Baba Vəziroğlu kimdir?

  Рет қаралды 18,491

TarPas

TarPas

Күн бұрын

Baba Vəziroğlu kimdir?
Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2020-ci il tarixli Sərəncamına əsasən Baba Vəziroğlu “Şöhrət” ordeni ilə təltif edilib.
Bəs bilirsinizmi ki, Baba Vəziroğlu kimdir?
Buyurun, “TarPas” kanalının hazırladığı bu videoda Baba Vəziroğlu ilə tanış olun.
Baba Vəzir oğlu Məsimov 10 yanvar 1954-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. Orta təhsili qonşuluqda yerləşən Hacıhətəmli kənd orta məktəbində alıb. Sonra əmək fəaliyyətinə başlamış, "Pravda" kolxozunda işləmiş, oradan Azərbaycan Dövlət Universitetinin hazırlıq fakültəsinə göndərilmişdir. 1971-1972-ci illərdə universitetin hazırlıq fakültəsində oxumuş, 1972-1977-ci illərdə isə Jurnalistika fakültəsində ali təhsil almışdır. 1985-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirmişdir.
Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsinin RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında gənc nasirlər birliyinin rəhbəri olmuşdur. 1979-cu ildən Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı olmuş, 1979-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi vəzifəsində işləmişdir. 1989-cu ildən “Molla Nəsrəddin” jurnalının baş redaktoru olmuşdur. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir. Uzun illər teleşirkətdə aparıcı olmuş; 1991-1992-ci illərdə isə teleşirkətdə ədəbi proqramlar studiyasının müdiri vəzifəsində fəaliyyət göstərmişdir. 1993-1994-cü illərdə “Yurd” jurnalının məsul katibi, 1994-cü ildən "İstedad" jurnalının baş redaktorunun müavini vəzifəsində işləmişdir. 1997-1998-ci illərdə "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor, 1998-2002-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor, 2002-ci ildən isə həmin ittifaqın idarə heyətinin katibi olmuşdur.
Hələ, orta məktəbdə oxuyarkən ilk şeirlərindən olan "Qocalar” və "Çinar ömrü” rayonun "Zəhmətkeş” qəzetində çap olunub. 1976-cı ildə "Ulduz" jurnalının 8-ci nömrəsində çap etdirdiyi "Bir yaz axşamı" və "Mağazinçi Dadaş" hekayələri ilə ədəbi fəaliyyətini mütəmadi davam etdirmişdir. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmiş, əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Tanınmış bəstəkarlar tərəfindən onun çox sayda şeirlərinə mahnılar bəstələnmiş, məşhur müğənnilər onun şeirlərinə bəstələnmiş mahnıları ifa etmişlər.
"Həsən Seyidbəyli", "Yeri boş qalan adam", "Sənsiz və ya ömrün son axşamı", "Haradan başlanır vətən", "Elegiya", "Beş nəğməlik ömür" və başqa sənədli filmlərin ssenari müəllifidir.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Baba müəllim, 1982-ci ildə Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak etmiş, 1984-cü ildə Almaniya Demokratik Respublikası Yazıçılar İttifaqının dəvəti ilə Almaniyada yaradıcılıq ezamiyyətində olmuşdur. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak etmişdir.
Rumın dramaturqu İon Luka Karacalenin "İtirilmiş məktub" dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə Baba Vəziroğlu 1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür. 1988-ci ildə Respublika komsomolu mükafatının, 2000-ci ildə isə "Humay" mükafatının laureatı olub.
Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 1 avqust 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş; 10 yanvar 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
TarPas kanalının təqdimatı: • TarPas kanalının təqdi...
TarPas kanalı "bax.tv"də: bax.tv/az-chan...
TarPas "twitter"də: / cekli829
Tövsiyə etdiyim videolarım:
➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan - Qara Rus - Frederik Brüs Tomas • Qara Rus kimdir? | Mis...
➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması • Gözəl kimdir? | 18+2 ö...
➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir • Hallabonq / Dekopon nə...
➡Toy ildönümləri • Toy ildönümləri | Çit ...
➡Əjdaha meyvəsi • Əjdaha meyvəsi / Pitah...
➡Roş-Ha-Şana • Roş-Ha-Şana / Rosh Has...
➡Ge Hinnom vadisi • Maraqlı yerlər | Cəhən...
➡Ölülər Günü • Ölülər Günü / Latın Am...
➡İmza nədir? 100 məşhur şəxsin imzası • İmza nədir? 100 məşhur...
➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları • Yapon əzgili nədir? | ...
➡Kinkan meyvəsinin faydaları • Kinkan meyvəsinin fayd...
➡Qubada futbol • Qubada futbol | İskra,...
Musiqi: KZbin Library
Good Morning! NEW 2:12 Reed Mathis Çocuklar | Neşeli

Пікірлер: 25
@ayanpashazade7257
@ayanpashazade7257 4 жыл бұрын
Tebrikler Baba müellim!
@taranamecidova2036
@taranamecidova2036 3 жыл бұрын
Tebrik edirik Gozel sair ,dilinden qafiye tokulur.
@ИринаСинюкова
@ИринаСинюкова 4 жыл бұрын
Замечательное видео!
@ayanpashazade7257
@ayanpashazade7257 4 жыл бұрын
Tebrikler Baba müellim!
@ayanpashazade6315
@ayanpashazade6315 4 жыл бұрын
Tebrikler!
@nihatmehyeddinov1415
@nihatmehyeddinov1415 4 жыл бұрын
Təbrikler
@lhddincekli8411
@lhddincekli8411 4 жыл бұрын
Dəyərli eloğlum Baba Vəziroğlunu "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə təbrik edirəm!
@alihasanov2747
@alihasanov2747 3 жыл бұрын
mənim tərtib etdiyim yaltaq yazıçıların Reytinq cədvəlində Baba Vəziroğlu 7-ci yerdə dayanir belə getsə daha yuxarılara qalxacaq. 30 ildə bir dəfə xalqın sözünü deməyib. özlərini də Ziyalı hesab edirlər bunlar ziyalı yox. Ziyanlı məxluqdurlar bax
@sevdasuleymanova4098
@sevdasuleymanova4098 2 жыл бұрын
Baba m. gozel sairdir. O xosbext olmaga layiqdir. Ferqi deyil kiminle. En vacibi xosbext olmaq. Insana heyat bir defe verilir.
@Democrat180
@Democrat180 2 жыл бұрын
“Saray shairi..”
@Айфонтайм
@Айфонтайм 2 жыл бұрын
Men Šaire Çox Hörmet Edirdim Bilende Ki Qizi Yerinde Qadina Evlenim Hörmetim Qalmadi 🤷🏻‍♂️
@alihasanov2747
@alihasanov2747 4 жыл бұрын
yaltaq adamdır ona Ziyalı demək olmaz. yaltaq adama müəllimdə demək olmaz. yaltaqlar Şəxsiyyət ola bilməzlər.......
@semayemirzeyeva4233
@semayemirzeyeva4233 3 жыл бұрын
Uca zirvədə olduğuna xalgı tərəfindən sevildiyinə ğörə ona paxıllıq edirsiniz çox təəssüf edirəm dediyiniz ad şairə yaraşmır
@alihasanov2747
@alihasanov2747 3 жыл бұрын
Belə yaltaq adamlar xalqın adamı ola bilməzlər. onlar zirvədə deyil. pul aldıqları adamların ayaqları altında sürünən ilanlardır. yaxşı fikirləş. onda hər şeyi düz biləcəksən sağ ol
@alihasanov2747
@alihasanov2747 3 жыл бұрын
Elə adamları mən ölü canlar siyahısına yazıram Canlı meyitlərdir@@semayemirzeyeva4233
@Teymurrrrr
@Teymurrrrr 2 жыл бұрын
Bəli.
@Айфонтайм
@Айфонтайм 2 жыл бұрын
Qizi Yerinde Qadina Evlenene Ne Deyesen
@nusabemammadova4922
@nusabemammadova4922 10 ай бұрын
Gözəl insan gözəl şair Baba Vəziroğluna 100 il ömür arzulayıram.
@vusalyusivov1477
@vusalyusivov1477 5 ай бұрын
Azərbaycan ədəbiyyatı hələ belə şair yetirməyib.Çox zəif yazır.Şeirlərində fəlsəfə poetik düşüncələr yoxdur.
@mtlbalsov5014
@mtlbalsov5014 2 жыл бұрын
Mən bilirəm kimdir yaltaq mundar alçaq
@АртёмАртёмГоловонов
@АртёмАртёмГоловонов 8 ай бұрын
Баба муеллими тебрик она чан саглыгы .....
@АгавердиАгакешиев
@АгавердиАгакешиев 8 ай бұрын
ТЕБРИК ЕДИРИК!!!!!!!!!!
@musfiqhesenli6042
@musfiqhesenli6042 Жыл бұрын
İstedadsız şair və lovğa insan
Sənin kimi insanlar işləməlidir uşaq evlərində
10:25
Seni Axtariram TV / Səni Axtarıram TV
Рет қаралды 3,7 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Bakıda güclü yanğın
2:38
Xəbər Tv
Рет қаралды 1,6 М.
19.06.2020 / AXA TV / Baramaçılıq ən qısa zamanda gəlirli sahələrindən biridir
2:08
İstisu - təbii mineral suyu #istisu
2:50
TarPas
Рет қаралды 551
Dorper qoyunu
13:40
TarPas
Рет қаралды 217
Kamala Harris kimdir? / Who is Kamala Harris?
5:32
TarPas
Рет қаралды 359
Dumanlı Cek kanyonu
1:01
TarPas
Рет қаралды 536
ARB telekanalında qeyri-formal və informal təhsil formaları haqqında video-süjet hazırlanmışdır.
4:33
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutu ilə tanış olub
3:10
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН