BAHTİYAR VAHABZADE - ANAM ÖLDÜ MÜ?

  Рет қаралды 84,223

TT Arşiv

TT Arşiv

8 жыл бұрын

Türkçe Tarih Resmi Hesabı : / turkcetarih
🔷 BİZLERİ SOSYAL MEDYADA TAKİP EDEBİLİRSİNİZ 🔷
➜ İnternet sitesi : turkcetarih.com
➜ Facebook : / turkcetarih
➜ Twitter : / turkcetarih
➜ Instagram : / turkcetarih
www.turkcetarih.com
USDT (TRC20 ağı) ile destek olmak için► TNJYg1uJKwRJ9ixXe3y8GXfBBTkB3t9TNC
AVAX(C-chain ağı) ile destek olmak için► 0x8749D571EEf13F7d2BD0aE2bf1B150EF1C6B63A6
Solana(SOL ağı) ile destek olmak için► 5eybvmdcEcBgcRu7eYPtt5LZTo84QpR4RH7ivZNuAkmg
Anam öldümü? (Bəxtiyar Vahabzadə)
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi... otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?
"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..
Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
"Nənəm hanı?" - deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.
"Kimləri çağıraq bu gün yeddiyə?"
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə...
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxmlaşıram.

Пікірлер: 89
@minemcidli351
@minemcidli351 5 жыл бұрын
Allah yaşayan analara uzun omur olenlere ise allah rəhmət eləsin
@arazesgerov3085
@arazesgerov3085 3 жыл бұрын
Amin
@yamr9306
@yamr9306 2 жыл бұрын
Amin
@konulmemmedova2358
@konulmemmedova2358 Жыл бұрын
Amin
@qunelqulieva3648
@qunelqulieva3648 2 жыл бұрын
Anam sağdi.Amma bu şeir meni mef eledi.Anam Allahdan sonra ikinci bir varlikdi heyatimda.Allah dünyasini deyişen valideyinlerin o dünyasini versin,yerde galanina ise can sağlığı.Amin!
@ulviyymmmdova4107
@ulviyymmmdova4107 2 жыл бұрын
Allah rəhmət eləsin. Bəxtiyar. Vahabzadəyə. Çox gözəl şeirdi . Dünyasını dəyişən analara. Allah rəhmət eləsin🤲. Qalanlara isə can sağlığı🤲❤
@user-gc6fi1sq5h
@user-gc6fi1sq5h 7 жыл бұрын
Allah sənə rəhmət eləsin,sənin kimi şairlərə cox ehtiyacımız var,allah yaşayan analara ömür,bu dünyadan ğedənlərə rəhmət eləsin
@blacklisa1418
@blacklisa1418 3 жыл бұрын
Çox ağırdı dinləyərkən ağlamağımı tuta bilmədim həqiqətən çox düz deyir . Çox əziyyət çəkib anası öləndə. Bir bidon ağladım diyəsən çoooooooooooox duyğulandım türklər demişkən . 😔🥺😭
@user-nx3xe9jk7x
@user-nx3xe9jk7x 2 жыл бұрын
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN XALQIMİN ƏSL XALQ ŞAİRİ!
@bozqurdseferov
@bozqurdseferov 5 жыл бұрын
Bu 4 nefer beyenmeyen kimdirse rehmetlik Bextiyar Vehabzadenin ayaq barmaqi bildiyin sizin basiniz bilmir.
@blacklisa1418
@blacklisa1418 3 жыл бұрын
Nə dediyini anlamadım amma gözəl sözdü hi hi
@user-jc8go5us7g
@user-jc8go5us7g 5 жыл бұрын
Аллах Рахмат еласин тайь барабари олмайан шаир
@SamsungGalaxy-gy2wb
@SamsungGalaxy-gy2wb 3 жыл бұрын
Ana mehebbetinin en semimi sözlerle ifadesi.ele bil menim dilimden deyilir.Allah rehmet elesin sene dahi şairimiz.Ana hesretini nece tebii nece içden ehtiva etmisen
@user-ux1us1je4w
@user-ux1us1je4w 5 жыл бұрын
Аллах сизе рехмет елесин. Коз йашларыйнан гулаг асырам
@doctor1.Xmen1
@doctor1.Xmen1 Жыл бұрын
Çox qəmli şeir, öz səsi,intonasiya əla
@muradelibeyov2711
@muradelibeyov2711 6 жыл бұрын
En sevdiyim sairdi.Allah rehmet elesin!
@dodoisuususu4346
@dodoisuususu4346 3 жыл бұрын
Allah rəhmət eləsin bizim əvəzolunmaz xalq şairimizə..Nəm də gözəl pedaqoqumuza.Zərrə qədər də heç vaxt bizi incitmədi.
@zemheri8938
@zemheri8938 4 жыл бұрын
Rabbim rahmet etsin.
@bahramhasanov8379
@bahramhasanov8379 2 жыл бұрын
Dünya boyda şöhrət şan ödəmir sənin bir ğün yoxluğunu, sənsiz fəgirik bu həyatda, ğündüz ğünəş idin, ğecə ay idin, ğetdin ömrümüzdən canımız ANA. ALLÀH bütün dünyasını dəyişən analarımıza Bəxtiyar müəllimə rəhmət eləsin
@byyuksel.06
@byyuksel.06 5 жыл бұрын
gönlü büyük adamsın şair
@libradorgaming9217
@libradorgaming9217 2 жыл бұрын
Allah məkanını cənnət olsun gözəl şairimiz Bəxtiyar Bahabzadə
@user-rh5xo7ev5n
@user-rh5xo7ev5n 2 жыл бұрын
Аллах рехмет елесин сене шаир
@yusufziya9705
@yusufziya9705 2 жыл бұрын
Bu siiri begenmeyenler adina uzuldum, Ana icin yazilmis "bana gore" en icten sozlerdir
@darkchocolete3292
@darkchocolete3292 3 жыл бұрын
Hayat hikayesini duynca sarsıldım allah rahmet eģlesin 😭😭😭😭
@gulnaraaxadova71
@gulnaraaxadova71 2 жыл бұрын
Allah şairə və rəhmətə gedən analara rəhmət eləsin
@hcrhmdova572
@hcrhmdova572 Жыл бұрын
Allah bütün dünyasını dəyişən analara rəhmət eləsin
@user-pg8dt1ny6s
@user-pg8dt1ny6s 2 жыл бұрын
😔😔😔 аллах рехмет елесин бутун аналара амин ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Heveskaryazar
@Heveskaryazar 2 жыл бұрын
Qəlbimi yandırıb dağlayan anam Səni əllərimlə məzara qoydum, Ey bəxti qaralar bağlayan anam, Hər güldə, çiçəkdə ətrini duydum, Qəlbimi yandırıb dağlayan anam. Qurduğun xəyallar yarımçıq qaldı, Arzuyla çırpınan qəlbin dayandı, O gözəl gözlərin niyə bağlandı? Qəlbimi yandırıb dağlayan anam. Bu dünyada bir gün üzü görmədin, Doğulandan sən doyunca gülmədin, Oğul evləndirib qız köçürmədin, Qəlbimi yandırıb dağlayan anam. Yorğun qəlbin acılarla yoğruldu, Sonda durdu çırpınmaqdan yoruldu, Son istəyin ürəyində boğuldu, Qəlbimi yandırıb dağlayan anam. Sən yoxsan, bilirəm, gələn deyilsən, Gözümün yaşını silən deyilsən, Saçım sığallayıb öpən deyilsən, Qəlbimi yandırıb dağlayan anam. Müəllif: Vəkil Aslan Heydarov
@shidlrolmur2423
@shidlrolmur2423 Жыл бұрын
Salam mən sizin bu şeirinizi anamın qəbir daşına yazdırmaq istəyirəm halallığını verin nəolar
@Heveskaryazar
@Heveskaryazar Жыл бұрын
@@shidlrolmur2423 Allah rəhmət eləsin. Allah səbr versin. Yazdırın halal xoşunuz olsun.
@shidlrolmur2423
@shidlrolmur2423 Жыл бұрын
@@Heveskaryazar Çox sağ olun Allah razı olsun sabah bir həfdədiki anamı itirmişəm şeirinizdən çox xoşum gəldi sanki hər cümləsi anama onun həyatına həsir olunub.Şeiri yazdırmağıma icazə verdiyiniz üçün də ayrıca minnətdaram çox sağ olun Allah köməyiniz olsun
@Heveskaryazar
@Heveskaryazar Жыл бұрын
@@shidlrolmur2423 Allah məkanını cənnət eləsin🙏
@shidlrolmur2423
@shidlrolmur2423 Жыл бұрын
@@Heveskaryazar Amin.Çox sağ olun Allah razı olsun
@user-pu8yc1vh4w
@user-pu8yc1vh4w 3 жыл бұрын
Allah butun Analara dunyasini deyisen rehmet elesin, anam saqdi ama xaricde yasayiram anamin yaninda ola bilmirem, aqladim Cox darixdim vetenim, anam ucun😒
@abidozpolat4706
@abidozpolat4706 Жыл бұрын
Ana heçkes seni incitmemiştir men seni inciden kadar.....indi kime açam derdimi bir bir.....kim benim derdime yanar sen kadar .....❤❤❤
@EnglishwithZumrudAsadova
@EnglishwithZumrudAsadova 3 жыл бұрын
53 yas niye telesdin ana.3 ay kecmiyib hele.Bu omur nece kececek sensiz anam.Heckim vermir yerini ne er ne ovlad ne baci ne qardas ne ata.Sensiz bu heyatin ne menasi axi.Insan bu dunyaya niye gelir eger ayriliq varsa.
@azereliyev8939
@azereliyev8939 5 жыл бұрын
Bextiyar mellim sen de bu milleti terk etdin indi kim cekecek bu milletin derdini Allah sene rehmet elesin.
@Elvinagayev132
@Elvinagayev132 5 жыл бұрын
Azer Eliyev 😔
@cetinbulut1860
@cetinbulut1860 9 ай бұрын
Bu nasıl bir şiir… insan ağlamaktan ölür. Nasıl yazdın üstat.
@zakiresgerov7285
@zakiresgerov7285 Жыл бұрын
Allah sənə Rəhmət etsin ey cəsarətli, vətənpərvər Əbədiyaşar Şairimiz.
@qarabagli...041...5
@qarabagli...041...5 2 жыл бұрын
CAAN ANAM 2 AYDI SƏNİ İTİRDİK ELƏ DƏRTLİ DƏRTLİ ÜZÜMÜZƏ BAXIRDIN.MƏKANIN CƏNNƏT OLSUN ANAAAM😢
@xosbextmemmedov1283
@xosbextmemmedov1283 2 жыл бұрын
Mayın 15 də anım günüdür anamın. Hələdə gözüm gəzir anamı. Allah bütün anaları rəhmət eləsin. Sizədə Allahdan səbrli olmağı arzulayıram. Amin İnSallah.
@nihadkerimov6110
@nihadkerimov6110 7 жыл бұрын
Cox gözel
@fatimamamedova8664
@fatimamamedova8664 2 жыл бұрын
Anaların qedrini bilek!Anam 40 ğündür rehmete ğedib,özüme yer tapa bilmirem🥲🥲🥲💔💔💔
@silindi7969
@silindi7969 2 жыл бұрын
Allah rehmet elesin yeri cennetdi inşAllah
@hakimqurbanov6125
@hakimqurbanov6125 2 жыл бұрын
Allah rehmet elesin böyük şairimize.
@rusikosmanov7937
@rusikosmanov7937 3 жыл бұрын
Allah rehmet elesindunyasini deyiwen analara icinde menim anama da cox sevirem bu weri allah BextiyarVHabzadeye de rehmet elesin
@alpaslan7288
@alpaslan7288 2 жыл бұрын
Allah rahmet eylesin mekanı cennet olsun inşallah
@gulpasayeva6051
@gulpasayeva6051 2 жыл бұрын
20 ildi Anam üçün yanıram😣😣😣😣😣 Heç yadımnan çıxmadınki Ay ANA😣😣😣😣
@user-wi9qb3bm5y
@user-wi9qb3bm5y Жыл бұрын
Allah rehmet elesin sene gozel sair,sanki bu seiri mene yazmisan😢💔
@qehremanquliyev3448
@qehremanquliyev3448 4 жыл бұрын
Allah sənə rəhmte elesin
@rozash6172
@rozash6172 2 жыл бұрын
cann ana dözə bilmirəm yoxluguna ,😭😭
@fuadadilov1218
@fuadadilov1218 8 жыл бұрын
En beyendiyim yazar
@onurabbaszade1323
@onurabbaszade1323 5 жыл бұрын
Allah rehmet elesin amin
@abidozpolat4706
@abidozpolat4706 Жыл бұрын
Bilmirem bilmirem bu ölüm nedir....heyat varken...nefesin ay anam hala evdedir....özün yer altında daşa dönüpsen...
@xatinag1558
@xatinag1558 5 жыл бұрын
Ana baslma neler geldi bilmedin.4ildir anaslzam
@rustemmehreliyev6632
@rustemmehreliyev6632 Жыл бұрын
Anamdan otru coxxxx darixmişam içim parçalandi yaram yenidir menim😭😭😭😭😭
@etibarmirzeyev2588
@etibarmirzeyev2588 10 ай бұрын
Heç yadımdan çıxmaz.Mən rayona gələndə atama zəng vurdum ,soruşdum ata nə ürəyin istəyir.Mənimcün Bəxtiyar Vahabzadənin şeirlər toplusu kitabını al gətir.O kitabı ataya verən kimi kitabı açib varaqlayıb bu seiri tapıb oxudu.Oxuya -oxuya gözündən süzülən yaşlar kitabin varaqların isladırdı.Mən o günə kimi atamın aqlamaqın ilk dəfə idiki görürdım.Yatdıqın yer Cənnət olsun ata artıq qovuşmusunuz.
@spingame3959
@spingame3959 2 жыл бұрын
Bu nece dünyadır? Zəhəri sekerdir sekeri zəhər Keheri ulaqdir ulagi kəhər Yeheri palandir palani yəhər
@nazimagayev5513
@nazimagayev5513 5 жыл бұрын
Ehsen😊😊
@user-fd9mk2ys9z
@user-fd9mk2ys9z Жыл бұрын
Allah by dahi schairimizi rehmet elesin
@aynurxalilova7117
@aynurxalilova7117 2 жыл бұрын
Bir həftədi yoxluğuna dözə bilmirəm gözəl Anam
@lamiyerzayeva589
@lamiyerzayeva589 3 жыл бұрын
😭😭😭😭😭😭😭
@silindi7969
@silindi7969 2 жыл бұрын
Allah rehmet elesin
@ilhamehesenova9759
@ilhamehesenova9759 2 жыл бұрын
Canım anam çox darıxıram artıq 18 gündür ki yoxsan.Çox darıxmışam ay ömrüm günüm
@cabirabdurahmanov7634
@cabirabdurahmanov7634 2 жыл бұрын
Can Allah sebir versin
@abidozpolat4706
@abidozpolat4706 Жыл бұрын
Vakıt geçır sen nenden uzaklaşırsan.....men sene gün begün yakınlaşıram.....❤❤
@rahimbabayev5809
@rahimbabayev5809 Жыл бұрын
Vallah hegigeten ejdaha şairimiz idi Bextiyar Vahabzade
@RizvanVaqifoglu
@RizvanVaqifoglu 3 жыл бұрын
Allahım mənim ömrümdən kəs ANAMIN ömrünə ver
@baharmemmedova3068
@baharmemmedova3068 2 жыл бұрын
Ana qedri bilməyən övladlarda var((
@ayhankaymaz1683
@ayhankaymaz1683 2 жыл бұрын
😢😢😢😢
@ggai1387
@ggai1387 2 жыл бұрын
😢😢😢😢😢
@orxanrzayev5613
@orxanrzayev5613 2 жыл бұрын
👍👍👏👏
@MsMecid
@MsMecid 2 жыл бұрын
Evezolunmaz şairimiz
@sehlaaslanova3637
@sehlaaslanova3637 2 жыл бұрын
😔😪😭
@alanwalker8701
@alanwalker8701 2 жыл бұрын
Melodiyanin adı nədi
@leylaagayeva6832
@leylaagayeva6832 5 жыл бұрын
👍👍
@totummmdova7546
@totummmdova7546 Жыл бұрын
😭😭😔😔
@gulbenizesgerova2515
@gulbenizesgerova2515 3 жыл бұрын
😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪💔💔💔💔💔💔💔💔
@museyibserifov9850
@museyibserifov9850 Жыл бұрын
Yaxsi adam
@qamaraliyeva
@qamaraliyeva 3 жыл бұрын
AAH YAZIQ ANAM
@aylinlarkadaslar4561
@aylinlarkadaslar4561 3 жыл бұрын
😔😔😔😔😔
@nazli1235
@nazli1235 3 жыл бұрын
bir anda yox oldun sen xayal kimi boyuk dahim bu gun o geder aglamiwamm bextiyar muellimide yumaga donderdi bu zalim felek
@user-bd4ni6qx9k
@user-bd4ni6qx9k Жыл бұрын
Сана гурбан
BAHTİYAR VAHAPZADE  ANA ŞİİRİ#şiir köşesi#
5:42
mimi abla
Рет қаралды 50 М.
Heyder Elievden B.Vahabzadenin çıxışına sert reaksiya
12:23
Aləm TV
Рет қаралды 1,4 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
BEXTIYAR VAHABZADE Her Turk Dinlesin
9:44
Behruz Aliyev
Рет қаралды 162 М.
Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova)
2:47
Aləmzər Pənahqızı
Рет қаралды 20 М.
Rübabə Muradova-Unuda Bilmirəm
5:13
abbasovas
Рет қаралды 6 МЛН
Sahil Rzayev - Ana Şeiri (Tarixin Bir Günü) 12.09.2023
5:35
Tarix Aliyev
Рет қаралды 609 М.
Bəxtiyar Vahabzadə - Nağıl həyat
4:15
Cavid Sultanov
Рет қаралды 91 М.
Bahtiyar Vahapzade-Menim Anam
0:46
Beşinci Yön
Рет қаралды 14 М.
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН