçün yuvaya yeni çərçivələr qoymanız məsləhətdir. İndiki çərçivələri də işarətləmək lazımdır ki, sonra qarışmasın.
@dinargenceyeva8358
@dinargenceyeva8358 2 жыл бұрын
Salam.iyul ayinda gənə dərmani vermək olarmi
@xanusta
@xanusta 2 жыл бұрын
Məsləhət deyil. Ancaq arıda gənə həddən artıq çoxdursa verməyə məcbursuz. Əgər bal götürməyəcəyiniz bir ailədirsə, o zaman lentlərdən və bir çox vasitədən istifadə etmək olar. Ancaq çalışmaq lazımdır ki, mumda qalan dərmanlar olmasın. İyun, iyul aylarında ən məsləhətlisi qarışqa turşusudur, ancaq bunu tətbiq eləmək üçün təcrübəli arıçı olmaq lazımdır. Əks halda arılara və özünüzə xəsarət yetirə bilərsiz. Siz ən yaxşısı quzuqulağı turşusunun 3.5 faizli məhlulunu çərçivələri bir-bir çıxararaq 45 dərəcə bucaq altında arıların üzərinə toz şəkilində püskürdün. Bu üsülü mən özüm eləməsəm də, təcrübəli arıçılardan edən tanışlarım var. Onların təcrübəsinə etibar edirəm.
Arı SULUĞU. Ehtiyac varmı?! Sıfırdan Arıçılıq. DƏRS-11
6:16
Xan Arıçılıq
Рет қаралды 8 М.
Varoa İle Doğal Mücadele - Gerzevil Arıcılık
3:03
Gerzevil Arıcılık
Рет қаралды 442
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 85 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 53 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 10 МЛН
Arılara nə qədər bal saxlamalıyıq?
13:46
Xan Arıçılıq
Рет қаралды 21 М.
Mum, Şan, Təməl pətək alarkən diqqətli olun
6:41
Xan Arıçılıq
Рет қаралды 2 М.
Arı yeşiyinin ölçüləri 9 aprel 2021
26:30
habil ramazanov.Həvəskar arıçı
Рет қаралды 19 М.
#funny Arı ailəsində ana arının dəyişdirilməsi.
4:36
Avey dağ arıçılıq
Рет қаралды 2,1 М.
Bal zamanı bölme
5:31
Arıcılık Doğa Zevk
Рет қаралды 1,8 М.
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН